94
Moskva Ģəhərinin general-qubernatoru qraf Rastopçin onu saxlayır: "Hara?
Müharibə özü bura gəlir" - deyə onu soyutmağa çalıĢır. Moskvadan ən axırıncı
çıxanlardan olur. Onun köçünün qiyməti daĢıdığı tarixi mənbələrdə, çoxlu
əlyazmalarda idi. Can atırdı gözüylə gördüyü müharibəni təsvir etsin, amma
xronoloji ardıcıllıqla gəlib 16-cı əsrin baĢlanğıcına çatmıĢdı.
Rus qoĢunları Parisə daxil olur, savaĢ bitir. Karamzin də Ostafyevdə tarixi
ələk-vələk edib yazmağa davam edir. Ostafyev arvadının atası Vyazemskinin mülki
idi. ġair Pyotr Vyazemski isə onun qaynı!
Karamzini saraya dəvət edirlər. O isə Moskvadan ayrılıb qopa bilmir. Yeni
Ģəhərlə - Peterburqla onunku tutmur. Yeni paytaxtda özünü elə hiss edir ki, sanki heç
Rusiyada deyil, "hər an çuxon danıĢığı eĢidirəm" (Çuxon rusların finlərə verdiyi
həqarətli addır). Lakin paytaxta yavaĢ-yavaĢ öyrəĢir. Bu sevgisinə də haqq
qazandırır, öz bildiyi Ģəkildə: "Burada padĢahı, imperatriçanı və Neva çayını
sevirəm" deyir.
Beləliklə, 1816-cı ildə Peterburqa yerləĢən yazıçı bir daha dönüb Moskvanı
görmədi. Ömrünün sonuna kimi (1826) Peterburqda yaĢadı.
Ġmperatorun Yaylaq sarayında (Çarskoe Seloda) yaĢayırdı. Kabinetini təkcə
gəzintiyə görə tərk edirdi, bu zaman da dəftəri qurĢağında olurdu. Çar ona bu barədə
də sərbəstlik vermiĢdi: "yalnız Karamzin çəmənliyi tapdayıb gəzə bilər".
Karamzin yeni aldığı arvadından iki dəfə böyük idi. Bu qadın əzəmətli
insan idi. O, həqiqətən yazıçıya tale payı, könül ərməğanı idi. Mənən də nə qədər
gözəl, lakin susqun, ciddiyyətli bir xanım idi. Sükut dolu baxıĢları sanki bülbül
ləhcəsindən də mənalı və atəĢli idi. Əgər danıĢa bilsəydi, bir az söhbətcil, danıĢqan
olsaydı... Axı ölümcül yaralanan PuĢkin son nəfəsdə yalnız onu görməyi arzulayır,
dalınca adam göndərir. Məhz ona özü üçün dua etməyi xahiĢ edir...
Karamzin sarayda yaĢayır, bura öz evi kimi çox rahatdır. Özünü öz
boĢqabında hiss edir. Arvadı çarla rəqs edir. Söz-söhbət doğur. Müdrik Karamzih
çalıĢır, bu ət ürpədən və əttökən hadisələrə barmaqları arasından baxsın.
Cavan arvadı hər ilin tamamında bir uĢaq doğurdu. Peterburqda zarafatdan
qalmırdılar: "Karamzin illəri təzə uĢaqla və Rusiya tarixinin təzə cildləri ilə sayır" -
deyirdilər.
Ġmperator ailəsiylə yaxınlığı bəzən sərhədləri aĢıran ağlagəlməz situasiyalar
yaradırdı. Söhbətlərdə o qədər cəsarət göstərirdi və o qədər uzağa gedirdi ki, sarayda
bir dəfə nahar zamanı bunları müĢahidə edən bir xarici qonaq bunun yaxĢı hal
olmadığını nəzərə çatdıranda imperator Aleksandr gülərək: "Karamzinə olar"
demiĢdi. Çar Taqanroqda qəflətən vəfat edir. Karamzin özünün əsl dostunu itirir.
Yeni
çar seçilməkdə, gizlicə yetiĢən dekabristlər təĢkilatı qövldən felə keçməkdədir.
Karamzində duyum vardı: gələcəyi görmək. Taqanroqa yola düĢən çarın da,
özünün də ömrünün sonuna az qaldığını nəzərə çatdırmaq üçün padĢaha həkimanə
tərzdə: fövqəladə iĢ görməyinin vaxtıdır, tələs, çarlığa necə gözəl baĢlamıĢdınsa elə
də gözəl bitir - deyə onu islahatlar keçirməyə ruhlandırmıĢdı. Nə olar, bu cəsarətə