yaxşı xasiyyətlər həyasız adamlara verilib, ən dözülməz adamlar isə
idealpərəstlərdir. Bu, sizi heç düşünməyə vadar etmir?
– Allaha şükür ki yox!
52
– Elə olduğunu mən də bilirdim. İndi isə taleyin bədbəxt bəndələrinin yanına
gedirəm. Yəni «Oziris»ə... Ona görə deyirəm ki, bəlkə, doktor Veberə lazım
oldum...
– İnanmıram, doktor Veberə lazım olasınız...
– Bakirəlik hələ uzaqgörənlik demək deyil, Ejeni! Bilmək olmaz, birdən lazım
olaram. Təxminən, beşə qədər orada olacağam, sonra da mehmanxanaya
gedəcəyəm.
– Əcəb mehmanxanadır! Yəhudi tövləsi...
Ravik geri döndü:
– Ejeni, qaçqınların hamısı yəhudi deyil. Yəhudilərin çoxu da yəhudi deyil! Elə
adam birdən yəhudi çıxır ki, ağlına gətirməzsən. Mən hətta bir zənci yəhudi də
tanıyıram. Kimsəsiz, yazıq adam idi, Çin xörəklərini xoşlayırdı. Dünyanın belə
işləri də var...
Qız cavab vermədi. İndi də par-par parıldayan nikelli məcməyini təmizləyirdi...
Ravik onu görəndə, Buaser küçəsindəki bistroda oturub sellər-sular oynayan
pəncərədn çölə baxırdı. Qəflətən, elə bil, başına bir qazan qaynar su töküldü.
Əvvəlcə lap şok vəziyyətinə düşdü, nə olduğunu kəsdirə bilmədi. Lakin birdən
sıçrayıb qalxdı, stolu yana itələyib, ağzına kimi dolu zalla qapıya tərəf yüyürdü.
Sanki, başına hava gəlmişdi.
Kimsə qolundan bərk-bərk yapışdı. Geri döndü, heç nə anlamadı:
– Nədir? Nə olub?
Onu tutan xidmətçi idi.
– Pul vermədiniz, müsyö!
– Nə? Hə, bu dəqiqə qayıdıram... – Qolunu dartıb çıxardı.
Xidmətçi qızardı:
– Bizdə elə qayda yoxdur. Siz...
– Alın... – Ravik cibindən pul çıxarıb, onun üstünə tulladı və özünü qapıya vurdu...
Bir dəstə adamı yarıb, tini sağa buruldu, Buaser küçəsi ilə yüyürməyə başladı...
Kimsə arxasınca söydü. Bir az özünə gəldi, daha yüyürməyib, diqqəti özünə cəlb
etməmək üçün yeriməyə başladı. «Ola bilməz! – Ürəyindən keçirdi. – Heç ola
bilməz! Mən ağlımı itirmişəm... Ola bilməz! Bu sifət... onun sifəti... oxşatmışam...
Ah, bu lənətə gəlmiş oxşarlıq! Əsəblərim məni oynadır... O, Parisdə ola bilməz...
Almaniyadadır... Berlindədir... Şüşə tamam su idi, yaxşı seçə bilməmişəm.
Deyəsən, yanılmışam... Yəqin, elədir...»
Kinodan çıxmış adamların arası ilə tələsir, çatdıqca diqqətlə bir-bir hamının üzünə,
şlyapasına baxır, gah təəccüblü, gah da narazı baxışlarla rastlaşırdı. Getdikcə başqa
sifətlər. Başqa şlyapalar... Boz, qara, göy şlyapalar... Onları bir-bir ötüb keçir,
çevirilib baxır, baxırdı...
Kleber prospektinə çatanda dayandı. Hə, qadın... Yanında da it... Birdən yadına
düşdü! O da arxasınca gəlirdi... Həmin qadını çoxdan ötüb keçmişdi. Tez geri
qayıtdı. Qadını uzaqdan görəndə səkinin kənarına çəkildi. Əllərini cibində
yumruqlayaraq, diqqətlə, bircə-bircə yanından keçən adamlara baxdı. İt fənər
asılmış tirin yanında dayandı, onu imsilədi, yavaş-yavaş ayağının birini qaldırdı.
Küçəni «sulayandan» sonra qaçmağa başladı. Ravik birdən hiss elədi ki,
boynundan tər sel kimi axır. Bir neçə dəqiqə gözlədi, ancaq o görünmürdü...
53
Küçədə dayanmış maşınların içinə baxdı. Heç kəs yox idi. Geri qayıdıb Kleber
prospektindəki metroya qədər getdi. İçəri girib bilet aldı, aşağı düşüb perronda
gəzişdi. Adam çox idi. Bir qatar gəlib dayandı, sonra tuneldə yox oldu. Perron
boşaldı.
Yavaş-yavaş bistroya qayıtdı. Yenə bayaqkı stol arxasında oturdu. Yarım qədəh
kalvadosu hələ də dururdu. Onun indiyəcən burada qalması Ravikə yaman qəribə
gəldi...
Xidmətçi çəkinə-çəkinə ona yaxınlaşdı:
– Bağışlayın, müsyö, bilmədim...
– Yaxşı, yaxşı, – Ravik onun sözünü kəsdi. – Mənə bir qədəh ayrı kalvados gətirin.
– Başqasını? – Xidmətçi stolun üstündəki yarımçıq qədəhə baxdı. – Bunu
içməyəcəksiniz?
– Xeyr, ayrısını gətirin.
Xidmətçi qədəhi götürüb iylədi.
– Bu, yaxşı deyil?
– Yaxşıdır... Ancaq ayrısını gətirin.
– Baş üstə, müsyö.
«Yanılmışam, – Ravik ürəyindən keçirdi. – Şüşələr sulu idi, yarısı tutulmuşdu.
Yaxşı seçmək olardımı?» Nəzərlərini pəncərəyə, sonra da küçəyə zillədi, diqqətlə
pusquda durmuş ovçu kimi gəlib-gedənlərə baxdı və həmin anda köhnə xatirələr
təzədən oyandı, kölgəli, tutqun kino lenti kimi gözləri önündə bir-bir keçməyə
başladı...
...Berlin. 1934-cü ilin yay axşamı. Gestaponun binası... Qan... Pəncərəsiz, bomboş
otaq... Elektrik lampalarının gözqamaşdırıcı işığı... Qana bələnmiş, kəmərli stol...
Huşunu itirəndə başını vedrəyə soxmaları, nəfəsinin daralması və sonra da gecələr
ayılması. Böyrəkləri, elə bil, qopub içinə düşmüşdü, daha ağrımırdı. Sibillanın
əzilmiş, tanınmaz sifəti... Bir neçə mundirli cəllad onu tutub, biri də gülümsəyir,
iltifatla, boynuna almasa, arvadını nələr gözlədiyini deyir. Sibillanın meyiti üç
gündən sonra tapıldı. Guya, özünü asımışdı...
Xidmətçi əlindəki qədəhi stolun üstünə qoydu:
– Başqa növdür, müsyö. Köhnədən qalmadır.
– Yaxşı, yaxşı, təşəkkür edirəm. – Ravik qədəhi başına çəkdi. Cibindən bir qutu
siqaret çıxardı, birini götürüb yandırdı. Əlləri hələ də titrəyirdi. Kibrit çöpünü yerə
atıb, bir qədəh də kalvados sifariş verdi.
Ona elə gəlmişdi ki, həmin o təbəssümlü sifət idi gözünə görünən. Yox, ola
bilməzdi! Ola bilməz ki, Haake Parisə gəlsin. Ola bilməzdi!
Xatirələri qovmağa çalışdı. Əlindən bir iş gəlməyə-gəlməyə özünü bu kökə
salmağın nə mənası? Onun da vaxtı var. Onların işi bitəndə... Geri qayıdanda... O
vaxta qədər...
Xidmətçini çağırıb pulunu verdi. Yolda nə qədər çalışdısa da, yenə diqqətlə
yanından ötüb keçənlərin üzünə baxırdı...
Morozovla «katakomba»da oturmuşdu.
– Onun olduğuna inanmırsan? – Morozov soruşdu.
– Yox. Ancaq, elə bil, özü idi. Yəqin, çox oxşayırmış. Ya da yaddaşım korlanıb.
– Heyif ki, bistroda olmusan.
54
– Hə...
Morozov bir anlığa susdu və sonra dedi:
– Adamı lap dəli eləyir. Düzdür?
– Yox, nəyə görə?
– Ona görə ki, dəqiq bilmirsən.
– Bilmirəm.
Morozov yenə susdu.
– Yenə qara basır, – Ravik sözünə davam etdi. – Elə bilirdim, ondan canım
qurtarıb.
– Belə şeydən heç vaxt yaxa qurtarmaq olmaz. Mənim də başıma gəlib. Xüsusilə
ilk günlərdə! İ
__________
lk beş-altı ildə! Üçünü Rusiyada tutacağam. Yeddi idilər.
Dördü
ölüb. İkisini elə öz partiyasında olan adamlar güllələyib. Düz iyirmi ildən çoxdur
gözləyirəm. 1917-ci ildən. Sağ qalanlardan birinin yetmiş, ikisinin isə qırx-əlli
yaşları var. Çox güman ki, onları tutacağam, atamın heyfini alacağam.
Ravik Borisə baxdı. Yaşı altmışı keçsə də, çox gümrah görünürdü.
– Tapacaqsan...
– Hə... – Morozov yumruqlarını düyünlədi. – Elə onu gözləyirəm. Ona görə də
ehtiyatla gəzib-dolanıram. Daha içməyi də azaltmışam. Bəlkə, çox çəkəsi oldu.
Gərək, qolumda qüvvə qalsın. Güllə ilə, bıçaqla eləmək istəmirəm.
– Mən də...
Onlar bir xeyli oturdular.
– Şahmat oynayaqmı? – Morozov soruşdu.
– Oynayaq. Ancaq gözümə boş taxta dəymir.
– Professor indicə qurtaracaq. Levi ilə oynayırdı. Yenə də uddu.
Ravik şahmatı gətirməyə getdi.
– Siz çox oynamısınız, professor, – dedi. – Demək olar ki, bütün günü...
Qoca başını tərpətdi.
– Adamın fikrini dağıdır. Şahmat kartdan ağıllı oyundur. Kartda bəxtin gətirə, ya
gətirməyə... Ona görə də adamın fikrini dağıtmır. Şahmat isə bir aləmdir. Onu
oynayanda xarici aləm yaddan çıxır. – O, batıq gözlərini qaldırdı. – Xarici aləm də
hələ kamala yetməyib.
Onun rəqibi Levi isə mızıldadı, lakin tez də səsini kəsib, qorxa-qorxa yan-yörəsinə
boylandı, sonra professorun dalınca getdi.
Onlar iki partiya oynadılar. Sonra Morozov ayağa durdu:
– Vaxtdır, gedim, bəşəriyyətin çiçəklənməsi üçün qapıları açım. Sən niyə heç biz
tərəflərdə görünmürsən?
– Bilmirəm. Təsadüfidir...
– Sabah axşam necə?
Dostları ilə paylaş: |