MiLLİ qurtuluşu təMİn edən lider



Yüklə 32,1 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü32,1 Kb.
#7506


MİLLİ QURTULUŞU TƏMİN EDƏN LİDER 

Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası 

Azərbaycanın bugünkü və gələcək uğurlarına ən ciddi təminatdır 

ÜLVİYYƏ QULUZADƏ  

NİDERLAND KRALLIĞININ “ERASMUS” ROTTERDAM 

UNİVERSİTETİNİN TƏLƏBƏSİ  

Əbədiyaşarlıq zirvəsinə  yüksəlmiş  fenomen şəxsiyyətlər bir xalqı təmsil etməklə 

yanaşı,  ümumbəşəri  ideyaların  daşıyıcılarına  çevrilmiş,  öz  möhürlərini  bəşər  tarixinə 

vurmuşlar. Qeyri-adi istedada, böyük dühaya, dərin təfəkkür və düşüncə tərzinə, ən çətin 

situasiyalarda düzgün qərarlar qəbul etmək bacarığına sahib olmaq bu şəxsiyyətlərin həm 

də  böyük  xarizmaya  malik  olduğunu  aşkarlayır.  Böyük  fəxarət  hissi  ilə  deyə  bilərik  ki, 

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  də  dünya  siyasətində  dərin  iz 

buraxmış, sağlığında xalqının qəlbində özü üçün möhtəşəm abidə ucaltmış belə fenomen 

şəxsiyyətlərdəndir. 

XX  əsr  tariximizin  ən  böyük  şəxsiyyəti  kimi  şərəfli  ömür  yolu  keçmiş  Heydər 

Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış. Xalqı həqiqi 

müstəqilliyə  qovuşduraraq  ictimai  şüurda  əbədiyaşarlıq  hüququ  qazanmışdır.  Tarixin  ən 

sərt  dolanbaclarından,  çətin  sınaqlarından  keçməklə  əks  etdiyi  milli  dövlətçilik 

ənənələrini  məhz  Heydər  Əliyevin  rəhbərliyi  altında  vahid  sistem  halına  salaraq 

özünütəsdiq  imkanı  qazanmış  xalqımız  eyni  zamanda  davamlı  milli  inkişaf  yolunu 

müəyyənləşdirmişdir. Cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin 

təminatına  çalışan,    bunu  əsl  məmurluğun  başlıca  formuluna  çevirən  Heydər  Əliyev 

yalnız  bu  yolla  dövlətlə  xalq  arasında  möhkəm  mənəvi,  siyasi  və  hüquqi  bağlantıya, 

qarşılıqlı  etimada  nail  olmağı  mümkün  saymışdır.  Dərin  zəkası,  lider  xarizması,  milli 

ideallara  sıx  bağlılığı,  unikal  idarəçilik  məharəti,  zəngin  mənəviyyatı  ilə  hər  zaman 

xalqının  sevimli  şəxsiyyəti  olmuş  ulu  öndərimiz  bu  zirvəyə  hakimiyyət  sükanının 

arxasına  keçdiyi  ilk  gündən  qanunsuzluğa,  ədalətsizliyə  və  nihilizmə  qarşı  apardığı 

prinsipal mübarizə ilə yüksələ bilmişdir. 

Ümummilli  lider  Heydər  Əliyev  böyük  strateq  kimi  qısa  zamanda  qiyamçı 

dəstənin  zərərsizləşməsinə  nail  olmuş,  hakimiyyət  boşluğunu  aradan  qaldırmış,  ictimai-

siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atmışdır. Ulu 

öndərimiz  xalqımız  qarşısındakı  müstəsna  xidmətlərindən  biri  də  Azərbaycanda  süni 

şəkildə  etnik-milli  qarşıdurma  yaratmaq  istəyən,  şimalda  “Sadvalə  hərəkatının,  cənubda 

isə  qeyri-qanuni  dəstə  yaratmış  Ələkrəm  Hümbətovun  əli  ilə  həyata  keçirilən  separatçı 

hərəkatın  qarşısını  alan,  bütün  qanunsuz  silahlı  birləşmələri  tez  bir  zamanda 

zərərsizləşdirən  ulu  öndərimiz  eyni  zamanda  cəmiyyətdə  milli  həmrəyliyin,  ictimai 

konsensusun  əldə  olunmasına,  sabitliyin  möhkəmləndirilməsinə,  iqtisadi  tənəzzülün 

qarşısının alınmasına yönəlmiş ardıcıl və sistemli tədbirlər həyata keçirmişdir. 



Məhz  bu  xilaskar  missiyanın  nəticəsi  kimi  Azərbaycan  xalqı  1993-cü  ilin 

oktyabrında  ulu  öndər  Heydər  Əliyevə  etimad  göstərərək  onu  özünün  layiqli  rəhbəri 

seçmiş,  müdrik  liderinin  rəhbərliyi  altında  davamlı  və  dönməz  inkişaf  yoluna  qədəm 

qoymuşdur. 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində “Belə bir yüksək 

və  məsuliyyətli  vəzifəni  üzərimə  götürərkən  birinci  növbədə  Azərbaycan  zəkasına, 

müdrikliyinə,  qüdrətinə  güvənirəm,  arxalanıram.  Azərbaycan  xalqının  mənə  bəslədiyi 

ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu 

ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm" deyən ümummilli liderimiz 

müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürmüş 

və onun həyata keçirilməsinə başlamışdır. 

1994-cü  ilin  oktyabr,  1995-ci  ilin  mart  hadisələrində  Heydər  Əliyev  özünün 

qətiyyəti  və  xarizması  ilə  Azərbaycan  dövlətçiliyini  ağır  faciələrdən  xilas  edə  bilmişdir. 

Sonrakı  mərhələdən  etibarən  Heydər  Əliyevin  rəhbərliyi  altında  demokratik,  hüquqi  və 

dünyəvi  dövlət  quruculuğu  yolunda  atılan  addımlar,  milli  dövlətçilik  ənənələrinə, 

beynəlxalq  standartlara  əsaslanan  köklü  hüquq  islahatları  insan  hüquq  və  azadlarının 

təminatı  sahəsində  əsaslı  dönüşə  səbəb  olmuşdur.  Azərbaycanın  perspektiv  inkişaf 

prioritetlərini düzgün müəyyənləşdirən ulu öndərimiz sivil Qərb dəyərlərinin cəmiyyətdə 

tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və 

vətəndaş  hüquq  və  azadlıqlarının  etibarlı  təminatına  hər  zaman  xüsusi  diqqətlə 

yanaşmışdır.  Heydər  Əliyevin  “Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi, 

qanunçuluğun  və  hüquq  qaydasının  möhkəmləndirilməsi  haqqında”  9  avqust  1994-cü  il 

tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-

mühafizə  orqanlarının  bu  istiqamətdə  uzunmüddətli  dövr  üçün  fəaliyyət  proqramı 

müəyyənləşdirilmişdir. 

Ulu  öndər  Heydər  Əliyevin  Azərbaycan  Dövlətçiliyi  qarşısındakı  ən  böyük 

xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik 

meyarlar  əsasında  hazırlanması  və  ümumxalq  səsverməsi  yolu  ilə  qəbul  edilməsi 

olmuşdur.  1995-ci  ilin  12  noyabrında  qəbul  edilmiş  müstəqil  Azərbaycanın  ilk 

Konstitusiyası  ölkənin  gələcək  inkişaf  prioritetlərini  müəyyənləşdirməklə  yanaşı,  insan 

hüquq  və  azadlıqlarının  təminatını  dövlətin  ali  məqsədi  kimi  ön  plana  çıxarmışdır. 

Konstitusiyada  hakimiyyət  bölgüsü  prinsipləri  dəqiq  əksini  tapmış,  zamanın  tələbi  ilə 

səsləşən  məhkəmə-hüquq  islahatlarının  həyata  keçirilməsinə  fundamental  hüquqi  zəmin 

yaradılmışdır.  Əsas  qanunda  təsbit  olunmuş  bir  sıra  mühüm  müddəalar  məhkəmə 

hakimiyyətinin  müstəqilliyinə  ciddi təminat  yaratmış,  bu prinsip  önə çəkilməklə  sonrakı 

mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur. 

1996-2003  illərdə  Azərbaycan  insan  hüquq  və  azadlıqlarının,  demokratik 

təsisatların  təminatı  ilə  bağlı  bir  sıra  beynəlxalq  konvensiyalara,  sazişlərə  qoşulmuşdur. 

Azərbaycan  Respublikasının  insan  hüquqlarının  qorunması  sahəsində  əldə  etdiyi  ən 

mühüm  nailiyyətlərdən  biri  də  BMT  və  Azərbaycan  hökuməti  arasında  1998-ci  ilin 

avqustunda  imzanlanmış  “İnsan  hüquqları  və  demokratiyanın  dəstəklənməsi  sahəsində 

birgə  layihə  haqqında”  memorandum  olmuşdur.  Həmin  memoranduma  əsasən,  BMT 

insan  hüquqlarını  dəstəkləmək  və  müdafiə  etmək  sahəsində  ümumi  biliklərin  və 




potensialın  avropa  standartlarına  uyğunlaşdırılması,  prosedur  və  hesabatlar  sisteminin 

təkmilləşdirilməsi,  mülki  cəmiyyətin  inkişafı  və  digər  məsələlər  sahəsində  Azərbaycan 

Respublikası  hökuməti  ilə  birgə  tədbirlər  həyata  keçirmişdir.  1998-ci  ilin  22  fevralında 

ümummilli  liderimiz  Heydər  Eliyev  “insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının 

təmin  edilməsi  sahəsində  tədbirlər  haqqında”  fərman  imzalamış,  insan  hüquqları 

sahəsində  həyata  keçirilən  tədbirlərin  istiqaməti  və  konsepsiyası  səhih  şəkildə  müəyyən 

edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları 

məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan 

Respublikasının  Prezidentinin  fərmanı  ilə  “insan  hüquqlarının  müdafiəsinə  dair  Dövlət 

Proqramı” təsdiq olunmuşdur. 

Ulu öndərimizin 1993-cü ildən tədbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-

ci ilin fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli 

və  tarixi  qərarı  veren  ilk  ölkə  olmuşdur.  Yüksək  humanizm  və  insanpərərlik  örnəyinin 

bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci 

ilin  25  yanvarında  müstəqil  respublikamız  Avropa  Şurası  kimi  mötəbər  beynəlxalq 

təşkilata  tam  hüquqlu  üzv  qəbul  edilmişdir.  Təşkilatla  səmərəli  əməkdaşlıq Azərbaycan 

qanunvericiliyinin  avropa  standartlarına  uyğun  təkmilləşdirilməsinə,  mütərəqqi 

məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir. 

Respublikamızda  üçpilləli  məhkəmə  sisteminin  formalaşdırılması,  Konstitusiya 

Məhkəməsinin  fəaliyyətə  başlaması,  İnsan  Hüquqları  üzrə  Müvəkkil  İnstitutunun 

yaradılması,  Konstitusiya  mütərəqqi  dəyisikliklərin  demokratik  inkişaf  yolunda  əldə 

etdiyimiz  başlıca  nailiyyətlərdəndir.  Ulu  öndər  Heydər  Əliyevin  rəhbərliyi  altında  ötən 

müddətdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi sahəsində geniş miqyaslı işlər 

görülmüş,  müstəqil  məhkəmə  hakimiyyəti  formalaşdırılmışdır.  Azərbaycanda  qanunun 

aliliyinin  təmin  edilməsi,  məhkəmə  hakimiyyətinin  dövlət  idarəçiliyində  nüfuzlu  və 

müstəqil təsisata çevrilməsi, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı insan hüquq 

və  azadlıqlarının  müdafiəsinin  yüksək  səviyyədə  təşkili  bu  islahatların  əsas  məzmununu 

təşkil edir. 

2003-cü ilin oktyabrında xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti 

seçilmiş  cənab  İlham  Əliyev  hər  bir  vətəndaşın  hüquq  və  azadlıqlarının  etibarlı 

təminatına,  demokratikləşmə  və  vətəndaş  cəmiyyəti  quruculuğuna  yönəlmiş  mütərəqqi 

islahatları  keyfiyyətcə  yeni  mərhələdə  uğurla  davam  etdirir.  Azərbaycanın  bütün 

sahələrdə  dinamik  inkişaf  etməsi,  habelə  insan  hüquq  və  azadlıqları  sahəsində 

ixtisaslaşmış digər nüfuzlu beynəxalq təşkilatlarla əməkdaşlığının yeni mərhələyə qədəm 

qoyması  məhkəmə-huquq  islahatlarını,  liberallaşma  prosesinin  keyfiyyətcə  yeni 

mərhələdə  davam  etdirilməsini  vacib  məsələ  kimi  önə  çıxarmışdır.  Bu  reallığı  düzgün 

qiymətləndirən  Prezident  İlham  Əliyev  əsası  ümummilli  liderimiz  Heydər  Əliyev 

tərəfindən 

qoyulmuş  məhkəmə-hüquq  islahatlarını  yeni  dövrün  tələblərinə 

uyğunlaşdırmağa  çalışır.  Bu islahatların qayəsində isə məhz insana və vətəndaşa həssas 

münasibət məramə dayanır. Ölkə vətəndaşlarnın mütləq əksəriyyəti cənab İlham Əliyevin 

rəhbərliyi  altinda  daha  da  inkişaf  edecəyinə,  iqtisadi    cəhətdən  qüdrətlənəcəyinə  və 



demokratik dövlətlər cərgəsinə yüksələcəyinə ürəkdən inanır. 

Yüklə 32,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə