Milli qəhrəmanlar



Yüklə 279,81 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü279,81 Kb.
#54332


S.VURĞUN ADINA MƏRKƏZİ KİTABXANANIN 

TƏŞKİLATI – METODİKİ ŞÖBƏSİ 

 

 

 



 

 

 



 

 

 

Yaddaşlarda yaşayanlar 

/“Azərbaycan Milli Qəhrəmanı” fəxri adının  

təsis olunduğu gün/ 

Metodik vəsait 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Sumqayıt – 2011 


 “Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi 

yaşayırlar... Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu bizim 

millətimizin iftixarıdır” 

                                                                        Heydər Əliyev 



 

   Məlumdur ki, ötən əsrin axırlarına doğru Yer kürəsinin 1/6 hissəsini təşkil edən nəhəng bir imperiyada  

150-dən çox millət və xalqın “dost” olduğu Sovetlər İttifaqında yaşamış xalqımız dünyanın  həmin super 

dövlətində artıq yetişmiş təbii ictimai-siyasi və milli ziddiyyətlərin dağılmağa qədəm qoyduğu bir tarixi 

şəraitdə, milli-azadlıq mübarizəsi nəticəsində XX yüziilikdə ikinci dəfə müstəqillik əldə etdikdə rus ifrat 

şovinist dairələrinin havadarlıq göstərdiyi əzəli düşmənimiz – bədnam ermənilər Vətən adlandırdığımız 

doğma yurdumuza qarşı ərazi iddiaları ilə yenidən  çıxışlara başladılar.  

 Ermənilərin tanınmış qatı millətçi ideoloq – liderləri  və din ataları Dağlıq Qarabağın və Naxçıvanın 

Ermənistana birləşdirilməsi tələbləri ilə haray qaldırmışdılar. 1988-ci il fevralın 13-də Xankəndindəki 

meydanda toplaşan izdihamlı mitinq iştirakçıları “Miatsum! (“Azadlıq”) – bağırtıları altında qatı 

millətçilik, separatçı daşnak yuvası olan Yerevanın diqtəsi ilə oturub-durduqlarını daha gizlətmiridilər. 

Lakin 1988-ci ilin payızında xalqımız daha artıq Milli Dirçəlişdə və torpaqlarını qorumaq iqtidarında 

olduğunu nümayiş etdirirdi.  

Bundan təşvişə düşən, Sovet imperiyası adlanan dövlətin sonuncu formal prezidenti M. Qorbaçov öz 

istiqlaliyyətini qorumaq üçün kükrəyən xalqımızı cəzalandırmaq məqsədilə  20 yanvar faciəsini törətdi. 

Şəhidlər vermiş əliyalın xalqımız bacardıqca müqavimət göstərdilər.  

... 1989-cu il sentyabrın 23-də Azərbaycan Ali Sovetinin Sessiyası tərəfindən “Azərbaycan SSRİ-nin 

Suverenliyi haqqında” Konstitusiya Qanununun, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının 

Dövlət Müstəqilliyi  haqqında” Konstitusiya Aktının qəbul edilməsi xalqımızın istiqlaliyyətini rəsmi 

surətdə təsdiq və bəyan edən çox mühüm taleyüklü hadisələr və hüquqi qanunvericilik aktları idi. Bu 

aktlar elə bir zamanda qəbul edilmişdi ki, artıq ermənilərlə Dağlıq Qarabağda və sərhəd bölgələrimizdə 

ölüm-dirim savaşları gedirdi.  

          İlk vaxtlar Milli Ordumuz hələ formalaşmadığından torpaqlarımızı erməni qəsbkarlarından 

respublikanın milis orqanlarının, DİN-in Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinin, Daxili Qoşunlarının 

əməkdaşları və könüllü özünümüdafiə qüvvələri müdafiə edirdilər. 80-ci illərin sonları – 90-cı illərin 

əvvəllərində SSRİ rəhbərliyinin bilərəkdən göstərişləri əsasında xalqımız tərkisilah edilmiş, ondan hətta 

ov tüfəngləri də yığılmışdı.  Buna baxmayaraq, düşmənə dərin nifrət bəsləyən, Vətən, torpaqlarımız 

uğrunda canlarını qurban verən mərd oğullarımız Dağlıq Qarabağda və sərhəd rayonlarımızda erməni 

işğalçıları ilə döyüşlərdə geri çəkilmir, qəhrəmanlıqlar göstərirdilər. 

Tarix boyunca şəhidlik və qazilik bu ali ruha sahib olan xalqımızın mənliyində yaşayan iki uca əxlaqi 

keyfiyyət olub. Xalqımız vətəni və müqəddəs dəyərləri naminə  həmişə döyüşüb, bu yolda ölməyi 

yaşamaqdan üstün tutub. “ölərsən şəhid, qalarsan qazi” və bir də “Torpaq uğrunda ölən varsa, vətəndir” 

inamı onların  şanlı  zəfərlərinin sirri olub. Müqəddəs  əxlaqi dəyərlər uğrunda mübarizənin sonunda 

mənəviyyatımızın vəd etdiyi yüksək əbədi mükafat budur. Şəhidlik və qazilik yalnız türklərə, o cümlədən 

xalqımıza məxsus bir keyfiyyət olub, bizi tarix boyu dinimiz və vətənimiz uğrunda qəhrəmanlıqlara sövq 

edib. Qəhraman xalqımız ən qədim zamanlardan bəri kişisi ilə, qadını ilə özünün həyat meyarını bu ali 

dəyərlərə görə qurub.  

   Şəhid olmaq nə  qədər  şərəflidirsə, vətən torpağını    düşmənlərdən təmizləmək, haqq uğrunda vuruşub 

sağ qalmaq bir o qədər şərəflidir.  

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə 

də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı 

ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə bir çox igid oğullarımız şəhid oldular. Onların bu igidlik 

və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.  

   Xalqımız və dövlətimiz Vətən uğrundakı  qəhrəmanlıqlarını yüksək qiymətləndirərək onları 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüblər.  Əsrlər boyu tarixin hər cür çətin sınağından 

çıxan Azərbaycan xalqı özünü sovet imperiyasından da xilas edib müstəqilliyə doğru uğurlu addımlar 

atarkən Moskvadan gələn yad fərmanlardan , ordenlərdən xilas oldu. “Azərbaycan Milli Qəhrəmanı”  adı 

kimi yüksək fəxri ad təsis edildi. Suveren Azərbaycan Respublikasının ən yüksək  fəxri adına ilk layiq 

görülənlər məhz elə vətənimizin suverenliyi, ərazi bütövlüyü, dinc əhalinin təhlükəsizliyi naminə döyüş 




meydanlarına ilk atılan polis işçilərimiz oldular. Respublika  Prezidentinin 5 iyun 1992-ci il tarixli 

fərmanı ilə 11 nəfər daxili işlər orqanlarının əməkdaşına bu ad verildi. Tariximizdə əlamətdar bir hadisə 

kimi qalacaq bu fərman  - Azərbaycanın ilk Milli Qəhrəmanları haqda təltif polis işçilərimizin 1988-ci 

ildən bəri döyüş meydanlarındakı mübarizəsinə veilən ən böyük qiymət oldu.  



Müharibənin başlanması 

1985-ci ildə Mixail Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi 

vəzifəsinə seçiləndən sonra azərbaycanlılara qarşı erməni siyasətnin  növbəti mərhələsi başlayır. Artıq 

1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan (İrəvan) şəhərində Dağlıq 

Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara başlanılır. Eyni 

zamanda, istər sovet erməniləri, istrəsə də xaricdəki erməni diasporu tərəfindən «Miatsumun» həyata 

keçirilməsi üçün fəal ideoloji hazırlıq həyata keçirilir. M.Qorbaçovun müşaviri sovet iqtisadçı alimi 

akademik A.Aqanbekyan «Humanite» qəzetinə 1987-ci ilin oktyabr ayında verdiyi müsahibədə, Dağlıq 

Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla deyil, məhz Ermənistanla daha sıx tarixi, iqtisadi-

təsərrüfat əlaqələrinə malik olmasını bildirərək, Muxtar Vilayətin Ermənistana birləşdirilməsi bəyanatı ilə 

çıxış edir. Bu dövr həm də, ermənilərin şovinst-millətçiliyinə xidmət edən «Qarabağ» və «Krunk» 

təşkilatlarının fəaliyyəti, «ziyalı» pərdəsinə bürünmüş Silva Kaputikyan, Zori Balayan və s. şəxslərin bu 

istiqamətdə canfəşanlığı ilə xarakterizə olunur.Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası 

nəticəsində 1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər 

Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. 

Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya 

məruz qalır. 

1989-cu il  Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ 

Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat 

vasitələrinə hücumları ilə xarakterizə olunmuşdur. 1989-cu il iyul ayının 29-da Ermənistan ərazisində 

Azərbaycandan gedən qatarlara olan hücumlar nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu 

əlaqəsi kəsilir.  Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə «Dağlıq Qarabağ 

Muxtar Vilayəti»nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında» qərar qəbul edir. 

1991-ci il sentyabr ayının 2-də erməni separatçıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ 

regionunda qeyri-qanuni olaraq «Dağlıq Qarabağ Respublikası»nın qurulmasını bəyan etdilər. Sentyabr 

ayının 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk şəhərində Rusiya və 

Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüş zamanı prezidentlər münaqişənin sülh 

yolu ilə həlli barədə razılığa gəldilər. Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri 

Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladılar. 

Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali 

isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qaldı. 

Qarabağ müharibəsi - 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə 1988-ci ildən 

başlayan  Ermənistanla Azərbaycan arasında müharibə. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında 

Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 

yaxın insan həlak olmuş, Azərbaycanın  Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu 

Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır. 

 

 



 


Quqark qırğını 

1988-ci ilin noyabr ayında Ermənistanın Quqark rayonunda ermənilər tərəfindən 15-i yandırılaraq 

21 azərbaycanlı öldürülmüşdür. 

Qarakənd faciəsi 

1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni 

terrorçuları Azərbaycan, Rusiya və Qazaxstanı təmsil edən bir qrup yüksək vəzifəli dövlət məmuru və 

jurnalisti aparan «Mİ-8» vertolyotunu gülləbaran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət, ictitmai və 

hərbi xadim qətlə yetirildi. 

Xocalı soyqırımı -1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən 

Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc 

əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 

613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan bir 

çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən 

çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına 

verildi. 

 

Ağdaban soyqırımı 

1992-ci ilin aprel ayının 8-də Erməni işğalçıları Kəlbəcərin Ağdaban kəndinə hücum edərək 67 

nəfəri qətlə yetirmiş,17 kənd sakini isə diri-diri yandırılmışdır. 



Şuşa şəhərinin işğalı 

Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi. Mart 

ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda 

dinc əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi. Mart ayının 24-də ATƏM-

in dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması qərara alınır. May ayının 7-də 

Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması ilə əlaqədar İranın vasitəçiliyi 

ilə Tehranda görüş keçirir. Görüşün sonunda dövlət başçıları kommunike imzalayırlar. Bu kommunike 

imzalanandan dərhal sonra may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunur. 

May ayının 17-də isə münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam etdiyi 

bir vaxtda erməni hərbi birləşmələri Laçın şəhərini işğal etdilər. 



Ermənistanın işğalcılıq müharibəsinin davamı  

1993-cü il aprel ayının 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının 

Kəlbəcər rayonu işğal olundu. Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonunun 

işğalını pisləyən bəyanat verdi. Aprel ayının 15-də isə Avropa Şurası Nazirlər Komitəsi münaqişənin 

kəskinləşməsi ilə bağlı bəyannamə ilə çıxış etdi. Aprel ayının 15-də isə Avropa Şurasının Nazirlər 

Komitəsi Dağlıq Qarabağda münaqişə vəziyyətinin gərginləşməsi ilə bağı bəyanat qəbul etdi. Aprel 

ayının 25-29-da İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalını pisləyən 

qətnamə qəbul etdi. Aprel ayının 30-da isə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının 

Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə 

əks etdirən 822 saylı Qətnamə qəbul etdi. İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan 

Respublikasının Ağdam rayonunu işğal etdilər. İyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı 

qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini özündə 

əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT Təhlükəsizlik Şurasının sədri 

müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına 




baxmayaraq,  avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu 

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Oktyabr ayının 14-də BMT-nin Təhlküsəizlik 

Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması tələbini özündə ifadə edən növbəti, 874 

saylı Qətnamə qəbul etdi. Oktyabr ayının 28-i, noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan 

şəhəri işğal edildi. Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks etdirən 

BMT  Təhlükəsizlik Şurasının növbəti,  884 saylı Qətnaməsi qəbul edildi.  



Qarabağ müharibəsinin nəticələri 

Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ 

ərazisi və onun ətrafındakı 7 inzibati rayonu  işğal altına düşmüşdür. 1988-1993-cü illərdə işğal edilmiş 

Azərbaycan əraziləri: 

Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km

2

. (Şuşa, Xankəndi, Xocalı, 



Əsgəran, Xocavənd, Ağdərə, Hadrut); 

Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km

2



Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km



2

Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km



2

Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km



2

Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km



2

Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 km



2

Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km



2

Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə 



yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və 

məcburi köçkün şəraitində yaşamaqdadır. 



Qarabağ müharibəsi dövründə əsir düşmüş və girov götürülmüş azərbaycanlılar 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında mövcud 

olan məlumatlara əsasən, 1335 nəfər, o cümlədən 129 uşaq, 312 qadın, 246 qoca əsir və girovluğdan azad 

edilib, təcavüz nəticəsində 4868 nəfər, o cümlədən 55 uşaq, 326 qadın, 410 qoca itkin düşüb. (son 

statistik məlumata görə)  

Bu  faktlar göstərir ki, ən azı 783 vətəndaşımız ermənilər tərəfindən əsir, yaxud girov götürülüb, 

lakin bu faktlar beynəlxalq təşkilatlardan  gizlədilib. Həmin şəxslərin siyahısı erməni əsirliyindən 

qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilib. Almaniya, Rusiya və 

Gürcüstanın hüquq müdafiəçilərindən ibarət əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin 

düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupunun üzvləri, eləcə də Beynəlxalq Qırmızı Xaç 

Komitəsi bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi barədə məlumatları təsdiq edir. Lakin 

sözügedən vətəndaşlarımızın taleyi bu günədək naməlumdur. 

 

 

 




Azərbaycanın azadlığı və bütövlüyü uğrunda 

döyüşlərdə  iştirak etmiş milli qəhrəmanların siyahısı: 

 

Akif Əkbərov 



 Aqil Quliyev 

`      Aqil Məmmədov 

 Aqil Musayev 

Albert Aqarunov 

Alı Mustafayev 

Allahverdi Bağırov 

Anatoli Davidoviç 

Araz Səlimov 

Arif Qədiməliyev 

Arif Qubadov 

Asif Məhərrəmov 

Aslan Atakişiyev 

Aytəkin Məmmədov 

Baxşeyiş Paşayev 

Bəhruz Mənsurov 

Bəxtiyar Allahverdiyev 

Bəşir Kərimov 

Bəylər Ağayev 

Canpolad Rzayev  

Cavanşir Rəhimov 

Cəlil Səfərov 

Cəmil Niftəliyev 

Çingiz Babayev 



Çingiz Mustafayev 

Dilqəm Nağıyev 

Ehtiram Əliyev 

Elbrus Allahverdiyev 

Eldar Ağayev 

Eldar Həsənov 

Eldar Xəlilov 

Eldar Məcidov 

Eldar Məmmədov 

Eldar Tağızadə 

Elgiz Kərimov 

Elxan Zülfüqarov 

Elman Hüseynov 

Elnur Nuriyev 

Elşad Əhədov 

Elşad Hüseynov 

Elşad Məmmədov 

Elşad Yəhyayev 

Elşən Hüseynov 

Emin Quliyev 

Etibar Əliyev 

Etibar Hacıyev 

Etibar İsmayılov 

Əfqan Hüseynov 

Əlabbas İsgəndərov 

Ələkbər Əliyev 

Ələsgər Novruzov 



Əli Məmmədov 

Əlif Hacıyev 

Əliyar Əliyev 

Əmiraslan Əliyev 

Ənvər Arazov 

Ənvər Fərəcov 

Ərəstun Mahmudov 

Əsəd Əhmədov 

Əsəd Əsədov 

Əsgər Əliyev 

Faiq Ağayev 

Faiq Cəfərov 

Faiq Əmirov 

Faiq Rəfiyev 

Famil İsgəndərov 

Fariz Qəhrəmanov 

Fazil Mehdiyev 

Fəxrəddin Cəbrayılov 

Fəxrəddin Musayev 

Fəxrəddin Şahbazov 

Fərhad Ağayev 

Fərhad Hümbətov 

Fikrət Hacıyev 

Firudin Şamoyev 

Füzuli Rüstəmov 

Gültəkin Əsgərova 

Hidayət Rüstəmov 



Hikmət Muradov 

Hikmət Nəzərli 

Xanoğlan Məmmədov 

İbrahim Məmmədov 

İxtiyar Qasımov 

İqor Makeyev 

İlham Əliyev 

İlham Həsənov 

İlqar İsmayılov 

İmamverdi Əliyev 

İnqilab İsmayılov 

İntiqam Atakişiyev 

İsgəndər Aznaurov 

İsrafil Şahverdiyev 

Kamil Nəsibov 

Kazım Məmmədov 

Kazımağa Kərimov 

Kərəm Mirzəyev 

Kərim Kərimov 

Koroğlu Rəhimov 

Qasım Rzayev 

Qorxmaz Eyvazov 

Malik Əsədov 

Maşallah Abdullayev 

Mehdi Abbasov 

Mehman Sayadov  

        Mədət Quliyev 



Məhəmməd Həsənov 

Məhərrəm Seyidov 

Mətləb Quliyev 

Məzahir Rüstəmov 

Mixail Slesaryov 

Mikayıl Cəbrayılov 

Mirələkbər İbrahimov 

Mirəsgər Seyidov 

Mirzə Quliyev 

Mövsüm Məmmədov 

Muxtar Qasımov 

Mübariz Əhmədov 

Nadir Əliyev 

Naib Yusifov  

Namiq Abdullayev 

Natiq Əhmədov 

Natiq Məmmədov 

Nazim Babayev 

Nazim Quliyev 

Niyazi Aslanov 

Nizami Məmmədov 

Nofəl Quliyev 

Novruz Qurbanov 

Nurəddin İbrahimov 

Oqtay Güləliyev 

Pərviz Səmədov 

Rafiq Alıcanov 



Rafiq Nəsrəddinov 

Ramazan Çirinqov 

Ramiz Qənbərov 

Rasim İbrahimov 

Rafael Əsədov  

Rəfael Həbibov 

Rəşad Mirabov 

Riad Əhmədov 

Rizvan Teymurov 

Roman Yusifov 

Rövşən Abdullayev 

Rövşən Əkbərov 

Rövşən Əliyev 

Rövşən Hüseynov 

Rövşən Rzayev 

Ruslan Muradov 

Ruslan Polovinko 

Sadıq Hüseynov 

Sahil Məmmədov 

Salatın Əsgərova 

Samir Xasıyev 

Samir Zülfüqarov 

Sergey Murtuzəliyev 

Sergey Senyuşkin 

Seymur Məmmədov 

Səfa Axundov 

Səfəralı Məmmədov 



Səfiyar Behbudov 

Səxavət Məhərrəmov 

Sərdar Səfərov 

Sərxan Ocaqverdiyev 

Səyavuş Həsənov 

Soltanağa Bayramov 

Şahin Tağıyev 

Şahlar Hüseynov 

Şahlar Şükürov 

Şakir Salahov 

Şamil Ramazanov 

Şamoy Çobanov 

Şikar Aslanov 

Şikar Şikarov 

Şirin Mirzəyev 

Şövqiyar Abdullayev 

Tabil Həsənov 

Tahir Bağırov 

Tahir Həsənov 

Təbriz Xəlilbəyli 

Tofiq Hüseynov 

Valeh Müslümov 

Vasili Əliyev 

Vəzir Orucov 

Vəzir Sədiyev 

Viktor Seryogin 

Vüqar Hüseynov 



Vüqar Mürsəlov 

Yalçın Nəsirov 

Yavər Əliyev 

Yavər Şahbazov 

Yelmar Edilov 

Yevgeni Karlov 

Yunis Əliyev 

Yunis Nəcəfov 

Yuri Kovalyov 

Yusif Əliyev 

Yusif Mirzəyev 

Zabit Quliyev 

Zakir Məcidov 

Zakir Yusifov 

Zaur Sarıyev 

Qəhrəmanlarımızı tanımırıq 

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən «Uşaq və 

gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi» layihəsi çərçivəsində milli qəhrəmanlarımızla bağlı 

gənclər arasında  keçirilmiş sorğuda  şagird və tələbələrə «Milli qəhrəmanlarımızdan hansılarını 

tanıyırsınız?» sualı ünvanlanmışdır. Tanış olduğumuz bu sorğudakı cavablar   elə də ürəkaçan olmayıb.  

Milli qəhrəmanlarımızdan yalnız Çingiz Mustafayevlə Salatın Əsgərovanın adını çəkən   tələbələr 

Hüseynzadə ilə Həzi Aslanovun adını da bu sıraya əlavə etmişlər.   

Onlar Sovet İttifaqı Qəhrəmanıdır axı, Milli qəhrəman deyillər… 

- Düz deyirsiniz, indi yadıma düşdü ki, milli qəhrəman adı yalnız müstəqillik əldə ediləndən sonra 

verilməyə başlanılıb. Bu kimi cavablar, bunları bilməməyimiz  bizim hər birimizin günahı ola bilər. 

Amma ən böyük səbəb bu sahədə informasiya qıtlığının olması ilə əlaqədardır. Ali məktəb dərsliklərində 

milli qəhrəmanlarımızla bağlı heç bir material verilməyib.  Yəni heç olmasa, məktəb dərsliklərində bu 

haqda nə isə yazılır.  Milli qəhrəmanlarımızı tanımamağımız bizim üçün utandırıcı bir haldır.  

 

 

“Milli qəhrəman” gününün  kitabxanalarda təbliği 

 

 



        Deyirlər qəhrəmanlar ölmür. Amma deməzdim ki, biz qəhrəmanlarımızı yaşadırıq. Çünki onlar 

haqqında çox az şey bilirik. Düşünürəm ki, hər şey təbliğatdan asılıdır. Bu sahədəki təbliğatımız isə 

çox aşağı səviyyədədir. Uşaqların çoxu heç onların adını da bilmir. Səhər-axşam telekanallarda 

müğənniləri göstərirlər. Ona görə indiki gənclər onları milli qəhrəmanlarımızdan daha yaxşı tanıyırlar. 

Düzdür, bəzi küçə, eləcə də məktəblərə milli qəhrəmanlarımızın adı verilib. Ancaq bunlar yetərli 



deyil. Məsələn, Türkmənistanda üzərində milli qəhrəmanlar təsvir olunan pullar belə dövriyyəyə 

buraxılıb. Görün necə gözəl təbliğatdır… milli qəhrəmanlarımıza, ümumiyyətlə, bu cür həssas 

mövzulara qarşı biganə olmamaq biz kitabxanaçılardan da çox şey tələb edir.  

Milli qəhrəmanları tanıtmağın ən yaxşı yollarından biri  onlar haqqında film çəkməkdir. Belə ki, son 

zamanlar  müharibədən bəhs edən bir neçə  filmlərimiz uşaqlarımızın, gənclərimizin daha vətənpərvər 

böyüməsində böyük rol oynayır.  Bir çox  qəhrəmanlarımız olub ki, onların həyatı əsl rəşadətlik 

salnaməsidir. Ona görə də bu cür həyat hekayələrini  uşaqların diqqətinə çatdırmaq üçün məktəblərdə, 

kitabxanalarda milli qəhrəmanlar haqqında lövhə və yaxud kiçik büstlər qoyulsaydı, uşaqlar onları 

daha yaxşı tanıyardılar. Hətta çəkilmiş filmlər , məsələn  milli qəhrəman Fərhad Atakişiyevdən bəhs 

edən “ Qarabağdır Azərbaycan” adlı filmi  xüsusilə uşaq kitabxanalarında oxucuların diqqətinə 

çatdırmaq olar.  Bu cür təbliğat yolu ilə  Fərhad Atakişiyev   kimi qəhrəmanlarımızın rəşadətini təbliğ 

etməklə, biz kitabxanaçılar gələcəyimiz olan uşaqlara  Vətəni sevməyi də öyrətmiş olarıq. 

Kitabxanada Milli qəhrəmanlarımızdan bəhs edən   guşə olmalıdır. Kitabxanaya gələn hər bir oxucuya 

Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda böyük igidlik göstərərərək şəhid 

olmuş  Azərbaycan Milli qəhrəmanları  haqqında  

xülasə vermək, vətənpərvərlik ruhunda diskussiya, disput keçirmək olar.  

Uşaq kitabxanaları “Şəhidlər xiyabanı” na ekskursiyalar təşkil etməli, torpaqlarımızın azadlığı və 

suverenliyi uğrunda şəhid olan oğul və qızlarımız haqqında məlumat verməlidirlər.  

Kitabxanalarda oxucularla daima sorğu aparılmalıdır. Milli qəhrəmanlarımızı tanıyırlarmı?, Adlarını 

deyə bilərlərmi?, Onların keçdiyi döyüş yolundan xəbərləri varmı? və s. suallar verməklə onları 

məlumatlandırmaq olar. Vaxtilə yüksək səviyyəli təhsil almış, peşəkar hərbçilərdən istifadə 

olunmalıdır. Belə ki, onlarla görüşlər keçirmək olar. 

 

  Vətənin hər qarışını göz bəbəyi kimi qorumalıyıq. Qorumaq üçün Cavanşirləşməliyik, 

Cavadlaşmalıyıq. Eldar Hüseynov kimi, Yusif Mirzəyev kimi, Vəzir Orucov kimi, Çingiz kimi. 

Torpaqlarımızı qorumaq üçün öz taleyimizi deyil, Vətənin taleyini yaşamalıyıq. Bunu bizdən   Şuşa, 

Laçın, Füzuli, Qubadlı, Kəlbəcər, Zəngilan şəhidlərin ruhu tələb edir. Vətən yolunda, torpaq yolunda, 

qələbə uğrunda döyüşən, şəhid olan övladları  unutmağa haqqımız yoxdur. Böyük şairimiz Səməd 

Vurğun deyib: 

                        Unutmaz tarixin böyük günləri, 

                         Dünyaya mərd gəlib, mərd gedənləri. 

 

Sonda məlumat üçün bildirək ki, Azərbaycanın 210 milli qəhrəmanı var. Onlardan 191-i şəhid olub. Bu 



qəhrəmanlar içərisində  öz qəhrəmanlıqları ilə kişilərdən geri qalmayan Gültəkin Əsgərova, Salatın 

Əsgərova kimi qəhrəman qadınlarımız  da var.  Bu gün də qəlbi yaralı Vətənimizin oğul – deyib sinəsinə 

basdığı, yaşadığı torpağın başını daima uca edən, igidlərimiz çoxdur, saysız-hesabsızdır.  Milli 

qəhrəmanlarımızın hər birinin  ölçüyə gəlməz qəhrəmanlığı  buna əsl nümunədir.  

 

 

 



 

Yadda saxlayaq! 

 

Onlar ad-san, şan-şöhrət üçün vuruşmurdular. 

 

Onlar müqəddəs amal, müqəddəs vətən torpağının toxunulmazlığı uğrunda vuruşurdular. 



 

Onlar vətən yolunda əziz canlarından keçəndən sonra “Milli Qəhrəman”adını aldılar. 

 

Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızı yüksək qiymətləndirək. 



 

 

 



 

 


 

 

İstifadə olunmuş ədəbiyyat siyahısı: 

 

 İnternetdə 



 

www.google.az

 

Kitablar 

1. Vüqar Əsgərov 

Azərbaycanın Milli Qəhrəmanları. Sumqayıt, Dərələyəz-M mətbəəsi, 2010, 288 s. 

2. Cəmilzadə H.  

Azərbaycanın ilk mill qəhrəmanları. Bakı.: İşıq, 1993. – 168 s.  

3. Mübariz Seyidzadə  

Milli qəhrəmanlar zirvəsi. Bakı.: Milli qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzi,  2010. -256 s. 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 279,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə