Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə25/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   21   22   23   24   25   26   27   28   ...   202

 

85

həqiqətləri həyata keçirmək istəmişəm» deyən Cavad Heyət 



1954-cü ildə ürək əməliyyatları aparmağa başlayıb. 1961-ci 

ildə İran mühiti üçün böyük uğur sayılan, ilk dəfə böyük 

müvəffəqiyyətlə keçən açıq ürək əməliyyatı da Cavad Heyətə 

aiddir. O, İranda eksperimental cərrahiyyənin bünövrəsini 

qoyub, ilk dəfə ürək qapaqlarını dəyişdirib. Tehranda ilk 

böyrəkköçürmə əməliyyatları da məhz Cavad Heyətin adı ilə 

bağlıdır. Bu nailiyyətlərə görə o, 1963-cü ildə Beynəlxalq 

Cərrahlıq Akademiyasının üzvü seçilib. 

Az vaxtda ürək cərrahiyyəsinin öncülü kimi məşhurlaşan 

Cavad Heyət 1983-cü ildə dünyanın ən şöhrətli cərrahiyyə 

qurumu olan Paris Cərrahiyyə Akademiyasına üzv seçilib. 

Tibbə aid çoxlu sayda sanballı kitabın, cərrahiyyəyə aid 

üç cildlik dərsliyin müəllifi, 12 il «Daneşe pezeşki» – «Tibb 

elmi» dərgisinin naşiri olan doktor Cavad Heyət 1988-ci ildən 

Azad İslam Universitetinin cərrahiyyə professorudur, 

Universitetin cərrahlıq şöbəsinin rəhbəridir. Bu, həm də o 

deməkdir ki, yeni Cavad Heyətlər yetişir, Cavad Heyət öz 

elmini, öz biliyini əsirgəmədən tələbələrinə öyrədir. Demək, 

«Çalışmışam ki, həyatda elm öyrənəm və elm öyrədəm. İnsan 

həyatda biliklə yaşamalıdır» deyən Cavad Heyət, həm də 

böyük müəllimdir. İslam dünyasının böyük şəxsiyyəti Həzrəti 

Əlinin belə bir fikri var: «Kim mənə bir hərf öyrətsə, ömrüm 

boyu ona qul olaram». Bu mənada, tələbələri Cavad Heyətə 

çox borcludurlar. 

Bütün bu sadaladıqlarımın hamısı, bəlkə də, dildə çox 

asan səslənir. Amma bunların arxasında yuxusuz gecələr, 

gərgin və hərtərəfli çalışmalar, nəzəriyyə və bu nəzəriyyəyə 

əsaslanan praktika, böyük səbir, təmkin, iradə dayanır. 

Özünün dediyi kimi, bu işlər ona həyəcan, emosiya, stress, 

iztirab bahasına başa gəlib. 

Hər bir sənət sahibi ilk addımını həyəcanla xatırlayır: 



 

86

istər həkim, istər yazıçı, şair, istərsə də digər peşə sahibləri. 



Cavad Heyət də keçirdiyi ilk cərrahiyyə əməliyyatını, özü də 

çox uğurlu əməliyyatı həm sevinə-sevinə, həm həyəcanla 

xatırlayır. Bunun özü də xoşbəxtlikdir. 

Dünyaşöhrətli korifey cərrahlardan biri olan doktor 

Cavad Heyətin elmi fəaliyyəti təkcə təbabətlə məhdudlaşmır. 

O həm də böyük tarixçi alim və filoloqdur. Ömrünün önəmli 

bir hissəsini Azərbaycan-türk tarixinin, dil və ədəbiyyatının 

tədqiqinə həsr edib, elmi türkoloji araşdırmalarla məşğul olub, 

naşirlik edib. Cavad Heyət sənəti, ədəbiyyatı, dilçiliyi, tarixi 

də bir həkim kimi tədqiq edib və özü demişkən, bunun da 

xeyrini görüb. 

Cavad Heyətin ən böyük xidmətlərindən biri də onun 

«Varlığ»ıdır. 

İranda İslam İnqilabının qələbəsindən sonra verilən nisbi 

dil azadlığından bəhrələnən alovlu vətənpərvər ziyalı dostları 

ilə birgə «Varlıq» dərgisinin nəşrinə başlayır. Nə az, nə çox, 

düz 26 ildir ki, Azərbaycan-türk dili, ədəbiyyatı, tarixi və 

folklorunu bu jurnal vasitəsilə yayır. 

Mən «varlığımızın ifadəsi və sənədi olan» azadlıq quşu 

«Varlıq» haqqında xüsusi danışmaq istəyirəm. 

«Varlıq»! İnanmıram indi kiminsə bu dərgi haqqında 

informasiyası, məlumatı, bilgisi olmasın. İnanmıram, indi 

kimsə bu dərgi haqqında eşitməmiş olsun. İnanmıram, indi 

kimsə bu dərgi ilə öyünməsin, fəxr etməsin. Bu öyüncü, bu 

qürur hissini bizə bəxş edən isə sözün həqiqi mənasında, 

böyük azərbaycanlı olan doktor Cavad Heyətdir. Və 26 ildir 

ki, bu jurnal bizimlədir. Bəlkə də, belə uzunömürlü ikinci bir 

jurnal, dərgi ağlımıza, xəyalımıza gətirə bilmərik. Mətbuat 

tariximizə nəzər salsaq görərik ki, mətbu orqanlarımızın 

əksəriyyəti çox qısa ömür yaşayıb. «Varlıq» isə 26 ildir ki, 

bizimlə yol gəlir. Biz indi Cavad Heyəti – ağsaqqal alimimizi, 



 

87

böyük təbibimizi, görkəmli naşirimizi təkcə 80 illik yubileyi 



münasibətilə deyil, həm də təməlini, bünövrəsini qoyduğu bu 

jurnalın 26 illiyi münasibətilə təbrik edirik. Cavad Heyət 

gözünün nurunu, zəkasını, işığını, ömrünü, həm də bu jurnalın 

səhifələrində şam kimi əridib. Min bir zəhmətə, əziyyətə 

qatlaşaraq gözəl bir «övlad» da böyüdüb. Cavad Heyət bu 

layiqli «övlad»ın üstündə əsim-əsim əsib və onu bütöv türk 

aləminə bəxş edib. Öz doğma dilində yazan «Varlıq», 

həqiqətən də, varlığımızın aynasına, mövcudluğumuzun 

güzgüsünə çevrilib. Digər tərəfdən, bu dərgi də öz naşirinə, öz 

yaradıcısına borclu qalmayıb, onu öz səhifələrinin yaddaşına 

həkk edib. Özü də həmişəlik. 

Cavad Heyət İran inqilabından sonra Tehranda «Varlıq» 

dərgisini çap etdirməklə türk mənəvi birliyinə qapı açdı, həm 

də bir məktəbə çevrildi. Bu jurnal az vaxtda böyük uğur 

qazandı: milli fikrin formalaşması, ədəbi dilin yayılması, o 

tay-bu tay məsələsində öz sözünü dedi. Cavad Heyətin 

yaratdığı «Varlıq» məktəbi İran türklərinin milli 

mədəniyyətini hansısa ideologiyaya bağlılıqdan azad etdi. 

Bundan başqa, İranda unudulmuş fikir sahibləri, ədəbiyyat və 

mədəniyyət xadimlərinin adları və əsərləri «Varlıq» vasitəsilə 

tanıdıldı, təbliğ olundu. Stokholmda yaşayan soydaşımız 

Əlirza Ərdəbilinin təbirincə desək, «Varlıq» məktəbi mənəvi 

dünyamızın coğrafiyasını bizə tanıtdırmaqla dünya xəritəsində 

durduğumuz yerin koordinatları ilə bizi tanış etdi. 

Nə gözəl ki, bu gün ən kütləvi mətbuat orqanı olan 

«Varlıq» hər sayında öz oxucularını elmin, ədəbiyyatın, 

folklorun seçmə nümunələri ilə tanış edir, dilimizi təbliğ edir. 

Burada çap olunan silsilə məqalələr dilimizin tarixini, 

qrammatikasını, ədəbiyyat tariximizi, folklorumuzu əks 

etdirir. Həm də ana dilimizin nə qədər əzəmətli, zəngin, gözəl, 

musiqili bir dil olduğunu nümayiş etdirir, ədəbi dilimizin 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə