Həsənov Yusifəli Lətif oğlu
52
əsasən tərəflərdən biri saziş vaxtının başa çatması müddətindən
6 ay əvvəl onun dəyişdirilməsi barəsində yazılı müraciət etməz-
sə, saziş müddəti avtomatik olaraq daha 5 il müddətinə uzadılır.
Azərbaycan tərəfi digər ölkələrin müvafiq qurumlarını əməkdaş-
lıq proqramları çərçivəsində respublikamızda keçirilən beynəl-
xalq idman tədbirlərinə, o cümlədən Rusiya idmançılarını da id-
man qurumları arasındakı sazişə əsasən ölkəmizdə keçirilən id-
man yarışlarına dəvət etmişdi. Belə hallarda yaşayış və ölkəda-
xili nəqliyyat xərclərini Azərbaycan tərəfi öz üzərinə götürmüş-
dü. Bunlara misal olaraq iki dəfə Sovet İttifaqı Qəhrəmanı H.As-
lanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turniri,
Qarabağda şəhid olmuş beynəlxalq dərəcəli idman ustası R.İs-
maylovun xatirəsinə həsr edilmiş sambo üzrə beynəlxalq turniri,
Çoudrinin kuboku uğrunda boks üzrə beynəlxalq turniri, dünya
azərbaycanlılarının həmrəylik gününə həsr edilmiş minifutbol
üzrə beynəlxalq turniri və b. göstərmək olar.
İki ölkə arasında idman sahəsində sazişdən əlavə 1996-cı il
yanvarın 18-də Moskvada imzalanmış “Azərbaycan Respublika-
sı ilə Rusiya Federasiyası hökumətləri arasında 2000-ci ilə qədər
olan dövrdə iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətlə-
ri haqqında saziş”in 15-ci maddəsinə əsasən tərəflər müxtəlif sa-
hələrlə yanaşı turizm və idman sahəsində də qarşılıqlı münasi-
bətlərin təmin olunmasında birgə tədbirlər görməli idilər. Bu-
nunla əlaqədar olaraq bu iki ölkənin müvafiq qurumları idman
sahəsində qarşılıqlı münasibətlərin inkişafını davam etdirmiş və
idmançılarımız həmin saziş əsasında idman tədbirlərində iştirak
etmişlər. Bundan əlavə, ölkəmizin aparıcı idmançılarının Rusi-
yanın idman bazalarında birgə məsul yarışlara hazırlığı ilə əlaqə-
dar təlim-məşq toplanışları keçirilmiş və bu ənənə indi də davam
etməkdədir.
Ölkədə siyasi və iqtisadi vəziyyətin normallaşması ilə əla-
qədar Azərbaycan və Rusiya xalqları arasında mədəni əlaqələr
də genişlənmişdi. Belə ki, Moskvanın keçmiş meri Y.Luşkov
Bakıda olarkən iki hökumət arasında bağlanmış müqavilənin 21
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
53
və 25-ci bəndlərinə müvafiq olaraq Gənclər və İdman Nazirliyi-
nə 18 avqust 1997-ci ildə azərbaycanlı uşaqlardan ibarət qrupun
Moskvanın 850 illiyinə həsr olunmuş şənliklərdə iştirakını, həm-
çinin moskvalı bir qrup uşağın Azərbaycan Respublikasında isti-
rahətini, 1998-ci ildə yeniyetmələrin ümumdünya idman oyunla-
rında Azərbaycan nümayəndələrinin iştirakını təmin etmək hə-
valə olunmuşdu. Müqavilənin 25-ci bəndinə əsasən 11-19 iyul
1998-ci ildə Moskvada 140 ölkənin nümayəndələrinin iştirakı ilə
Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında yeniyetmə-
lərin I Ümumdünya İdman Oyunlarında Azərbaycan idmançıla-
rının iştirakı üçün hazırlıq işləri görülmüş və bu məqsədlə may
ayında ümumrespublika yarışları keçirilmişdi [103, s.407].
Həmçinin Rusiya və Moskva şəhər hökumətləri ilə Azərbaycan
Respublikası hökuməti arasında bağlanmış sazişlərdə də Azər-
baycan nümayəndə heyətinin bu oyunlarda iştirakının vacibliyi
öz əksini tapmışdı. Bu məsələ ilə bağlı oyunların təşkilat komi-
təsindən Azərbaycan Respublikasının Milli Məclisinə və Xarici
İşlər Nazirliyinə, oradan da Gənclər və İdman Nazirliyinə müva-
fiq sənədlər daxil olmuşdu [25, v.17]. Müvafiq proqrama əsasən
həmin idman oyunlarında Azərbaycan nümayəndə heyətinə 350
yer ayrılmışdı. Bu oyunlarda bir nəfərin iştirak etmək xərci min
iki yüz ABŞ dolları təşkil edirdi. 1998-ci il üçün təsdiq olunmuş
büdcədə bu oyunlarda respublikanın nümayəndə heyətinin iştira-
kı nəzərdə tutulmamışdı. Ölkənin iqtisadiyyatının vəziyyəti nə-
zərə alınaraq bu oyunlarda iştirak edəcək nümayəndə heyətinin
150 nəfərdən ibarət olması məqsədəuyğun sayılmışdı. 13-18
may 1998-ci ildə bu tədbirlə əlaqədar Bakıda 800 idmançının iş-
tirakı ilə müxtəlif növlər üzrə respublika final yarışları keçi-
rilmişdi. Moskvada keçiriləcək Ümumdünya İdman Oyunlarında
idmançılarımızın iştirakının təşkilini Milli Olimpiya Komitəsi
öz öhdəsinə götürmüşdü. Nümayəndə heyətinin komplektləşdi-
rilməsi ilə bağlı təşkilat komitəsi yaradılmış və bütün məsələlə-
rin icrası “Azəridmanservis” müəssisəsinə həvalə edilmişdi. Mü-
vafiq proqrama əsasən nəzərdə tutulmuş nümayəndə heyətinin
Həsənov Yusifəli Lətif oğlu
54
tərkibinə olimpiya hərəkatında misilsiz əməyi olan idmançılar,
olimpiya, dünya, Avropa çempionları, idman veteranları, mət-
buat və informasiya işçiləri, bədii qruplar və s. daxil edilmişdi.
Bu oyunların keçirilməsində əsas məqsəd MDB-də, Rusiyanın
diyar və vilayətlərində olimpiya hərəkatını təbliğ etmək olmuşdu
[31, 1.Программа «регионы России и страны СНГ – на все-
мирных юношеских играх 1998 года»]. “Bədən Tərbiyəsi və
İdman” haqqında qanunun tətbiq edilməsinə dair Azərbaycan
Respublikası Prezidentinin 28 dekabr 1998-ci il tarixli fərma-
nının 3-cü bəndinin 2-ci abzasına uyğun olaraq hazırlanmış və
Nazirlər Kabinetinin 3 fevral 2000-ci il sərəncamı ilə təsdiq edil-
miş “Bədən tərbiyəsi və idmanın inkişafının dövlət proqramı” -
nın 8-ci və 9-cu bəndləri Rusiya Federasiyası ilə əməkdaşlığı nə-
zərdə tuturdu. Proqrama və bağlanmış müqavilələrə uyğun ola-
raq 2000-2001-ci illər ərzində Azərbaycan Respublikasının id-
man nümayəndə heyətləri Rusiya Federasiyasının müxtəlif şə-
hərlərində təşkil olunmuş bir sıra idman yarışlarında iştirak et-
miş və eləcə də respublikamızda keçirilmiş çoxsaylı idman təd-
birlərində Rusiya idmançıları təmsil olunmuşdular. 2000-ci ilin
9-11 martında Ryazanda üzgüçülük üzrə yeniyetmələrdən ibarət
komandamız Avrasiya liqasının birinciliyində, 2000-ci ilin sent-
yabrında Beynəlxalq Poliatlon Federasiyasının təşəbbüsü ilə
Anapada keçirilmiş beynəlxalq poliatlon yarışında, gənc futbol-
çularımız 19-29 oktyabr 2000-ci ildə Həştərxan vilayətinin qu-
bernatoru A.P.Qujvinin kuboku uğrunda beynəlxalq turnirdə,
həndbol üzrə yeniyetmə qızlardan və qadınlardan ibarət yığma
komandalarımız 2000-ci ilin aprel və dekabr aylarında Həştər-
xan vilayətində keçirilmiş beynəlxalq turnirdə, bundan başqa,
boks üzrə Dağıstanda, Saratovda və Vladimirdə keçirilmiş bey-
nəlxalq turnirlərdə fəal iştirak etmişlər. Sadalananlarla yanaşı
qeyd etmək vacibdir ki, Rusiyanın basketbol federasiyası Azər-
baycan basketbol federasiyasını hamiliyə götürmüş və kişilərdən
ibarət basketbol üzrə yığma komandaya praktiki köməklik gös-
tərmək məqsədilə Rusiyanın basketbol federasiyası məşqçi
Dostları ilə paylaş: |