Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə6/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   2   3   4   5   6   7   8   9   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
19 
 
yazılmasına nail olmuş və 18 gün  üçrəngli  bayrağımız Naqano-
da dalğalanmışdı [128, s.105]. 1998-ci ildə Azərbaycan Respub-
likası  idman  lobbisinin  beynəlxalq  təşkilatlarda  nüfuzu  hissedi-
ləcək şəkildə artmışdı. Azərbaycan Respublikası MOK-nun yük-
sək vəzifəli nümayəndələri AOK-un Olimpiya Oyunlarına hazır-
lıq  və  texniki  əməkdaşlıq  komissiyalarına  üzv  seçilmişdilər. 
Azərbaycan Respublikası  beynəlxalq yarışların keçirilməsi üçün 
yüksək səviyyəli şərait yaratmağa qadir olan ölkə kimi tanınma-
ğa başlanmışdı. Daha sonra, yəni 28 dekabr 1998-ci ildə “Bədən 
tərbiyəsi  və  idman  haqqında”  qanunun  tətbiq  edilməsi  barədə 
prezident  fərmanı  verilmişdi  [127,  s.165].  Bu  qanun  ölkəmizdə 
idmanın  inkişafının  hüquqi  bazasının  təməli  olmuş,  nəticədə, 
1999-cu ildə dünyanın  müxtəlif ölkələrində keçirilmiş 179 bey-
nəlxalq  yarışda  Azərbaycan  Respublikasının  1200  nəfər  idman-
çısı  iştirak  etmişdi  [138,  s.31-73].  Ümumilikdə,  1999-cu  il  id-
mançılarımızın  əldə  etdikləri  nailiyyətlərin  artması  baxımından 
daha  əlamətdar  olmuşdu.  Həmin  il  yeniyetmələr  arasında  boks 
üzrə  Avropa  çempionatı  ilə  əlaqədar  olaraq  Avropa  Həvəskar 
Boks  Assosiasiyasının  prezidenti  Bakıya  gəlmiş  və  Azərbaycan 
boksunun  inkişaf  etdiyini,  Avropada  qabaqcıl  sıralara  çıxdığını 
bildirmişdi.  
Şimali  Azərbaycanda  idmanın  inkişafı,  onun  maddi-texniki 
bazasının gücləndirilməsi, dünya standartlarına cavab verən qur-
ğuların  tikilməsi,  idmanla  məşğul  olanların  sayının  artması  su-
veren  Azərbaycan  Respublikasının  inkişafının  hazırkı  mərhələ-
sində ümumbəşəri dəyərlərin tərkib hissəsi kimi bədən tərbiyəsi 
və idmana mühüm yer verildiyinin, bədən tərbiyəsi və idman hə-
rəkatına dövlətin başlıca prioritetlərindən biri kimi  baxıldığının 
sübutudur.  Yuxarıda  qeyd  etdiyimiz  ”Bədən  tərbiyəsi  və  idman 
haqqında” qanun, 3 fevral 2000-ci ildə Nazirlər Kabineti tərəfin-
dən  təsdiq  edilmiş  “Bədən  tərbiyəsi  və  idmanın  inkişafına  dair 
dövlət proqramı” ölkə vətəndaşlarının bədən tərbiyəsi və idman-
la  məşğul olmaq    hüquqlarını  qorumuş  və  Azərbaycan  Respub-
likasında  bədən  tərbiyəsi  və  idman  sisteminin  fəaliyyəti  və  in-


Həsənov Yusifəli Lətif oğlu 
 
20 
 
kişafı üçün hüquqi zəmin yaratmışdı. Bu istiqamətdə görülən iş-
lərin  nəticəsi  olaraq,  2000-ci  ildə  idmançılarımız  Sidney  olim-
piadasında 2 qızıl, 1 bürünc medal qazanaraq, 199 ölkə arasında 
34-cü  yerə  çıxmışdır  [81,  s.62-86].  Sidney  olimpiadasından  az 
sonra,  18-20  oktyabr  2000-ci  ildə  XI  paraolimpiya  oyunlarında 
idmançılarımız 1 qızıl, 1 gümüş medal qazanmış və bu qələbələ-
rin ölkəmizdə idman proqramının həyata keçirilməsinin nəticəsi 
olduğunu  sübut  etmişlər.  Azərbaycan  Respublikası  MOK-nun 
hərtərəfli  fəaliyyəti  nəticəsində  ölkəmizin  BOK,  AOK  və  digər 
beynəlxalq idman qurumları ilə əlaqələri inkişaf etmişdir. İdman 
əlaqələrini  daha  da  möhkəmləndirmək  məqsədilə  21  oktyabr 
2000-ci ildə H.Ə.Əliyev BOK-un və AOK-un prezidentlərini qə-
bul etmişdi. Təbii ki, AOK-un 2000-ci il noyabrın 16-dan 19-na 
kimi  Varşavada  keçirilən  29-cu  Baş  Assambleyasında  Avropa 
Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2001-ci ildəki ilk icla-
sını  aprelin  6-da  Bakıda  keçirmək  haqqında  qərar  qəbul  etməsi 
ölkəmizin dünya idman əlaqələri sistemində layiqli yer tutması-
nın  göstəricisi  idi.  Ümumiyyətlə,  Azərbaycan  Respublikası 
MOK-nun  fəaliyyəti  beynəlxalq  idman  qurumları  tərəfindən 
dəstəklənmiş,  BOK-un  ən  yüksək  qiymətinə  layiq  görülmüşdü. 
Ölkəmizdə  idmana  qayğı  günü-gündən  güclənirdi.  2001-ci  il 
martın 26-da  MOK-un  yeni  inzibati  binasının tikintisi  başa çat-
dırılmışdı.  İdman  uğurlarını  davamlı  etmək  üçün  respublikanın 
müxtəlif  bölgələrində  dünya  standartlarına  uyğun  olimpiya  id-
man kompleksləri tikilib istifadəyə verilmişdi [138, s.43-87]. İlk 
dəfə  olaraq  Bakıda  keçirilən  Avropa  top  komandaları  kuboku-
nun  final  yarışlarında komanda  idman növlərində Azərbaycanın 
qadın  voleybolçuları  “Azərreyl” komandası  Avropa  miqyasında 
böyük  uğur  əldə  edərək,  Avropa  qadın  voleybol  komandaları 
arasında  top  komanda  kubokunu  qazanmışdı.  Yenə  də  idman 
əlaqələrinin  genişlənməsi  sahəsində  2002-ci  ilin  mayında  Bakı-
da  yaşlılar arasında  sərbəst güləş üzrə 45-ci  Avropa çempionatı 
keçirilmişdi. 
2002-ci  ilin  fevralında  Azərbaycan  Respublikasının  idman-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
21 
 
çıları  ikinci  dəfə  ABŞ-ın  Solt  Leyk  Siti  şəhərində  keçirilmiş 
XIX  Qış  Olimpiya  Oyunlarında  iştirak  etmişdilər  [128,  s.111-
113]. 78 dəst medal uğrunda 77 ölkənin 2523 idmançısının mü-
barizə  apardığı  bu  yarışlarda  ölkəmiz  iki  idman  növü  ilə  təmsil 
olunmuşdu.  Fiqurlu  konkisürmənin  idman  rəqsləri  yarışlarında 
iştirak  edən  Azərbaycan  idmançıları  32  ölkənin  nümayəndələri 
arasında 17-ci yeri tutmuşdular. QOO-da çox gənc olan ölkəmiz 
üçün bu, uğurlu bir nəticə idi. 
İdmanın  maddi-texniki  bazasını  inkişaf  etdirməyi  qarşısına 
məqsəd qoyan Azərbaycan Respublikası MOK-u Naxçıvanda da 
iki  zaldan  ibarət  universal  idman  kompleksinin  inşasını  muxtar 
respublikanın  blokadada  olmasına  baxmayaraq,  qısa  müddətdə, 
yəni  15  iyun  2002-ci  ildə  başa  çatdırmışdı.  Həmçinin  Bakıda 
taekvondo,  stend  atıcılığı  və  yelkənli  qayıqsürmə  idman  növlə-
rinin  inkişafına real  imkanlar açan taekvondo mərkəzinin, stend 
atıcılığı  üzrə  idman  kompleksinin  və  yaxtklubun  açılmasını  da 
çox yüksək qiymətləndirmək lazımdır [138, s.103,105,106]. Ey-
ni  zamanda, hələ sovet dövründən qalmış  İdman-Konsert Kom-
pleksi, T.Bəhramov adına Respublika Stadionu, Bakı İdman Sa-
rayı, Respublika Velotreki müasir standartlara cavab verəcək sə-
viyyədə yenidən təmir olunmuşdu [138, s.109-112]. Azərbaycan 
Respublikası  MOK-u  ölkədə  idman  sahəsində  gördüyü  işlərin 
uğurlu nəticələrinə əsaslanaraq, 11 oktyabr 2002-ci ildə bu təşki-
latın  yaradılmasının  onillik  yubileyini  təntənə  ilə  qeyd  etmişdi 
[103, s.5-6].  
Yuxarıdakı faktlardan göründüyü kimi, respublikamızda  id-
manın  maddi-texniki  bazası  dövlətin  qayğısı,  idmana  rəhbərlik 
edənlərin  bacarığı  sayəsində  daim  möhkəmləndirilmiş,  idman 
əlaqələri  inkişaf  etmiş  və  genişlənmişdi.  Nəticədə,  idmanın 
müxtəlif  növlərində  idmançılarımız  beynəlxalq  yarışlarda  möh-
təşəm qələbələr qazanmış, Azərbaycan Respublikası idmanın in-
kişaf  səviyyəsinə  görə  dünyada  qabaqcıl  ölkələrdən  birinə  çev-
rilmişdi. Beləliklə, baş verən siyasi və iqtisadi sabitlik, bütün sa-
hələrdə əlaqələrin genişlənməsi ölkənin beynəlxalq aləmə inteq-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə