Həsənov Yusifəli Lətif oğlu
64
rilmiş sərbəst güləş, bədii gimnastika, şahmat, boks və cüdo üzrə
keçirilmiş yarışlarda, həmçinin 23 oktyabr-9 noyabrda Şəkidə
Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş qadın-
lar arasında şahmat üzrə beynəlxalq turnirdə və 26-31 iyulda
Qubada voleybol üzrə qadınlar arasında Qran-pri turnirində isti-
rak etmişdilər [32, v.59]. Ölkələrimiz arasında idman sahəsində
əlaqələrin daha da möhkəmləndirilməsi üçün Rusiyada keçirilən
idman tədbirləri, yarışların təqvimi, şərtləri barədə ölkəmizə mə-
lumat verilməsi, idman təşkilatları tərəfindən hazırlanmış nor-
mativ sənədlərin göndərilməsi, Moskvada yerləşən dopinq nəza-
rəti laboratoriyasından Azərbaycan idmançılarının güzəştli qay-
dada istifadə etməsi, Rusiya mütəxəssisləri üçün təşkil olunan
seminarlara azərbaycanlı hakimlər, məşqçilər və digər mütəxəs-
sislərimizin dəvət olunması, Azərbaycan idmançılarına Rusiya
idmançıları ilə birgə təlim-məşq toplanışlarında iştirak etmək
imkanının yaradılması əlaqələrimizin müntəzəm xarakter alma-
sına və daha da möhkəmlənməsinə səbəb olardı.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan
Respublikasının geniş əlaqələr qurduğu ölkələrdən biri də Bela-
rus Respublikası idi. Hələ 1999-cu ildə “Azərbaycan və Belarus
hökumətləri arasında gənclərlə iş və idman sahəsində əməkdaş-
lıq haqqında saziş”in layihəsi hazırlanmışdı. Lakin təəssüf ki, bu
saziş tədqiqat dövrü çərçivəsində imzalanmamışdı. Buna baxma-
yaraq, 1991-2005-ci illərdə Belarus ilə digər sahələrlə yanaşı id-
man istiqamətində də sıx əlaqələr mövcud olmuşdur. Əlaqələri-
mizə intensivlik vermək üçün 29 mart 2004-cü ildə “Azərbay-
canın bədən-tərbiyəsi və idman yönümlü dövlət və ictimai təşki-
latlarının siyahısı” və “2004-cü ildə Azərbaycanda keçirilən
beynəlxalq idman tədbirləri haqqında məlumat” Azərbaycanın
müvafiq qurumu tərəfindən Belarusun İdman və Turizm Nazirli-
yinə göndərilmişdi. Həmçinin Azərbaycan və Belarus Respubli-
kaları arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissi-
yanın 31 mart 2004-cü il tarixli birinci iclas protokolunun 7.1
bəndinin və 5 noyabr 2004-cü il tarixli ikinci iclas protokolunun
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
65
icrası ilə əlaqədar da ölkələrimiz arasında idman sahəsində xeyli
iş görülmüşdü [6, v.14]. Protokollara uyğun olaraq Azərbaycan
tərəfi Belarus idmançılarını aşağıdakı tədbirlərə dəvət etmişdir:
şahmat üzrə Bakı kuboku uğrunda 15-ci beynəlxalq turnir, 12
noyabr Konstitusiya gününə həsr olunmuş su polosu üzrə bey-
nəlxalq turnir, əməkdar idman ustası, əməkdar məşqçi, beynəl-
xalq dərəcəli hakim A.Ağalarovun xatirəsinə həsr olunmuş bey-
nəlxalq turnir, 1985-1987-ci il təvəllüdlü idmançıların boks üzrə
beynəlxalq turniri, sərbəst və yunan-Roma güləşi üzrə beynəl-
xalq turnir, otüstü hokkey üzrə beynəlxalq turnir, futbol üzrə
gənclər arasında beynəlxalq turnir, zəhmətkeşlərin beynəlxalq
spartakiadası, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general H.Asla-
novun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir [6,
v.16].
Ölkələr arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası ko-
missiyanın tələblərinə uyğun olaraq Belorusiyanın idmançıları
ölkəmizdə təşkil olunan beynəlxalq idman tədbirlərinə dəvət
olunduqları kimi bizim idmançılarımız da bu ölkədə keçirilən
tədbirlərdə iştirak etmişlər [6, v.17]. Belə ki, 2004-cü il yanvarın
25-dən fevralın 10-dək kişilərdən ibarət basketbol üzrə Azərbay-
can yığma komandası Minskdə təlim-məşq toplanışında olmu
.
o
Həsənov Yusifəli Lətif oğlu
66
sında müxtəlif əlaqələr kontekstində idman əlaqələri də mühüm
yer tutmuşdu. 11-13 mart 2005-ci ildə Bakıda taekvondo üzrə
gənclərin Avropa birinciliyi, 22-28 mart 2005-ci ildə Bakıda
Ə.Çoudrinin kuboku uğrunda boks üzrə doqquzuncu beynəlxalq
turnir, 9-10 aprel 2005-ci ildə Bakıda kişilər arasında “B” kate-
qoriyalı beynəlxalq cüdo turniri, 2005-ci ilin mayın 13-dən 15-
nə kimi Bakıda bədii gimnastika üzrə Azərbaycan Gimnastika
Federasiyasının kuboku uğrunda yarış, 5–11 sentyabr 2005-ci il-
də Bakıda otüstü xokkey üzrə qadınlar arasında Avropa milli ko-
mandalarının “TROFİ” çempionatı, 23-27 sentyabr 2005-ci ildə
Bakıda MDB-yə üzv olan dövlətlərin beşinci Beynəlxalq İdman
Oyunları, 3-9 oktyabr 2005-ci ildə Bakıda bədii gimnastika üzrə
dünya çempionatı keçirilmişdi.
Məlumdur ki, müstəqil Azərbaycan Respublikasının beynəl-
xalq əlaqələrində türkdilli dövlətlərlə, o cümlədən də Mərkəzi
Asiya ölkələri və Qazaxıstanla münasibətlər xüsusi yer tutur.
1991-2005-ci illərdə siyasi və iqtisadi əlaqələri güclü olan
Azərbaycan ilə Qazaxıstan arasında beynəlxalq idman əlaqələri
də maraqlı olmuşdu. Təbii ki, bu əlaqələrin inkişafında ölkə rəh-
bərlərinin qarşılıqlı səfərləri mühüm rol oynamışdı. 9 avqust
1995-ci ildə Azərbaycan Respublikasının prezidenti mərhum
H.Ə.Əliyev Qazaxıstan prezidenti N.A.Nazarbayev tərəfindən
görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin anadan
olmasının 150 illiyi münasibət ilə Qazaxıstana dəvət edilmiş,
sonrakı illərdə də belə səfərlər davam etdirilmişdi. Bu səfərlər
müxtəlif sahələrdə, o cümlədən idman sahəsində əlaqələrin hü-
quqi bazasının yaradılmasına öz təsirini göstərmişdi. Nəticədə
1996-cı il sentyabrın 16-da Bakıda “Azərbaycan və Qazaxıstan
hökumətləri arasında gənclər və idman sahəsində əməkdaşlıq
haqqında saziş“ bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi
üçün əlverişli şərait yaratmışdı [20, v.9]. Daha sonra idman sa-
həsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə
1999-cu ildə Azərbaycan sərbəst və yunan-Roma güləşi fede-
rasiyasının nümayəndəsi Qazaxıstanda öz həmkarları ilə görüş-
Dostları ilə paylaş: |