Microsoft Word Yoluxucu x?st?likl?r



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə6/70
tarix14.06.2018
ölçüsü27,2 Kb.
#48698
1   2   3   4   5   6   7   8   9   ...   70

 
 
90) İnfeksion xəstəliklərin müalicəsinin qeyri - spesifik müalicə metodlarına nə 
aid deyil? 
 
A) Qan preparatları və qan əvəzedicilər 
B) Kortikosteroid terapiya 
C) Dezintoksikasion terapiya 
D) Zərdab, vaksin, immunoqlobulinlər 
E) Hemodializ, plazmaferez 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
91) Profilaktik peyvəndlər üçün nələr istifadə olunmur? 
 
A) Öldürülmış vaksinlər 
B) Bakteriofaqlar 
C) Kimyəvi vaksinlər 
D) Anatoksinlər 
E) Diri vaksinlər 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
92) Hansı dərman vasitələri bağırsaq disbiozuna(disbakteriozuna) səbəb ola 
bilər? 
 
A) Kortikosteroidlər 
B) Sitostatiklər 
C) Trankvilizatorlar 
D) Antibiotiklər 
E) Antimikotiklər 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
93) Bağırsaq disbiozunun aparıcı (disbakteriozunu)klinik simptomu hansıdır? 
 
A) Dəri səpgisi 
B) Hərarət 
C) Artralgiya 
D) Həzm traktının disfunksiyası 
E) Stomatit 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 


 
 
94) «Dərman qızdırması» diaqnozu üçün əsas olmayan hansıdır? 
 
A) Hərarətin yüksəlməsinə səbəb olacaq xəstəliklərin olmaması 
B) Aparılan terapiyaya kortikosteroidlərin əlavə olunmasından sonra hərarətin 
normallaşması 
C) «Sensibilizəedici» preparatın işlədilməsi dayandırıldıqdan sonra hərarətin 
normallaşması 
D) Dərman vasitəsinin qəbulunun dayandırıldıqdan sonra 72 saat ərzində bədən 
hərarətinin normallaşması 
E) Hərarətin yüksəlməsinin «sensibilizəedici» preparatın qəbul vaxtı ilə əlaqəsi 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
95) Xüsusi təhlükəli xəstəliklərə aid olmayan infeksion xəstəlik aşkar olunduqda 
təcili xəbərdarlıq vərəqəsi hansı müddətlərdə göndərilməlidir? 
 
A) 7 gün ərzində 
B) 1 gün ərzində 
C) Dərhal 
D) 2 gün ərzində 
E) 6 saat ərzində 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
96) Yenidoğulmuşlara hansı antibakterial preparatların təyini tövsiyyə 
olunmur? 
 
A) Ftorxinolonlar 
B) Aminoqlikozidlər 
C) Beta - laktamlar 
D) Metronidazol 
E) Qlikopeptidlər 
 
Ədəbiyyat:  N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
97) Uşaqlarda kombinə olunmuş antibakterial terapiyaya göstərişlər 
hansılardır? 
 
A) Törədicinin rezistentliyinin aşkar edilməsi 
B) Ağır bakterial infeksiyanın əlamətləri 
C) Təsdiq olunmuş göy - irin çöpü infeksiyası 
D) Yüksək hərarət 
E) Uşaqda hipotrofiyanın olması 


 
 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
98) Aşağıdakilardan hansı qarın yatalağının patogenezində  iştirak etmir? 
 
A) Bağırsaq epiteli hüceyrələrinin bilavasitə zədələnməsi 
B) Törədicinin limfogen və hematogen yollarla yayılması 
C) Bakteriyemiya, endotoksinemiya 
D) Nazik bağırsağın selikli qişasının trofik və damar zədələnmələri 
E) Ürək - damar və sinir sisteminin zədələnməsi 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
99) Qarın yatalağı zamanı törədicinin hematogen yayılmasının xüsusiyyətlərinə 
aid olmayan hansıdır? 
 
A) Orqan və toxumalarda infeksiyanın toxuma ocaqları əmələ gəlir 
B) Bir anda baş verir 
C) Toxuma ocaqlarından törədicinin qana təkrar daxil olması mümkündür 
D) Bakteriyemiya bütün hərarətli dövrdə saxlanılır 
E) Residivlər zamanı qanda bakteriyaları aşkar etmək mümkündür 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
100) Salmonelyozun qastrointestinal formasında inkubasiyon dövrün müddəti 
çox vaxt neçə saat təşkil edir? 
 
A) 12 - 24 saat 
B) 72 saatdan çox 
C) 6 saata qədər 
D) 25 - 48 saat 
E) 49 - 72 saat 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
101) Salmonellyozun tifəbənzər variantının simptomlarına aid olmayan 
hansıdır? 
 
A) Rozeolyoz səpgi 


 
 
B) Qara ciyərin və dalağın böyüməsi 
C) Dişlərin izləri ilə qalınlaşmış dil 
D) Ağciyərlərdə yayılmış quru xırıltılar 
E) Güclü əzələ ağrıları 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
102) Aşağıdakilardan hansı qida toksikoinfeksiyalarının patogenezində iştirak 
etmir? 
 
A) Ümumi toksik sindrom 
B) Autoimmun reaksiyaların inkişafı 
C) Bioloji aktiv maddələrin sintezinin pozulması 
D) Mədə - bağırsaq traktında toksinin yerli təsiri 
E) Qastroenteritin inkişafı 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
103) Qida toksikoinfeksiyaları zamanı toksinin təsirindən həzm traktında hansı 
dəyişiklik baş vermir? 
 
A) Selikli qişanın iltihabı 
B) Hüceyrə membranlarının keçiriciliyinin yüksəlməsi 
C) Həzm traktının motorikasının pozulması 
D) Müxtəlif bioloji maddələrin sintezinin dəyişilməsi 
E) Bağırsaq epitelinin xovlarının atrofiyası 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
104) Aşağıdakilardan hansı Stafilokok enterotoksininin əsas xüsusiyyəti deyil? 
 
A) Orqanizmə daxil olduqda dərhal təsir göstərir 
B) 100°C qədər qızdırıldıqda 5 dəqiqə ərzində parçalanır 
C) Xarici mühitdə uzun müddət saxlanılır 
D) Kiçik temperaturlara davamlıdır 
E) Yüksək temperaturlara davamlıdır 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə