Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə8/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

Ələsgər Mirzəzadə 
 
30
Muğana  10  fərsəxdir  (60-70  km).  Ziya  Bünyadov  ikinci 
fikrə üstünlük verir (Ə.M.)   
  Əl-Müqəddəsi  (Х  əsr)  “İqlimlərin  öyrənilməsi  üçün 
ən  yaxşı  bölgü”  əsərində  yazır:  “Bu  şəhər  (Muğan-Ə.M.) 
sərhəd kənarındadır. Burada əhali əvvəllər çox idi, indi isə 
azalmışdır.  Bu  şəhər  yol  üstündədir.  Şəhər  başdan-başa 
bağ-bağatla örtülmüşdür”. 
  Əl-Müqəddəsi  Muğanı  Ərdəbilin  şəhərləri  sırasına, 
iqlim  nöqteyi-nəzərindən  isə  “Ər-Rihab”  iqliminə  daxil 
edir. O  yazır: “Bura geniş və  səfalı iqlimdir”. Ər-Rihab  – 
ərəb  dilində  “geniş  ərazi,  genişlik”  deməkdir.  Müəllif 
qeyd  edir  ki,”  Təbriz  və  Xilatla  yanaşı,  Muğan  ölkənin 
səfalı yerlərindəndir. Buranın meyvəsi və üzümü çoxdur. 
Satış qiymətləri ucuzdur. Buradan caylar axır. Biz buranın 
iqlimini  (Ər-Rihabı-Ə.M.)  bir  neçə  mahala  böldük”.  O, 
Azərbaycanin sərhədlərini Azərbaz ibn Beyvarasif ibn əl- 
Əsvad ibn Sam ibn Nuhun təyin etdiyini qeyd edir.   
  Əl-Müqəddəsi  ümumi  məlumatdan  sonra  Muğan 
haqqında  tam  fikrini  belə  ifadə  edir:  “Muğan  –  gözəl  bağ-
larla  əhatə  olunmuş  şəhərdir,  həmçinin  şəhər  meydanında 
da  bağlar  vardır.  Bu  şəhər  də  Təbriz  kimi  başdan-başa 
yaşılliqlarla  örtülmüşdür.  Bu  şəhərdən  Bərdəyə  bir həftəlik 
yol  var  (at,  araba,piyada  yolu  nəzərdə  tutulur  –  Ə.M.). 
Muğan  şəhəri  gözəldir.  Buradan  iki  çay  axır.  Adamların 
sifətləri  ləl  və  mərcan  kimidir.  Onlar  çox  səxavətli  və 
hörmətcildir”. Müəllif çox maraqlı bir faktı qeyd edirək yazır 
ki, ər-Rihab iqlimində üç məşhur çay var: əl- Kürr, Arras və 
əl-Məlik  (Samur)  çayları.  Arras  çayının  suyu  şirin  və  yu-
mşaqdır. Bu çay Aranın sərhədi boyu axır. Arras türk elin-


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
31
dən  çıxaraq  Varsana  çatır,  sonra  Muğanın  arxa  hissəsinə 
yetişir və nəhayət dənizə tökülür.   
        Müəllifin  verdiyi  bu  məlumatlar  Muğan  şəhər  yerinin 
Azərbaycanın  cənub-şərq  bölgəsindən  uzaqda  olmadığını 
(Biləsuvar-Cəlilabad bölgəsi) göstərir. Ərəb səyyahı sonra 
yazır: “Muğandan bir mərhələ aralı ( I mərhələ = 25 km - 
Ə.M.)  əl-Həzrə  adlı  qala  var.  Bir  çox  hökmdar  bu  qalanı 
işğal etmək istəmiş, lakin oraya qalxa bilməmişdir” .   
  Bu  söz  “əl-Həzrə”,  yaxud  “əl-Həzər”  də  ola  bilər. 
Etimoloji  cəhətdən “Həzrə” (ərəbcə) sözü tərcümədə “ev”, 
“ocaq”, “yaşayış yeri” mənasını verir. “Həzər” sözü də ərəb 
sözü olub, ona yaxın bir məna “şəhər”, “qala” deməkdir. Bu 
sözlər fonetik cəhətdən digər mənaları da ifadə edir.   
  Mənbələr əsasında araşdırmalarımız sübut edir  ki, bu 
qala  Qazan  köşküdür.  Muğan  şəhər  yerinin  olduğunu 
guman etdiyimiz, vaxtilə  dənizə yaxın bir ərazidə  yerləşən 
Həməşərə yurd yerindən, Şiləvəngə kəndinə yaxın dağılmış 
şəhər yerindən və bu gün adını qoyduğumuz Muğan kən-
dindən Qazan köşkünə 25-27 – km məsafə var. Qala bu gün 
də öz möhtəşəmliyini saxlayır.   
  Ərəb  coğrafiyaşünas-səyyahı  ibn-Havqəl  “Yollar  və 
məmləkətlər kitabı” əsərində Azərbaycanın gözəl guşələri, 
şəhərləri  haqqında  yazır:  “Mərənd,  Təbriz,  Bərzənd,  Mu-
ğan,  Beyləqan...  görkəminə  görə  bir-birinə  oxşayır.  Bu 
şəhərlərin hamısını ağaclar bürümüş, hər yer buğda zəmi-
ləri və meyvə ağacları ilə doludur. Meyvələri çox ucuz, ye-
məli şeyləri demək olar, havayıdır. Muğanın ətrafında bol 
üzüm yetişdirilir. 


Ələsgər Mirzəzadə 
 
32
  Ərəb  səyyahı  əl-Məsudi  (X  əsr)  “Muruc”  əsərində 
Azərbaycanda  iki  Muğanın,  onlardan  birinin  dəniz  sa-
hilində yerləşən şəhər, o birinin isə vilayət olduğunu qeyd 
edir.  O,  bunları  qarışdırmamağı  tövsiyə  edir.  Səyyah 
Xəzər  dənizi  haqqında  yazarkən  göstərir  ki,  bu  dəniz 
başqa vilayətlərlə yanaşı Muğanın da dənizidir.   
  Əl-İdrisi  (XI  əsr)  “Ölkələri  gəzməkdən  yorulmuşun 
əyləncəsi”  adlı  əsərində  göstərir  ki,  Ərdəbildən  dəniz 
sahilindəki  Muğana  iki  günlük  yol  var  (  orta  əsr  məsafə 
vahidlərinin  cədvəlinə  görə  1  gün  təxminən  50  km  -  ə 
bərabərdir- Ə.M.).   
  Əbu  Duləf  (X  əsr)  Muğanın  Xəzər  dənizi  sahilində 
Ərdəbildən  Dərbəndə  gələn  yol  üstündə  bağlı-bağatlı 
şəhər  olduğunu  qeyd  edir  (Ə.  Duləfin  “İkinci  risalə” 
əsəri.)  Mənşəcə  Azərbaycan  türklərindən  olan  məşhur 
səyyah  Hacı  Zeynalabdin  Şirvani  Muğan  barədə  bunları 
yazır:  "Muğan  məşhur  bir  vilayətdir.  Qədim  şəhərləri  və 
böyük  nahiyələri  vardır.  Beşinci  iqlimdən  hesab  olunur. 
Ab-havası  xoş  və  gözəldir.  Şimaldan  onun  sərhədi 
Şirvandır. Cənubdan Cənubi Azərbaycanla, şərq tərəfdən 
Talış,  qərbdən  Gürcüstanla  sərhədlənir.  Zəhərli  otları 
çoxdur.  Mal-qaranı  onun  zəhəri  öldürür.  Baharda  otların 
zəhəri  azalır.  Deyirlər  oranı  Muğan  adlı  bir  adam  bina 
edib.  Bəziləri  isə  deyirlər  ki,  oranı  müğlər  və  möbüdlər 
abad  ediblər.  Uzaqdan  gələn  adamlarla  mehribandırlar. 
Qızılbaş  tayfasından  şahsevənlər  o  ölkədə  çoxdur”. 
Bundan  başqa,  Elxanilər  dövlətinin  vaxtında  görkəmli 
çoğrafiyacı  kimi  tanınan  Həmdullah  Qəzvini  "Hüzhət 
əl-Qülüb”  əsərinin  dördüncü  bölməsini  Muğan  və  Arran 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
33
əyalətlərinin  təsvirinə  həsr  edib.  O  yazır:  "Bu  əyalətlərin 
havası isti və nəmişlidir. Əyalət Şirvan və Xəzər dənizi ilə 
sərhədlənir.  Payızda  Savalan  dağları  görünməz  olanda 
bütün ərazidə ot quruyur (dirmanə) və zəhərli olur. Yazda 
onun  zəhərliyi  aradan  qalxır.  Savalan  göründüyü  vaxt 
otlaq tamamilə təhlükəsiz olur”. 
  İnkişaf  etmiş  feodalizm  dövründə  (orta  əsrlərdə) 
Azərbaycanda şəhərlərin sayı xeyli artmışdı. XI-XII əsrlərə 
aid məxəzlərdə Azərbaycan ərazisində şəhər və şəhər tipli 
yaşayış məskənlərinin bir qisminin adı xatırlanır. Bunların 
arasında  (Şamaxı,  Şirvan,  Bakı,  Şəki,  Gəncə,  Amaras, 
Naxçıvan, Şabran, Şirvan, Şamaxı, Xunan, Marağa, Təbriz, 
Ərdəbil, Xoy, Varsan, Miyanə, Sisar, Gülsarə, Zəncan, Mi-
maz, Bərzənd, Nəriz, Cəbrəvan, Salmas, Sarab, Şiz, Əhər, 
Dihərqan, Guştasfi və Muğanın da adı çəkilir. 
Muğan şəhəri bəzi araşdırmalara görə XIII əsrdə monqol 
yürüşləri  nəticəsində,  digər  mənbələrə  görə,  XV  əsrdə 
Teymuri  sultanı  Əbu  Səidlə  Ağqoyunlu  padşahı  Uzun 
Həsən arasında baş vermiş döyüşlər zamanı dağıdılmışdır. 
   
Mugan bir vilayət (ölkə) kimi... 
   
  Əbu - Həmid Əndəlusi əl-Qərnati (XII əsr ərəb coğra-
fiyaşünas səyyahı) “Ölkələrin izi haqqında kitab” əsərində 
yazır: “Muğan geniş vilayətdir. Onun kəndləri, çəmənləri 
Azərbaycanda  –  Ərdəbildən  Təbrizə  gedən  yolun 
sağındadır.  Bura  isti  ölkədir.  Azərbaycanın  başqa  yerləri 
bura nisbətən soyuq olur. Burada türkmanların (azərbay-
canlıların)  mənzilləri  vardır.  Bu  yerlərin  hündürlükləri 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə