Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə45/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   38   39   40   41   42   43   44   45   46

Ələsgər Mirzəzadə 
 
198
oxucuya problemi dərindən mənimsəyib anlamaq imkanı 
verir.  Ümumiləşdirmələr  ustalıqla  təqdim  olunur,  çılpaq 
məntiqi  anlayışlar  şəklində  yox,  konkret  məkan,  zaman 
çərçivəsində  verilir,  tarixi  təfəkkürlə  elmi  təfəkkürün 
vəhdəti təmin olunur və maraqlıdır ki, müəllifin təfəkkürü 
şəxsi  hisslərindən  təcrid  olunmur,  onlarla  üzvi  vəhdət-
dədir.   
  Fikrin  kamilliyi,  tarixin  keşməkeşlərinə  şüurlu 
münasibət  Ə.Mirzəzafdənin  yaradıcılığının  mayasını 
təşkil  edir.  Qeyd  etdiyimiz  kimi,  Ələsgər  müəllimin 
yaradıcılığı  üçün  həqiqət  və  reallıq,  fəlsəfi  idrak,  tarixi 
genişlik  səciyyəvidir.  Bilgilərdə  ahəngdarlıq,  məzmun  və 
forma  birliyindən  doğan  gerçəkliyə  çevrilir  və  biz 
deyərdik  ki,  klassik  səviyyəyə  yüksəlir.  Hər  bir  müddəa 
sadə  sözlərlə  zəruri  harmonik  xüsusiyyət  kimi  meydana 
çıxır.   
  Tarixi  tədqiqatda  müasirlik  son  dərəcə  çoxşaxəli  və 
mürəkkəb  problemdir.  Hər  bir  tarixçi  auditoriyanı 
ovlamaq  üçün  özü  bu  rəngarəngliklərdən  baş  çıxarmağı 
bacarmalıdır.  Ələsgər  müəllimin  əsərini  oxuyarkən  sanki 
zəngin  bir  otağın  anfiladasına  düşürsən,  burada  müasir 
həyatla  üzvi  əlaqəni  və  varlığın  təcəssümünü  görürsən. 
Tarixin  ibrətamiz  məsələlərinə  aid  lakonik  ibrətamiz 
məzmunlu  müddəalar  sosial  mövqeyindən  asılı  olmayaraq 
hər  bir  kəsi  düşünməyə  vadar  edir,  bir  növ  xalq  müdrik-
liyinə  köklənməklə  hakimanə  sözə  çevrilir,  vahid  ideya 
istiqamətinə  yönəlir.  Beləliklə,  müəllifin  fikirlərinin 
mahiyyəti  gerçəkliyin  dərk  edilərək  mənimsənilməsindən 
ibarətdir,  bitgin  məzmuna  malikdir.  Kitaba  daxil  edilmiş 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
199
fəsillər müəyyən mənada əvəzedilməzdir, mütaliəçi üçün 
uzun  müddət  dəyişməzlik  təsiri  bağışlayır.  Lakin  bu 
dəyişməzlik prosesində onun müəlliflə üzbəüz qoyulmuş 
problemin düzgün başa düşülməsinə və obyektiv düşün-
cənin süzgəcindən keçirilərək mənimsənilməsinə çalışır. 
  "Tarix  və  zaman"  kitabı  Muğan  regionu  haqqında 
dəyərli  tədqiqatdır.  Belə  mürəkkəb  problemin  araşdırıl-
ması  prosesində  çatışmazlıqların  olması  da  tamamilə 
labüddür.  Misal  üçün,  bütün  oxucuların  hər  hansı 
problemi  qavrama  qabiliyyəti  eyni  deyildir,  obyektivlik 
xatirinə demək lazımdır ki, bəzi müddəalarda mübahisəli 
məqamlar  da  ola  bilər,  bu  da,  gərəkli  cəhət  sayılmalıdır. 
Çünki  tarixi  tədqiqatda  polemika  olmadan  keçinmək 
qeyri-mümkündür.  Burada  həmçinin  ziddiyyətlər  də 
meydana  çıxa  bilər,  amma  bu  da  yəqin  ki,  işarə  edilən 
hadisənin  çoxcəhətliliyindən  irəli  gəlir.  Əsas  material 
faktdır, faktın isə saysız-hesabsız çalarları, görüntüləri və 
ünsürləri  var.  Və  bütün  bunları  müəllifin  qeydlərində 
görməmək mümkün deyil.   
  Muğan  probleminin  həlli  üçün,  qənaətimizcə,  hələ 
çox  iş  görmək  lazım  gələcək.  İndi  isə  həmin  problemin 
tədqiqində  yeni  nailiyyət  göz  qabağındadır  və  bütün 
xalqımız üçün qiymətlidir. 
                                                              Aydın Hüseynov 
Tədqiqatçı -jurnalist 
şair, publisist 
 
 
 


Ələsgər Mirzəzadə 
 
200
TARİX YAZILANLAR 
VƏ XATIRLANANLARDIR 
 
  Tarix  tarixi  öyrənənlər  üçün  həmişə  sirr  dağarcığı 
olub.  Öyrənilənlər  və  xatırlananlar  unudulanlardan 
qat-qat azdır. Amma baş verənlər zaman-zaman tarixçilə-
rə və tarixsevərlərə ipucu verir. Keçmişi çox az öyrənilmiş 
bölgələrdən  biri  Muğandır.  Orta  yüzilliklərdə  salnamə-
lərdə  və  digər  tarixi  sənədlərdə  adı  tez-tez  hallansa  da, 
sonralar  Muğan  bölgəsinə  yetərincə  diqqət  yetirilməmiş, 
onun  arxeologiyası,  etnoqrafiyası  və  folkloru  qənaətedici 
səviyyədə  araşdırılmamışdır.  Vaxtilə  mərhum  arxeoloq 
İsaq  Cəfərzadənin  diqqət  çəkdiyi  Muğan  kurqanları 
Azərbaycan  tarixinin  sirli  məqamlarına  aydınlıq  gətirsə 
də,  uzun  müddət  bu  bölgə  fundamental  arxeoloji  araş-
dırmalardan  kənarda  qalmışdır.  Ötən  yüzilliyin  altmış--
yetmişinci  illərində  bu  ənənəni  Fərman  Mahmudov 
davam  etdirmiş,  lakin  arxeoloji  tədqiqat  işini  müəyyən 
səbəblərə görə başa çatdıra bilməmişdir. Son bir neçə ildə 
Tufan Axundov, Abuzər Ələkbərov, Anar Ağalarzadə və 
digər arxeoloqlar  Muğanda,  xüsusən,  Cəlilabad bölgəsin-
də arxeoloji kəşfiyyat və arxeoloji tədqiqat işlərinə maraq 
göstərsələr də, araşdırmalar bütün Muğan bölgəsini və bu 
bölgədəki kurqanları əhatə etməmişdir.   
  Sovet  dönəmində  təsərrüfat  məqsədləri  ilə  bağlı 
aparılan meliorasiya işləri Muğan kurqanlarının araşdırıl-
madan  hamarlanmasına  səbəb  olmuşdur.  Arxeoloji, 
etnoqrafik  və  folklor  araşdırmaları  zəif  aparıldığından 
Muğanın  tarixi  də  düz-əməlli  yazılmamışdır.  Yaranmış 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
201
boşluğu aradan qaldırmaq üçün bölgədə yaşayan və işləyən 
tarixçilər,  sözün  həqiqi  mənasında,  qollarını  çırmayıb 
müxtəlifyönlü  araşdırmalara  başlamışlar.  Cəlilabadda  bu 
işlə  uzun  müddət  mərhum  tarixçi  Rəşid  Əsgərov  məşğul 
olmuşdur.  Onun  daha  çox  diqqət  yetirdiyi  məsələ  atəş-
pərəstliklə,  daha  doğrusu,  Zərdüştiliklə  bağlı  idi.  Rəşid 
Əsgərovun  əsasını  qoyduğu  ənənəni  bu  gün  də  davam 
etdirirlər.  Son  bir  neçə  ildə  tarixi  araşdırmalarla  bağlı 
fəaliyyət  sahəsi  genişlənmiş,  buraya  toponimlərin,  tarixi 
abidələrin,  təsərrüfat  və  məişət  əşyalarının,  ritualların, 
numizmatika  nümunələrinin,  dini-fəlsəfi  təfəkkürün, 
folklor  nümunələrinin  öyrənilməsi  ilə  bağlı  materiallar 
əlavə  olunmuşdur.  Elşad  Əmənov,  Rza  Rzayev,  Mah-
mudağa Qasımov və Ələsgər Mirzəzadənin məqsədyönlü 
şəkildə  apardıqları  araşdırmalar  Muğan  tarixinə  işıq  sala 
bilmişdir.   
  Ələsgər  Mirzəzadənin  Muğanın  tarixi  ilə  bağlı 
apardığı  elmi  araşdırma  bir  sıra  maraqlı  məqamları  üzə 
çıxarmışdır.  Belə  ki,  bu  araşdırmalarda  təkcə  tarixi 
hadisələr deyil, ayrı-ayrı tarixi dövrlərdə Muğan camaatı-
nın  inancları,  mifologiyası,  rəmz  və  simvolları,  bu  mə-
qamları özündə cəmləşdirən epiqrafik abidələr mütəxəssis 
gözüylə  nəzərdən  keçirilir.  Ələsgər  Mirzəzadənin  elmi 
qənaətləri  olduqca  maraqlıdır.  O,  fikrini  əsaslandırmaq 
üçün  məişət  əşyasından  tutmuş  toxuculuq  məhsullarına 
qədər tarixi anlam verən bütün vasitələrə müraciət edir və 
haqlı olaraq bildirir ki, Muğan xalçaları öz ornamentlərinə 
görə  originaldır,  bölgənin  dünya  haqqında  təsəvvürlər 
sistemi  ilə  səsləşir.  Buna  görə  də  Muğan  xalçalarındakı 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə