Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   2   3   4   5   6   7   8   9   ...   46

 
14 
lər  bu  fikrin  üzərində  daha  çox  təkidlə  dayanırlar.  Görkəmli  kitabxana-
şünas alim B.N.Baçaldin metodiki işdən danışarkən göstərir ki, metodiki 
mərkəzlərin səlahiyyətləri imkan verir ki, onlar kitabxanaların bütün təd-
birlərində  fəal  və  yaxından  iştirak  etsinlər.  Metodistlər  kadr  işini  yaxşı 
bilməli,  onlarla  işləməyi  bacarmalı,  onları  yaxından  tanımalı,  onların 
gündəlik  ehtiyaclarını  bilməli,  beləliklə,  hər  bir  kitabxananın  inkişafına 
kömək etməlidirlər. Bu fikirlərlə bir sıra görkəmli kitabxanaşünas alimlər 
E.K.Vısoçkaya,  N.A.Semyonova  və  başqaları  razılaşaraq  göstərirlər  ki, 
metodiki  iş  kitabxanaların  gündəlik  fəaliyyətinə  kömək  etməyə  istiqa-
mətləndirilməlidir  (5).  Bu  alimlərin  baxışlarına  görə  bu  köməklik  gün-
dəlik aparılmalı, vaxtında və əməli olaraq həyata keçirilməlidir. Analoji 
fikirləri  kitabxanaşünas  alim  N.Bibika  da  təsdiq  edir  və  göstərir  ki, 
“Metodiki  şöbənin  başlıca  vəzifəsi-bütün  istiqamətlərdə  kitabxanalara 
köməklik  göstərməkdir”  (2).  Belə  bir  fikri  O.  Budetskaya  təsdiqləyərək 
hesab edir ki, bu gün metodiki işin məzmununu dərinləşdirmək və əhatəli 
etmək lazımdır. O göstərir ki, metodistlər öz üzərlərinə məsləhətlər ver-
məyi götürməlidirlər. Kitabxana işçilərinin daha az-az qarşılaşdığı müha-
sibat  işi,  iqtisadi  məsələlər  hüquqi  və  digər  problemlərə  dair  əməli 
məsləhətlər  verməlidirlər  (4).  Metodiki  təminat  işinin  əsas  problemləri-
nin müəyyənləşdirilməsi metodik mərkəzlərin qarşısında duran çox mü-
hüm vəzifələrdən biridir. Xüsusilə Respublika Milli Kitabxanası metodik 
mərkəz,  respublikanın  bütün  kitabxanalarının  metodiki  əlaqələndirmə 
mərkəzi  kimi  müasir  problemləri  araşdırmalı  və  respublikada  fəaliyyət 
göstərən bütün  metodiki mərkəzlərə əməli təkliflər verməlidirlər (5). Bu 
təkliflər  mərkəzi  kitabxana  sistemlərinə,  yerlərə,  filial  kitabxanalarına 
çatdırılmalıdır ki, bütün  kitabxana şəbəkələri və sistemlərini əhatə etsin.  
Müasir dövrdə kitabxanaların elmi- metodiki təminatında Azərbay-
can Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli 
sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  kitabxana-
informasiya  sahəsində  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proq-
ramı”nda Kitabxanaların metodiki təminatına xüsusi yer verilmiş və gös-
tərilmişdir  ki,  “Kitabxana  işi  sahəsində  elmi-tədqiqat  və  elmi–metodiki 
fəaliyyətin  stimullaşdırılması,  sahəyə  aid  ədəbiyyat  nəşrinin  genişləndi-
rilməsi nəzərdə tutulmuşdur” (1). Bu proqramdan irəli gələn digər məsə-
lələrin həll edilməsində metodik mərkəzlərin üzərinə çox böyük vəzifələr 
qoyulmuşdur. Metodiki mərkəzlər kitabxanaların inkişaf proqramının ye-
rinə  yetirilməsində respublika səviyyəli bütün tədbirlərin həyata keçiril-


 
15 
məsində  xüsusilə  respublika  və  regional  mərkəzlər  fəal  mövqeyə  malik 
olmalıdırlar.  
Son  illərdə  metodiki  işin  müxtəlif  illərdə  bir  məfhum    kimi  dəyiş-
məsi, onun bir termin kimi yeniləşməsi metodik təminatın məzmununda 
da  mühüm  dəyişikliklərin  aparılmasını  tələb  edir.  Bu  dəyişikliklər  artıq 
dünya təcrübəsində, eləcə də, respublikamızda xeyli inkişaf etmişdir.  
Məlum olduğu kimi, kitabxana-informasiya proseslərinin son dərə-
cə  mürəkkəbləşdiyi,  yeni  texnologiya  ilə  zənginləşdiyi  bir  zamanda  ki-
tabxana işinin metodik təminatının öhdəsinə çox mühüm vəzifələr düşür. 
Müasir dövrdə kitabxana ictimaiyyəti metodik təminatın necə inkişaf et-
məsini düşünürlər. Bu problem kitabxana işinin ən aktual problemlərin-
dən biridir. Kitabxanaların metodik təminatının həmişəki  məzmunu xey-
li  dəyişmiş  və  zənginləşmişdir.  Bu,  şübhəsiz  ki,  ilk  növbədə  kitabxana 
işinin  inkişafı,  cəmiyyətdəki  informasiya  proseslərinə    inteqrasiyası  ilə 
əlaqədardır.  
Hazırda,  kitabxanaların  metodiki  təminat  probleminin  müxtəlif 
izahlara, şərhlərə və münasibətlərə məruz qaldığı kitabxanaçılıq fəaliyyə-
tində baş verən kəmiyyət və  keyfiyyət dəyişmələri ilə izah olunmalıdır.  
Müasir  dövrdə  kitabxana  işçiləri,  metodistlər  kitabxanaların  meto-
dik təminatı anlayışının mahiyyətinin dərindən dərk edilməsi üçün müa-
sir  dövrdə  dünya  informasiya  məkanında  baş  verən  yeni  prosesləri,  bu 
proseslərlə əlaqədar kitabxanaların fəaliyyətində meydana gələn konsep-
tual dəyişiklikləri dərindən öyrənməli və tətbiq  etməlidirlər. 
 Müasir  dövrdə  kitabxanaların  metodiki  təminatı  dedikdə  metodik 
mərkəzlər  tərəfindən  kitabxanaların  və  kitabxanaçıların  fəaliyyətinin 
dövrün tələblərinə uyğun dinamik inkişafına yönəlmiş nəzəri əsaslara və 
mütərəqqi təcrübəyə  söykənən, özündə rəngarəng forma  və üsulları bir-
ləşdirən  təşkilati-metodiki  əməliyyatların  hazırlanıb  həyata  keçirilməsi 
nəzərdə tutulur. 
 Kitabxanaların metodik təminatı sistemli fəaliyyət olub, cəmiyyətin 
kitabxana işinin analitik-sintetik  təhlil  metodlarına əsaslanan elmi infor-
masiya, pedaqoji və təşkilati funksiyaları yerinə yetirir. Elmi funksiya bu 
gün  ən  vacib  funksiyalardan  biridir.  Metodik  təminat  sisteminin  elmi 
funksiyasının əsasını metodik mərkəzlərin ölkədə kitabxana işinin vəziy-
yətini və inkişaf yolların müəyyənləşdirən təhlil metodu ilə aparılan  elmi 
tədqiqatlar təşkil edir. Bunun əsasında metodiki mərkəzlər cəmiyyətində 
kitabxanaların işinə yaradıcı çəkildə müdaxilə edərək metodiki təminatın 
istiqamətləndirilməsinə dair tövsiyələr irəli sürülməlidir.  


 
16 
Son  illərdə  dünya  metodik  təminat  sistemində  nəzərə  çarpan  cəhət 
metodik iş üsullarının elmi-tədqiqat üsulları ilə yaxınlaşması bir çox hal-
larda  isə  onların  sintezidir.  Bu  müasir  cəmiyyətdə  baş  verən  mühüm 
kitabxana proseslərinin inkişaf qanunauyğunluqları ilə əlaqədardır. Həm 
də  metodik  fəaliyyətin  elmi-tədqiqat  metodları  ilə  sintezi  bu  fəaliyyət 
özünün  xarakterik cəhətlərindən irəli gəlir.  
Metodik təminat sistemi baş verən kitabxana-informasiya proseslə-
rinin ayrılmaz hissəsidir. Lakin bu prosesdə onun öz yeri vardır. Əgər hər 
bir kitabxananın əsas xidmət obyekti oxucu və ya informasiya istehsalçı-
sıdırsa, metodik təminat sisteminin üç fəaliyyət obyekti vardır: oxucu, ki-
tabxanaçı və kitabxana. Metodik fəaliyyət eyni zamanda elmi fəaliyyətin 
bir  sahəsidir.  Bu  metodik  fəaliyyətin  əsas  vəzifələrindəndir.  Metodik 
fəaliyyət zamanı yalnız elmi müddəalar və prinsiplərdən, həmçinin kitab-
xanaşünaslığın  nəzəri  nailiyyətlərindən  istifadə  etməklə  kitabxanaların 
metodik  təminat  prosesi  öz  inkişafını  və  səmərəliliyini  təmin  edə  bilər. 
Beləliklə  müasir dövrdə kitabxana işinin  metodik təminat sistemi kitab-
xanaşünaslıq tədqiqatları ilə vəhdətdə olan sistemli fəaliyyət kimi təzahür 
edir. Bu baxımdan kitabxanaların təşkilari-metodik prosesində kitabxana 
işinin  proqramlaşdırılması  mühüm  kitabxana  əməliyyatlarının  səmərə-
ləliyinin  öyrənilməsi,  kitabxanalarda  sosioloji  tədqiqatların  keçirilməsi 
eksperimentlərin qoyulması və ya digər xarakterli müddəaların kitabxana 
işində tətbiq edilməsi, analitik təhlil xarakteri daşıyan arayışların məruzə 
və informasiya sənədlərinin hazırlanması, kitabxana işinin iqtisadi təhlili 
və  s.  kimi  elmi-  tədqiqat  üsulları  metodik–təminat  sisteminin  ayrılmaz 
tərkib hissəsinə çevrilməlidir.  
Metodiki təminat sisteminin müasir dövr üçün başlıca istiqamətləri 
yeni  kitabxana  proqramlarının  tətbiqi  ilə  bağlıdır.  Azərbaycan  Respub-
likasında bu sahədə bir sıra iri elmi kitabxanalarda yeni proqramların tət-
biqinə başlansa da hələlik bu iş tamamlanmamış vəziyyətdədir. Yəni ki-
tabxanalardan dünya təcrübəsində olduğu kimi geniş oxucu kütləsi lazımi 
səviyyədə istifadə edə bilmirlər, yəni bu iş sistem halında oxuculara xid-
mət  göstərə  bilmir.  Elektron  kitabxana,  elektron  kataloqun  yaradılması 
və  istifadəsi  ürək  açan  deyil.  Respublikamızın  MKS-lərində  və  digər 
məktəb, uşaq, elmi-texniki və s. kitabxana şəbəkələri və internet sistem-
lərindən istifadə etməklə kitabxana xidməti yarıtmaz vəziyyətdədir.  
Bütün bunlar onu göstərir ki, tez bir zamanda kitabxana şəbəkələri 
və sistemlərinin proqram təminatı həyata keçirilməli, bütün kitabxanala-
rın  kompüter  təminatı,  internetə  qoşulması,  lokal  şəbəkə  sisteminin  qu-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə