21
DİAQRAM 2.5. STASİONAR MÜƏSSİSƏLƏRİNDƏ
SAXLANMA MÜDDƏTİ (il ərzində günlərlə)
31
65
0
10
20
30
40
50
60
70
STASİONAR ŞÖBƏLƏRİ
PSİXİATRİYA
XƏSTƏXANALARI
Pasiyentlər ən uzun müddət psixiatriya xəstəxanalarında saxlanırlar, onun ardınca isə ümumi
təyinatlı xəstəxanaların psixiatriya şöbələri gəlir.
DİAQRAM 2.6. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİNDƏ
PSİXOTROP DƏRMANLARIN MÖVCUDLUĞU
0%
20%
40%
60%
80%
100%
120%
Ambulator
müəssisələr
Stasionar şöbələri
Psixiatriya
xəstəxanalarI
Dərmanların
mövcudluğu
Qeyd: diaqramdakı məlumatlar faizlə verilmişdir; zəhmət olmasa, rəqəmlərdən sonra %
işarəsini göstərməyi unutmayın.
22
DİAQRAM 2.7. STASİONAR MÜALİCƏSİ İLƏ
AMBULATOR MÜALİCƏSİNİN MÜQAYİSƏSİ
370277
592135
0
100000
200000
300000
400000
500000
600000
700000
AMBULATOR MÜALİCƏSİ STASİONAR MÜALİCƏSİ
Ambulator qəbul üzrə pasiyent/günlər və bütün stasionar müəssisələrində (psixiatriya
xəstəxanaları və ümumi xəstəxanalardakı şöbələr) keçirilmiş günlər arasında olan
nisbət ictimai qayğının nə dərəcədə olmasının göstəricisidir: ölkədə bu nisbət 1:1,6
kimidir.
İLKİN
SƏHİYYƏ
SİSTEMİNDƏ
PSİXİ
SAĞLAMLIQ
XİDMƏTLƏRİ
İlkin səhiyyə işçilərinə psixiatriyanın tədrisi
Həkimlərin tibbi təhsilinin 1% hissəsi psixiatriyanın tədrisinə həsr olunur. Müqayisə
üçün qeyd etmək lazımdır ki, tibb bacılarında bu göstərici 5%-ə bərabərdir. Təhsilin
ikinci ilində həkimlərə Tibbi psixologiya (psixi sağlamlıq üzrə təlimlərin 16%-i),
dördüncü və beşinci illərində isə Psixiatriya (psixi sağlamlıq üzrə təlimlərin 84%-i)
tədris olunur. Tibb bacıları üçün psixiatriyanın tədrisi də iki bölmədən ibarətdir: 1)
Psixonevroloji pozğunluqlar (psixi sağlamlıq üzrə təlimlərin 82%-i) – bu bölmə
əsasən psixiatrik pozğunluqlardan daha çox nevroloji pozğunluqların öyrənilməsinə
həsr olunmuşdur; 2) Tibbi psixologiya (psixi sağlamlıq üzrə təlimlərin 16%-i).
Həkim və tibb bacılarından başqa digər ilkin səhiyyə işçilərinə psixi sağlamlıq
mövzularında təlimlər keçilmir. Nə ilkin səhiyyə həkimləri, nə də tibb bacıları üçün
psixi sağlamlıq sahəsində biliklərin təzələnməsi məqsədilə heç olmasa iki günlük
məşğələlər aparılmır. Psixiatriya sahəsində ixtisaslaşmaq istəyən həkimlər bir illik
internatura keçirlər, bu isə lazımi dərəcədə təlim üçün kifayət deyil.
İlkin səhiyyə sistemində psixiatriya
Ölkədə həm həkimlərin çalışdığı, həm də yalnız orta tibb işçilərinin çalışdığı ilkin
səhiyyə xidməti (İSX) klinikaları mövcuddur. Bu klinikaların heç birində əsas psixi
vəziyyətlər üçün qiymətləndirmə və müalicə protokolları yoxdur. Psixiatriya üzrə
mütəxəssisin qəbuluna hər ay orta hesabla heç olmasa bir pasiyent göndərən ilkin
23
səhiyyə həkimləri haqqında informasiyanı hesablamaq mümkün olmamışdır, çünki bu
cür informasiya qeydiyyata alınmamışdır.
Eyni zamanda, orta tibb işçilərinin çalışdığı ilkin səhiyyə xidməti klinikalarının
təxminən 21-50%-i daha yüksək səviyyəli tibb müəssisələrinə göndərişlər edir. Son
bir il ərzində mütəxəssis-psixiatrla heç olmasa bir dəfə əlaqə yaratmış ilkin səhiyyə
həkimləri haqqında informasiyanı əldə etmək mümkün olmamışdır, çünki belə
informasiya da qeydiyyata alınmamışdır. Həkimlərin və yaxud yalnız orta tibb
işçilərinin çalışdığı İSX klinikalarının və psixiatriya müəssisələrinin işçiləri qida
əlavələri (bioloji aktiv əlavələr) təyin edən, alternativ və ya ənənəvi praktikalarla
məşğul olan şəxslərlə qeyri-rəsmi əlaqələr yaradırlar, lakin bu cür informasiya qeydə
alınmadığı üçün əldə edilməsi mümkün olmamışdır.
Psixi sağlamlıq sahəsində göstərilən xidmətlərin böyük əksəriyyəti ixtisaslaşmışdır və
təşkilatlar tərəfindən təmin edilir. Pasiyentlər birbaşa psixiatriya müəssisələrinə
müraciət etməli olurlar, çünki İSX səviyyəsində psixi sağlamlıq xidmətləri zəif inkişaf
etmişdir.
İlkin səhiyyədə dərmanların təyini
Bütün ixtisaslardan olan həkimlərin, o cümlədən İSX həkimlərinin istənilən şəraitdə,
məhdudiyyət qoyulmadan reseptlə psixotrop dərmanlar təyin etməyə ixtiyarı vardır.
Tibb bacılarının və digər İSX işçilərinin belə bir hüququ yoxdur. Psixotrop
dərmanların əldə edilməsi imkanına gəldikdə, həkimlərin və yaxud yalnız orta tibb
işçilərinin çalışdığı bütün (100%) İSX klinikaları hər müalicə kateqoriyası üzrə
(neyroleptik, antidepressant, əhval-ruhiyyəni tənzimləyən, trankvilizator və
antiepileptik dərmanlar) heç olmasa bir psixotrop preparatla təmin edilmişdir. İSX
müəssisələrində psixotrop dərmanların rasional istifadəsi üzrə hər hansı rəhbərlik və
ya protokol yoxdur. Digər tərəfdən, burada psixotrop preparatların aqressiv reklamını
həyata keçirən farmasevtik şirkətlər vardır və bu şirkətlər, öz istehsalları olan
psixotrop preparatların təyin edilməsi üçün həkimləri maddi cəhətdən
şirnikləndirməyə çalışırlar.
KADR
RESURSLARI
Psixi sağlamlıq xidmətlərində mövcud kadr resurslarının sayı
Dövlət psixiatriya müəssisələrində çalışan və özəl praktika ilə məşğul olan bütün kadr
resurslarının ümumi sayı hər 100 000 nəfər əhali üçün 22,2-yə bərabərdir. Onların
peşəyə uyğun bölgüsü aşağıdakı kimidir: 5,2 psixiatr, 0,8 digər ixtisaslardan olan
həkimlər (psixiatriya üzrə ixtisaslaşmamış), 8,4 tibb bacısı, 0,2 psixoloq, 0,3 sosial
işçi, 7,4 digər səhiyyə və ya psixi sağlamlıq sistemi işçiləri, o cümlədən yardımçı
personal və tibbi köməkçilər. Peşə həkimləri, həkim və ya tibb bacısı olmayan İSX
işçiləri, səhiyyə köməkçiləri, peşəkar və ya yarımpeşəkar psixososial məsləhətçilər
kimi psixi sağlamlıqla əlaqəli digər ixtisasların sahibləri ölkədə mövcud deyildir.
Psixiatrların 92%-i yalnız dövlət psixiatriya müəssisələrində işləyir, yalnız QHT-
lərdə, özəl psixiatriya müəssisələrində çalışan və ya xüsusi praktika ilə məşğul olan