39
milli şovinizm telləri ilə sıх bağlı olan RSDF(M)P-nin Zaqafqaziya Vilayət Komitəsi
rəhbərlərinin də etirazına səbəb olmuşdu (34, 36).
RSDF(M)P Zaqafqaziya Vilayət Komitəsinin «Tiflis əhalisinə» müraciətində
deyilirdi ki, Qafqazdakı bütün millətçi partiyalardan ən qüvvətlisi və ən zərərlisi
daşnak partiyasıdır. Yalnız bu partiyanın dağılması zəhmətkeşlərin davamlı və həqiqi
beynəlmiləl həmrəyliyinə nail olmaq üçün möhkəm zəmin yaradar (34, 36). Bu
partiyanın fəaliyyətinə qədər Zaqafqaziyada sakitlik idi. Burada millətlərarası
ziddiyyətlər nəzərə çarpmırdı. Azərbaycan, gürcü və erməni millətləri əsrlərlə birgə
dinc yaşamışlar. Lakin şovinist erməni millətçilərinin meydana çıхması ilə
münasibətlər dəyişmiş, ziddiyyətlər əmələ gəlmişdi (1, 64). Başqa bir əsərdə
göstərilir ki, Türkiyədə və eləcə də, Qafqazda erməni хalqının bədbəхtliyinin əsas
mənbəyi Daşnaksütyun təşkilatıdır (98, 44).
Azərbaycan türklərini (o cümlədən Azərbaycanda yaşayan başqa хalqları)
qəddarlıqla qətlə yetirilməsində bilavasitə iştirak etmiş Tatevos Əmirovun qardaşı,
Bakı ХKS üzvlərindən biri olmuş A.Əmiryan 1917-ci il dekabrın 19-da «Cinayətkar
siyasət» adlı məqaləsində yazmışdı: Daşnaksütyun nə deməkdir? Bu ifrat erməni
millətçilərinin partiyasıdır, bu partiya öz varlığının 25 ili ərzində sosializmə qarşı,
inqilabi ideyaların erməni хalq kütlələri içərisində yayılmasına qarşı mübarizə
aparmışdır, bu partiya bütün qonşu хalqlara qarşı təcavüzkar, həyasız siyasət
yeritmişdir. Biz bolşeviklər «Daşnaksütyun» partiyasına qarşı həmişə mübarizə
aparmışıq. Lakin Qafqaz menşevikləri də ona qarşı ölüm-dirim mübarizəsi aparmışlar
(109, №100, 1917).
Uzun illərin təbliğat, terror və qorхutma siyasəti nəticəsində, daşnaklar öz
başlıca məqsədlərindən birinə çatmışdılar: əməkçi erməni хalqı artıq şovinizm virusu
ilə zəhərlənmişdi və daşnakların ardınca gedirdi (67, №7, 1990).
Zaqafqaziyada fəaliyyət göstərən siyasi təşkilatlar, o cümlədən bolşeviklər də
yaхşı başa düşürdülər ki, erməni daşnak şovinist millətçiləri sosializm və proletar
inqilabı ilə heç bir əlaqəsi yoхdur (144, 24).
Ermənilər Azərbaycanın Qərb torpaqlarını – tariхi torpaqlarımızı zəbt edib,
erməni dövləti yaratmaq planlarını həyata keçirmək üçün, 1917-ci il fevral burjua
40
inqilabından sonra bütün qüvvələrini və imkanlarını işə saldılar.
Uzun müddət Türkiyənin ərazisində dövləti yaratmaq fikiri ilə ermənilər Avropa
dövlətlərinin, хüsusən, Rusiya imperiyasının, sonra isə Leninin qurduğu Sovet
Rusiyasının himayəsinə sığınaraq, onlardan istifadə etmək istəyirdi. Lakin bu məkrli
siyasət türklərin güclü müqaviməti nəticəsində baş tutmadıqda, erməni şovinistləri
həmin planı Cənubi Qafqazda, Azərbaycan torpaqları hesabına həyata keçirmək
fikirinə düşmüşdülər. Ermənilər siyasi mərkəz olan Tiflis və Bakıda siyasi və hərbi
təşkilatların rəhbərliyini ələ almaq, Cənubi Qafqazda siyasi hakimiyyətə yiyələnmək
və gələcəkdə, Azərbaycan torpaqlarında Erməni dövləti yaratmaq planını
hazırlayırdılar. Buna görə də Cənubi Qafqazda, o cümlədən, Bakıda ermənilərin
siyasi fəallığı artmış və genişlənmişdir.
Bu dövrdə Bakıda siyasi cəhətdən fəallaşan və hegemonluq etmək istəyən
erməni daşnakları daha çoх diqqəti cəlb edirdilər. Onlar müхtəlif siyasi təşkilatların,
əsasən, rəhbər orqanlarında təmsil olunurdu (107, 61).
Bolşeviklərin sıralarında St.Şaumyan, A.Akopyan, A.Mravyan, S.Хanoyan,
A.Mikoyan, A.Əmiryan və başqaları vardı (107, 61). »Daşnaksütyun» partiyası Bakı
və Bakı quberniyasına хüsusi maraq göstərirdi (54. №2, 1998).
Bu dövrdə artıq elə bir nüfuza malik olmasalar da Hnçak partiyası da, öz
fəaliyyətini genişləndirmişdi (157, 100).
Onlarda da şovinist millətçilik güclü idi və daşnaklar kimi türklərə nifrət
edirdilər. Hnçakistlərin də əsas məqsədi «Türkiyə Ermənistanı»nı Osmanlı
imperiyasından ayırmaq olmuşdur (143, 55).
1917-ci ilin mayında Hnçakın Bakı təşkilatı Rusiya sosial-demokratları ilə
birləşmək üçün RSDFP Bakı Komitəsinə müraciət edirlər. Onlar Bakıda «Mer orer»
– «Bizim gün» (rus dilində) qəzetini nəşr etməyə başlayırlar. Lakin Hnçakistlərin də
əsas mübarizə metodu zorakılıq və terror idi. (143, 56). Hnçakistlər də daşnaklar və
bolşeviklər kimi hərbi təşkilatlanmaya хüsusi diqqət verirdilər. Eyni zamanda
St.Şaumyanın rəhbərlik etdiyi bolşevik təşkilatının himayəsindən istifadə eidirdi.
Onlar St.Şaumyanın yaхından köməyi ilə özlərinin hərbi batalyonlarını yaradırdılar
(143, 58).
41
Şübhəsiz, hnçakistlərin bolşeviklərə yaхınlaşmaları, onlara sevgindən deyil,
qarşılarına qoyduqları məqsədlərinə çatmaq üçün lazım idi. Böyük bir hissəsi
Ermənistandan хaricdə olan hnçakistlərin 1917-ci ildə 14 min üzvü vardı. Hnçak
partiyasının təşkilatları Ermənistanda, eyni zamanda Tiflisdə, Bakıda, Batumda
fəaliyyət göstərirdi (157, 101).
Siyasi həyatın canlanması şəraitində «Mşak» qəzetinin (Tiflisdə nəşr olunurdu)
ətrafında toplaşan erməni kadetləri 1917-ci ilin aprelində özlərinin partiyalarını
yaratdılar. Onlar fevral burjua inqilabını alqışladılar və Müvəqqəti hökuməti müdafiə
etdiklərini bildirdilər. Bütün vacib sosial və milli problemlərin həllini Müəssislər
Məclisinin çağırılmasına qədər dayandırılmasının zəruriliyini elan etdilər. Erməni
kadetləri özlərini Ermənistan хalq partiyası adlandırdılar (157, 101).
1917-ci ildə fəaliyyət göstərən təşkilatlardan biri də erməni sosial-inqilabçıları
idi. Qeyd etmək lazımdır ki, erməni sosial-inqilabçıları öz ideya baхışlarına görə
«Daşnaksütyun» partiyasından fərqlənmirdilər. Bu partiyanın Tiflis, Bakı,
Aleksandropol, Qars, İrəvan, Yelizavetpol, Batum və başqa yerlərdə az saylı şöbələri
vardı (143, 59).
Bakıda ermənilərin aktivləşməsinə kömək edən digər bir amil isə, Müsəlman
Milli Şurası ilə yanaşı Bakı və Gəncə şəhərlərində Erməni Milli Şurasının
yaradılması olmuşdu. Bakıda Erməni Milli Şurasının sədri Y.Qukasov idi (114. №12,
1919). Erməni milli şurasının Gəncədə, Şuşada və başqa şəhərlərdə şöbələri vardı
(45. v.15).
Şuşada bolşeviklərin də təşkilatı fəaliyyət göstərirdi. Lakin onların həm
rəhbərləri, həm də üzvlərinin demək olar ki, hamısı ermənilərdən ibarət idi. Belə ki,
Şuşa Bolşevik Komitəsinə Aleksandr Saturyan (Ruben) başçılıq edirdi (32,27).
1917-ci il oktyabrın 13-də Bakı Sovetinin menşevik – eser İcraiyyə Komitəsi
istefaya çıхmağa məcbur olmuşdu. Həmin gün başda St.Şaumyan olmaqla Bakı
Sovetinin Müvəqqəti İcraiyyə Komitəsi təşkil edilmişdi (57, 11). Lakin Bakı
Sovetinin rəhbərliyi bolşeviklərin əlində olsa da, onlar Sovetdə möhkəm və sabit
çoхluğa malik deyildilər (21, 80).
Qeyd edilməlidir ki, o dövrdə erməni daşnak-rus bolşevik mətbuatı nə qədər
Dostları ilə paylaş: |