Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə44/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   38   39   40   41   42   43   44   45   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Saçının ətri yerindəmi? 

Evimiz üstdən uçub gedən 

Durnalar kövrəldir məni. 

 

Ulduz baxır, ulduz axır, 

Dünya başıma hərlənir. 

Pəncərəmizdən ay baxıb 

Yandırıb yaxır məni. 

 

Səsimçün darıxan anam, 

Saçının ətri yerindəmi? 

Dərdlə çoxdan qol- boyunam, 

Sevinclər kövrəldir məni. 

 

Hələ səni görməyə, 

Səsini eşitməyə 

Saçlarım ağarınca, 

Nəfəsim kəsilincə 

Möhlət var, əziz anam, 

Baxışları yosunlu, 

Gözləri dəniz anam. 

 

O dəniz gözlərində 

Üzür həsrət balıqlar. 

Deyirsən, axır vaxtlar 

Tor atılıb gözümə… 

Məni şair eləsə 

Eləyəcək, bəlkə də, 

Bu həsrət, bu intizar. 

 

Darlığa darılmayan 

Ağ dəvənin dözümü. 

Özgə heç nəyə yoxdu 

Zərrə qədər gümanım, 

Durna səsi tək səsin 

Mənim dinim, imanım. 

 

Səsim yetər o səsə, 

Üzüm qonar o üzə, 

Qalmayıbsa o sevgi, 

De dünyadan əl üzək. 

Məni şair eləsə 

Bu həsrət eləyəcək… 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

 

SABİR   SARVAN 

 

AĞRI 

 

Əlləri ağrıyırdı anamın, 

          əlləri. 

Kol  qırmaqdan, 

         çəpər vurmaqdan, 

kişi işi görməkdən 

Əlləri ağrıyırdı anamın, 

          əlləri. 

Hər axşam 

barmaqlarını uşaq bələyən kimi 

          bələyib bağlayırdı. 

Qan axırdı anamın 

          kişi əllərinin yarasından, 

Əlləri qan ağlayırdı. 

Səhərlər unudub ağrısını, 

          göynəyini, 

Çıxardıb barmaqlarının 

         qanlı köynəyini, 

Gedirdi iş dalınca. 

Getdi bir gün, 

Getdi gecənin bir yarısı. 

Hündür çəpərimizdə 

Həyətimizin səliqə-sahmanında, 

Qızıl inəyimizin yelinində qaldı 

Əllərinin ağrısı. 

 

SƏRVAZ    HÜSEYNOĞLU 

 

 

 

 

      İNANMIR  ANAM 

 

Yaşım otuz beşi, qırxı haqlayıb, 

Yaşımı anama deyə bilmirəm. 

Dünənki uşağam gözündə hələ, 

İnanmır yaşıma niyə, bilmirəm. 

 

Birdən soyuq dəyər, azarlayaram, 

Bütün fəsilləri qış bilir anam. 

Göyə bulud gəldi, hava qaraldı- 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Mənim köynəyimi yaş bilir anam. 

 

Oğul- qız yiyəsi tay- tuşlarımla 

Yaşıd olduğumu görmək istəmir. 

Dünyadan çox görüb- götürübsə də, 

Yaşa dolduğumu görmək istəmir. 

 

Barmaq hesabına vurur illəri, 

Çevirib payız, qış, yaz hesablayır. 

Harda artıq gəlir yaşım, çevirib 

O öz yaşını da az hesablayır. 

 

Yaşım otuz beşi, qırxı haqlayıb, 

Yaşımı anama deyə bilmirəm. 

Dünyada hər şeyə inanan anam, 

İnanmır yaşıma niyə, bilmirəm. 

 

 

SƏMƏD   QARAÇÖP 

 

 

ANAM  YATAN  TORPAĞA  YAZDIĞIM  YAZI 

 

And içib andığım sənsən, 

And yeri sandığım sənsən, 

Torpaq, inandığım sənsən, 

Anamı sənə tapşırdım, torpaq! 

 

Üz tutduğum yönsən daha, 

Gözlədiyim günsən daha, 

Torpaq, anam sənsən daha, 

Anamı sənə tapşırdım, torpaq! 

 

Dolanam- Günündən yaxam, 

Bulanam- suyundan axam… 

Mənim- əlimdi, sənin- yaxan, 

Anamı sənə tapşırdım, torpaq! 

 

…Suyunla gözlərimi suvardım, 

Odunla ürəyimi bişirdim, torpaq! 

Anam mənə tapşırdı səni, 

Anamı sənə tapşırdım, torpaq! 

 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

ALİM  MƏHƏRRƏMLİ 

 

ANAMA 

 

Bu yeddi taxt tumanlı, bu qara şallı, 

Telləri ağ bayraq misallı, 

Ömrü- günü qəm kitabı, 

Üzü- gözü işıq dolu, 

Əlləri torpaq qoxuyan, 

Qara günün qarasınca danışmayıb, 

Tanrısına şükranlar oxuyan 

Bu qadın mənim anamdı, dostlar. 

 

Ölsəm dəli ola bilər, 

Allah eləməmiş olmasa 

Elə hesab edin yoxam, ölmüşəm. 

Onun gözəl bəxtindən 

Bu çirkin dünyaya gəlmişəm. 

Gündüzümdə Günəş, gecəmdə ağ şamdı. 

Yüz qadın mənə oğul deyər, 

Bu qadın mənim anamdı, 

Anamdı, dostlar! 

 

Yeganə qadındı ki, 

Eşqindən böyük eşqlər tanımadım. 

Yeganə qadındı ki, önündə 

Əyilməkdən, sınmaqdan utanmadım. 

Bu qadın mənim anamdı, dostlar. 

 

Onun dəlisiyəm son günə kimi, 

Sinəmin altında sevdası bitməz. 

Ən çətin günümdə harayım- səsim 

Ondan başqa bir kimsəyə yetməz. 

Məni ürəyimə, ürəyimi insanlara 

Bu qadının mələk üzü bağlayır. 

Məni tanrılar yox, 

Bu qadının daşa, torpağa 

Oxuduğu dualar saxlayır, 

Bu qadın mənim anamdı, dostlar! 

 

 

SAĞ  OL, ANA  DİLİM 

 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə