Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   5   6   7   8   9   10   11   12   ...   114

həddindən kənarda  qalan,  təsərrüfatın operativ idarə  edilməsi.  Məsələn,  torpağın bu 
və  ya  digər  kateqoriyaya  aid  edilməsi  iqtisadi  məsələdir,  əgər  belə  aidiyyat  ətraf 
mühitin  mühafızəsi  və  təbiətdən  istifadə  ilə  əlaqədar  qanunla  müəyyən  olunmuş 
qaydalara  zidd  deyilsə,  onda  bu  məsələ  ilə  bağlı  qəbul  edilmiş  qərar  hüquqi  əsasa 
malik  deyil.  Həmin  qərarla  razılaşmayanlar  prokurorluğa  müraciət  edərsə,  prokuror 
bu qərara protest verə bilməz, belə ki, bu qanundan kənardır; 
b) icraçılarm öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan vasitələrlə təmin 
edilməsi.  Bu  idarəetmə  fəaliyyəti  olmadan  qanun  həyata  keçirilməsə  də,  məsələn, 
torpağın  münbitliyi  haqqmda  qanun  mineral  gübrələrlə  təmin  olunması  səbəbindən 
reallaşmasa belə, həmçinin hüquqi təbiətə malik deyildir. 
Ə
ksər hallarda tənzimləmə formaları öz təbiətinə görə qeyri-hüquqi olur, belə ki, 
hüquqi  formalar  o  yerdə  tətbiq  olunur  ki,  orda  meydana  çıxan  ziddiyyətlər  yalnız 
hüquqi yolla aradan qaldırıla bilər. 
Hüquqi formalar 3 əsas növdə ifadə olunur: 
a) hüquq yaradıcıhğı; b) hüquq tətbiqetmə; c) hüquq mühafizə. 
Hüquqi  tənzimləmə  metodları  aşağıdakılardır:  1)  Məcburi  göstəriş  metodu, 
başqa sözlə imperativ metod. Həmin metodda idarəetmə üzrə qərarın doqiq və olduğu 
kimi  yerinə  yetirilməsi  nəzərdə  tutulur,  ondan  hər  hansı  bir  kənarlaşmaya  yol 
verilmir.  Belə  metod,  qərarın  yerinə  yetirilməsi  zamanı  yerli  şəraitin  uçotu  və 
xüsusiyyəti  tələb  olunmadan  tətbiq  olunur.  Məsələn,  yer  quruluşu  layihəsinin 
reallaşmasma  görə  müəllif  nəzarətinin  həyata  keçirilməsi,  yerli  şəraitdən  və 
xüsusiyyətdən asılı olmadan qanunun məcburi tələbidir. 
2)
  Tövsiyə metodunun reallaşması yerli şəraitin uçotu və xüsusiyyətinin nəzərə 
alınmasının yol verildiyi idarəetmə qərarlarının çıxanlmasında ifadə olunur. Belə ki, 
Azərbaycan Respublikasınm Torpaq Məcəlləsinə görə torpaq kateqoriyalarınm rejimi 
azsayh  xalqların  və  etnik  qrupların  yaşadığı  ərazilərdə  dəyişə  bilər,  yəni  torpaq 
kateqoriyaları haqqmda ümumi qaydalar yerli şəraitdən və xüsusiyyətdən asılı olaraq 
dəyişdirilir, Torpaq Məcəlləsinin bu müddəası tövsiyəedici xarakter daşıyır. 
3)
  Sanksiyalaşdırma  metodu  və  ya  məhdud  özünüidarəetmə  metodu  zamanı 
idarəetmə  qərarını  idarə  olunan  təşkilat  qəbul  edir,  lakin  onlar  yalnız  səlahiyyətli 


qurum bu qərarı təsdiq etdikdən sonra hüquqi qüvvəyə malik olur. Məsələn, təsərrüfat 
daxilində  yerquruluşu  haqqında  qərarı  kollektiv  özü  qəbul  edir.  Lakin  bu  layihənin 
təsdiq  olunması  torpaq  ehtiyatIarı  və  yerquruluşu  üzrə  müvafıq  qurum  tərəfindən 
həyata keçirilir. 
4)  cazə metodu, orqanlarm tam özünü idarə etdiyini göstərir ki, bu zaman onlar 
özləri heç kəsdən asılı olmadan idarəetmə qərarı qəbul edirlər. 
Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimləməsinin metod 
və formaları, müvafiq səlahiyyətli dövlət idarəetmə funksiyaları vasitələri ilə həyata 
keçirilir.  darəetmə  qurumlannın  növündən  və  səlahiyyətindən  asıh  olmayaraq 
onlardan  hər  biri  birbaşa  və  ya  dolayısı  aşağıda  adları  sadalanan  yeddi  funksiyanı 
yerinə yetirir və ya yerinə yetirilməsində iştirak edir: 
1.
  Təbii  ehtiyatlann  və  digər  təbii  obyektlərin  uçotu  və  dövlət  kadastrının 
aparılması. 
2.
  Təbii obyektlərin istifadəsi və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması. 
3.
  Təbii obyektlərin bölüşdürülməsi və yenidən bölüşdürülməsi. 
4.
  Təbii obyetlərin artırılması. 
5.
  Təbii obyektlərin məkan-ərazi quruluşu. 
6.
  Təbii obyektlərin istifadəsi və mühafızəsinə nəzarət. 
7.
  Təbiətdən istifadə hüququ haqqmda mübahisələrin həlli. 
 
Təbii ehtiyatlara mülkiyyət hüququ 
Təbii ehtiyatlara mülkiyyət hüququ Azərbaycan Respublikasınm Konstitusiyası, 
Mülki Məcəlləsi və ekoloji qanunvericiliyin aktları ilə tənzimlənir. Göstərilən hüquq 
təbii  ehtiyatlann  mənsubiyyətini  möhkəmlədən  hüquqi  normaların  məcmusu  olub, 
onların əldə edilməsi şərtlərini tənzimləyir, onlarla sahibkarhq, istifadə və idarəetmə 
qaydalarmı həyata keçirir. 
Hazırda  Azərbaycan  Respublikasında  hüquqi  cəhətdən  mülkiyyətin  dövlət, 
bələdiyyə, xüsusi və digər formaları qəbul edilmişdir. Göstərilən formaların təsnifatı 
mülkiyyət hüququnun subyektlərinə görə aparılır. 
Azərbaycan Respublikasınm dövlət mülkiyyəti Azərbay-can xalqına məxsusdur. 


Azərbaycan  Respublikasının  ərazisi  hüdudlarında  yerləşən  torpaq,  yerin  təki,  daxili 
sular  və  zonalaın,  bitkilər  və  heyvanlar  aləmi,  hava  hövzəsi  Azərbaycan 
Res-publikasının müstəsna mülkiyyətidir. 
Azərbaycan Respublikası Konstitusiyasmın 14-cü maddəsində göstərilir ki, təbii 
ehtiyatlar  hər  hansı  fıziki  və  ya  hüquqi  şəxslərin  hüquqlarına  və  mənafelərinə  xələl 
gətirmədən Azərbaycan Respublikasına mənsubdur. 
stər  cəmiyyətin,  istərsə  də  müəyyən  ərazidə  yaşayan  xalqların  həyat 
fəaliyyətində  iqtisadi  və  təbii  xüsusiyyətlər  təbii  ehtiyatların  rolunu  və  yerini 
müəyyən edir, torpaq və digər təbii ehtiyatlar xalqların mülkiyyət obyekti kimi deyil, 
daha çox onların həyat və fəaliyyətinin əsas yaşayış mühiti kimi mühüm əhəmiyyət 
kəsb edir. 
Azərbaycan  dövləti  ölkənin  təbii  sərvətlərinin  əsas  mülkiyyətçisidir. 
Qanunvericiliyə  uyğun  olaraq  dövlət  mülkiyyət  hüququnun  obyektləri  torpaqların 
ə
ksər hissəsi, meşə və su fondu, yerin təki, vəhşi fauna və digər təbii ehtiyatlardır. 
Qanunvericiliyə  uyğun  olaraq  xüsusi  mülkiyyot  hüququ  torpaq  sahələrinə  və 
onlarda yerləşmiş - ayrılmış (qapalı) sututarlar və ağac-kol bitkilərinə aiddir. 
Azərbaycan  Respublikası  qanunvericiliyində  «təbii  ehtiyatlar»  anlayışı 
dəqiqləşdirilmir.  Əhəmiyyəti  nəzərə  alınmaqla  Azərbaycan  Respublikasında  təbii 
ehtiyatlara aid bir sıra qanunlar qəbul edilmişdir. Azərbaycan Respubilkasının Meşə 
Məcəlləsi  (30  dekabr  1997-ci  il),  Su  Məcəlləsi  (25  dekabr  1997-ci  il),  Yerin  təki 
haqqında  Azərbaycan  Respublikasmın  Qanunu  (13  fevral  1998-ci  il),  Torpaq 
Məcəlləsi (25 iyun 1999-cu il) və s. belə qanunlardandır. 
Təbii  ehtiyatların  əsas  hissəsi  dövlətə  məxsus  olduğu  üçün  onlar,  digər 
subyektlərə  yalnız  istifadəyə  verilir.  Təbiətdən  istifadə  hüququ,  hüquqi  normaların 
sistemini  göstərən,  təbii  ehtiyatların  istifadəsinin  qaydaları  və  şərtlərini,  təbiətdən 
istifadəçilərin  hüquq  və  öhdəliklərini  tənzimləyən  ekologiya  hüququnun  mühüm 
institutudur. 
Təbiətdən  istifadə  hüququ  təbiət  obyektlərinin  istifadəyə  alınması  ilə  əlaqədar 
subyektin eldə etdiyi konkret hüquq və öhdəliklərin məcmusudur. 
Təbiətdən  istifadə  hüququnun  subyekti  vətəndaşlar  və  hüquqi  şəxslər,  obyekti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə