Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   104   105   106   107   108   109   110   111   ...   114

hakimiyyəti  orqanı  tərəfındən  müəyyən  edilir.  Ov  obyektlərinə  aid  edilmiş  vəhşi 
heyvanlar dövlət ov fondunu təşkil edir. 
Ov  yerlərində  təbii  sərbəstlik  və  yarımsərbəst  şəraitində  yaşayan  və  ov 
obyektinə  aid  edilmiş  vəhşi  heyvanlar,  onların  dəriləri,  dəri  örtükləri,  buynuzları, 
sümükləri,  həyat  fəaliyyəti-nin  məhsulları,  habelə  məskunlaşma  yerləri  ovçuluq 
fəaliyyətinin  obyektləri,  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  ov  etmək 
hüququ olan vətəndaşlarımız, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq 
təsərrüfatları və ovçular cəmiyyətləri ovçuluq fəaliyyətinin subyektləridirlər (maddə 
5). 
Ovçuluq  və  ovçuluq  təsərrüfatı  sahəsində  idarəetmə  aşağıdakı  prinsiplərə 
ə
saslanır: 
-
 bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanılması; 
-
 ovçuluq  təsərrufatlarından  məqsədli,  habelə  elmin  və  mədəniyyətin  inkişafı 
üçün səmərəli istifadə edilməsi; 
-
 ovçuluq təsərrüfatlannda vəhşi heyvanların mühafızəsi, artırılması və istifadəsi 
üzərində dövlət nəzarətinin zəruriliyi; 
-
 ovçuluq  təsərrüfatlarında  vəhşi  heyvanların  yaşayış  mühitinin,  miqrasiya 
yollannın, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin qorunması; 
-
 heyvanlar  aləmindən  istifadənin  bioloji  etikaya  uyğun  olaraq  həyata 
keçirilməsi; 
-
 ovçuluq  təsərrüfatlarında  vəhşi  heyvanlardan  istifadənin  və  ovun  ödənişli 
olması və limitləşdirilməsi; 
-
 əhalinin  sağlamlığına,  təbiətə  və  iqtisadiyyata  ziyan  vurulmasının  qarşısının 
vaxtında 
alınması 
məqsədilə 
zərərverici 
vəhşi 
heyvanların 
sayının 
müəyyənləşdirilməsi və tənzimlənməsi. 
Qanunvericiliyə  görə  ovçu  dedikdə  ovçuluq  fəaliyyətini  həyata  keçirmək  üçün 
müvafıq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilmiş qaydada ovçuluq bileti 
və ov etmək üçün icazəsi olan fıziki şəxslər başa düşülür. 
Ovçuluğun  və  ovçuluq  təsərrüfatlarının  təşkili  və  idarə  edilməsi  sahəsində 
ovçular cəmiyyətlərinin rolu böyükdür. 
Ovçular cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 
-
 ovçuluq sahəsində dövlət proqramlarmın, ovçuluq təsərrüfatlarının inkişafı və 
yerləşdirilməsi sxemlərinin hazırlanmasında iştirak etmək; 
-
 ovçuluq  sahəsində  normativ  hüquqi  aktların  qəbul  edilməsinə  və  ovçuluq 
təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərinə dair təkliflər vermək; 
-
 respublika  və  ya  yerli  əhəmiyyətli  ovçuluq  təsərrü-fatlarının  təşkili  və  ləğv 
edilməsi barədə təkliflər vermək; 
-
 ovçuluq təsərrüfatlarında ovçuluğu təşkil etmək; 
-
 ovçuları  cəmiyyətə  üzv  qəbul  etmək  və  üzv  olması  barədə  üzvlük  bileti 


vermək; 
-
 hər il üçün ovçuların üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək; 
-
 qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sıırsatı, ovçuluq - 
balıqçılıq  ləvazimatı,  idman  inventarı  və  digər  ovçuluq  əşyalannın  satışını  təşkil 
etmək; 
-
 həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin 
(ov silahı və onun üçün sursat istisna olmaqla) istehsahnı təşkil etmək; 
-
 Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər 
hüquqlar həyata keçirmək. 
Qanunvericiliyə görə ovçular cəmiyyətlərinin vəzifələri aşağıdakılardır: 
-
 ovçuluq  təsərrüfatlarınm  mühafizəsi  və  istifadəsi  üzrə  müəyyən  olunmuş 
qaydalara əməl etmək; 
-
 vəhşi  heyvanlann  sayca  artması  və  ov  obyektlərinə  aıd  edilmiş  vəhşi 
heyvanların  təsərrüfat  subyektləri  tərəfındən  yetişdirilib  ov  yerlərinə  buraxılması 
üçün  şərait  yaıadılmasına,  onların  yaşayış  mühitinin  qorunmasına  və 
yaxşılaşdırılmasına yönəldilən tədbirlər həyata keçirmək; 
-
 ovçuluq  təsərrüfatlarında  vəhşi  heyvanların  ayrı-ayrı  növlərinin  sayının  və 
istifadəsinin  ilkin  uçotunun  aparılmasını  təşkil  etmək  və  bu  barədə  müvafıq  ıcra 
hakimiyyəti orqanına məlumat vermək; 
-
 ovçuları  müəyyən  edilmiş  normativ  əsasında  ov  silahı  üçün  sursat  ilə  təmin 
etmək; 
-
 təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq 
təsərrüfatlarmı bərpa etmək; 
-
 ona  təhkim  olunmuş  ərazilərdə  brakonyerliyin  qarşısını  almaq  üçün  öz 
səlahiyyətləri daxilində tədbirlər görmək; 
-
 Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  digər 
vəzifələri yerinə yetirmək (maddə 9). 
Ov yerlərinin statusu, onların coğrafı mövqeyi və sərhədləri, həmin ərazilərin və 
obyektlərin  mühafızə  rejimi,  istifadəçiləri,  ekoloji,  elmi,  iqtisadi,  tarixi  və  mədəni 
mədəniyyəti  barədə  zəruri  məlumatların  məcmusu  dövlət  ovçuluq  kadastrı  olub, 
dövlət ov fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, ovçuluq 
təsərrüfatlarının perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafızə rejiminə 
riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə apanhr. 
Ov  obyektlərinin  monitorinqi  heyvanlar  aləmi  obyektlərinin  dövlət 
monitorinqinin  tərkib  hissəsi  olub,  ov  yerlərində  vəhşi  heyvanlann  yayılmasında, 
sayında, fıziki voziyyətindo və yaşayış mühitində baş verən dəyişikliklərin vaxtında 
aşkara çıxarılması və qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. 
Qanunvericiliyə görə ov obyektlərinə aid edilən vəhşi heyvanların sayının dövlət 
uçotu və ovlama norması (sayı) müvafıq icra hakimiyyəti orqanı tərəfındən aparıhr. 


Ovçuluq fəaliyyəti  ov  alətlərindən  istifadə  etməklə (ov silahlan,  ov itləri, ovçu 
quşları,  digər  ov  vasitəiəri)  həvəskar  və  idman  ovu  (ov  məhsullarının  əldə 
edilmosindon  gəlir  məqsədi  daşımayan  ov  növü)  növləri  formasında,  ov 
mövsümündə həyata keçirilir. 
Qanunvericilikdə  ovçuların  hüquq  və  vəzifələri  də  nəzərdə  tutulmuşdur. 
Ovçuların hüquqları bunlardır: 
-
 ovçuluq  təsərrüfatlarından  və  ov  obyektlərindən  qanunvericilikdə  nəzərdə 
tutulmuş qaydada istifadə etmək; 
-
 ovçular cəmiyyətinə üzv olmaq; 
-
 ov yerlərində ov alətlərindən istifadə etmək; 
-
 qanuni əldə edilən ov məhsullarına sahiblik etmək; 
-
 heyvanlar  aləmi  obyektlərinin  istifadəsi  üzrə  qanunvericilikdə  nəzərdə 
tutulmuş digər hüquqları həyata keçirmək. 
Ovçuların vəzifələri aşağıdakılardır: 
-
 ovu  həyata  keçirmək  üçün  müəyyən  olunmuş  qaydalara,  normalara,  limitlərə 
və müddətlərə əməl etmək; 
-
 hor il üçün ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmək; 
-
 ovçuluq  bileti  və  ov  etmək  üçün  verilən  icazə  əsasında  ovçuluq 
təsərrüfatlarında qeydiyyatdan keçmək; 
-
 ov silahından təyinatı üzrə istifadə etmək; 
-
 ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək; 
-
 ov  yerlərində  vəhşi  heyvanlann  yaşayış  mühitinin  ekoloji  vəziyyətinin 
pisləşməsinə yol verməmək; 
-
 ovçuluq  təsərrüfatlarının  mühafızəsi  məsələləri  üzrə  ekoloji  proqramların 
yerinə yetirilməsində iştirak etmək; 
-
 vəhşi  heyvanlar  arasmda  xəstəlik  müşahidə  edildikdə,  onların  yaşayış  mühiti 
pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallannda 
dərhal  ovçuluq  təsərrüfatlarına  və  müvafıq  icra  hakimiyyəti  orqanlarma  məlumat 
vermək; 
-
 Azərbaycan  Respublikasının  «Qırmızı  kitabı»na  daxil  edilmiş  və  xüsusi 
mühafızə olunan vəhşi heyvan növlərinin mühafızə rejiminə əməl etmək. 
Aşağıdakı hallarda qanunvericiliyə görə ov etmək hüququ dayandırılır: 
-
 hər  il  üçün  üzvü  olduğu  ovçular  cəmiyyətinə  üzvlük  haqqını  vaxtında 
ödəmədikdə; 
-
 ov etmək üçün verilmiş icazənin müddəti qurtardıqda; 
-
 ov  etmək  üçün  icazədən  istifadoyə  lüzum  qalmadıqda,  yaxud  bu  hüquqdan 
könüllü imtina edildikdə; 
-
 ovçuluq fəaliyyətinə xitam verildikdə; 
-
 vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə