Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə13/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

_____________Milli Kitabxana________________ 
62 
 
 
(Həcərə) 
 
Həcər can, necəsən?  
 
H ə c ə r 
Yaxşıyam, ata. 
 
Ş a h m ə m m ə d 
 
Buludlar çaxnaşır baxışlarında.  
Qoy ürək sözümü söyləyim aydın,  
Bir gün yaşamazdım sən olmasaydın. 
 
G ü l b a c ı 
 
Mətləb üstə gələk. 
Qulaq as, qızım, 
Gözümün işığı, dürr, almaz qızım. 
 
Ş a h m ə m m ə d 
 
Nəbinin adını çıxart yadından,  
Bizə xeyir gəlməz onun adından.  
Bir gün açacaqlar başına kələk,  
Hamı belə deyir: əldə öləcək. 
 
H ə c ə r 
 
Allah eləməsin, danışın açıq.  
 
Ş a h m ə m m ə d 
 
Qızım, deyirəm ki, sən ağ günə çıx,  
Sənə o Nəbidən olmaz adaxlı.  
Bir gün ayaqları, qolları bağlı  
Sibirə gedəcək, bizdən deməkdir. 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
63 
 
H ə c ə r 
 
 Bu uzun nəsihət kimə gərəkdir? 
 
Ş a h m ə m m ə d 
 
Səni istəyən var, lap böyük yerdən. 
 
G ü l b a c ı 
 
Adı Səlim bəydir. 
 
H ə c ə r 
 
(İstehza ilə) 
 
Nə xoşbəxtəm mən.  
 
G ü l b a c ı 
 
 Bəs necə, əlbəttə xoşbəxtsən, bala. 
 
Ş a h m ə m m ə d 
 
Adam da göz yumar bu cah-cəlala?! 
 
H ə c ə r 
 
Boğaram özümü, inanın! 
 
Ş a h m ə m m ə d 
 
Aman... 
 
H ə c ə r 
 
Yada ki, ataram dağdan, qayadan...  
 
 
 


_____________Milli Kitabxana________________ 
64 
 
 
G ü l b a c ı 
 
Bu naz, bu şıltaqlıq əbəsdir, əbəs. 
 
H ə c ə r 
 
Mənə lazım deyil o qızıl qəfəs! 
 
G ü l b a c ı 
 
Qızım, eşitməsən bu öyüdümü  
Halal eyləmərəm sənə südümü. 
 
H ə c ə r 
 
Ana, yalvarıram, əhdi pozmayın,  
Mənə diri-diri qəbir qazmayın. 
 
Ş a h m ə m m ə d 
 
 Qızım! 
G ü l b a c ı 
 
Baxma onun sən göz yaşına, 
Gəl gedək, ağlını yığsın başına. 
 
Ş a h m ə m m ə d 
 
Özünü ələ al, ağlama, qızım, 
Atanın qəlbini dağlama, qızım. 
 
Gedirlər. 
 
H ə c ə r 
 
Bu qara günümdə, bu dar günümdə,  
Ürəklər dağlayan ağlar günümdə, 
Yanımda dərdimi bilənim yoxdur,  
Gözümün yaşını silənim yoxdur.  
                                  Görünür, beləymiş Həcərin baxtı. 


_____________Milli Kitabxana________________ 
65 
 
 
At ayaqlarının tappıltısı eşidilir. 
 
Odur, Nəbi gəldi... Keçən qazaqdı.  
Yollar xatalıdır, qorxuram yaman,  
Gözümün önündən çəkilmir duman.  
Tutublar bərəni, bəndi qazaqlar,  
Dövrəyə alıblar kəndi qazaqlar.  
Gözətçi qoyublar cığıra, yola,  
                                  Onların əlindən quş quşluğuyla 
                                  Uçub keçə bilməz bu tərəflərə
                                  Kim kömək edəcək yazıq Həcərə! 
                                  Dərdimi bəs kimə söyləyim indi, 
                                  Gözlərim yol çəkir, neyləyim indi?! 
 
A l ı 
 
(Gəlir.) 
 
Salam, Həcər, qızım, atan evdədir? 
 
H ə c ə r 
 
Bəli. 
 
A l ı 
 
Zəhmət çəkib bura gəlsin bir.  
 
Ş a h m ə m m ə d 
 
(Gəlir.) 
 
Buyur, buyur, otur, səndən nə əcəb? 
 
A l ı 
 
Nahaq gəlməmişəm, səbəb var, səbəb. 
Bir xəbər yayılıb elə, obaya:  
Qızı Səlim bəyə verirsən guya. 
 


_____________Milli Kitabxana________________ 
66 
 
 
Ş a h m ə m m ə d 
 
Vallah, heç bilmirəm, nə deyim sənə,  
Günahım varsa da bağışla mənə. 
 
A l ı 
 
Bu qara xəbərdən partlayır ürək,  
Getmir boğazımdan nə su, nə çörək. 
 
G ü l b a c ı 
 
Nə üz veribdir ki? Lap nahaq yerə. 
 
A l ı 
 
Mən də inanmırdım deyilənlərə, 
                                  Ancaq görürəm ki, axır zamanlar  
Şahməmməd bizlərdən dolanır kənar. 
 Məni bu şübhələr gətirdi cana,  
Odur başı lovlu gəldim yanına. 
 
Ş a h m ə m m ə d 
 
Vallah, əriyirəm xəcalətimdən,  
İzin ver, qoy açım düyümləri mən.  
Bu xəbər həm doğru, həm də yalandır. 
 
A l ı 
 
Bəlkə mən qanmıram, sən məni qandır,  
Həqiqət hansıdır, yalan hansıdır? 
 
Ş a h m ə m m ə d 
 
Ürək yaralarım yenə qan sızır...  
Mən özüm-özümə qəbir qazmışam. 
Qorxudan, naəlac əhdi pozmuşam. 
 
 


_____________Milli Kitabxana________________ 
67 
 
A l ı 
 
Necə?.. Necə?.. Necə?.. 
 
Ş a h m ə m m ə d 
 
Mane olma gəl! 
Nə çoxdur obada ismətli gözəl
Alarsan Nəbiyə, düzələr işlər. 
 
A l ı 
 
Vəfasız bilməzdim səni bu qədər. 
                                  Nələr eşidirəm? Yenə də amma  
Ürəyim inanmır qulaqlarıma.  
Qızın adaxlısı sağ ola-ola  
Namusu, qeyrəti satırsan pula! 
 
Ş a h m ə m m ə d 
 
      Alı... Adəti var, bizim bu elin,  
Hara köçürəydim qızımı gəlin?  
Dağlara, daşlara, zindanlaramı? 
 
A l ı 
 
Daha kifayətdir, deşmə yaramı!  
 
Ş a h m ə m m ə d 
 
Kəndə düşmən gəlir gündə on kərə. 
                                  Sənə də, mənə də qan uddururlar,  
Qohuma, qardaşa divan tuturlar.  
Odur ki, axırda kəsildi çarəm, 
Fikrimi könülsüz dəyişdim tamam. 
 
 
 
 
 
A l ı 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə