Йапонийа сяфярнамяси
13
nəzərə alındı və Prezidentə göndərildi. Göndərildi, amma
gedib
çatmadı.
Görəsən,
Yaponiya
imperatoruna
ünvanlanan sənədi yapon mə’muru ona çatdırmamağa
cür’ət edərdimi? Ax, mə’murlar, mə’murlar. Əlbəttə,
aranızda yaxşı mə’murlar da var. Yaxşı olun, ey
Azərbaycan mə’murları. Yaxşı olun, ey dünya mə’murları.
Xeyirxah olun, ey mə’murlar! Sizin yaxşılığınız
vacibdir! Əsas sizsiniz. Bizlər nəçiyik ki? Olsa-olsa bir
doktor, yaxud professor. Məgər doğrudanmı «Əməkdar
elm xadimləri»nin hamısı, təvazökarlıqdan uzaq olsa da,
deməliyəm, mən kimi əməkdardırlar? 200-dən çox elmi
məqalə, 26 kitab, o cümlədən 4 divan, 5 monoqrafiya, fars
dilindən və osmanlı türkcəsindən 3 tərcümə əsəri, 10-dan
çox şe’r kitabı. Çap olunmuş kitab və məqalələrim ən azı
1000 çap vərəqindən artıqdır. Əməkdar deyiləmmi?
Qəzəl
Mənə dərd verməyin, öz dərdi-sərim var mənim,
Ürəyim birsə də, min bir qəhərim var mənim.
Mən də Sabir sayağı əyriyə həmvar demərəm,
Sözü kəskin deyirəmsə, kədərim var mənim.
Bağiban, hər alağı rədd eləyirsən, əhsən,
Əcnəbi hər sözə qarşı çəpərim var mənim.
Boş xurafatla məni qorxuda bilməz zahid,
Aləmin çox xəbərindən xəbərim var mənim.
Fras-ərəb mə’xəzinin bir çoxu mə’lumdu mənə,
Şahin Fazil
14
Nəzəri çox deyimə öz nəzərim var mənim.
Var adam millətinə bircə bəhər bəxş etməz,
On kitabım var isə on bəhərim var mənim.
Qubamın tarixini vəcd ilə aldım qələmə,
Hələ elm aləminə çox səfərim var mənim.
Yazıram tarixini xalqımızın şövq ilə,
Bu vətən mülkünə, Şahin, səmərim var mənim.
(İkinci Divan, Bakı, 2005, səh.229)
Hazırda müstəqilliyimizdən 20 il keçir. Qətiyyən
danmaq olmaz ki, indi Bakının və bə’zi rayon
mərkəzlərimizin
xarici
görünüşü
müsbət
mə’nada
dəyişilib, xeyli körpü tikilib, yol çəkilib. Amma, alimlərin,
müəllimlərin, tibb işçilərinin maddi vəziyyətləri hələlik
düzəlmir ki, düzəlmir, yaxud düzəldilmir ki, düzəldilmir.
Amma,
illər
ötdükcə
maddi
vəziyyətimizin
yaxşılaşacağına
inamım
böyükdür.
Axı,
bizim
respublikamız rəsmi mə’lumata görə iqtisadi inkişaf
baxımından
bütün
dünyada
ad
çıxarmış,
parlaq
gələcəyimizin yaxşı təməlini qoymuşdur. Yaxşı təməl
nəticə e’tibarilə yaman ola bilməz. Konstitusiyamız
yüksək
səviyyədə
hazırlanmışdır.
Qanunlarımız
mahiyyətcə
çox
yaxşıdır
və
vətəndaşlarımızın
mənafelərinə xidmət edir, amma, hələ ki, onların bəziləri
tam işlək deyil və lazımi şəkildə icra olunmur.
Əməkdar İncəsənət xadimi, yazıçı Yasif Nəsirli
«Günəşlə görüş» kitabında yazır: «Ancaq, Yaponiyada