Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   2   3   4   5   6   7   8   9   ...   21

hakimiyyət, siyasi hərəkat, siyasi münasibətlər, siyasi qrup, siyasi mənafe, 

siyasi fəaliyyət, siyasi təsisat, siyasi ideologiya, siyasi sərvət, siyasi proses 

və s. 

Politologiya  cəmiyyət  həyatı  ilə  rəngarəng  əlaqələrə  malik  elmi  fənn 



olub müəyyən funksiyaları yerinə yetirir. Bu funksiyalardan ən mühümləri 

idrak, idarəetmə, tərbiyəvi və proqnozlaşdırıcı funksiyalardır. 

drak funksiyası siyasi inkişaf meylinin öyrənilməsi və müxtəlif siyasi 

hadisələrin,  proseslərin  dəyişilməsi  ilə  əlaqədardır.  Siyasi  həyatın  elmi 

idrakında empirik politoloji tədqiqatlar siyasi hadisə iştirakçıları və onların 

tələbləri,  siyasi  mənafeləri,  mədəni  səviyyələri,  davranışları  haqqında, 

konkret siyasi şəraitdə ictimai rəy haqqında ilkin məlumat verir.  

Beləliklə,  empirik  tədqiqatlar  cəmiyyətin  siyasi  həyatının,  onun 

müəyyən sahələrinin dərk edilməsi üçün informasiya bazası yaradır. 

Politologiyanın  idarəetmə  funksiyasının  səciyyəvi  cəhəti  cəmiyyətin 

siyasi  həyatı  və  siyasi  praktika  ilə  sıx  əlaqəsindən  ibarətdir.  Politologiya 

siyasi inkişaf meylini aşkara çıxararaq səmərəli siyasi rəhbərliyin və ictimai 

prosesləri  idarə  etməyin  həyata  kecirilməsi  üçün  konkret  məlumat  verir. 

Politologiya  siyasi  fəaliyyət  idarə  edilərkən  siyasi  qərarlar  qəbul  edilməsi 

problemini  xüsusi  olaraq  nəzərdən  keçirir.  Buraya  siyasi  qərarların 

hazırlanması,  problemi  doğuran  şəraitin  təhlili,  qüvvələr  nisbətinə  qiymət 

verilməsi,  siyasi  hadisələrin  iştirakçılarının  qüvvə  və  təsir  səviyyəsi, 

müxalifət qüvvələrinə əks təsir göstərilməsi daxildir. 

Beləliklə,  politologiyanın  idarəetmə  funksiyası  siyasi  proseslərə 

rəhbərliyin səmərəliliyinin yüksəldilməsi məsələlərində, əməli tövsiyyələrin 

hazırlanmasında,  siyasi  hadisələrin  idarə  edilməsində  özünü  əyani  surətdə 

göstərir. 

Politologiyanın tərbiyəvi funksiyası özünü cəmiyyətin siyasi inkişafının 

dərk  edilməsində  və  siyasi  sistemin  inkişafının    perspektiv  və  ən  yaxın 

gələcək  üçün  məqsədləri  haqqında  tövsiyyələr  hazırlanmasında,  siyasi 

hakimiyyət,  siyasət,  siyasi  sistem  və  s.  haqqında  müxtəlif  konsepsiyaların 

elmi  funksiyalarında,  siyasi  nəzəriyyənin  yayılmasında,  mütəxəssis 

kadrların hazırlanması və onların siyasi elmi öyrənmələrində təzahür etdirir. 

Proqnozlaşdırıcı funksiya. Politoloji tədqiqatların dəyəri onların yalnız 

siyasi  proseslərin  bu  və  ya  digər  meylinin  nə  dərəcədə  düzgün  əks 

etdirilməsi  ilə  deyil,  eyni  zamanda  konkret  siyasi  vəziyyət  şəraitində 

adamların mənafeyinə uyğun olaraq mütərəqqi siyasi dəyişikliklərin həyata 

keçirilməsinə  yönəldilmiş,  elmi  surətdə  əsaslandırılmış  proqnozlarla  nə 

dərəcədə  başa çatması ilə müəyyən edilir. 



 



Qədim dövrdə Azərbaycanda siyasi fikirlə

Azərbaycan xalqının siyasi  fikrinin sistemli şəkildə  şərh olunduğu ilk 

böyük yazılı abidəsi «Avesta»dır. Dualist təlim olan zərdüştlük b.e.ə. VII – 

VI  əsrlərdə  dini-fəlsəfi  sistem  kimi  qədim  Azərbaycan  və  ran  ərazisində 

meydana  gəlib,  sonra  daha  geniş  məkana  yayılmışdır.  Bu  dinin  yaradıcısı 

böyük  Zərdüşt  olmuşdur.  O,  həm  də  bu  dinin  müqəddəs  kitabı  olan 




«Avesta»nın    («Qanun»un)  ən  qədim  hissəsinin  müəllifidir.  «Avesta»  üç 

kitabdan – Vendidad, Yasna və Vispereddən ibarətdir. Əvvəlki iki kitabda 

toplanmış  dini  mərasimləri  əks  etdirən  mətnlər –  yaştlar    «Avesta»nın    ən 

qədim  hissələri  hesab  olunur.  Onlar  irili–  xırdalı  müxtəlif  vaxtlarda 

yaranmış  iyirmi  bir  himnidir.  Yasnanın    əsas  məzmununu    Zərdüştün 

lirikası  –  qatlar  təşkil  edir.    Vispered    Yasnanın  ayrı-ayrı  hissələrinə 

ə

lavələrdir. 



Zərdüştün  ideyasını  qısaca  belə  ifadə  etmək  olar:  dünya    qaydaları 

xeyir  və  şərin,  işıq  və  zülmətin,  həyat  və  ölümün  mübarizəsindən  asılıdır. 

Bütün  kainatda  müsbət  başlanğıcın  təcəssümü  Ahura  Mazda  (Hörmüz), 

mənfininki  isə  Ahurə-  Mau  (Əhriman)  hesab  edilir.  Onların    hər  ikisi 

«Sonsuz zamanın» yəni Allah sayılan Ervanın oğullarıdır. Şər daimi  deyil, 

ondan azad  olmağın, ruhu ondan təmizləməyin yolu oda  sitayiş etməkdir. 

Od  insanı təmizləyir, saflaşdırır, şəri məhv edir. Zərdüşt Hörmüzü müdafiə 

edənlərə,  onun  yolu  ilə  gedənlərə  ölümdən  sonra  o  dünyada  əbədi 

xoşbəxtlik  vəd  edir,  Əhrimanın  tərəfdarlarının  isə  əbədi  olaraq  cəhənnəm 

ə

zabına düçər olacaqlarını göstərir. 



Xeyir  və  şərin    mübarizəsi,  doğrunun,  ədalətin  tərənnümü  Zərdüşt 

etikasının əsasını təşkil etməklə, Mazda qanunları üçün başlanğıc kimi çıxış 

edir.  Burada  ən  yüksək  əxlaqi  prinsip  müqəddəs  qanuna,  ədalətli  qaydaya 

tabe olmaqdır. 

«Avesta»da  dövlət  insanların  birgə    ünsiyyət  forması,  bütün  

cəmiyyətin    mühavizəsinin  mühüm  atributu  hesab  olunur,  dövlət 

hakimiyyətinin  möhkəmliyinin  isə  vətəndaşlarda  mənəvi  borcun  tərbiyə 

edilməsi  səviyyəsindən  asılı    olduğu    göstərilir.  Burada  diqqəti  cəlb  edən  

daha  bir    cəhət  ondan  ibarətdir  ki,  Zərdüşt  «cəmiyyət»  və  «dövlət» 

anlayışlarının    eyni  məna  daşıdığını,  öz  növbəsində,  dövlətin  göylər 

səltənətinin yerdəki təcəssümü  olduğunu bildirir. Tədqiqatçılar belə hesab 

edirlər  ki,  dövlət  anlayışı  burada    hər  hansı    bir  xarici  nəzarətdən    daxili 

müstəqillik,  suverenlik,  ayrıca  götürülən  bir  ərazi  də  zərdüştlük  dininin 

ardıcılları üzərində şəriksiz hökmranlıq imkanı kimi nəzərdən keçirilir.  

«Avesta» güclü dövlət hakimiyyətini təbliğ edir. Burada  göstərilir ki, 

dövlətə xeyirxah hökmdar başçılıq etməlidir. Dövlət başçısı  eyni zamanda 

ali  dini  başçı,  xalqın  fikirlərini  və  arzularını    istiqamətləndirən  ideoloq 

olmalı, xalq  arasında  zərdüştlüyü yaymaqla məşqul  olmalıdır. 

Maniheizmin  banisi  Mani(216-273)  olmuşdur.  Zərdüştlükdən 

faydalanan Mani, dünyanı dualist bir anlamla izah edir. Onun fikrinə görə 

yaxşılığın mənşəyi  və əsası işıq, pisliyin mənşəyi olan qaranlıq (zülmət) və 

yaxud şeytan və maddə daim mübarizə halındadır. Kiçik  aləm olan insanın 

bədənini qaranlıqlar hökmdarı, ruhunu işıq hökmdarı yaratmışdır. Qaranlıq 

pisliyin yaradıcısı, işıq isə yaxşılığın yaradıcısı olduğu üçün onların hər ikisi 

Allah ilə eyniləşdirilir. Mani bütün varlığı bu iki yaradıcı qüvvə arasındakı 

mübarizə  ilə  izah  edir.  Mani  təlimi  eyni  zamanda  yəhudi  və  xristian 

dinlərinidən də istifadə etmişdir. 

Məzdəkilərin  ideyaları  Azərbaycanda  da  yayılmış  və  sonralar 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə