Microsoft Word O. Xayyam Rubailzr doc



Yüklə 334,63 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix24.12.2017
ölçüsü334,63 Kb.
#17901
1   2   3   4   5   6   7   8   9   10

 

45

Kim sənə söylədi əsən külək tək 



Od tutub yananı bir də tutuşdur? 

 

 



Mey içib gözələ vurulsa insan, 

Yaxşıdır riyakar zahid olmaqdan. 

Cəhənnəmlik olsa məstlər, aşiqlər 

Cənnətdə bir nəfər tapılmaz inan. 

 

 

Hər yetən dərdindən olmaz xəbərdar 



Sözü qısa deyib etmərəm təkrar. 

Elə bir haldayam, təsvir olunmaz 

Bir sirrim vardır ki, edilməz izhar. 

 

 



Şərab olsa yerim qoy olsun xərab, 

Nə ümid, nə rəhmət, nə qorxu, əzab! 

Torpaqdan, küləkdən, oddan, sudan mən 

Azadam, canımdır, qəlbimdir şərab. 

 

Bir müddət bu dünya oldu mənzilim, 



Yaşadım, dərd oldu yalnız hasilim, 

Getdim, ürəyimdə qaldı min həsrət, 

Heyhat, həll olmadı bircə müşkilim. 

 

Vəfasız dünyada gəzdim çox zaman, 



Axtardım hər yeri, gəzdim firavan, 

Nə ay üzün kimi gözəl ay gördüm, 

Nə də boyun kimi sərvi – xuraman. 

 

 



Altmış ildən artıq ömr eyləməzsən, 

Altmış il ömr etdin, qorxma əcəldən. 

Mey iç, hara getsən sən sərxoş yeri, 

Buraxma kasəni, kuzəni əldən. 

 

 

İnsan eşq yolunda olmalıdır pak, 



 

46

Əcəl pəncəsində olarıq həlak. 



Ey gözəl çöhrəli saqi, boş durma, 

Su ver, torpaq edər bizi bu əflak. 

 

 

Məcazi bir eşqin olmaz rövnəqi 



Andırar bir sönmüş odu – ocağı. 

Aşiqin olmasın gərək il boyu 

Aramı, qərarı, yeri, yatağı… 

 

 



Ey insan, bu səndə olan ehtiras 

İnan ki, yırtıcı köpəkdə olmaz. 

Dovşanda, tülküdə, qurdda, pələngdə 

Nə xislət vardısa olub sənə xas. 

 

 

Başdan təkəbbürü çıxarır badə, 



Həll edir hər çətin işi dünyadə. 

Mey içsəydi iblis iki min səcdə 

Edərdi  adəmə, olardı sadə. 

 

Nə yazıq ki, könlüm tapmadı dərman, 



Can dodağa gəldi tapmadı canan. 

Dünyadan xəbərsiz keçdi həyatım, 

Eşqin əfsanəsi qaldı hər zaman. 

 

Sevgilim, həyatda şöhrətsiz yaşa



Mey içək, gəl ömrü xoş vuraq başa. 

Sataq səccadəni bir qədəh meyə, 

Çırpaq zahidliyi, bərabər, daşa. 

 

 



Məndən Mustafaya yetirin salam: 

Hörmətlə baş əyin, söyləyin: - Xəyyam 

Soruşur: - Nədəndir, şəriətində 

Turş ayran halaldır, şirin mey haram? 

 

 



 

47

Məndən də Xəyyamə yetirin salam   



Ona söyləyin ki, xamsan, ey Xəyyam! 

Nə vaxt dedim şərab içməsin arif? 

Mən meyi xamlara etmişəm haram. 

 

 



Bir əlimdə qədəh, birində quran, 

Gah haram insanam, gah halal insan. 

Firuzə qübbənin ətəyində mən 

Nə mütləq kafirəm, nə də müsəlman. 

 

 

Əcəlin oxunu saxlamaz süpər



Heçdir bu qızıllar, heçdir gümüşlər. 

Dünyada yenə də yaxşılıq qalar 

Həqiqət gözüylə eyləsən nəzər. 

 

 



Ömrün əsasını istəsən möhkəm, 

Bilmək istəməsən bu dünyada qəm, 

Əl çəkmə gül rəngli gözəl badədən, 

Ömrünün ləzzəti qoy artsın hər dəm. 

 

Şadlıq gətirməyən şeylərdən uzaq. 



Mey gözəl əlindən dadlıdır ancaq… 

Dəyər bu dünyanın bütün varına, 

Din bilməyib, sərxoş qələndər olmaq. 

 

O gün ki, özümdən oldum biganə, 



Varlığımdan qaldı yalnız əfsanə. 

Mənim torpağımdan qədəh düzəlsə 

Olsun o qədəhin yeri meyxanə. 

 

 



Çoxdandır şərabı mədh edirəm mən. 

Ayrıla bilmirəm camdan, qədəhdən. 

Zahida, ustadın sənin əql isə 

O ustad şagirdim olubdur həmən. 

 

 

48



 

Nədir bu dünyanın malına həsrət, 

Dünyada daimi deyildir xilqət. 

Birovuzdur ömrün, nəfəsin sənin, 

Birovuzla, birovuz olmalı əlbət. 

 

 



Düşün, keçmədədir nazənin ömür

Bax gör axıb gedir nə həzin ömür! 

Bir xoş gün görmədim həyatımda mən, 

Yazıq, dərdlə keçdi bu məhzun ömür. 

 

 

Bu kuzə naxışdır, bir də xəyaldır, 



Ariflər bilər ki, bu gecə haldır. 

Ömrünü xoş keçir xəyala getmə! 

Dünyanın işini bilmək məhaldır. 

 

 



Dünya ki, fanidir, fəndlə dünyada 

Mey içib olaram zövqü səfada. 

Tanrı günahımdan keçər deyirlər 

Keçməz, istəmirəm keçmiş olsa da. 

 

Deyirlər ən yüksək kəlamdır quran. 



Lakin az tapılır onu oxuyan. 

Piyalədə aydın bir yazı var ki, 

Oxunur hər yerdə, o hər bir zaman. 

 

Göy tökür bulutdan yerə nəstərən. 



Dolmuş çiçəklərə elə bil çəmən. 

Süsən kimi cama töksək gülgun mey 

Bənövşə bulutdan yağar yasəmən. 

 

 



İstər bütxanası, istər kəbəsi, 

İstərsə zənglərin inləyən səsi, 

İstər məscid olsun, istər kəlisa, -  

Hamı köləliyin bir nişanəsi. 




 

49

 



 

İlk günlər göylərdən axtardım qələm, 

Axtardım lövh, mən həm cənnət, cəhənnəm. 

Sonra müəllimim anlatdı mənə: 

Səndədir lövh, qələm, cənnət, cəhənnəm. 

 

 



Dur, piyalə gəzdir, yetər boş söhbət; 

Bu gün püstə ağzın mənədir qismət. 

Gül yanağın kimi gülgun şərab ver, 

Tövbəmdir saçın tək pozulan dəmət. 

 

 

Mey qəmi dağıdır, kefi edir saz. 



Meydə olan ətir çiçəkdə olmaz. 

Dünyada kədəri dağıdacaq şey 

Yaqut rəngli meydir, ipək telli saz. 

 

 



Açılınca mavi, xoş üzlü səhər 

Əlimizdə olsun gərək qədəhlər. 

Deyirlər ki, guya şərab acıdır: 

Yəqin şərab haqdır acısa əgər. 

 

Ömrün qəmim qədər çox olsun, ey yar, 



Bu gün mənə qarşı oldun lütfkar. 

Yaxşılığı atıb dəryaya, dedin: 

Balıq bilməsə də xalıq anlayar. 

 

Cəhənnəmdən qorxan, cənnət axtaran 



Əl çəkməz məsciddən, kəlisalardan. 

Allahın sirrindən olan xəbərdar 

Qəlbində bu toxumu əkməz heç zaman. 

 

 



Mey iç sən, möhkəm ol, ağıldan qaçma, 

Cahillik eyləyib söyləmə, saçma. 

İstəyirsən sənə mey halal olsun 

 

50



Kimsəni incitmə, vurma, əl açma.  

 

 



Fələkin cövrünə köküs gər, bərk dur, 

Ancaq yaxşı adla çalış, ol məşhur. 

Zahidliklə məğrur olmaqdansa sən 

Üzümün suyundan məxmur ol, məxmur. 

 

 

İstər kafir olsun, istər müsəlman, 



Gərək məhəbbəti hiss etsin insan. 

Axtarmaz nə cənnət, nə də cəhənnəm 

Aşiq olub, sevən gül üzlü canan. 

 

 



Dedim ki, bir də mey içmərəm, inan, 

Mey meynə qanıdır, mən içmərəm qan. 

Ağlımın ustadı dedi: - gerçəkmi? 

Dedim: - zarafatdır, dönməm şərabdan. 

 

 

Ey şərab, səadət qədəhində sən 



Ağlın ayağına bağsan, düyünsən. 

Kim səndən daddımı, verməzsən aman, 

Ağlını ovcuna qoyarsan həmən. 

 

Mey içib bilmərəm sərxoşluq, cəncəl. 



Mən ancaq qədəhə uzadaram əl. 

Sənin tək xüdpəsənd olmayım deyə 

Meypərəstəm, meyə bağladım əməl. 

 

Şərab iç, toz eylər səni bu dövran, 



Düzələr piyalə, küp torpağından. 

Cənnət – cəhənnəmlə məşğul olma çox

Güvənməz onlara ağıllı insan. 

 

 



Zahid, tənə vurma bizə sən müdam, 

Deyilik dünyada sənin kimi xam. 




Yüklə 334,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə