Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 

52 


Odur ki, mənzilə tez çatsın deyə, 

Adamlar dəstəylə mindi gəmiyə. 

Mehrin gəmisini saman çöpütək 

Dalğalar üstündə oynadan külək 

Elə bil yenidən təblini çaldı, 

Süheyl dəstəsini qorxuya saldı. 

İə'rə çəkən külək, qəzəblənən su 

Gəmini top kimi hey atdı-tutdu. 

Gah sular gəminı qaldırdı göyə, 

Gah da ki, endirdi lap dərinliyə. 

Yel bu gəmini də alıb apardı, 

Sahildə yenə də gözətçi vardı. 

Sularda gəmini görünçə biri 

Xəbərdar eylədm yenə Cabiri. 

Quldur qan tökməyə yenə tələsdi, 

Minib qayığına yel taki əsdi. 

Yanaşıb onlara başladı çənkə, 

Süheyl qarşı durdu gələn  pələngə. 

Gəmidə iki şir durdu üzbəüz, 

Gəldi hərəkətə qılınç, nizə, gürz. 

Cabirin vurduğu zərbələri cəld 

Süheyl məharətlə etmədəydi rədd. 

Onun da vurduğu zərbəni bir-bir 

Geri qaytarırdı hünərli Cabir. 

Onlar bir-birindən qalmazdı dala, 

O bundan ikiddi, bu ondan a'la. 

Cabir anladı ki, yenilməz bu nər, 

Ağla gələn deyil ondakı hünər. 

Gördü qalibiyyət çıxacaq əldən, 

Yıxacaqdır onu bu güclü düşmən. 

Düşünüb hiyləylə məkrə əl atdı, 

 

53



Sıçrayıb gəmidən dərinə batdı. 

Düşmən gəmisini gətirib altına, 

Qılınçla zərbələr endirdi ona. 

Elə parçalayıb, elə deşdi ki, 

Su doldu gəmiyə güclü çay təki. 

Bu su yuxarıya eyləyəndə meyl, 

İşi başa düşdü, anladı Süheyl. 

Nə tədbir tökdüsə, faydasız oldu, 

Gəmi ağzınadək su ilə doldu. 

Ucaldı göylərə ahlar, amanlar, 

O dorin dəryada qərq oldu onlar. 

Əl üzdü şahzadə caiından təmiz, 

Bildi qurtuluşa nə yol var, nə iz. 

Balıq ovlar kimi suda bir nəhənk 

O batak gəmiyə Cabir açdı cənk. 

Bir əzrail kimi cumub onlara, 

Dəryanı qərq etdi qızıl qanlara. 

Süheylin əlini əlinə aldı, 

Tez çəkib mindiyi qayığa saldı. 

Süheyl yorulmuşdu, düşmüşdü haldan

Onun qollarını bağladı daldan. 

Sürdü qayığını indi azadə, 

Bu zaman özünə gəlib şahzadə, 

Gördü vücudunu yüz bənd içində, 

Mohkəm düyünlənmiş kəmənd içində. 

Başının üstünü kəsmişdi Cabir, 

Bu hal yaman etdi Süheylə tə'sir. 

Çabir ona dedi: «Ey əsir oğlan, 

Görmədim mən sənin çənkində nöqsan. 

Yüz belə gəmilər batırdım suda, 

Yüz min baş eylədim bədəndən cüda. 



 

54 


Yoxdu heç birində səndəki cür'ət, 

Çür'ətin məhvinə vermədi rüsxət. 

Boğulmaqda ikən dadına yetdim,    - 

Ölümdən yaxanı mən xilas etdim. 

Könlümdə qətlinə yoxsa da rəğbət, 

Azad olmağın da deyil məsləhət. 

Əgər bəndlərini parçalasam mən, 

Bir şah qoşununu bura çəkərsən. 

Qurtararmı onda yaxam əlindən? 

Xatircəm deyiləm zərrəcə səndən, 

Açarsan başıma min bir macəra, 

Taparsan bilirəm qətlimə çarə. 

Məsləhət budur ki, qal bu kəmənddd

Vücudun ömürlük çürüsün bənddə» 

Nə qədər yalvarıb-yaxardı Süheyl, 

Onda cavaba da görmədi bir meyl. 

Yönəltdi qayığı o, sahillərə, 

Gətirdi dustağı bu qürbət yerə. 

Bağında bir quyu vardı Cabirin, 

Gecədən qaranlıq, dəryadan dərin, 

Əsir etdiyini ora salardı, 

Çıxmağa nə yolu, nə izi vardı, 

Süheylin qolundan ipləri qırdı, 

Zəncirlə bağladıb ora saldırdı. 

O gündən Süheylə yurd oldu zindan, 

Su ilə, çörəklə sürdü küzəran. 

Bir yerdə olsa da onunla dilbər, 

Lakin bir-birindən xəbərsizdilər. 

Ağırdı onların sürdüyü dövran... 

Görək ieyləyirdi Nodərlə Ne'man. 

Elə ki, saxlayıb Mehri o cəllad, 

 

55



Etdi başındakı dəstəni azad, 

Cansız cəsəd kimi o başsız dəstə 

Yel kimi baş vurub dalğalar üstə, 

Gecəli-gündüzlü üzüb getdilər, 

Doğma yurdlarına gəlib yetdilər. 

Sürməyi libaslar geyərək onlar

Matəm saxlamağa verdilər qərar. 

Ciyərparəsiylə ayrılan çağdan 

Nodər şah ah-aman edirdi hər an. 

Matəm libasıydı geydiyi libas, 

həm də saray əhli saxlayırdı yas. 

Mehrin dəstəsi ki, qayıtdı gəldi, 

Nalələr, əfğanlar göyə yüksəldi. 

Qaldı dərd əlində hamısı naçar, 

Yaman bəlalara oldular düçar. 

Qəlbi yana-yana söylədi ki, şah: 

«Məni ahvalatdan tez edin agah.» 

Nələr terətmişdi qəzavü-qədər, 

Onlar bir-bir açıb şaha dedilər. 

Şah yenə ah çəkib, aman eylədi, 

Yenə qəm qoşunu tüğyan eylədi. 

Dünyalar gözünə zülmət göründü, 

Sanki taleyinin günəşi söndü. 

Xeyli vaxt ağlayıb-sızladı zar-zar... 

Dedi oz-özünə: «Nə faydası var? 

Etsəm də sinəmi əgər yüz para, 

Mənim ciyərparam çıxmaz aşkara. 

Düşünmək gərəkdir, yoxsa onu bil, 

Qəm çəkməklə bu iş düzələn deyil.» 

Şah qələm gətirtdi, kağız gətirtdi, 

Əhvalatı qula bir də dedirtdi. 



 

56 


Məktubla bildirib baş verən halı, 

Etdi Ne'man şahı bu işdən halı. 

Bunu da qeyd etdi öz məktubunda: 

«Belə fəlakəti göndərmiş xuda, 

Lakin allah bizə bəla da vermiş, 

Verdiyi dərdlərə dəva da vermiş. 

Bu dərdin dərmanı tək intiqamdır, 

Yoxsa ki, yaşamaq bizə haramdır. 

Mehr əgər olmuşsa can-ciyər mənə, 

Atalıq qeyrəti düşür həm sənə. 

Olsa övladımız yadlar məhbusu, 

Həm mənə, həm sənə düşür namusu

Vardırsa bu işə bir çarə ancaq, 

Gərək hər ikimiz ordu toplayaq. 

Könlündə səfərə əgər yoxsa meyl, 

Sərkərdəlik etsin orduya Süheyl. 

O ki, gücdə fildir, çəldlikdə aslan, 

Tapmaz heç birisi əlindən aman. 

Ona nişanlıdır o nazlı dilbər, 

Kəsmiş nigahını göydə mələklər. 

Oğlun dayanmayıb bir saat, bir an, 

Çəksə ordusunu sahil boyundan, 

Düzüb cərgəcərgə kehlən atları, 

Yollansa Cabirin mülkünə sarı, 

Mən də qaldıraram ayağa yurdu, 

Yığaram başıma böyük bir ordu, 

Özüm silahlanıb dərdlə, fəraqla, 

Saysız qoşunumsa hər cür yaraqla

Gəmilər içində tutaraq aram, 

Sularda quş kimi qanad açaram. 

Mən sudan hərəkət eyləsəm, əlbət, 

 

57



O da göstərərsə quruda sür'ət, 

Elə bir xoş günü seçərik ki biz 

Birdən hərəkətə gələr qüvvəmiz, 

Neçə gündən sonra bu iki ləşkər 

Düşmən torpağını əhatə edər. 

Baş tutacaqdırsa bu tədbirli cəng, 

Süheylə söylə ki, tərpənməsin lənk. 

Gecikdirmək olmaz bu intiqamı, 

Qoy y"erinə yetsin könül məramı. 

Çatsın cəzasına o quldur gərək, 

Şeytan pənçəsindən qurtarsın mələk. 

Əgər xoş gəlməzsə bu tədbir sənə

Tezçə öz fikrini yaz göndər mənə. 

Kirəcək olarsam mən bu çənkə tək, 

Başqa bir tədbirə əl atam gərək.» 

Ne'man şah oxuyub həmin naməni, 

Tezcə başa düşdü bu hənkaməni. 

Baş verən bu yaman, bu açı dərdə 

Ürəkdən acıyıb oldu pəjmürdə. 

Düşündürdü onu həddən ziyadə 

Gəmiylə səfərə çıxan şahzadə. 

Bildi ki, Süheyli kama yetməmiş, 

Çanan diyarına üzüb getməmiş. 

Sarsıtdı Nemanı bu iki matəm, 

Sardı ürəyini qəm üstündən qəm. 

Dedi: «Müəmmadır, sirrdir nə hal? 

Bu bağlı düyünü dərk etməz xəyal. 

Süheyl səyyar ulduz olduğu gündən, 

Çərx onu avara saldığı gündən, 

Hələ görünməmiş bir əsər ondan, 

Heç kim gətirməmiş bir xəbər ondan.» 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə