Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

24 

 

hissəciklərinin neftlə əhatə olunması, bitkilərin qidalanma rejimini pozur. Torpağın 



hissəcikləri  bir-birinə  yapışır,  neft  isə  tədricən  başqa  bir  hala  keçir.  Neft 

fraksiyaları daha çox oksidləşir və bərkiyir. Yüksək çirklənmə vəziyyətində torpaq 

asfalta  bənzər  kütləyə  çevrilir.  Uzun  müddətli  və  neft  məhsullarının  yüksək 

konsentrasiyası şəraitində torpaqda bərpa oluna bilməyən dəyişiklər baş verir. Bu 

halda  torpaq  nəmliyi  tutmaq  və  saxlamaq  xüsusiyyətinin  itirir,  onun 

hiqroskopikliyi və suyun nüfuzetmə xassələri zəifləyir. 

Qəzalar zamanı neftin torpağa yayılmasının ilk anlarında o ağırlıq qüvvəsinin 

təsiri  altında  süzülərək  qrunt  sularının  səviyyəsinə  qədər  yayılır.  Sonrakı  etapda 

neft karbohidrogenləri qrunt sularında yerlərini dəyişərək su ilə qarışmır. Beləliklə 

ilk  çirklənmə  anında  kiçik  sahəni  əhatə  edən  neft  komponentləri  ərazidə  yerini 

dəyişərək böyük bir sahəni əhatə edirlər. 

Neftin  yüngül  komponentləri  olan  alkanlar  (C

5

-C

11



)  torpağın  səthindən 

buxarlanır, yaxud da suvarılma ilə yuyularaq aparılır. Ağır fraksiyalar isə torpağın 

boşluqları  ilə  süzülərək  qrunt  sularına  qədər  çatır.  Bu  halda  torpaq  çirkləndirici 

mənbə ilə qrunt suları arasında bufer rolunu oynayır. 

Neftin  torpaqdan  süzülmə  dərinliyi  neftin  xassələrindən  və  torpağın 

məsaməliyindən asılıdır. 

Torpağın qısa  müddətdə neft  ilə  çirklənməsi  zamanı  çirkləndiricinin torpağa 

nüfuz  etməsi  0,4-0,6  m  keçmir.  Uzun  müddətli  çirklənmə  vəziyyətində  isə  neft 

hətta gilli qruntları keçərək 0,95-1,14  m qədər nüfuz etmiş olur. 

Texnogen  neftin  eyni  əraziyə  dəfələrlə  axıdılması  torpağın  daha  intensiv 

çirklənməsinə səbəb olur. 

Müxtəlif  ekzogen  faktorların  təsirindən  neftin  torpağa  göstərdiyi  neqativ 

təsirlərin  öyrənilməsi  üçün  aparılan  elmi  tədqiqatlar  nəticəsində  müəyyən 

olunmuşdur  ki,  torpağı  əvvəlki  vəziyyətinə  qaytarılması  üçün  müxtəlif  effektli 

tədbirlər həyata keçirmək vacibdir. 

Ekoloji və geokimyəvi xassələrinin tədricən dəyişməsi ilə xarakterizə olunan 

torpağın  neftlə  çirklənməsi  nəticəsində  deqradasiyaya  uğraması  çox  etaplı 

prosesdir. 




25 

 

Torpağın  deqradasiyaya  uğramasının  birinci  etapı  neftin  torpağa  düşdüyü 



andan onun ərazidə 24-27 ay müddətində yayılması prosesini xarakterizə edir. Bu 

müddət  ərzində  neftlə  çirklənmiş  torpaq  metan-naften  karbohidrogen  və  qətran 

asfalten fraksiyaları ilə zənginləşir [ 13]. 

Bu  zaman  torpaqda  gedən  oksidləşmə  reaksiyaları  nəticəsində  torpaqdakı 

karbohidrogenlərin  konsentrasiyasına  aşmayan  spirtlər,  sadə  efirlər  və  turşular 

yaranır. 

Deqradasiyanın sonrakı etapında torpaqda biokimyəvi proseslərin getməsində 

üstünlük təşkil edən uzunzəncirli tək n-alkanların konsentrasiyası azalmış olur. 

48-52  gün  davam  edən  deqredasiyanın  üçüncü  etapında  torpaqda  neftin 

inkubasiyası başlayır və bu zaman ilk karbohidrogenlərin və onların yerdəyişməsi 

müşahidə olunmur. 

Ümumiyyətlə, 

yüksək 

molekullu 



karbohidrogenlərin 

parçalanması 

uzunmüddətli  prosesdir.  Odur  ki,  neftlə  çirklənmiş  torpaqların  biosenozunun  – 

mikrofloranın, mikro və mezofaunanın, ali bitkilərin tam bərpa olunması üçün 25 

ildən artıq vaxt tələb olunur. 

Göründüyü  kimi  neft  karbohidrogenlərinin  torpaqda  çevrilməsi  dinamik 

prosesdir.  Bu  prosesdə  neftin bütün  komponentləri  iştirak  edir,  onlar  hamısı  eyni 

zamanda hərəkətdə olurlar, lakin sürətləri müxtəlif olur. 

  Tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  neft  məhsulları  toplanan 

yerlərdə nəinki torpağın üz hissəsində, eyni zamanda onun dərin qatlarında böyük 

dəyişiliklər  əmələ  gəlir  və  bu  torpağın  mühüm  fiziki-kimyəvi  göstəricilərinin 

pisləşməsinə səbəb olur. 

  Neft  və  neft  məhsulları  ilə  çirklənmə  nəticəsində  torpağın  morfoloji 

xüsusiyyətlərində  əsaslı  dəyişiliklər  əmələ  gəlir.  Neft  əksər  hallarda  5-10  sm 

dərinliyə  keçir,  bəzi  hallarda  neftlə  çirklənmənin  dərinliyi  40-50  sm-ə  çatır. 

Bununla əlaqədar olaraq torpağın qumuşlu üz hissəsi qara-kül rəngi alır, onun ayrı-

ayrı strukturları arasında yapışqanlıq əmələ gəlir. 



26 

 

  Müəyyən  edilmişdir  ki,  neft  mikroorqanizmlərin  inkişafına  və  onun 



biokimyəvi aktivliyinə təsir göstərir. Torpaqların mikroorqanizmlərinin reaksiyası 

bu mikroorqanizmlərin tənzimlənməsi və onların fərdi xüsusiyyətlərindən asılıdır. 

  Hətta  torpağın  neftlə  və  neft  məhsulları  ilə  zəif  çirklənməsi 

mikroorqanizmlərin  miqdarının  azalmasına  və  karbon  qazının  əmələ  gəlməsinə 

səbəb olur. Mikroorqanizmlərin bərpa olunması çirklənmədən təxminən 6 ay sonra 

müşahidə olunur.  

  Torpaq bitki örtüyünün çirklənməsinin nəticələrinin öyrənilməsi göstərir ki, 

çirklənmiş  bütün  ərazilərdə  bitki  örtüyünün  az  bir  hissəsi  15  ildən  sonra  yarısı 

bərpa olunur. Bütün hallarda qazma vaxtı neftin ətraf mühitə tökülməsi nəticəsində 

bitki aləmi tamamilə məhv olur. 

 

 

 



 

 

 



 

 



27 

 

II FƏS L. NEFT VƏ NEFT MƏHSULLARININ EMAL 



TEXNOLOG YASI, ALINAN MƏHSULLAR, YARANAN EKOLOJ  

PROBLEMLƏ

2.1. Neftin emala hazırlanması və çeşidlənməsi 

 

Çıxarılma dərinliyindən, yerindən asılı olmayaraq neft yataqlarından çıxarılan 



istənilən neftin bir tonunda 50-100m

3

 qaz, 200-300 kq su, 10-15 kq mineral duzlar 



və mexaniki qarışıqlar olur. 

Mədənlərdə neftdən suyu ayırmaq üçün müxtəlif sistemlərdən istifadə olunur. 

Yeni  neft  mədənlərində  təzyiq  altında  işləyən  sistemlərdən  istifadə  olunur.  Belə 

sistemdə quyudan çıxarılan xam neft fərdi ölçü qurğusuna verilir. Burada qaz maye 

məhlullardan  ayrılır  və  ayrılan  məhsulların  miqdarı  təyin  olunur.  Ayrılmış  qaz 

yenidən  neft  və  su  ilə  qarışdırılaraq,  qazın  neftdən  təkrar  ayrılması  üçün  nasos 

stansiyasındakı seperatora verilir. Seperatorda ayrılan qaz, qaz emalı zavodlarına, 

qismən  qazsızlaşdırılmış  neft  isə  neftin  emala  hazırlanma  qurğusuna  nəql  edilir. 

neftin  emala  hazırlanması  aşağıdakı  ardıcıllıqla  aparılır:  neftin  emala  hazırlanma 

qurğusunda  əvvəlcə  qazın  neftdən  ayrılmasının  ikinci  və  üçüncü  seperasiyası, 

sonra isə neftin sudan və duzlardan təmizlənməsi prosesləri aparılır. Proseslərdən 

ayrılmış  qaz  emala,  su  isə  təmizləndikdən  sonra  yenidən  neft    laylarına  verilir. 

Təmizlənmiş  neft  isə  xüsusi  çənlərə  verilərək  onun  miqdarı  və  keyfiyyəti  təyin 

olunur.  Əgər neft keyfiyyətcə  standarta uyğun  gəlmirsə, onda onu  yenidən təkrar 

emala qaytarırlar [ 3]. 

Neftin bir  neçə pilləli  seperasiyasından sonra belə onun  tərkibində  müəyyən 

miqdarda həll olmuş şəkildə C

1

-C



4

 qaz karbohidrogenləri qalır. Həmin qazlar, eyni 

zamanda  neftin  tərkibində  olan  yüngül  fransiyalar  neft  saxlandığı  çəndə  və  bir 

çəndən  başqa  çənə verildiyi  müddətdə neftdən  ayrıla  bilər.  Bu  isə  öz növbəsində 

neftin  və  qazın  itkisinə,  ətraf  mühitin  çirklənməsinə  səbəb  olar.  Buna  görə  də 

mədənlərin  çoxunda  neft  rektifikasiya  edilərək  stabilləşdirilir.  Stabilləşdirilmiş 

neftlərdə C

1

-C



4

 qaz karbohidrogenlərinin miqdarı 1%-ə qədər, stabilləşdirilməmiş 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə