Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət qtisad Universiteti
“Magistr Mərkəzi”
Əlyazma hüququnda
Mirzəyev Natiq Şərbət oğlu
Mövzu: “Milli Mühasibat Uçotu Standartlarının tətbiqi şəraitində icarə
ə
məliyyatlarının və icarə öhdəliklərinin uçotunun təkmilləşdirilməsi”
MAG STR D SSERTAS YASI
xtisasın sifri və adı:
060402 “Mühasibat uçotu və audit”
xtisaslaşma: “ stehsal sferasında mühasibat uçotu və audit”
Elmi rəhbər: dos. Ə.A.Sadıqov
Magistr proqramının rəhbəri: prof. Ə. .Daşdəmirov
Mühasibat uçotu kafedrasının müdiri: prof. S.M.Səbzəliyev
Bakı-2015
2
M ü n d ə r i c a t
Giriş...................................................................................................................... 3
I Fəsil. Milli Mühasibat Uçotu Standartlarının tətbiqi şəraitində icarə olunmuş
ə
mlakın müəssisənin iqtisadiyyatının inkişafında rolu və cari icarəyə verilmiş
torpaq, tikili və avadanlıqların uçotu..................................................................... 8
1.1.
Müəssisələrdə icarə əməliyyatları və
icarə öhdəliklərinin təşkili məsələləri................................................................. 8
1.2.
carə olunmuş əmlak haqqında anlayış və icarənin mahiyyəti................. 14
1.3.
carəyə verən müəssisədə cari icarə şərtləri ilə icarəyə verilmiş torpaq,
tikili və avadanlıqların uçotu.................................................................... 19
1.4.
carəçi müəssisədə cari icarənin uçotu. ................................................... 23
II Fə
sil. Bazar iqtisadiyyatı şəraitində uzunmüddətli icarəyə verilmiş torpaq, tikili
və avadanlıq obyektlərinin uçotu.......................................................................... 33
2.1. carədarda icarəyə götürülmüş torpaq, tikili və avadanlıqların uzunmüddətli
maliyyə icarəsi üzrə əməliyyatların uçotu..................................................... 33
2.2. carəyə verəndə uzunmüddətli icarəyə verilmiş torpaq, tikili və avadanlıq
obyektlərinin uçotu....................................................................................... 38
2.3. Lizinq əməliyyatlarının təşkili və operativ lizinq şəraitində əmlakın uçotu
məsələləri........................................................................................................ 43
III Fə
sil. Müəssisədə icarə edilmiş əmlakın səmərəliliyinin təhlili.................... 48
3.1. Təhlilin məzmunu, vəzifələri və informasiya mənbələri............................... 48
3.2. nvestisiya fəaliyyətinin səmərəliliyinin təhlili.............................................. 58
3.3. Lizinq əməliyyatlarının səmərəliliyinin təhlili............................................... 64
Nəticə..................................................................................................................... 68
stifadə olunan ədəbiyyatların siyahısı.................................................................. 72
3
G R Ş
Mövzunun aktuallığı. Müəssisənin icarə edilmiş vəsaitlərinin üzərində
sahibkarlığın inkişafı məhsul istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsi
üçün geniş imkanlar yaradır. Yeni iqtisadi münasibətlər şəraitində
makroiqtisadiyyatın bütün sahələrində, xüsusilə sənayedə istehsalın dinamik
inkişafının təmin edilməsi xalqın maddi rifahının yaxşılaşdırılması, sosial
problemlərinin həllinin əsasını təşkil edir.
Xarici ölkələrdə iqtisadi əlaqələrin inkişafı və möhkəmləndirilməsi kapital və
texniki investisiyalar əsasında böyük miqdarda birgə müəssisələrin yaradılması
respublikamızda mövcud olan uçotun bilavasitə sərbəst bazar iqtisadiyyatının
tələblərinə müvafiq qurulmasını tələb edir.
Azərbaycan Respublikasının bazar iqtisadiyaytına keçməsi ilə əlaqədar
respublikada müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların sayı artmış və
onlara iqtisadi müstəqillik verilmişdir. Həmin müəssisə və təşkilatlar, fəaliyyətləri
dövrü ərzində informasiya və ona elmi-metodik bazanın yaradılması, mühasibat
uçotunun qurulması, maliyyə, vergi qanunvericiliyi, bank və sığorta işi sahəsində
bir sıra problemlərlə qarşılaşırlar. Bu cür problemlərin aradan qaldırılması və
təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasına
yönəldilmiş elmi-praktiki təkliflər verilməsi mühüm məsələlərdən biridir.
Respublikanın mülki məcəlləsinə müvafiq olaraq icarə edilmiş vəsaitlərin
istifadəsindən, məhsulların, yerinə yetirilən işlərin, yaxud göstərilmiş xidmətlərin
satışından müntəzəm olaraq mənfəət əldə etmək sahibkarlıq fəaliyyətinin əsas
məqsədi hesab edilir. Deyinlənlərdən asılı olaraq icarə əməliyyatları və icarə
öhdəliklərinin iqtisadi mahiyyətinin müəyyən dövr ərzində avanslaşdırılmış
kapitalın istifadəsinin nəticəsi kimi müəyyən etmək olar. Burada bu cür istifadə
nəticəsində əldə edilən gəliri, yaxud izafi məhsulu mənfəət, zərəri isə sahibkarlıq
fəaliyyətinin yerinə yetirilməsi zamanı madilləşdirilmiş riskin qiymətləndirilmiş
dəyəri adlandırmaq olar.