20
Adətən bu cür şirkətlər, aşağı maya dəyərli şirkətlər olan ofşor mərkəzlərdə təsis
edilir. Bu cür sxemin yaradılması zamanı başlıca problem ondan ibarətdir ki, sərt
valyuta tənzimlənməsi ölkələrində kapitalın lisenziyasız ixracı qadağandır. Rusiya bu
ölkələr sırasına aiddir.
Ofşor şirkət - girovsaxlayıcı statusu adətən o hallarda tətbiq olunur ki, bu və ya
başqa səbəblərdən ofşor şirkətin əmlakının satışı mümkün deyil və ya məqsədəuyğun
deyil. Sxemin mahiyyəti ondan ibarətdir ki, girov qoyanın ofşor şirkət qarşısında hər
hansı öhdəliklərini təmin etmək üçün onun əmlakı ofşor şirkətə verilir. Ofşor şirkətin
borclu şirkətin üçüncü şəxslər qarşısında öhdəlikləri üzrə qarant olduğu variantlar da
məlumdur. Bu cür sxemlər adətən ofşor şirkət tərəfindən borclunun öz öhdəliklərini
yerinə yetirmədiyi zaman girov predmetini götürmək barədə müraciətinin şərtlərini
nəzərdə tutur.
Bundan başqa, ofşor şirkət həmçinin ara girovsaxlayıcı, yəni əmlakın kreditora
verilməsi üçün də istifadə oluna bilər.
Ofşor şirkət öhdəliklər üzrə qarant kimi o zaman tələb olunur ki, kreditor kimi
xarici bank çıxış edir və onun üçün milli müəssisənin hər hansı zəmanəti kifayət
deyil. Bir çox ofşor banklar təsisçilər tərəfndən müvafiq əmlak verilmiş ofşor şirkətin
qarant kimi çıxış etdiyi sxemləri üstün tuturlar. Bir qayda olaraq, bu cür şirkətin
aktivləri ofşor kreditor - bankın depozitlərində yerləşdirilir. Milli müəssisə faizlər
üzrə vergiləri ödəmədikdə və ya əsas borcun qaytarılması üzrə öhdəlikləri yerinə
yetirmədikdə bu bank ofşor şirkət - qarantın depozitinə cərimə qoyur.
Ofşor şirkətlər - işəgötürənlər (iş heyətinin muzdla götürülməsi) ənənəvi olaraq
beynəlxalq daşınmalar sahəsində istifadə olunur. Son onilliklər ərzində bu şirkətlərin
tikinti və quraşdırma işlərində, beynəlxalq ticarətdə, turizmdə, bank işində, sığorta və
bir çox başqa sahələrdə xidmətinə tələb artmışdır. Adətən sxem bu cür qurulur:
paralel olaraq işçi ilə iki müqavilə bağlanır. Biri - milli şirkətlə, digəri - işçi heyətin
tutulması üzrə ofşor şirkətlə. Birinci müqavilə üzrə minimal zəruri xərclər nəzərdə
tutulur, mükafatın digər hissəsi ofşor şirkətlə müqavilə üzrə ödənilir. Bu cür sxemdən
istifadə aşağıdakı vergi növləri üzrə cari öhdəlikləri minimumlaşdırmağa imkan verir:
-
ə
mək haqqı fondundan götürülən vergi və yığımlar;
21
-
işəgötürənlərdən sosial sığortaya çıxılan üzvlük haqları;
-
müzdlu işçilərdən sosial sığortaya çıxılan haqlar;
-
fiziki şəxslərin gəlirlərindən vergi;
-
müxtəlif növ xüsusi yığımlar.
Qeyd etmək lazımdır ki, bu cür sxemlər düzgün tətbiq olunmadıqda çox vaxt
vergi qanunvericiliyi və valyuta nəzarəti normalarına zidd çıxır. Muzdlu işçilərin işə
götürülməsi ilə şirkətlərlə sxemin hazırlanması müvafiq mütəxəssislərin cəlb edilməsi
ilə həyata keçirilməlidir.
Ofşor şirkət - kreditor kapitalın fəaliyyət ölkəsinə yerləşdirilməsi üçün istifadə
olunur. Nizamnamə kapitalına investisiya qoyulması ilə müqayisədə kreditin bir sıra
üstünlükləri mövcuddur. Başlıca üstünlük vəsaitlərin istənilən anda köçürülməsidir,
belə ki, vəsaitlərin qız müəssisənin nizamnamə kapitalına daxil edilməsi üçün çox
vaxt nizamnamə kapitalının artımı haqqında qərarın qəbul edilməsi, təsliqi və
qeydiyyatı vacibdir. Bundan başqa, nizamnamə kapitalının həddindən artıq artımı
antiinhisar orqanlarla, bu sahədə (bank işi, sığorta, investisiya və s.) fəaliyyətə
nəzarət edən xüsusi idarələrlə əlavə razılaşmalar tələb edə bilər. Nizamnamə
kapitalına əlavə vəsaitlərin daxil edilməsi yalnız səhmdarlar tərəfindən mümkündür,
müəssisənin kreditləşməsi isə hər hansı üçüncü şəxslər vasitəsilə həyata keçirilə bilər.
Vəsaitlərin kredit və faizlərlə qaytarılması formasında köçürmənin əsas vergi
üstünlüyü dividendlərin köçürülməsi ilə müqayisədə ondan ibarətdir ki, kreditin və
müvafiq faizlərin qaytarılması prosesi müəssisənin gəlirinə mənfəətdən vergi üzrə
vergiqoymaya qədər aparılır. Bu zaman ödənilmiş faizlərin məbləği vergiqoyma
bazasının azalmasına aid ola bilər. Rusiya şəraitində ödənilmiş faizlərin məbləği
Mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcələri ölçüsündə olan maya dəyəri
üstəgəl 3 faiz bəndinə aid edilir. Dividendlər isə müəssisənin mənfəət vergisi
ödənildikdən sonra yalnız xalis mənfəətindən ödənilir.
Bundan əlavə, faizli gəlirə vergiqoyma rejimi, bir qayda olaraq, dividendlərə
analoji vergiqoyma rejimi ilə müqayisədə daha güzəştlidir. Ədalət naminə qeyd
etmək lazımdır ki, investisiya qoyuluşlarının qaytarılması yalnız dividendlərin
bölüşdürülməsi yolu ilə deyil, başqa üsullarla da həyata keçirilə bilər. Məsələn,
22
müəllif hüquqları və lisenziyalar üzrə hesablar, avadanlığın icarəsi üzrə hesablar, ana
və qız müəssisələr arasında idxal-ixrac müqavilələri vasitəsilə, həmçinin başqa
yollarla həyata keçirilə bilər.
Milli vergi qanunvericiliyinə müvafiq olaraq, istənilən ssudalar üzrə faizlər
mənbə yanında xaricə köçürmə zamanı vergi qoyulmadan aşağıdakı ölkələrdə ödənilə
bilər: Avstriya, Baham adaları, Barbados (ofşor müəssisələr üçün), Bəhreyn, Belçika
(Koordinasiya Mərkəzində qeydiyyatdan keçmiş şirkətlər üçün), Bermud adaları,
Britaniyanm Virciniya adaları, Almaniya, Cəbəllütariq (azad şirkətlər üçün),
Honkonq, Danimarka, ran, rlandiya beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan
keçmiş şirkətlər üçün), Kayman adaları, Qətər, Kipr (ofşor şirkətlər üçün), Küveyt,
Lüksemburq (holdinq şirkətlər üçün), Mavriki, Malta, Monako, Niderlandın Antil
adaları, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Puerto- Riko, Səudiyyə
Ə
rəbistanı, Uruqvay, Finlandiya, Fransa, sveçrə, sveç, Ekvador, Cənubi Afrika
Respublikası.
Ofşor şirkətlər borclu kimi bu və ya digər səbəblərdən kontragent-müəssisələrin
qarşılıqlı əlaqələrini bəyan etmək sərfəli olmadıqda istifadə olunur, yəni ofşor
ş
irkətdən vəsaitlərin maliyyə-sənaye qrupunun daxilində bölüşdürülməsi üçün
istifadə olunur. Bu zaman borclunun və kreditorların aksiyaları birləşdirilir.
Borclu və kreditor kimi həm bank (bank fəaliyyətini həyata keçirmək üçün
lisenziyası olan şirkət), həm də adi ofşor şirkət çıxış edə bilər. Milli vergi
qanunvericiliyinin xüsusiyyətlərindən və ikiqat vergiqoymadan qaçmaq haqqında
mövcud müqavilələrin normalarından asılı olaraq, bu sxemdə bankdan istifadə əlavə
üstünlüklər verə bilər.
Dostları ilə paylaş: |