12
ki, sovet dövlətinin təsərrüfat fəaliyyəti ilə baülı olan normalarının çoxu əsasən bu iki sovet hüquq sahəsində
cəmləşmişdi. Bu cür normaların müvcudluüu isə sosialist tipli sovet dövlətinin xüsusi funksiyası — təsərrüfat-
təşkilati funksiyaya malik olması ilə izah edilirdi. Beləliklə, sovet hüququnun hər iki sahəsi sosialist təşkilatları-
nın təsərrüfat fəaliyyətini (inzibati hüquq idarəzilik sahəsində, mülki hüquq isə dəyər xarakterli əmlak münasi-
bətləri sahəsində) nizama salırdı. Bax, təsərrüfat fəaliyyəti haqqında inzibati hüquqla mülki hüquq arasında bö-
lüşdürülmüş normalar birləşdirilərək, onlardan sovet hüququnun təsərrüfat hüququ adlı müstəqil sahəsi yaradıl-
dı.
Təsərrüfat hüququ ideyası və konsepsiyası hələ sovet dövründə hüquq ədəbiyyatında kəskin tənqid edilmiş-
dir. 1959-cu ilin may ayında SSRI Elmlər Akademiyasının Hüquq Institutu bütövlükdə təsərrüfat hüququna
həsr edilmiş elmi sessiya kezirdi. Sessiyanın bəzi iştirakzıları təsərrüfat hüququ ideyası əleyhinə zıxdılar.
Məcəllələşdirmə məsələləri üzrə respublikalararası müşavirə (1959) iştirakzılarının çoxu bu nəzəriyyəyə mənfi
münasibət bəslədilər. Diskussiya ümumi mətbuat səhifələrinə də kezdi. 8 mart 1959-cu ildə «Izvestiə» qəzetin-
də bir qrup sivilist alim (B.S. Antimonov, S.N. Bratus və başqaları) çıxış edərək təsərrüfat hüququ nəzəriyyəsini
tənqid etdilər.
Təsərrüfat hüququ konsepsiyasını kəskin tənqid edən tanınmış alim O.S. Ioffe göstərirdi ki, nə sovet hüququ
sisteminin qurulması prinsipi, nə sovet hüquq elmi sisteminin təşkili forması, nə qanunvericilik, atbitrac və tə-
sərrüfat praktikası nəinki təkcə təsərrüfat hüququ konsepsiyasına əsas vermir, habelə, əksinə, onun nəzəri cəhət-
dən səhv və elmi baxımdan nəticəsi olmayan nəzəriyyə olmasını azıq-aşkar müəyyən edir. Müəllif təsərrüfat
hüququ nəzəriyyəsi tərəfdarlarına haqlı olaraq məsləhət görürdü ki, onlar qondarma, uydurma və süni məsələ-
lərlə məşüul olmayıb, öz yaradıcılıq güc və səylərini həqiqətən vacib və həyati əhəmiyyəti olan problemlərin
tədqiqinə yönəltsinlər.
Təsərrüfat hüququ ideyasını və konsepsiyasını kezmiş sovet iqtisadi quruluşu doüurmuşdu. Bazar iqtisadiy-
yatına kezid komanda iqtisadiyyatının, əmrə əsaslanan sovet təsərrüfat sisteminin müvcudluüuna son qoymuş-
dur. Buna görə də təsərrüfat hüququ nəzəriyyəsini doüuran sosial-iqtisadi əsaslar da yox olub getmişdir. Belə
vəziyyətdə bu nəzəriyyənin nəzəri cəhətdən əsaslandırılması elə bir ciddi məsələyə zevrilmir.
Bununla bərabər, qeyd etmək lazımdır ki, təsərrüfat hüququ ideyası tamamilə «ölüb getməmişdir». Elə bil ki,
bu ideya «mürgüləməkdəymiş». Belə ki, bazar iqtisadiyyatı şəraitində təsərrüfat hüququ konsepsiyası başqa for-
mada özünü göstərməyə başlayır. Söhbət bəzi müəlliflərin (V.S.Martemyanov, V.V.Laptev, N.Y.Kruqlova,
V.K.Mamutov və b.) təsərrüfat hüququnun varisi kimi xüsusi olaraq müstəqil sahibkarlıq (təsərrüfat) hüququ
yaratmaüa cəhd göstərmələrindən gedir. Sahibkarlıq (təsərrüfat) hüququ konsepsiyasının tərəfdarları belə hesab
edirlər ki, xüsusi-hüquqi yanaşma iqtisadiyyata hər hansı bir dövlət müdaxiləsini aradan qaldırır, bu cür müda-
xiləyə yol vermir və həmin səbəbdən də sahibkarlıq (təsərrüfat) dövriyyəsini qaydaya salmaq üçün göstərilən
yanaşma qəbuledilməzdir. Onların fikrincə, sahibkarlıq (təsərrüfat) hüququ zərzivəsində xüsusi və ümumi hü-
quq elementlərinin «yeni birliyi»ni yaratmaq lazımdır. Həmin müəlliflər sahibkarlıq (təsərrüfat) hüququ kon-
sepsiyasını kapitalist bazar təsərrüfatının dövlət tənzimlənməsinin xüsusiyyəti ilə əsaslandırırlar.
Bizim fikrimizúə, sahibkarlıq (təsərrüfat) hüququ kimi müstəqil hüquq sahəsinin ayrılması qondarıl-
mış
, uydurulmuş
, qeyri-tə
bii və
süni mə
sə
lə
dir. Bunun hez bir elmi və praktiki əsası yoxdur. Bir nezə arqu-
mentə görə sahibkarlıq (təsərrüfat) hüququ konsepsiyası qəbuledilməzdir. Birincisi, dünya təcrübəsi göstərir ki,
ümumi hüquq normalarından (elementlərindən) və xüsusi hüquq normalarından (elementlərindən) ibarət müstə-
qil hüquq sahəsi yaratmaq olmaz. Hələ XX əsrin 40-cı illərində fransız hüquqşünası N.Savatye təsərrüfat hüqu-
qu nəzəriyyəsini tənqid edərək ümumi hüquq normalarının «əzəli və qədim» xüsusi hüquq sferasına «girməsi-
nə» qarşı özünün kəskin etiraz səsini ucaltmışdı. Xüsusi hüquq xüsusi işlərə özbaşına dövlət müdaxiləsini istis-
na edir, buna yol vermir. Ümumi hüquq qaydaları və normaları isə öz hüquqi təbiətinə görə xüsusi hüquqi əsas-
ları məhdudlaşdırır və özünə tabe etdirir, onları üstələyir. Buna görə də ümumi və xüsusi hüquq elementlərinin
müstəqil ayrıca bir hüquq sahəsində birləşdirilməsi qeyri-mümkündür.
Ikincisi, hüquq sistemi obyektiv xarakter daşıyır. Bu, o deməkdir ki, hüquq sistemi müəyyən sahələrə bölün-
məsində ifadə olunan obyektiv quruluşa malikdir. O, subyektiv xarakter daşımır. Bu, onu ifadə edir ki, hüquq
sisteminə daxil olan hər hansı bir sahəni bu və ya digər nəzəri konstruksiyanın köməyi ilə uydurmaq, qondar-
maq və yaratmaq olmaz. Elm yalnız müəyyən hüquq sahəsinin müvcud olma faktını müəyyənləşdirə və aşkar
edə bilər. Müstəqil sahibkarlıq (təsərrüfat) hüququnun müvcudluüunu sahibkarlıq fəaliyyəti üzrə qanunvericilik
kimi subyektiv fakt əsasında sübut etmək olmaz. Belə ki, qanunvericilik sahibkarlıq (təsərrüfat) fəaliyyətindən
başqa, həm də müxtəlif məsələlər üzrə müvcuddur. Məsələn, hərbi qanunvericilik, vergi qanunvericiliyi, qiy-
mətli kaüızlar haqqında qanunvericilik, nəqliyyat qanunvericiliyi, elmi qanunvericilik, pensiya qanunvericiliyi
və s. Buradan belə bir nəticə zıxarmaq olmaz ki, qanunvericiliyin hər qolu özündə hüququn müvafiq sahəsini
ifadə edir. Müəyyən məsələlər üzrə qanunvericilik və hüquq sahəsi — bir-biri ilə üst-üstə düşməyən anlayışlar-