Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   2   3   4   5   6   7   8   9   ...   34


 
ə
ksini  tapmaya  bilər.  Digər  tərəfdən,  dissertasiya  işində  təqdim  edilən  məsələlərin 
özü də eyni dərəcədə və səviyyədə əhatə olunmamışdır.  
Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  idarəetmənin 
keçmişdən indiki dövrümüzə qədər olan təkamül yolunun araşdırılması, idarəetmənin 
inkişaf  etdiyi  və  təkmilləşdirildiyi  bir  şəraitdə  müasir  idarəetmə  nəzəriyyələri  və 
konsepsiyalarının  öyrənilməsi  və  onların  müasir  idarəetmədə  tətbiqi  imkanlarının 
müəyyən olunmasıdır. 
Qarşıya qoyulmuş məqsəd aşağıdakı tədqiqat vəzifələrini müəyyənləşdirmişdir: 
-
  darəetmə elminin formalaşmasının araşdırılması; 
-
  Müxtəlif  idarəetmə  məktəbləri  və  onların  inkişaf  xüsusiyyətlərinin 
öyrənilməsi; 
-
  Müasir idarəetmənin əsas funksiyalarının müəyyən edilməsi; 
-
  Müasir iqtisadiyyatda strateji idarəetmənin öyrənilməsi; 
-
  Qlobal iqtisadiyyatda böhran və antiböhranlı idarəetmənin öyrənilməsi; 
-
  Müasir  korporativ  idarəetmə  modelləri  və  onların  fərqləndirici 
xüsusiyyətlərinin müqayisəli təhlili; 
-
  Əmək  məhsuldarlığının  yüksəldilməsi  və  ona  təsir  edən  amillərin 
müəyyənləşdirilməsi; 
-
  darəetmə prosesi və onun həyata keçirilməsi texnologiyasının öyrənilməsi. 
Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyektini  müasir  idarəetmənin 
həyata  keçirilməsi  prosesləri  təşkil  edir.  Tədqiqatın  predmeti  kimi  isə  müasir 
idarəetmə nəzəriyyələri və konsepsiyaları çıxış edir. 
Tədqiqat  metodları.  Dissertasiya  tədqiqatının  metodoloji  əsasını  dialektik, 
sistemli analiz, statistik və analitik metodlar təşkil edir. 
Tədqiqatın informasiya bazası. Tədqiqatın informasiya bazasını yerli və xarici 
müəlliflər  tərəfindən  yazılmış  müxtəlif  sferalar  üzrə  idarəetmə  və  menecment 
ə
dəbiyyatları, elmi işlər və internet məlumatları təşkil edir. Tədqiqatın informasiya 



 
bazası  aşağıdakı  tələblərə  əsasən  seçilmişdir:  dəqiqlik,  doğruluq,  obyektivlik, 
etibarlılıq, müasirlik, müqayisəlilik, əhatəlilik, uyğunluq. 
Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  işinin  elmi  yeniliyini  müasir 
idarəetmənin  spesifik  xüsusiyyətləri  nəzərə  alınmaqla  müasir  idarəetmə 
nəzəriyyələri  və  baxışlarının  müxtəlif  sferalar  üzrə  müasir  idarəetmə  prosesində 
tətbiqi üzrə praktiki tövsiyyələr təşkil edir.  şin elmi yeniliklərinə aid aşağıdakıları 
göstərmək olar: 
-
  Müasir idarəetmənin əsas funksiyaları müəyyənləşdirilmişdir; 
-
  Müasir  iqtisadiyyatda  strateji  idarəetmənin  həyata  keçirilməsi  texnologiyası  
araşdırılmışdır; 
-
  Böhran  vəziyyətlərində  antiböhranlı  idarəetmənin  həyata  keçirilməsi 
araşdırılmışdır; 
-
  Müasir korporativ idarəetmə modelləri təhlil olunmuşdur; 
-
  Əmək məhsuldarlığının yüksəldilməsi yolları araşdırılmışdır. 
Tədqiqatın praktiki əhəmiyyəti. Dissertasiya işinin müddəaları makro və  mikro 
səviyyədə  idarəetmənin  həyata  keçirilməsi  zamanı  mühüm  praktiki  əhəmiyyət 
kəsb  edir.  Xüsusilə  də,  yerli  və  xarici  təşkilat  və  müəssisələr  tərəfindən  ümumi 
idarəetmə  prosesinin,  strateji  idarəetmənin,  böhran  vəziyyətlərində  antiböhranlı 
idarəetmənin,  korporativ  idarəetmənin  həyata  keçirilməsində  və  eləcə  də,  əmək 
məhsuldarlığının  yüksəldilməsi  istiqamətində  dissertasiya  işinin  müddəaları 
mühüm praktiki əhəmiyyət kəsb edir. 
Dissertasiya  işinin  strukturu  və  həcmi.  Dissertasiya  işinin  strukturu  tədqiqat 
işində  qarşıya  qoyulmuş  məqsəd  və  vəzifələrə  müvafiq  olaraq  müəyyən 
edilmişdir.  Dissertasiya  işi  girişdən,  üç  fəsildən,  nəticədən  və  istifadə  edilmiş 
ə
dəbiyyat  siyahısından  ibarətdir.  Dissertasiya  işinin  həcmi  98  səhifədən  ibarət 
olub, özündə 4 sxemi, 4 şəkili və 4 cədvəli əks etdirir. 
 



 
I FƏS L:  DARƏETMƏ F K RLƏR N N TƏKAMÜLÜ. 
§1.1.  
darəetmə  elminin formalaşması 
dаrəеtmə  təcrübəsinin  tarixi  çоx  qədimdir.  Lakin  keçmiş  dövrlərdə  olan 
idarəetmə  indikindən  çоx  fərqli  оlmuşdur.  dаrəеtmənin  çоx  qədim  оlmаsınа 
bаxmаyаrаq,  о  bir  еlm,  təsərrüfаtçılıq  və  tədqiqаt  sаhəsi  kimi  nisbətən  yеnidir.  
darəetmə  sərbəst  еlm  və  fəаliyyət  sаhəsi  kimi  XX  əsrin  əvvəllərində   özünu təsdiq 
е
tmişdir. 
Bizim  еrаmızdаn  əvvəl  3-cü  minilliyə  аid  оlаn  Şumеrdə  tаpılmış  sаxsı 
lövhələrdə  kоmmеrsiyа  sövdələşmələri  və  qаnunlаrı  bаrədə  məlumаtlаr  vеrilmişdir. 
Bu  dа  оnu  göstərir  ki,  qədim  Şumеrdə  idаrəеtmə  prаktikаsı  mövcud  оlmuşdur. 
А
rxеоlоji qаzıntılаrdаn məlum оlur ki, həttа, ibtidаi icmа dövründə yаşаyаn insаnlаr 
mütəşəkkil  qruplаrdа  birləşmiş  və  birgə  fəаliyyət  göstərmişlər,  dаhа  dоğrusu,  idаrə 
о
lunmuşlаr. 
Qədimdə  böyük  təşkilаtlаrın  yаrаnmаsı  аçıq  göstərir  ki,  оnlаr  idаrəеtmə 
strukturunа  mаlik  оlmuşlаr.  llər  kеçdikcə,  bəzi  təşkilаtlаrın  idаrə  еdilməsi  dаhа 
mürəkkəb,  dаhа  çətin  оlmuş,  təşkilаtlаr  özləri  isə  dаhа  güclü  və  dаhа  dаyаnıqlı 
о
lmuşlаr. Bunа misаl оlаrаq, yüz illərlə mövcud оlmuş Rоmа impеriyаsını göstərmək 
о
lаr. Sərkərdələrin rəhbərlik еtdikləri Rоmа lеgiоnlаrı idаrəеtmənin dəqiq strukturunа 
mаlik оlduqlаrı uçun, plаnlаşmаsı və intizаmı pis təşkil еdilmiş Аvrоpаnın  və Yаxın 
Şə
rqin  о zаmаnkı qüdrətli dövlətləri üzərində möhtəşəm qələbələr qаzаnmışlаr. 
Təşkilаtlаrın tаrix bоyu mövcud оlmаlаrınа bаxmаyаrаq, XX əsrə qədər həç kəs 
о
nlаrı  еlmi  yоllа  və    sistеmli    şəkildə  idаrə  еtməyi  düşünməmişdir.  Hər  dövrün  öz 
inkişаf xüsusiyyətləri və mülkiyyət münаsibətləri müxtəlif оlduqlаrı üçün, təşkilаtlаrа 
və  оnlаrın  idаrə  оlunmаlаrınа  dа  münаsibət  fərqli  оlmuşdur.  Bu  fərqləri  və 
xüsusiyyətləri  müqаyisə  еtməyə  imkаn  yаrаtmаq  üçün  və  yuxаrıdа  qеyd  оlunаnlаrı 
bir  növ  təsdiq  еtmək  üçün,  qədim  və  müаsir  dövrdə  təşkilаtlаrın  və  idarəetmə 
xüsusiyyətlərinin müqаyisəli xаrаktеristikаlаrı cədvəl 1.1.1-də vеrilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə