Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

 

54

sonrakılardan  ibarətdir:  məlumatların  torlanması,  sistemləndirilməsi,  verilməsi  və 



saxlanması, qərarların qəbul edilməsi və s.  

Maliyyənin  idarəolunmasında  idarə  subyektinin  funksiyalarına  daxildir; 

planlaşma, proqnozlaşdırma, təşkil olunma, tənzimləmə, stimullaşma, nəzarət və s. 

Bazar  şəraitində  müəssisələrin  maliyyəsinin  idarəolunmasının  təşkili 

müəyyən priniplər əsasında qurulur. Bu prinsiplərə daxildir; təsərrüfat sərbəstliyi; 

özünümaliyyələşmə;  maddi-maddi  məsuliyyət;  fəaliyyətin  nəticələri üçün  maraqlı 

olmaq;  maliyyə  ehtiyatlarının  təşkili  və  s.  belə  ki,  müasir  dövrdə  mülkiyyət 

formasından  asılı  olmayaraq  sahibkarlıq  fəaliyyəti  göstərən  bütün  müəssisələr 

təsərrüfat  və  maliyyə  sferasında  real  sərbəstliyə  malikdir.  Müəssisənin 

fəaliyyətinin 

bütün 

istiqamətlərində 



sərbəstliyi 

kommersiya 

hesabının 

xüsusiyyətləri ilə əlaqədarodır. Kommersiya hesabının əsas məqsədi mənfəət əldə 

etməkdir.  Mənfəətin  əldə  edilməsi  üçün  müəssisə  özü  sərbəst  qaydada  müəyyən 

edir;  nə  istehsal  etməli,  hansı  həcmdə  istehsal  etməli  və  kimə  satmalı.  Deməli, 

müəssisə  mənfəətin  alınması  üçün  xərclərini,  onların  istiqamətlərini  və 

maliyyələşmə  mənbələrini  sərbəst  qaydada  müəyyən  edir.  Bazar  iqtisadiyyatı 

şə

raitində müəssisələrin öz fəaliyyətlərində sərbəst olmalarına baxmayaraq, dövlət, 



vergilər,  amortizasiya  siyasəti,  büdcədənkənar  fondlar,  kredit  və  s.  istiqamətlərdə 

onların fəaliyyətində iştirak edir. 

Təsərrüfat  subyektlərində  maliyyənin  təşkilinin  ən  mühüm  prinsiplərindən 

birini  özünümaliyyələşmə  təşkil  edir.  Belə  ki,  sahibkarlıq  fəaliyyəti  üçün 

özününmaliyyələşmənin  təmin  olunması  və  ən  mühüm  şəraitlərdən  biridir. 

Özünümaliyyələşmə  istehsal  və  satış  xərclərinin  öddənilməsini,  istehsalın 

genişləndirilməsini,  maliyyə-kredit  orqanları  qarşısında  öhdəliçilitklərin  yerinə 

yetirilməsini, müəssisədə iqtisadi həvəsləndirmə fondlarının təşkilini nəzərdə tutu 

rvə bütün istiqamətlərdə investisiyaların xüsusi vəsait, yəni mənfəət, amortizasiya 

ayırmaları  və  s.  hesabına  aparılmasını  tələb  edir.  Beləliklə,  bazar  münasibətləri 

şə

raitində  təsərrüfatçılığın  təşkilati-hüquqi  formalarından  asılı  olmayaraq 



kommersiya  fəaliyyəti  göstərən  müəssisələr  özünümaliyyələşmə  prinsipi  əsasında 

işləyirlər ki, bu da özündə aşağıdakı xərclərin ödənilməsini nəzərdə tutur: 




 

55

- məhsul istehsalı və satışı ilə əlaqədar xərcləri; 



- istehsalın genişləndirilməsi xərcləri; 

- iqtisadi həvəsləndirmə fondlarının təşkil xərcləri;  

- maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar xərclər; 

- sair xərclər. 

Özünümaliyyələşmə  yuxarıda  qeyd  edilən  xərclərin  müəssisənin  öz  xüsusi 

pul vəsaiti heabına ödənilməsini nəzərdə tutur. Lakin, müəssisələr xəruri hallarda 

öz dövriyyələrinə kredit də cəlb edilə bilərlər. 

Bazar münasibətləri şəraitində sahibkarlıq fəaliyyəti maliyyənin təşkilinin ən 

mühüm prinsiplərdən biri olan maliyyə ehtiyatlarının təşkilini zəruri edir. 

Çünki,  müasir  dövr  sahibkarlardan  risk  tələb  edir.  Lakin  riskin  nəticəsi 

mənfəət və ya zərərlə başa çata bilər. Bu isə müəssisələrdə maliyyə ehtiyatlarının 

təşkilini tələb edir. Müleiyyət formasından asılı olmayaraq bütün müəssisələr xalis 

mənfəət hesabına maliyyə ehtiyatını formalaşdırır. 

Müəssisə  öz  təsərrüfat  –  maliyyə  fəaliyyətinin  nəticələri  üçün  maddi 

məsuliyyət  daşıyır  ki,  bu  da  kommersiya  fəaliyyəti  göstərən  müəssisələrdə 

maliyyənin  təşkilinin  mühüm  prinsiplərindən  biridir.  Bunun  üçün  müəssisələrdə 

müəyyən  məsuliyyət sistemi var, yəni, bu prinsip müəyyən  maliyyə  metodları ilə 

təmin  edilir.  Belə  ki,  əgər  müəssisə  müqavilə  və  hesablaşma  intizamını  pozarsa, 

vergi  öhdəliklərini  yerinə  yetirməzsə  və  s.  o  zaman  ona  qarşı  müəyyən  maliyyə 

sanksiyaları tətbiq ediləcəkdir. Yəni o cərimə və s. ödəməlidir. 

ş

in  nəticələrinə  görə  ayrı-ayrı  işçilər  və  müəssisə  rəhbəri  də  məsuliyyət 



daşıyır.  Məsələn,  müəssisə  rəhbəri  vergi  qanunvericiliyinin  pozulmasına  görə 

inzibati məsuliyyət daşıyır. 

Müəssisələrdə maliyyənin təşkilinin mühüm prinsipini fəaliyyətin nəticələri 

üçün  maraq  təşkil  edir.  Bazar  münasibətləri  şəraitində  sahibkarlıq  fəaliyyətinin 

məqsədi  təsərrüfat  fəaliyyətini  mənfəətlə  başa  çatdırmaqdır.  Deməli,  müəssisə 

kollektivi və rəhbərliyi müəssisənin iş fəaliyyətinin nəticələrinin mənfəətli olması 

üçün maraqlıdırlar. Maddi marağı isə ancaq müəssisə gəlirinin və mənfəətinin həm 



 

56

dövlətin və həm də müəssisənin mənafeyinə cavab verən sistemlə bölüşdürülməsi 



yolu ilə təmin etmək olar. 

Ə

gər  müəssisənin  maliyyə  vəziyyəti  pisləşərsə  və  maliyyə  öhdəliklərini 



yerinə  yetirə  bilməzsə,  o  zaman  ona  qarşı  hətta  müflisləşmə  sanksiyası  da  tətbiq 

oluna bilər. 

Sahibkarlıq  fəaliyyətinin  nəticələri  üçün  işçilər,  müəssisə  rəhbərləri,  dövlət 

və  s.  maraqlıdırlar.  Məsələn,  işçilər  üçün  yüksək  əmək  haqqının  müəyyən 

edilməsi; müəssisə üçün dövlət tərəfindən optimal vergi siyasətinin tətbiq edilməsi; 

dövlətin mənafeyi müəssisənin rentabelli işləməsi ilə təmin edilir. 

Maliyyənin  təşkilinin  prinsipləri  mülkiyyət  formalarından  və  iqtisadiyyatın 

sahələrindən  asılı  olmayaraq  bütün  müəssisə  və  təşkilatlara  aiddir.  Lakin 

müəssisələrin  təşkilati-hüquqi  formaları  və  sahə  xüsusiyyətləri  də  hər  bir 

müəssisədə  maliyyənin  təşkilinə  birbaşa  təsir  göstərir,  yəni  müəssisələrdə 

maliyyənin  idarəolunmasının  təşkili  bir  sıra  faktorlardan  asılıdır  və  onlara 

aşağıdakıları göstərmək olar; 

- müəssisələrin müəyyən təşkilati-hüquqi formalara aid olması; 

- müəssisələrin mülkiyyət hüquqi olan müəyyən subyektlərə məxsus olması; 

 

Cədvəl 2.3.1. 

Mülkiyyət növləri üzrə müəssisələrin sayı 

(yanvarın 1-nə) 

 

2011 



2012 

2013 

2014 

Dövlət 


10942 

9230 


9208 

9087 


Bələdiyyə 

1759 


1756 

1755 


1758 

Xüsusi 


74310 

59407 


62143 

68642 


Xarici 

4693 


3937 

4404 


4922 

Qarışıq 


1712 

1302 


1456 

1601 


1. Azərbaycanın statistik göstəriciləri. Bakı, 2014. 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə