80
6
təşəkkür edim. Heç fikrimə gətirməzdim ki, Siz becərdiyim üzüm
bağında olarsınız. Bizdən soruşursunuz ki, necə dolanırıq, bax elə
biri mən: 12 uşaq anasıyam. Böyük qızım Validə bu il ali məktəbi
bitirib rus dilindən dərs deyəcək. Uşaqlarımdan ikisi işləyir,
qalanları isə məktəblidir. Həyat yoldaşım da soxvozda çalışır.
Əlimizin zəhmətinə güvənib firavan yaşayırıq. H.Ə.Əliyev razılıqla
bildirdi:
- Belə ailə sahibi olduğunuz üçün sağ olun. Siz həm ailədə
qəhrəmansınız, həm də tarlada.
Sovxozun əmək veteranı Zeynal Dadaşov H.Ə.Əliyev yoldaşa
müraciətlə dedi:
- Hər şey yaxşıdı, təki dünyamızda əmin-amanlıq, sülh olsun.
- Partiya və dövlətimizin ən böyük siyasəti sülh siyasətidir. Siz
arxayın işləyə bilərsiniz.
Sonra H.Ə.Əliyev yoldaş elə oradaca "Sovet Azərbaycanının 40
illiyi" sovxozunun adlı-sanlı sağıcısı, Sosialist Əməyi Qəhrəmanı,
Azərbaycan SSR Ali Sovetinin deputatı Gülüstan Həsənova ilə
mehribancasına görüşdü, onun işi ilə maraqlandı.
Axırda H.Ə.Əliyev yoldaş toplaşanlara müraciətlə dedi:
- Mən ilk dəfə İsmayıllıda oluram. Və İsmayıllıda ilk dəfə sizin
əməkçilərlə görüşürəm. Siz burada həm üzümçülükdə, həm də
maldarlıqda böyük öhdəliklər götürdünüz. Gərək bütün səylərinizi
birləşdirib bütün imkanlardan istifadə edib öhdəliklərinizi yerinə
yetirəsiniz. Daha yaxşı işləyəsiniz. İndi hər bir kənd əməkçisinin
müqəddəs işi partiyamızın qarşıya qoyduğu vəzifələri hərənin öz
sahəsində yerinə yetirməsidir. Sizə bu yolda, əmək yolunuzda
uğurlar arzulayıram.
Ətrafı alqış sədaları bürüdü. Əməkçilər söz verdilər ki,
80
7
H.Ə.Əliyev yoldaşla bu səmimi görüşü həmişəlik yadlarında
saxlamaqla bu etimada layiq işləyəcəklər.
Xanlar adına sovxozun üzüm bağındakı əmək və istirahət
düşərgəsində Heydər Əliyev yoldaş böyük bir səmimiyyətlə
qarşılandı. Sovxozun əməkçiləri qəbul etdikləri yüksək sosialist
öhdəliklərinin layiqincə yerinə yetirildiyindən H.Ə.Əliyev yoldaşa
məlumat verdilər.
H.Ə.Əliyev yoldaş dedi:
- Eşitmək xoş və fərəhlidir ki, bu il siz Vətənə 6435 ton əvəzinə
12500 ton yüksək keyfiyyətli üzüm məhsulu satmağı öhdəyə
almışsınız. Üzüm istehsalında 1990-cı il səviyyəsini vaxtından
səkkiz il əvvəl qət etmək barədəki vədiniz də alqışlanmağa
layiqdir.
H.Ə.Əliyev yoldaş sonra göstərmişdir ki, təsərrüfatın
heyvandarlığı qurultayın tələbləri səviyyəsinə cavab vermir. Onun
məhsuldarlığı aşağıdır. Onu da üzümçülük kimi qabaqcıllar sırasına
çıxartmaq lazımdır.
Kürdmaşı kənd XDS (icraiyyə komitəsinin sədri S.Zeynalova
tikinti-abadlıq sahəsində həyata keçirilən tədbirlər barədə danışdı.
H.Ə.Əliyev yoldaş kənddə aparılan tikinti-abadlıq işlərindən razı
qaldığını bildirdi. Sonra o dedi ki, kənddə şəxsi mal-qaranı
artırmaq lazımdır. Bu, dövlət əhəmiyyətli işdir, əhalinin
güzəranının daha da yaxşılaşmasına kömək olar.
Əməkləri dövlətimiz tərəfindən orden və medallarla
qiymətləndirilmiş üzümçülərdən Teili Əkbərova və Qəhrəman ana
Lumu Nəcəfova H.Ə.Əliyev yoldaşla görüşdə onlara yaradılmış iş
şəraiti üçün partiya və dövlətimizə minnətdarlıqlarını bildirdilər.
Lumu Nəcəfova dedi:
80
8
- 60 yaşım olmasına baxmayaraq, bir gün də olsun işsiz qala
bilmirəm. Gərək öz üzüm bağımda olum. Çünki zəhmətimizə görə
yaxşıca haqq alırıq. Əməyimizə qiymət verən var.
H.Ə.Əliyev yoldaş dedi ki, sizin sovxozda hər işçinin orta aylıq
əmək haqqı 200 manatdır. Əlbəttə, bu çox yaxşıdır, həmçinin,
keçən il siz əlavə olaraq bir milyon manat mükafat almısınız. Bu da
çox yaxşıdır. Bu sizin güzəranınızın daha da yaxşılaşması
deməkdir, yaxşı işləməyinizin nəticəsi deməkdir. Indi isə
qarşınızda duran əsas vəzifə budur ki, əldə etdiyiniz nailiyyətləri
möhkəmlədəsiniz, rayonda böyük üzümçülük təsərrüfatı kimi
çoxuna nümunə olasınız. İndi kənd təsərrüfatı işlərinin qızğın
çağıdır. Sov.İKP XXVI qurultayının və respublika partiya
təşkilatının XXX qurultayının qərarlarını yerinə yetirən bütün kənd
əməkçilərimiz zərbəçi əməklə işləyirlər. Siz də çalışmalısınız ki, bu
əmək yürüşündə birinci yerlərdə dura biləsiniz. Həqiqətən sizin
öhdəlikləriniz böyükdür. Amma, bu öhdəlikləri yerinə yetirmək
üçün gərək siz bütün ehtiyat qüvvələri işə salıb, ilk növbədə
nöqsanları aradan qaldırasınız. Nizam-intizamı daha da
möhkəmləndirəsiniz. Hər kəs öz zəhmətinin bəhrəsini görsün,
zəhmətdən yayınanlara qarşı, xırda alverçiliklə məşğul olanlara
qarşı mübarizə aparılsın. Mənim arzum budur ki, sizin sovxoz
respublikanın ən nümunəvi sovxozları sırasında olsun.
Xanlar adına sovxozun buraya toplaşan əməkçiləri H.Ə.Əliyev
yoldaşı dərin səmimiyyət və həyəcanla, öz doğma təsərrüfatlarını
daha böyük yüksəliş yoluna çıxarmaq inamı ilə yola saldılar.
Kalinin adına kolxoz öz ürəkaçan müvəffəqiyyətləri ilə nəinki
respublikamızda, hətta ittifaq miqyasında tanınır. Son illərdə
kolxoz
80
9
6 dəfə Ümumittifaq, bir dəfə respublika sosializm yarışının qalibi
olmuşdur. Onuncu beşilliyin müvəffəqiyyətli yekunlarına görə isə
kolxoz Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür.
Kolxozun əsas malikanəsi İvanovka kəndi də müasir qəsəbəni
xatırladır. Burada nələr yoxdur. Orta məktəb, 50 çarpayılıq
xəstəxana, kitabxana, aptek, uşaq bağçaları, mədəniyyət və qonaq
evləri, yeməkxana-pavilyon, kosmik vasitələrlə işləyən ötürücü
televiziya stansiyası, asfalt küçələr, geniş və işıqlı kürsülü evlər,
süni göllər, yaşıl park, daha nə, nə... Kəndə təbii qaz və su
kəmərləri çəkilmişdir.
Bu gün isə kənd tamam başqa təntənədədir. Hamı həyəcanlıdır.
Əməkçilər bir azdan əziz qonağı - Sov.İKP MK Siyasi Bürosu
üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi
H.Ə.Əliyev yoldaşı öz doğma kəndlərində qarşılayacaqdılar.
Həyəcanlı dəqiqələr ötüb keçdi. Kolxozun sədri, Sosialist Əməyi
Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı N.Nikitin,
Lenin ordenli briqadirlər M.Sergeyeva, Q.Voropayev, Oktyabr
İnqilabı ordenli, maşınla sağım ustası A.Minnikova və bütün
əməkçilər H.Ə.Əliyev yoldaşı mehribancasına, böyük
səmimiyyətlə qarşıladılar.
İvanovka kəndində müharibədə həlak olanların şərəfinə tikilmiş
xatirə kompleksinin qarşısına xeyli əməkçi, müharibə və əmək
veteranı toplaşmışdı. H.Ə.Əliyev yoldaş onlarla mehribancasına
salamlaşdı və abidənin önünə çiçək çələngi qoydu. H.Ə.Əliyev
kəndin mərkəzini gəzdi, yeni tikilən mədəniyyət sarayının
tikintisinə baxdı. O dedi:
- Kənd barədə ilk təəssüratım çox yaxşıdır. Siz taxılçılıqda,
Dostları ilə paylaş: |