Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə3/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   2   3   4   5   6   7   8   9   ...   123

 
9
ölülər dünyasından geri dönmüş bir kimsəni nişan 
verir. Ona görə kukla (maska) hərəkətsiz, statik 
vəziyyətdə bu qədər hüznlü, məğmun, çarəsiz görünür. 
Kukla ölülər dünyasının sakitliyinin və mütiliyinin 
bədii obrazıdır.  Kukla (yaxud kölgə) teatrının 
tarixilə bağlı  əfsanələrə müraciət etsək görərik ki, 
bu, həqiqətən belədir. Rəvayətə görə Çin imperatoru 
sevimli arvadının   ö l ü m ü n d ə  n  sonra çəkdiyi 
xiffət ucbatından xəstlənib üzgün bir hala düşür. Onun 
dərdinə heç kim əlac tapa bilmir. Nəhayət, Budda 
təriqətinin  Şau Vey adlı müdrik yolçularından biri 
imperatoru sağaldacağını  vəd edir; tapşırır ki, 
imperatorun otağına bir ağ  pərdə  çəksinlər.  Şau Vey 
bir  şam (və ya çıraq) götürüb bu pərdənin arxasına 
keçir, başmaqları (və ya barmaqları) ilə imperatorun 
ölmüş xanımının kölgə-obrazını yaratmağa çalışır, 
hətta səsini də bu qadın kimi cingildətməyi unutmur. 
Belə xoş bir hədiyyə imperatorun tezliklə sağalmasına 
səbəb olur. Bəzi mənbələrdə bu, kukla, bəzilərində isə 
kölgə teatrosunun yaranma əfsanəsi kimi təqdim edilir. 
Beləliklə, həmin bu rəvayət bir daha təsdiqləyir ki, 
kukla (kölgə) da maska kimi o biri dünya ilə, ölülər 
səltənətilə ilişkilidir.  
     Portret  də ölüm barəsində  məxfi informasiya 
daşıyır. Bu yöndən yanaşdıqda maska, kukla və portret 
vahid semantik cərgəyə  sığışır. Gərçi maska qədim 
mədəniyyətlərdə ölünün üzündən çıxarılırdısa, portret 
diri üzündən çıxarılan maskadır, üzün kətan-güzgüdə 
inikasıdır. Bu kətan-güzgüdə üz əbədi qalmaq şansı 
qazanır. Portret dirinin əcdadlığa olan iddiasıdır. Bu 
iddiadan isə  əbədiyyət boylanır. Nədən ki, maska da, 
portret də özünü əbədi saxlamaq, öz görkəmini 
konservləşdirmək formasıdır. Ona görə  də maska və 
portret ölümə qarşıdurum kimi qavranılır. Lakin 
paradoks ondan ibarətdir ki, əbədiyyət ölümlə birgə 
gəlir: ölüm əbədiyyət evinin açarıdır.  Əbədiyyət də 
ölüm qədər statikdir. Maska ölümün dirilər arasında 
mövcudluq rəmzidir, ölüm haqqında vizual yaddaşdır


 
10
Portret də maska kimi. Qərinələr ötüşdükcə maska da 
öz ilkin funksiyasını itirib, yerini verib portretə, 
özü isə tamam yeni keyfiyyətlərdə təzədən zühur edib. 
     MASKA  HƏDİR?  Maska həmişə ruhun tarixidir... 
Bədənlə maskanın,  əslində, heç bir əlaqəsi yoxdur. 
Maska ruhu gizlədir, onu qoruyur. Maska əcdadın 
simvoludur,  əcdad barəsində yaddaşdır. Maska həyat və 
ölüm, gerçəklik və virtuallıq arasında ötürücüdür. 
Maska transendent dünyaya eyhamdır. Maska ruhun 
yuvasıdır. 
     MAĞARA VƏ MASKA. Mağara sanki insana ana bətni 
əvəzinə verilmiş  təbii yuvadır. Mağara torpağın 
bətnidir. Makrodünyanın bətni kahalardır, 
mağaralardır. Bir vaxt insan mağara dışına çıxdıqda 
özünü hüdudsuz azadlıq içində sanıb həməncə  aşiq 
olmuşdu üzü göyçək dünyaya və gözü işlədikcə getmişdi 
uzaqlara cənnət sorağında. Sən demə, cənnət arxada 
qalıbmış, mağaranın özü cənnət imiş...  İnsan yaşadığı 
mağaradan uzaqlaşdıqca bilmişdi ki, üzü göyçək özgə 
dünya təhlükə ilə doludur, qorxu ilə doludur və lazım 
gələndə qaçıb mağarada gizlənmək, daldalanmaq imkanı 
olmayacaq. Bu an insan bilmişdi ki, qəribdi özgə 
dünyada, bilmişdi ki, ana kimi isinişdiyi 
mağarasından, öz sığınacağından həmişəlik məhrum olub. 
İnsan mağaranı itirmişdi, daha doğrusu, özünün 
toposfera “ana”sını itirmişdi. Real məkanın  ən sirli, 
ən vahiməli, ən tilsimli, ən mistik bölgəsi mağaradır
Mağara xəzinədir, elə bir xəzinə ki, burada ağla 
sığmayan var-dövlətlə birgə bilik cövhəri də 
saxlanılır. Mağaranın var-dövlətini daşımağa mifik 
düşüncə icazə vermir. Ancaq olar ki, bu xəzinəyə baxıb 
ibrət götürəsən, bilik cövhərinə yiyələnəsən, 
müdrikləşib gedəsən. 
Əksərən bu xəzinə bilik 
cövhərinin hər cür qiymətdən yüksək olduğunun 
bildiricisidir. Mağaraya oğru kimi girmək mümkün 
deyil. Çünki mağara elə  həmin an cəza verəcək, 
aparılan var-dövlətə görə qisas alacaq. Nağıllarda 
buna misal boydan. Niyəsi də bu ki, mağara ruhların 


 
11
yuvasıdır, müqəddəs bir yerdir, sakral enerji 
zonasıdır. Mağara ölümlə həyat, gerçəkliklə virtuallıq 
arasında, iki dünya arasında ötürücüdür, yoldur, 
məkandan məkana keçidin işarəsidir, bildiricisidir. 
Mif,  əfsanə, rəvayət və  hədislərə görə bir çox 
qəhrəmanları, peyğəmbər və müdrikləri (İbrahim, Musa, 
Muhamməd) məhz mağara təqiblərdən qoruyub, onlara qut, 
vergi, buta verib, ali müqəddəs mərtəbəyə yetirib. 
Deməli, mağaranın 
əsas funksiyası saxlamaqdır, 
qorumaqdır, hifz eləməkdir. O öz içini kiminləsə 
bölüşə bilər, qadın kimi doğa bilər: kimisə yaşadar, 
kimisə öldürər: sağ qalmağın, bilgiyə sahib olmağın 
şərti isə yalnız niyyət paklığıdır, mənəvi-əxlaqi 
qüsursuzluqdur. Niyyət pak olanda bütün xilas yolları 
məqbuldur. 
     Ana  bətni də eynilə mağara kimi bir şeydir: 
mağaranın mikromodelidir. Nə qədər qəribə və təəccüblü 
görünsə  də, maska ana bətninin və mağaranın bir sıra 
funksiyalarını özündə ehtiva edir: məsələn, saxlamaq, 
qorumaq, hifz eləmək və yaşatmaq funksiyalarını. Maska 
o nəsnədir ki, üzü örtür, məxfiləşdirir, qapayır; 
deməli, səni  ələ vermir, düşmənlərin gözündən 
yayındırır. Elə situativ maskaların şəcərəsi də mağara 
adamının (ana bətnindəki uşağın) özgə dünyaya 
reaksiyası ilə ilişiklidir. 
     Hərçənd burada da bir ayrı paradoks ortaya çıxır: 
maskalanmaq bacarıqla gizlənmək,  şəraitə, mühitə 
öyrəşib özünü tanıtdırmamaq deməkdir.  Üzü göyçək özgə 
dünya isə bunu heç kimə bağışlamır. Çünki Allah hər 
yerdə var və ondan gizlənmək olmaz. Maska isə öz 
gerçək məğzini məxfi saxlamaqdan ötrüdür. Maska şərti 
mağaradır, mağarada gizlənmiş insan deməkdir. Lakin 
mağaradan fərqli olaraq maska kollektivə yox, yalnız 
fərdə  məxsusdur.  Maska insanın fərdi mağarasıdır, 
mağara  əvəzidir, mağaranı simvollaşdırır.  Bu fərdi 
“mağara” nə qədər fenomenal olsa belə, yenə psixoloji 
sipərdən başqa bir şey deyil. Burada söhbət artıq, 
təbii ki, sosial maskadan gedir. Sosial maska 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə