Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə4/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   83
Leyli ve Mecnun

PE Y ĞƏMBƏRİN MERACI
Sən, ey mənalann meracı olan,
Sənin meracındır sonsuz asiman.
Yeddi xəzinəni açaraq bir dəm,
Dörd gövhər üstünə basmısan qədəm15. 
Sığmadın zamanın dar sinəsinə, 
Ucaldın göylərin son zirvəsinə.
Gecə qara bayraq tutduğu zaman 
Oldu qara atın mənzilə rəvan.
О vaxt qanad açdı sənin ayağın,
Göyün xəlvət yen oldu dayağın.
Bu fani dünyadan sən yüksələndə,
Sən, Ümmi-Haniyə qonaq gələndə16, 
Cəbrayıl gətirdi sənə şad xəbər,
Dedi: - Qulluğuna hazırdır göylər, 
Göylərdə mələklər səf-səf düzəlmiş, 
Bütün göy aləmi seyrinə gəlmiş.
Oyan, yuxu vaxtı deyildir, haray,
23


Sənin tək günəşə müntəzirdir ay. 
Yerini Ütarid bilməyəcəkdir17,
Sənin düşərgahın daha yüksəkdir. 
Şabaş sinisini qaldırmış Zöhrə18, 
Deyir: "Şərqbatacaq al şəfəqlərə". 
Günəş də incəlib olmuşdur hilal. 
Yolundan çəkilmiş sanki bir xəyal. 
Mərrix qulluqçudur yataq evinə19, 
Üzəngidən tutan uşaqdır sənə.
Müştəri yoluna doğandan bəri20 
Yanıb qamaşdınr yaman gözləri.
Key van qulağına halqa taxaraq21,
Qul kimi qaldırmış bir qara bayraq.
Bu cürə qullann köməyilə sən 
Getdiyin yollan xoş keçəcəksən.
Qədr gecəsidir bu gecə, tələs22 
Onun qədrini bil, gecikmə əbəs.
Bu gecə hüsnüdür əbədiyyətin,
Merac gecəsidir bu Məhəmmədin.
О gecə пэ qədər xoşbəxtdi, bilsən, 
Gündüz tək parladı ilk qədəmindən. 
Bu qara torpağa qoyub da pərgar, 
Gəzdin göy üzünü sən diyar-diyar. 
Ildınm "Buraq"ı, mindin dünyada23, 
Sənin gedişindən yumşaldı о da.
О bakir yaranan taxt iistımdə sən 
Bir səadət kimi açmışdın yelkən. 
Minib bu tək ata göylərdə çaxdın,
Cüt atlı razgan dalda buraxdın. 
Fələklər bağına giroıı zaman sən,
Ağlı, qırmızılı xoş meyvələrdən 
Qapına minlərcə salxım yollandı, 
Sənin gözündəydi eşqin son andı. 
Qalxanda göylərin yeddi qatına,
Nə pərçəm, пэ də bir tac qurdun ona24, 
Yırtıldı göylərinbulut qabağı,
Sınıb parçalandı ayın tabağı.
24


Tovus qanadlılar çıxıb göylərdən, 
Qarşında qol-qanad tökdülər birdən. 
Cəbrayıl səninlə gedə bilmədi25. 
Allaha tapşınb, yaxşı yol, dedi. 
Mikayıl yer verdi sənə başında26, 
Israfil qul kimi dumb qarşında27, 
Özünü kölgə tək ayağa saldı,
О da yan yolda yoralub qaldı.
Bir "Rəfrəf" səninlə mənzilə vardı28, 
O, "Sidrə" taxtına səni apardı29. 
"Sidrə"nin üstündon keçən zaman sən 
Hədis dəftərini yazdın əlinlən.
Yeddi qat göylərdən keçib yüksəldin, 
Yüksəlib эп uca zirvəyə gəldin. 
"Sübbuh" söyləyərək göy sakinləri30, 
Kölgəyin nurində çimdi min pəri. 
Ərşin çadınndan uçdun уепэ sən, 
Üzünü göstərdin yetmiş pərdədən. 
Çıxdın tərəflərin zülmətlərindən, 
Yüksəyin, alçağın zəhmətlərindən. 
Qurtardın paltann ağırlığından,
Tacı da, taxtı da atdın о zaman; 
Xeyməni götürüb iki aləmdən,
Tann gərdəyini eylədin vətən.
Həm böyük allahı ziyarət etdin,
Həm də haqq sözünün sirrinə yetdin. 
Sənin eşitməyin, bir də görməyin 
Ağıldan, idrakdan uzaqdır, yəqin. 
Açdın ürəyini sən sərin-sərin,
Adına layiqdir istədiklərin.
Verdi istəyini böyük yaradan,
Sən razı qayıtdın tann yamndan. 
Alnın nar gülü tək açıldı уепэ,
Kərəm fərmanını aldın əlinə.
Sənin xatirinə о böyük tann 
Əfv etdi biz kimi günahkarlan. 
Şahımız, kölgəndə tutmuşuq qərar,
25


Bizim bu dünyada пэ dərdimiz var! 
Sən bizə rah verən günəşsən artıq. 
Daima parlasan, biz də solmanq. 
Vicdanın m ürüw ət dənizidir, bil, 
N übüw ət göyləri sənin yerindir31. 
Sənsiz m ürüw ət də, göylər hakimi, 
Xalqa görünməzdi nübüw ət kimi. 
Səndən uzaq düşən hər kəs, hər nəfər 
Səadət üstündən bir qələm çəkər. 
Vəfa kəmərini belə bağlayan 
Düşməz əbədiyyət taxtından bir an. 
Baxıb Irəm bağı bu vüqanna,
Ətir хэгас verir raziganna.
Göylər baratını yazıb göylərə,
Bir xəzinə kimi qayıtdın ycro. 
Göyləri keçdiyin о sürətlə sən,
Nolar, Nizamiyə bir söz söyləsən. 
Çoxmu qalacaqsan sən bu niqabda? 
Çoxmu yatacaqsan о rəxti-xabda? 
Bir oyan, üzündən bu örtünü at, 
Şahını şahmatın taxtında oynat.
О yük dalındakı süfrəni göstər, 
Xəyalım aləmi pərdəsiz istər.
Iki ağ-qaranın rəngini sil sən,
Qaldır ziddiyyəti dörd təbiətdən.
Iki vəfasızın əhdini bir et,
Bu dörd ayaqlını özün əlbir et32. 
Həyatı kəmalə verəndən bəri 
Həll etdin aləmdə çətinlikləri. 
Nafəndən küləyə bir ətir versən33, 
Bizə də pay düşər bu nemətindən. 
Əzəl lövhəsini bilirsən əzbər,
Ondan bir ауэ də bizimçin göndər. 
Zəhmətsiz tapdığın elmdən bir az 
Bizim də dəftərə öz əlinlə yaz.
Biz kimik, nəçiyik, aç göstər artıq, 
Büt qayıranmıyıq, büt qıranmıyıq34.
26


Ey mənim işimi düzəldən qüdrət, 
Sənsən Nizaminin qəlbinə qüwət. 
Könül, gəl bununla qənaət elə!
О böyük tanndan şəfaət dilə!
Taki bu pərdəni almasın bizdən,
Bu pərdə qalxmasın heç üzümüzdən.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə