Microsoft Word Kültür Evreni sayı. doc



Yüklə 43,25 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü43,25 Kb.
#5579


KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



301 

 

 



 

 

 



QURAN AYƏLƏRİNİN İSRAİLİYYAT XƏBƏRLƏRİNƏ 

İSTİNADƏN TƏFSİR EDİLMƏSİ (AÇIQLANMASI) 

 

INTERPRITATION OF KORAN VERSIONS BASED ON 

ISRAILIYYAT NEWS 

 

Elnur Təvəkküloğlu ƏLİYEV

٭

 

 

 

Özet 

Bu yazıda rivayet tefsirinin yazılması zamanı ortaya çıkan bazı problemlerden 

bahs edilmiştir.  Şu problemlərdən biri olarak İsrailiyyat haberlerinin rivayet 

tefsirinə dahil edilmesi gösterilmiştir. 

Buna ilave olarak, araştırdığımız bu konuda İsrailiyyat kelimesinin anlamı, 

nevileri və ilk defa israiliyyat haberlerini kullanan şahıslar hakkında söz edilmiştir. 

Sonuçta, genellikle, bu biçim haberleri kullanmanın doğru olup-olmamasından 

bahs edilərək konu sona sonuçlandırmaktadır. 



Anahtar kelimeler: Kuran-ı Kerim, Hazreti Peygamber ve Ahli-Beyti`nden 

nakl edilen hadisler, İsrailiyyat haberleri, tefsir. 



 

Summary 

The difficulties occurred during the writing of the legend commentary have 

been here debated. As one of these difficulties the including of israiliyyat news to 

the legend commentary has been shown. 

                                                 

٭

 Bakı Dövlət Universiteti, İlahiyyat Fakültəsinin aspirantı 




KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

302 

Besides, in the research the meaning of the word israiliyyat, its kinds and the 

persons firstly touched to this theme were talked about. Consequently, the theme 

was ended by talking about the right choice of using such kinds of news. 

Key words: Korani-Kerim, The hadiths talked by Prophet and his Ali-Beyt, 

Israiliyyat news, Tafsir (Interpritation of Koran) 

 

 

İlk olaraq qeyd etmək istəyirəm ki, Qurani-Kərimi rəvayətlər vasitəsilə  təfsir 



edərkən bir sıra çətinliklərlə üzləşilir. Həmin çətinlikləri aşağıdakı kimi 

qruplaşdırmaq mümkündür: 



1. Saxta hədislərin və uydurma rəvayətlərin (yaxşı məqsədlə olsa belə) təfsirə 

daxil edilməsi; 



2.  Həzrət Peyğəmbər və  Əhli-beytə  (ə.s) isnad edilən ravilər zəncirinin 

tamamilə olmaması; 



3. Quran ayələrinin israiliyyat deyilən xəbərlərə istinad edilərək açıqlanması. 

Sadaladığımız bu səbəblərin hər biri öz-özlüyündə rəvayət təfsirinin zəifləməsi 

və etibardan düşməsi üçün mühüm rol oynamışdır. Rəvayət təfsirinə olan etibarın 

zəifləməsində rolu olan səbəblərdən sonuncusu israilyyat adlanan xəbərlərdir. Belə 

xəbərlər daha çox Quranın qissələri izah və  bəyan edilərkən təfsirə daxil 

olunmuşdur. Rəvayət təfsirinin zəifləməsində bu xəbərlərin hansı rolu oynadığını 

araşdırmazdan qabaq israiliyyat kəlməsinin lüğəvi və istilahi mənalarına, həmçinin 

onun növlərinə nəzər salmaq lazımdır. 



İsrailiyyat xəbərləri 

İsrailiyyat xəbərlərinin nə olduğunu yaxşı başa düşmək üçün ilk olaraq 

“israiliyyat” kəlməsinin nə demək olduğunu, onun hansı mənada işləndiyini bilmək 

lazımdır. Bunun üçün də,  əvvəlcə, həmin kəlmənin lüğəvi mənasına, sonra isə 

istilahi mənasına nəzər salaq. 

Lüğəvi mənası 

İsrailiyyat kəlməsi “israiliyyə” kəlməsinin cəmidir. Bu söz ərəb kəlməsi olub, 

yəhudilikdən nəql edilən əslsiz xəbərlər mənasında işlənir. 

İstilahi mənası 

İsrailiyyat sözünün istilahi mənasına gəlincə, bu kəlmə “yəhudilik, xristianlıq 

və digər dinlərdən  İslam mədəniyyətinə, xüsusilə  də Quran təfsirinə daxil olmuş 

qeyri islami məlumatlar” mənasını ifadə edir (Dəmirçi 2003/133). 

 

 



KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



303 

Növləri 

İsrailiyyat İslam dininə uyğun olub-olmamaq baxımından iki yerə bölünür: 



1. Nəqli caiz olmayan xəbərlər 

İsrailiyyat xəbərlərinin bu qismi əksəriyyət təşkil edir ki, bu növ israailiyyat 

xəbərlərinin nəql olunmasına icazə verilməyib. Bu barədə Peyğəmbərimiz (s.ə.a.s) 

buyurub: 



“Əhli-kitabdan heç bir şey soruşmayın, yollarını azmış olan bu insanlar sizi 

əsla doğru yola yönəldə bilməz.” (Əhməd/378) 

2. Nəqli caiz olan xəbərlər 

İsrailiyyat xəbərlərinin ikinci qismi isə  nəqli caiz olan israiliyyat xəbərlərdir. 

İsrailiyyat xəbərlərinin bu qismini nəql etməyə icazə verilməsinə sübut və  dəlil 

həzrət Peyğəmbərdən rəvayət olunan bu hədisdir: 



“Bəni-İsraildən rəvayət nəql edin. Bu işdə sizin üçün bir maneə yoxdur.” (Əl-

Buxari/50; Termizi/13) 

Təbii ki, həzrət Peyğəmbərin nəqlini caiz bilmədiyi (nəql olunmasına icazə 

vermədiyi) israiliyyat xəbərləri  İslam dininə uyğun gəlməyən xəbərlərdir. 

Peyğəmbərimizin nəql olunmasını caiz bildiyi xəbərlər isə  İslama zidd olmayan 

xəbərlərdir ki, bunların bir qismi həm Qurani-Kərimdə mövcud olan, həm də o 

Həzrətin ağzından vəciz bir üslubla nəql edilən xəbərlərdir. Belə  xəbərlərin nəql 

edilməsi isə müsəlmanların yaxın keçmişi bilmələri və o dövrdə baş verən 

hadisələrdən ibrət dərsi götürmələri hədəfini daşıyır. Lakin İslam peyğəmbərinin 

nəqlini caiz bildiyi israiliyyat xəbərləri barəsində buyurduğu sözü və bunu tətbiq 

etməsi getdikcə  səhv başa düşülərək Quranın ruhuna və  ağıla uyğun olub-

olmamasına diqqət edilmədən bir çox israiliyyat xəbərlərinin nəql olunması bir 

həqiqətdir. Halbuki, Peyğəmbərdən bu barədə  nəql olunan hədis yalnız və yalnız 

İslam dininə zidd olmadığına  şəkk-şübhə edilməyən israiliyyat xəbərlərinin nəql 

edilməsinə icazə vermişdir. Belə ki, din və şəriətimizə uyğun olmayan və ya uyğun 

olmasında şübhəli bilinən xəbərlərin də nəql edilməsi tamamilə qadağan edilmişdir. 

İslama müxalif olmamaqla bərabər rəvayət edilməsində hansısa bir faydası 

olmayan israiliyyat xəbərlərinin nəql olunması da düzgün deyildir. Belə olduğu 

təqdirdə, mümkün olduğu qədər gərək bu növ israiliyyat xəbərlərindən də 

uzaqlaşılsın ki, bəlkə bu yolla israiliyyat xəbərlərinin kölgə  gətirdiyi rəvayət 

təfsirinə etimadı  təzədən bərpa etmək baxımından mühüm bir addım ola bilər. 

Çünki bir çox müfəssirlər təlif etdikləri əsərlərdə müsəlmanlar üçün heç bir faydası 

olmayan məlumatlara mühüm bir yer ayırmaqla mövzu çərçivəsindən tamamilə 

kənara çıxaraq  əsl məqsəd və  hədəfdən yayınmışlar. Ki, bu da, rəvayət təfsirini 

onun mötəbərliyinin aradan getmə  təhlikəsi ilə üz-üzə qoymuşdur. Belə  təfsirlərə 

diqqətlə  nəzər saldıqda görürük ki, burada müsəlmanlar üçün hansısa bir xeyri 

olmayan xüsuslara yer ayırılmışdır. Məsələn, Qurani-Kərimin “Kəhf” surəsinin bu 



KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

304 

növ təfsirlərində  “Əshabi-kəhf”in

12

 adları, onların arasından yemək üçün bir qida 



almağa gedən şəxsin adı, alınan qidanın, ərzağın miqdarı və növü və buna bənzər 

bir çox lazımsız, mövzu ilə  əlaqəsi olmayan əşyalar haqqında danışılmışdır. 

Məsələn, “Əshabi-kəhfin” iti ilə bağlı rəvayətlər nümunə olaraq misal çəkilə bilər: 

-  Əshabi-kəhfin iti bir çobana aiddir, (İbnul-Cövzi,5/126;  Əl-Qurtubi,10/370) 

yaxud  Əshabi-kəhfdən birinin iti idi (Əl-Qurtubi,10/370) və yaxud hökmdarın 

mehtərinin iti idi (Təbəri, 15/214). 

- Həmin itin adı Qitmir, Ərraqim,  Əlvasit, Humran, Qutmur, Muşir, Bəsit, 

Səhya, Nəqya, Rəyyan və yaxud Qitfir idi. (Aydəmir/170) 

- İtin rəngi ala yaxud sarı rəng, başı ala üst hissəsi qara rəng, qarın hissəsi ağ 

rəng, quyruğu ağla qaranın qarışığı idi. Ala rəngində və yaxud da daş rəngində idi. 

(Aydəmir/171) 

- İtin cinsi adi bir it və yaxud Çin iti idi. Yaxud da bu it deyildi, əhilləşmiş bir 

aslan idi. (Aydəmir/171) 

Qeyd olunanlara diqqət yetirsək, görərik ki, Mütəal Allahın Qurani-Kərimdə 

ibrət məqsədilə bəzən çox qısa şəkildə təmas etmiş olduğu mövzular belə olduqca 

müfəssəl  şəkildə verilərək genişlədilmişdir.  Əhli-kitabdan  əldə edilən və ya 

qissələrlə  məşğul olan şəxslər tərəfindən bu hekayələr getdikcə müsəlmanlar 

arasında yayılmış, daha sonra isə bu hekayələr təfsir kitablarına daxil edilmişdir. 

Bir sözlə, bütün bu növ rəvayətlər insanları Qurani-Kərimin mənəvi ruhundan və 

onun çatdırmaq istədiyi ibrət dərsindən uzaqlaşdırmıışdır. 



 

İsrailiyyat xəbərlərini ilk dəfə nəql edən şəxslər 

Mənbələrin verdiyi məlumata  əsasən israiliyyat xəbərlərini ilk dəfə Abdullah 

ibn Səlam, Qəbul-əhbar, Vəhb ibn Münəbbih və İbn Cüreyc kimi bə zi şəxslər nəql 

etmişlər. Bunlar əvvəli yəhudi və xristian olub sonradan müsəlmanlığı qəbul etmiş 

və Tövratla İncilə yaxından bələd olan şəxslərdir. İlk dövrlərdə səhabələr Qurani-

Kərimdə müfəssəl şəkildə verilməyən bəzi qissələrin təfsilatı barəsində bu şəxslərə 

suallar vermişlər. Onlardan aldıqları cavablar vasitəsilə  əldə etdikləri məlumatı 

tabiuna nəql etmişlər. Tabiun isə  səhabələrdən aldıqları bu məlumatlara  Əhli-

kitabdan soruşub öyrəndiklərini də əlavə edərək israiliyyat xəbərlərinə bənzəyən bu 

məlumatların çərçivəsini daha da genişləndirmişlər. Tabiun Quranı əvvəldən axıra 

kimi ayə-ayə  təfsir edirdi. Məhz buna görə  də  təfsirdə yaranan boşluqları 

israiliyyata oxşar xəbərlərlə doldurmaq onlar üçün demək olar ki, bir çıxış yolu 

rolunu oynayırdı. Həmin dövrdə  təfsirin yəhudilik və xristianlıq haqqındakı 

xəbərlərlə dolu olmasının səbəbi də  məhz bunda idi. Bu xəbərlərin bir hissəsi 

yuxarıda adlarını çəkdiyimiz bəzi “səmimi müsəlmanlar” tərəfindən nəql edimişdir. 

Lakin Əhli-kitabdan bəziləri İslamı məhv etmək və ya zəiflətmək məqsədi ilə iman 

pərdəsi altında müsəlmanları içəridən yıxa biləcək bir çox uydurma xəbəri onun 

                                                 

12

 Mağara əhli 




KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



305 

bünyəsinə daxil etməyə çalışmışdır. Belə olduqda, görəsən, müfəssir israiliyyat 

xəbərləri qarşısında hansı mövqeni tutmalıdır ki, bu ziyankar və təhlükəli xəbərləri 

təfsirdən uzaqlaşdıra bilsin? 



 

İsrailiyyat xəbərlərinin təfsirə daxil edilməsi 

Məlum olduğu kimi Mütəal Allah Qurani-Kərimin müxtəlif surələrində keçmiş 

qövmlərdən və onların peyğəmbərlərindən bəhs edən çoxlu sayda qissələr 

vermişdir. Allah təala həmin qövmlər haqqında olan qissələri hələ Qurani-

Kərimdən  əvvəl nazil etdiyi müqəddəs Tövrat və  İncil kitablarında da qeyd 

etmişdir. Lakin Quran qissələri ilə Tövrat və İncildəki qissələr arasında “icmal”

13

 

və “təfsil”



14

 baxımından müəyyən fərqliliklər mövcuddur. Qurani-Kərim heç bir 

zaman, məkan və  şəxsin adını  çəkmədən, yəni, hər hansı bir qissə haqqında 

təfsilatıyla danışmadan həmin qissələr barəsində insana onun ehtiyac duyduğu 

qədər məlumat verir. Çünki Quranın məqsədi insanlara tarix haqqında məlumat 

vermək deyil, onların həmin qıssələrdən ibrət almasını  təmin etməkdir. Halbuki, 

Tövrat və  İncildəki qissələr təfsilata yer verilmişdir. Məsələn, Tövratda mövcud 

olan Adəmin (ə.s) qissəsi eyni zamanda Qurani-Kərimdə  də bir neçə surədə zikr 

edilmişdir. Bu surələr arasında Adəm (ə.s) haqqında  ən uzun şəkildə  məlumat 

verilən qissələrdən biri “Bəqərə” surəsi, digəri isə  “Əraf” surəsidir. Bu iki surəni 

diqqətlə  nəzərdən keçirdikdə görürük ki, burada nə  cənnətin təsviri verimiş, nə 

həzrət Adəm və yoldaşı  Həvvanın yaxınlaşmaqları qadağan edilən ağacın növü 

məlumat verilmiş, nə də Adəmin (ə.s) və yoldaşının cənnətdən çıxarıldıqdan sonra 

məskunlaşdıqları yerlə bağlı hansısa bir məlumat verilmişdir. Lakin Tövratda 

mövcud olan Adəm qissəsində geniş və müfəssəl şəkildə məlumat verilərək bütün 

bu xüsuslara aydınlıq gətirilmişdir. Məsələn, Tövrat bu hadisəni izah edərkən 

yalnız həmin hadisənin baş verdiyi cənnətin “Ədn cənnəti”, yaxınlaşılması qadağan 

olan ağacın “həyat ağacı” olduğunu zikr etməklə kifayətlənməyib, hətta Allah 

təalanın onları  cənnətdən qovduqdan sonra yerdə süründürmək və torpaq 

yeritməklə onlardan intiqam aldığını da qeyd edir. 

Bütün bu məlumatların Qurani-Kəirmdə  təfsilatı ilə verilməməsi bu 

məlumatları  əldə etmək marağında olan alimləri Quran qissələrində mübhəm və 

yaxud qısa  şəkildə zikr edilmiş bu və buna bənzər xüsusların geniş  şəkildə 

araşdıraraq onları  təhqiq etməyə sövq etmişdir. Beləliklə, səhabələr zamanından 

başlayan israiliyyat xəbərlərini nəql etmə fəaliyyəti tabiun dövründən etibarən daha 

da inkişaf edərək müfəssirləri hər hansı bir təhqiqat aparmadan Əhli-kitabdan 

müxtəlif rəvayətlər nəql etməyə aparıb çıxarmışdır. 

Sonda bunu bilmək lazımdır ki, əlinə  qələm götürüb təfsir yazan hər bir 

müfəssirin öhdəsinə düşən ilk vəzifə bu cür xəbərlərdən uzaq olmağa çalışmaqdır. 

Çünki  əgər həqiqətən də, bu xəbərlərin qeyd edilməsində  hər hansı bir fayda 

                                                 

13

 Qısa şəkildə, təfsilatını vermədən 



14

 Geniş və müfəssəl şəkildə olmaq 




KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

306 

olsaydı, Allah təala həmin xəbərlərə Qurani-Kərimdə müəyyən bir yer ayırardı. 

Buna görə  də  bəzi mücməl ifadələrin Quran və  hədislər vasitəsilə açıqlana 

bilinmədiyi təqdirdə belə  çıxış yolu Əhli-kitabdan rəvayət nəql edilməsində 

görünməməlidir (Dəmirçi/138). Lakin bir müfəssir əvvəlki təfsirlərdə mövcud olan 

israiliyyat xəbərlərinin zərərindən oxuyucuları qorumaq üçün bu xəbərləri nəql 

etmə  məcburiyyətində qaldığını hiss edərsə, bəlkə bu zaman belə  rəvayətlərə yer 

verə bilər. Təbii ki, bu vəziyyətdə belə onların  İslama və  ağla zidd olması sübut 

olunaraq qeyd edilməlidir. 



 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

1. Möhsün Dəmirçi, “Təfsir tarixi”, 2003, İstanbul, 296 səh. 

2. Əhməd ibn Hənbəl, “Əl-Müsnəd”, tarixsiz, Beyrut 

3. Əl-Buxari, “əl-Camius-səhih”, tarixsiz, İstanbul 

4. İbnul-Cövzi, “Zadul-məsir”, 1384/1964, Dəməşq 

5. Əl-Qurtubi, “Əl-Camiu liəhkamil-Quran”, 1405/1985, Beyrut 

6. Təbəri, “Camiul-bəyan ən təvilil-Quran”, 1325, Beyrut 

7. Abdullah Aydəmir, “Təfsirdə israiliyyat”, tarixsiz, Ankara 

8. Termizi, “Əl-Camius-səhih”, trxz, İstanbul 

 

  



 

Yüklə 43,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə