38
cədid, Zəbur, tövrat və incilin çoxsaylı nüsxələri qorunub saxlanılmışdır.
Azərbaycanın şimalında xəzərlərin
yəhudiliyi qəbul etməsi, qərb hissəsində
Albanların xristian olması, cənubluların atəşpərəstliyi, eləcə də müsəlman
əhalisinin mövcud olması, böyük tarixi dövrdə kitab məhsulunun istehsalında,
mühafizəsində və istifadəyə verilməsində heç bir problemlə qarşılaşmamışdır.
Müasir dünyada kitabxanaların sənədli informasiyanın komplektləşdirilməsi,
saxlanılması və təqdim edilməsi formaları daha sürətlə transformasiya olunur.
Bu problemi tədqiq etmiş prof. Yuri Qrixanovun bir sıra fikirləri ilə
polemikaya girmək olar. Transformasiya prosesi son iki min il ərzində sistemli
olaraq baş vermişdir və kitabxana sənəti bu prosesə daima uyğunlaşmış və onu
idarə etməyə çalışmışdır. Kitabxana-informasiya
sistemlərinin inkişaf
strategiyasını müəyyənləşdirən elmi konsepsiyalara mane olan ideoloji, milli
və dini komplekslər tarix boyu özünü göstərmişdi. Əgər nəzərə alsaq ki, bu gün
də inkişaf etmiş ölkələrdə nəinki istifadəyə, hətta kataloqlaşmaya bağlı olan
kitabxana fondları mövcuddur, informasiyanın manipulyasiya olunması
cəhdləri orta əsrlərdə olduğundan daha geniş aktuallıq kəsb edir. Bu zaman
məlumatın və məlumat daşıyıcısının mötəbərliyi məsələsi ön cərgəyə çıxır.
Düşünürük ki, kitabxana xidmətinin demokratikliyi prinsiplərinə
kitabxanaşünaslıq nəzəriyyəsində yenidən baxılmalıdır.
Biliklər cəmiyyətini
səciyyələndirən informasiya mühitidir. Prof. Mixail Onenkov öz məqaləsində
yazır: “İnformasiya mühitinə təsir etmək – mədəniyyətə, biliklər sənayesinə və
incəsənət sahəsinə təsir etməkdir”. (Kitabxanalar biliklər cəmiyyətində. Bakı,
2006.- 353 səh.). Tədqiqatçının bu fikrinə siyasət anlayışını da əlavə etmək
düzgün olardı. Kitabxana tarixindən əldə etdiyimiz təcrübə göstərir ki,
informasiya mühitinə təsir fraqmental informasiya, informasiyanın
manipulyasiyası, dezinformasiya şəklində təzahür edir. Deməli,
informasiya
mühitinin də keyfiyyəti vacib amildir. Bu problemin daha detallı analizə
ehtiyacı var. Biliklər cəmiyyəti informasiya mühitini vaxtaşırı test etməli və
demokratik, sənədli məlumat inteqrasiya mexanizmləri tətbiq etməlidir. Dünya
kitabxanaları tarixində kitabxana fəaliyyətinin demokratik ənənələrini
öyrənərək onlara birmənalı qiymət vermək bu istiqamətdə faydalıdır.
Ş.Ranqanatanın XX əsrin əvvəllərində müəyyənləşdirdiyi kitabxana elminin
beş yeni qanunu qeyd edildiyi kimi artıq maksimaya çevrilmiş mücərrəd
yanaşmadır. Məsələn, «hər oxucunun öz kitabı var» və ya «hər kitabın öz
oxucusu var» maksimasını kitabxanalar hansı texnologiyalar hesabına
müəyyənləşdirir. Bu gün oxucu məlumat axtarışında tam müstəqildir. Mötəbər
məlumat mənbəyi və mötəbər məlumat əldə etmək istiqamətində müasir
kitabxana praktikasında kifayət qədər problem var.
Demokratik olmayan dövlətlərdə (orta əsrlərə də aid edilə bilər)
kitabxana
xidmətinin demokratikliyindən danışmaq olarsa, demokratik üsul ilə idarə
edilən bir siyasi sistemdə qeyri-demokratik kitabxana xidməti də mövcud ola
39
bilir. Belə halları sübut etmək üçün xeyli nümunələr mövcuddur.
Kitabxanaşünas alim R.Kazımov bu problemlə əlaqədar qeyd edir ki,
kitabxanaçılıq fəaliyyətində ideoloji amil həmişə mövcud olub, çünki
demokratiya özü də ideologiyadır. Bununla razılaşmamaq çox çətindir.
Kitabxana tarixindən əldə olunmuş məlumatlar müəyyən edir ki, hələ çox
qədim zamanlardan konkret mövzularda və ya konkret müəlliflərin kitabları
toplanaraq yandırılıb və bununla da kitabxananın məlumatı zamana
ötürmək
funksiyası məhdudlaşdırılıb. Eləcə də konkret müəllifin və konkret
mövzularda yazılmış əsərlər dəyişdirilərək zamana dezinformasiya ötürmək
cəhdləri kitabxanalarda həyəta keçirilmişdir. Fikrimizi inkişaf etdirərək müasir
dövrdə geniş PR texnologiyaları tətbiq edərək dünyaya dezinformasiya yaymaq
ənənəsinin də mövcud olmasını qeyd edək. Kitabxanalar mövcud informasiya
küyündə fondun formalaşması və xidmətin təşkilində mənbəyin və məlumatın
mötəbərliyinin müəyyənləşdirilməsi problemini həll etməlidirlərmi? Yoxsa bu
kitabxana siyasətinin həyata keçirilməsindəki demokratik prinsiplərə ziddir?
Bir sıra kitabxanaların təcrübəsində «bizə aid həqiqətlər və ya aid olmayan
həqiqətlər Anlayışları bu gün də mövcuddur.
Düşüncələrimizi ümumiləşdirərək diqqəti son 50 ildə SSRİ məkanında
dövriyyəyə daxil olmuş kitabxana tarixi ilə əlaqədar
tədqiqat işlərinə, xüsusilə
də dərslik və tədris ədəbiyyatı kimi tövsiyə olunan mənbələrə cəlb etmək
istəyirik. Bu mənbələr dünya kitabxana mədəniyyətini və ənənələrini nə qədər
düzgün ifadə edə bilir? Müxtəlif xalqların, dövrlərin, hətta dini cərəyanların
dünya sivilizasiyasına gətirmiş olduğu kitabxana mədəniyyətinin xarakteri,
xüsusiyyəti, mahiyyəti, ənənələri nə dərəcədə real mənzərəni ifadə edir? Bəlkə
də bugünkü kitabxanaşünaslıqda bir çox problemlər
tarixi ənənələrə düzgün
qiymət verməmək, bəzən də vermək istəməməyimizdən qarşıya çıxır. Sovet
məkanında kitabxana tarixi problemlərini öyrənən, kitabxana tarixində
ənənələri araşdıran və kitabxana işinin tarixi təkamülünü tədqiq edərək ilk dəfə
tarix elmləri doktoru olmuş professor A.A.Xələfovun elmi irsinə diqqəti cəlb
etmək istəyirik. Əsərləri ilə nüfuzlu bir məktəb yaratmış alim ilk dəfə
kitabxanaların bəşəri funksiyasını qeyd etmiş və öz tədqiqatlarında coğrafi
sərhədlərlə məhdudlaşmamışdı.
Tarixi təcrübəni öyrənmək tarixi faktları manipulyasiya
etmək və ya tarixi
mənzərəni saxtalaşdırmağa motivasiya etmək üçün deyil, ondan təkamülün
növbəti mərhələsi üçün düzgün nəticələr çıxarmaq baxımdan faydalıdır.
Kitabxana tarixinin bizə verdiyi geniş məlumat kütləsi bizə əsas verir ki,
kitabxana təsnifatına yeni terminologiya daxil edək; Demokratik kitabxanalar
və demokratik olmayan kitabxanalar və ya bu fikri ifadə edə biləcək başqa bir
termin.