10
məktəbi bitirməsə də, təhsilini şəxsi mütaliə yolu ilə artırmış,
ərəb və fars dillərinə yiyələnmiş, bu dillərin sayəsində İslam
tarixini, həmçinin Şərq ədəbiyyatını, xüsusilə klassik
Azərbaycan poeziyasını mənimsəmişdir. Nadimin oğlu
mərhum
Məhəmməd
Abdullayev
atası
haqqında
aşağıdakıları
xatırlayır:
“Atam
Nehrəm
kəndinin
mollaxanasından və şəxsi mütaliəsi ilə ərəb və fars dillərini
mükəmməl öyrənmişdi. Nizamini, Füzulini, Sədini, Hafizi,
Xəyyamı, Nəvaini çox oxuyardı. Nizaminin farsca əsərləri,
Qumrunun, Racinin kitabları atamın kitabxanasında
saxlanılırdı. Lakin atamın vəfatından sonra 1930‐cu illərdə
ərəb əlifbası ilə yazılan kitabları evlərdə saxlamaq qadağan
edildiyi üçün qorxudan o kitabların hamısını başqaları kimi
biz də yandırdıq. Çox güman ki, atamın əsərləri də elə o
zamanlar itib‐batdı. Sonralar dini şeirlərini və qəzəllərinin
bir qismini tapıb Əlyazmalar fonduna verə bildim...”
Hüseyn Nadim Naxçıvani həddindən artıq vətənpərvər
bir şəxs olmuşdur. Şairin oğlu Məhəmməd Abdullayevin
arxivində olan və yazılı şəkildə mühafizə olunan sənədlər
sübut edir ki, Nadim 1918‐1920‐ci illərdə daşnak Andronikin
“Böyük Ermənistan” yaratmaq xülyası ilə Naxçıvana, şairin
doğma kəndi Nehrəmə və Ordubad ərazilərinə basqınını öz
gözləri ilə görmüş və daşnakların hücumunu dəf etmək üçün
yaradılan partizan dəstəsinin tərkibində vuruşmuşdur. O
zaman türklər bu xəbəri eşidir və öz ərazilərindən
ermənilərə top atəşi atırlar. Andronik türk topunun səsini
eşidən kimi türklərin bizə köməyə gəldiyini başa düşür və
qoşunlarını Naxçıvandan çıxarır. Bu hadisədən sonra
erməni‐daşnaklar fürsət tapan kimi Naxçıvana hücum
edərmişlər. Nəhayət, 1920‐ci ildə ermənilər Naxçıvanın
Ordubad və Tivi ərazilərinə hücum edirlər. Hüseyn Nadim
11
Ordubadın Ələngəz dağı ətrafında gedən döyüşlərdə
yaralanır. Vətənpərvər şair elə bu yaranın nəticəsində 1927‐ci
ildə vəfat etmiş və böyük izdihamla Nehrəm məzalığında
torpağa tapşırılmışdır.
* * *
Qeyd etdiyimiz kimi, Hüseyn Nadim o qədər də xoş
güzəran keçirməmişdir. Atasının vəfatından sonra Nadim
Nehrəm kəndində kiçik bir çayxana açmış və həmin
çayxananın cüzi gəliri ilə dolanmışdır. Deyilənlərə görə,
Nadimin çayxanası şeir‐sənət adamları ilə dolu olarmış.
Culfa və Ordubaddan bir sıra şeir həvəskarları və şairlər
gəlib Nadimlə şeirləşər, Nadim də tez‐tez Ordubada gedib
ədəbi məclislərdə iştirak edərmiş...
...”Əncümənüş‐şüəra” ədəbi məclisinə Hacağa Fəqir,
Məhəmməd Tağı Sidqi, Molla Hüseyn Bikəs, Usta Zeynal
Nəqqaş, Məşədi Həsən Dəbbağ, Məhəmmədqulu Salik, Mir
Əbdürrəhim Qüdsi Vənəndi, Mirzə Mehdi Naxçıvani kimi
ustad sənətkarlar toplaşardılar. Təbii ki, ədəbi mühit
olmadan ədəbiyyatın inkişafından söhbət gedə bilməz.
“Əncümənüş‐şüəra” ədəbi məclisinin və bu məclisə yığışan
ustad sənətkarların da Nadimin yaradıcılığına təsiri
danılmazdır. Yeri gəlmişkən, Nadimin yaradıcılığında Bakı
və Qarabağ ədəbi mühitinin də təsiri duyulmaqdadır. Bu da
onu göstərir ki, XIX‐XX əsrlərdə Azərbaycanda fəaliyyət
göstərən ədəbi məclislərin bir‐biri ilə sıx əlaqələri olmuşdur.
Mərhum tədqiqatçı alim Nəsrəddin Qarayev “XIX əsr
Azərbaycan ədəbi məclisləri” adlı kitabında yazır ki:
“ömrünün son illərində Hacağa Fəqirin gözləri tutulur. Bu
zaman onun dediyi şeirləri dostu Sidqi yazıb toplayırdı.
Məclis üzvlərindən Bikəs və Nadim də bu işdə ona kömək
12
edirdilər. Çox güman ki, Fəqirin əldə olan əsərlərini də
vaxtilə onlar toplamışlar”.
1
Hüseyn Nadimin qəzəllərindən danışarkən, şairin
klassik üslubda yazılmış aşiqanə‐lirik qəzəlləri ilə yanaşı,
dini‐ictimai motivli qəzəllərini də xüsusi qeyd etməliyik.
Vətən və millətin taleyi, din və əqidə təəssübkeşliyi, insaf və
ədalət axtarışları Nadim qəzəllərinin əsas leytmotivini təşkil
edir:
Yox bircə kəs xilas edə bu nardən bizi,
İmdad edən yoxdı bu biçarə millətə.
İslamdən kənar eləsün bu bəlaləri,
Olsun müin zəmanədə dilparə millətə...
... Mən Nadiməm, zəmanədə millət cünuniyəm,
Ağlar gözüm həmişə bu biçarə millətə!
Nadim Əhli‐Beyt (ə) aşiqi olduğundan dəfələrlə Kərbəla
və Məşhəd ziyarətinə getmiş, İmamların qəbrini ziyarət
etmişdi. Lakin o həm də bir Füzuli aşiqi idi. Kərbəla
ziyarətində olarkən dahi Füzulinin məqbərəsi önündə
yazdığı qəzəl buna bariz nümunədir:
Füzuli, dur əyağə, qəmə giriftarəm, ağlaram,
Dəstgirəm sənüntək ruzgardə, xarəm, ağlaram.
1
Nəsrəddin Qarayev. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, Nurlan,
2010
13
Qəbrün üstə baş əydim, qüssədən qanla dolub könlüm,
Solub gülistandə güllərim, səntək zarəm, ağlaram.
Cismi‐pakun xak olubdur türbəti‐Kərbübəladə,
Lal oldı dilim, yox bir sözüm, əzadarəm, ağlaram.
Eşq eyləyübdi dərbədər bimunisü yar Nadimi,
Kəhrəba kimi soldı gül yüzüm, biyarəm, ağlaram.
Qəzəlləri ilə yanaşı, Nadimin qəsidələri, növhə və
sinəzənləri, dini‐ictimai məzmunlu şeirləri, satiraları da
mövcuddur. Lakin qeyd edildiyi kimi, şairin ədəbi irsinin
çox hissəsi itib‐batdığından əldə olan şeirləri içərisində
növhə və sinəzənlər çoxluq təşkil edir.
Hüseyn Nadim Naxçıvani son dərəcə İslam dininə
bağlı, imanlı, etiqadlı bir şəxs olmuşdur. Oğlunun
söylədikləri də bunu təsdiq edir: “Atam həddindən artıq
dindar idi. Kərbəla müsibətlərini nəzmə çəkərdi”. “Əfv elə”
adlı şeirində yazır:
Şahid ol iqrarimə, mən ol Xəlilə millətəm,
Ənbiya xətmi Rəsuli‐rəhnümayə ümmətəm,
Şiəyəm, çünki Əmirəlmö`mininə rəyyətəm,
∗
Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə!
Cə`fəriməzhəb, Xuda, Qur`an kitabimdür mənim,
Yox səadət min günah yazsa, əzabimdür mənim...
∗
Rəiyyətəm
Dostları ilə paylaş: |