Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə4/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   2   3   4   5   6   7   8   9   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
12
respublika rəhbərliyi xarici iqtisadi-ticarət siyasətində müstəqillik meylləri 
güclü idi. 1921-ci ilin aprelin 26-da gömrük idarəsinə  rəhbərlik edən 
Azərbaycan SSR XXTK-nin bilavasitə Zaqafqaziya XXTK-nin tərkibinə 
daxil edilməsi respublika rəhbərliyinin xarici ticarət  əlaqələri və gömrük 
münasibətlərinə təsir dairəsini tamamilə məhdudlaşdırdı.  
Cümhuriyyətin hakimiyyət strukturlarını dağıtmaq məqsədi ilə ölkənin 
hər yerində yaradılan  İnqilab Komitələrinə fövqəladə  səlahiyyətlər verildi. 
Sovet Azərbaycanının iqtisadiyyatının idarə edilməsi sahəsində növbəti 
addımlardan biri 1920-ci il mayın 2-də Azərbaycan SSR Xalq Sənaye və 
Ticarət Komissarlığının kollegiyasında respublika Xalq təsərrüfatı Şurasının 
(XTŞ, 1922-ci ildən Ali Xalq Təsərrüfat Şurası) yaradılması oldu.  
Bundan beş gün sonra, Azərbaycan  İnqilab Komitəsi RSFSR-in 
nümunəsi  əsasında, yerli şəraiti nəzərə almaqla XTŞ-nin strukturunu və 
tərkibini təsdiq etdi. AXTŞ-nin Əsasnaməsində göstərilirdi: “Xalq Təsərrü-
fatı  Şurasının həyata keçirdiyi iqtisadi siyasət Azərbaycan MİK, Xalq 
Komissarları Soveti və Xalq Təsərrüfatı Şurasının qurultayı tərəfindən   
müəyyən olunur. Onlar iqtisadi siyasətin başlıca istiqamətlərini müəyyən-
ləşdirirlər” [161, 1920, 16 may, №13].  
Xarici ticarət məsələlərinin həlli ilk vaxtlar Xalq Təsərrüfatı Şurasına 
tapşırıldı. XTŞ-nin nəzdində xarici ticarət  şöbəsi yaradıldı. Avropanın bir 
çox qabaqcıl dövlətləri, o cümlədən  İngiltərə, Fransa, Almaniya, İtaliya, 
Avstriya, Çexoslovakiya, Hollandiya və bir neçə başqa dövlətlərlə ticarət 
əlaqələri yarada bildi. Gömrük idarəsi XTŞ-nin tabeçiliyinə verildi. XTŞ-
nin gömrük işinin müxtəlif sahələrinə aid bir sıra qərarlar respublikanın 
xarici ticarət və gömrük-tarif siyasətinin formalaşmasına təsir etdi. Məsələn, 
26 may 1920-ci ildə XTŞ-nin Azərbaycan  İnqilab Komitəsinə  və  İranla 
sərhəddə yerləşən gömrükxanalarına göndərdiyi 633 saylı  təcili məktubda 
İran tacirlərinə  məxsus malların saxta sənədlərlə gömrük anbarlarından 
Dadaş Bünyadzadə   Həmid Sultanov          Qəzənfər Musabəyov     Əliheydər Qarayev  
      (1888-1938)           (1889-1938)                     (1888-1938)                (1896-1938) 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
13
çıxarılmasının qarşısının alınması və gömrükdə malların buraxılışına nəza-
rətin gücləndirilməsi tələb olunurdu. İnqilab Komitəsi 30 may tarixli 
teleqramla bu məsələyə  dərhal münasibətini bildirdi: 1) Maliyyə Komis-
sarlığın xüsusi göstəriş olmadan İrana mal ixracına icazə verilməsini 
dayandırmalı; 2) Ərzaq Komissarlığı  tərəfindən verilən icazələr baxılmaq 
üçün  İnqilab Komitəsinə göndərilməli; 3) XTŞ-nin icazəsi ilə ixrac edilən 
balıq məhsulları gömrükdən maneəsiz buraxılmalıdır [8,12, 17]. 
Azərbaycan SSR-in təşkilindən sonra, ilk əvvəl Bakı gömrükxanası 
Xalq Maliyyə Komissarlığı Gömrük hissəsinin (28 aprel 1920-13 avqust 
1920-ci il), daha sonra Azərbaycan SSR XMK Gömrük idarəsinin (14 
avqust 1920-ci il - 20 dekabr 1920-ci il) və həmin komissarlığın “Gömrük 
nəzarəti şöbəsi”nin tərkibinə daxil edildi (21 dekabr 1920-23 sentyabr 1922-
ci il). 1921-ci il 1 yanvar vəziyyətinə görə Bakı gömrükxanası  aşağıdakı 
struktura malik idi: 1) Dəftərxana; 2) Müsadirə şöbəsi; 3) Mühasibatlıq; 4) 
Gəmi kontoru.  
Cənubi Qafqaz respublikalarının xarici ticarət və gömrük siyasəti 
birbaşa mərkəzə tabeçiliyinə verilən Bakı gömrükxanası ZSFSR XXTK 
Gömrük idarəsinə (24 sentyabr 1922 - 21 dekabr 1922-ci il), bir az sonra 
SSRİ XXTK Baş gömrük idarəsi Cənubi Qafqaz şöbəsinin (22 dekabr 1924-
17 noyabr 1925-ci il), SSRİ Xalq Xarici və Daxili Ticarət Komissarlığının 
(18 noyabr 1925-21 noyabr 1930-cu il), yenidən SSRİ XXTK Baş gömrük 
idarəsi Cənubi Qafqaz şöbəsinin (22 noyabr 1930-1936-cı il) tabeliyində 
fəaliyyət göstərirdi. 
1920-ci il aprelin 28-nə olan vəziyyətə görə Azərbaycan SSR 
ərazisində 337 nəfər  əməkdaşı  əhatə edən 16 gömrük müəssisəsi mövcud 
idi, o cümlədən 1-ci dərəcəli Bakı, 2-ci dərəcəli Ağstafa, Astara, Balakən, 
Lənkəran və Yalama, 3-cü dərəcəli Biləsuvar və Muğanlı gömrükxanaları, 
Cəfərli, Qovaqçöl, Poylu, Salahlı,  Şıxlı, Qızıl-Ağac, Yuxarı Kür və 
Mazımçay gömrük postları. Maliyyə Komissarlığının Gömrük hissəsi 
Cümhuriyyət dövründə olduğu kimi gömrük və  sərhəd mühafizəsi  şöbə-
lərindən ibarət idi. Gömrük şöbəsinin tərkibinə  təftiş-təlimat, təsərrüfat, 
təhqiqat, müsadirə və statistika-informasiya bölmələri daxil idi [118, 16]. 
Azərbaycan XTŞ 22 may 1920-ci il tarixli qərarı ilə xüsusi icazə 
olmadan bütün gömrükxana, dəmiryolu stansiyalarına, nəqliyyat kontorla-
rına məxsus anbarlardan, o cümlədən ictimai və şəxsi müəssisələrdən  müx-
təlif növdə xam dəri, sulfat turşusu, anilin boyaq və s. malların buraxılması 
qadağan edilir, bu qərarın müddəalarını pozan şəxslərə inqilab dövrünün sərt 
qanunları ilə cəza veriləcəyi haqqında xəbərdarlıq edilirdi [8, 3]. 
Azərbaycan SSR Xalq Ərzaq Komissarlığının “Ərzaq məhsullarının 
və ilkin tələbat mallarının sərbəst daşınması normaları haqqında” 1920-ci il 
27 may tarixli qərarını Azərbaycanın sovet dövrü gömrük qaydalarını 
tənzimləyən ilk sənəd hesab etmək olar. Ərzaq komissarı Q.Musabəyovun 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
14
imzaladığı bu sənəddə  sərhəddən təyin edilən miqdarda daşınmasına icazə 
verilən  ərzaq məhsullarının siyahısı verilir və siyahıdan kənar  ərzağın 
keçirilməsi tamamilə qadağan edilirdi. Bu daşınma normaları  dərc edil-
dikdən sonra yerlərdə qəbul edilmiş eyni xarakterli bütün sərəncamlar ləğv 
edilirdi [8, 10]. 
Yuxarıda qeyd edilən sənədin əsli Milli Dövlət Arxivinin 85 nömrəli 
fondunda saxlanılır: 
 
Ərzaq məhsulları  və ilkin tələbat mallarının sərbəst daşınması 
normaları haqqında  
 
Azərbaycan SSR Xalq Ərzaq Komissarlığının Qərarı 
27 may 1920-ci il 
1)  Azərbaycan daxilində və hüdudlarından kənara maneəsiz daşıma-
lara aşağıda göstərilən miqdarda icazə verilir: 
normalaşdırılmış ərzaq məhsullarından un 5 funtdan çox olmayaraq, 
çörək – funt, ət və ət məhsulları 5 funt, balıq (təzə və qurudulmuş halda) - 1 
pud, balıq kürüsü – 5 funt, bitki yağı – 2 funt, Holland və ya İsveçrə pendiri 
– 1 funt, duz – 5, şəkər - 2, quru meyvə və kişmiş cəmi - 10 funt, düyü – 10 
funt, çay - 0,5 funt, kofe, kakao və surroqatlar – 2 funt, yumurta – 20 ədəd, 
kartof – 2 pud. Kartof və balığın çəkisi nəzərə alınmadan digər ərzaqların 
ümumi çəkisi 1 puddan çox olmamalıdır. 
mallar, o cümlədən 1 cüt hazır şəkildə uzunboğaz çəkmə və çəkmə və 
ya hazırlanması üçün dəri, 1 cüt qaloş, 4,5 arşın parça, 2 arşın yun parça, 
12 arşın pambıq parça, 12 arşın astar materialı, 3 ədəd  1/2 ölçüdə finit 
tikiş sapı makarası, şpaqat, 1 funt iplik, 3 qəlib tualet və 1 funt adi sabun, 1 
funt tütün və ya 1000 ədəd papiros və 1 qutu kibrit. 
digər normalaşdırılmış  ərzaq və ilkin tələbat mallarının daşınması 
tamamilə qadağan edilir. 
2)  normalaşdırmaya aid olmayan məhsulların, o cümlədən kəsmik, 
xama, süd və yerli mənşəli təzə və konservləşdirilmiş meyvə, qurudulmuş və 
ya duza qoyulmuş göbələk, ev quşları (diri və kəsilmiş şəkildə), bal və ondan 
hazırlanmış  məhsulların istənilən miqdarda daşınmasına məhdudiyyət 
qoyulmur; 
3)  bu daşınma normalarının dərindən sonra yerlərdə  qəbul edilmiş 
eyni xarakterli bütün sərəncamlar ləğv edilir.  
 
       İmza:       Xalq Ərzaq komissarı   Q. Musabəyov [8,10].
 
 
Azərbaycan Hərbi  İnqilab Komitəsinin 1920-ci il 3 iyun tarixli 
“Respublikanın gömrükxana, dəmiryolu və  gəmi anbarlarından yüklərin 
təhvil alınması qaydaları haqqında” dekretində göstərilirdi ki, Azərbaycan 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə