Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə3/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   2   3   4   5   6   7   8   9   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
9
yoxlanılır və rəsmiləşdirilirdi. Müharibənin ilk illərində sərhəddən buraxılan 
yük və  nəqliyyat vasitələri haqqında məlumatlar Bakı  və Culfa gömrük-
xanalarının sovet gömrük sistemində mühüm əhəmiyyət daşıdığını sübut 
edir. Hərbi rejimə keçidlə  əlaqədar olaraq gömrük tənzimlənməsi qayda-
larında da ciddi dəyişikliklər aparıldı. SSRİ XXTK-nın 18 mart 1941-ci il 
tarixli 47 saylı  əmri ilə ölkə  ərazisindən malların tranziti haqqında yeni 
qaydalar müəyyən edildi. Malların tranziti yalnız SSRİ ilə ticarət müqaviləsi 
olan və malların göndərildiyi ölkələrlə tranziti haqqında sazişi olan döv-
lətlərin yüklərinə şamil edilirdi. 
Azərbaycanın 70 il ərzində  tərkibində olduğu SSRİ-də xarici iqtisadi 
əlaqələrin bütün formalarının həyata keçirilməsi istisnasız olaraq dövlətin 
səlahiyyətində idi. İqtisadi stimulları inkar edən qeyri-bazar təsərrüfatı  və 
sərt inhisarçılıq  şəraitində milli respublikaların real tələbatları  nəzərə alın-
mırdı.  Əslində Azərbaycanın xarici iqtisadi-ticarət  əlaqələrinin maddi 
əsasını təşkil edən amillər: əlverişli coğrafi mövqe, zəngin strateji xammal 
ehtiyatları,  əmək ehtiyatları, iqtisadi və elmi-texniki potensialı  fəal xarici 
iqtisadi  əlaqələr qurmağa imkan versə  də, respublikamız bu imkanlardan 
real surətdə istifadə edə bilmirdi. 
Azərbaycan Sovet Sosialist Respublikası uzun illər SSRİ adlanan 
imperiyanın tərkibində qalsa da, xalqımız dövlətçilik  ənənələrinin, iqtisadi 
və mədəni inkişaf yolunu davam  etdirdi. Ulu öndər Heydər Əliyevin ötən 
yüzilliyin 70-80-ci illərində Respublikaya rəhbərlik etdiyi dövrdə bu inkişaf 
geniş miqyas almış, ictimai, siyasi, iqtisadi və  mədəni həyatının bütün 
sahələrini  əhatə etmişdi. Heydər  Əliyev sovet imperiyasının  ən güclü 
dövründə belə, doğma Azərbaycanın xarici ticarət potensialının genişlən-
məsinə milli maraqlarımız çərçivəsində yanaşırdı. Ulu öndər Heydər Əliyev 
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində böyük imkanların mövcud 
olduğunu yaxşı bilir, buna görə  də ixrac potensialından daha səmərəli və 
məqsədyönlü şəkildə istifadəsinə çalışırdı. 1970-1980-ci illərdə Azərbaycan 
SSR-in xarici ölkələrlə iqtisadi əlaqələri yeni forma və  məzmun kəsb 
etməyə başladı. Beynəlxalq  əməkdaşlığın  əsas formalarını xarici ticarət, 
xarici ölkələrin  ərazisində tikinti işlərinin aparılması sahəsində  fəaliyyət, 
beynəlxalq yük daşımaları, beynəlxalq yarmarka və  sərgilərdə  iştirak, 
mütəxəssis mübadiləsi və beynəlxalq turizm və birbaşa iqtisadi əlaqələr 
təşkil edirdi. Həmsərhəd kapitalist ölkəsi olan İranla iqtisadi-ticarət əlaqələri 
get-gedə möhkəmlənirdi. Respublikada gömrük xidməti və dövlət sərhə-
dinin mühafizəsi məsələlərinə böyük qayğı ilə yanaşan Heydər Əliyev Bakı 
Gömrükxanasının 175 illiyinin qeyd edilməsi haqqında 1981-ci ilin noya-
brında xüsusi sərəncam imzalamışdı.  
Bir sözlə, Azərbaycan SSR-in xarici iqtisadi-ticarət əlaqələri və ixrac 
potensialı sovet gömrük siyasətinin özünəməxsus xüsusiyyətlərinin təsiri ilə 
formalaşırdı.


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
10
 
 
 
 
 
 
I  FƏSİL.  AZƏRBAYCAN SSR-də SOVET GÖMRÜK  
SİSTEMİNİN QURULMASI 
 
 
1.1.  Sovet gömrük quruculuğu sahəsində ilk tədbirlər 
 
Sovet dövrü tarixşünaslığında Azərbaycan SSR-nin xarici iqtisadi-
ticarət əlaqələri haqqında elmi araşdırmalar çox səthi aparılmış, gömrük işi 
və gömrük nəzarətinin təşkili problemləri isə tamamilə diqqətdən kənarda 
qalmışdır. Bunun əksinə olaraq, rus-sovet tarixçiləri 1920-1980-ci illərdə və 
sonrakı illərdə belə Rusiya imperiyasının və sovet dövlətinin gömrük 
siyasəti, ayrı-ayrı gömrükxanaların gömrük tarixi haqqında  ətraflı  tədqi-
qatlar aparmış və bir sıra elmi-tədqiqat əsərləri nəşr edilmişdir. Azərbaycan 
SSR-in iqtisadi tarixinə çoxlu sayda monoqrafiya və dissertasiyalar həsr 
edilməsinə baxmayaraq, gömrük işinin tarixi ayrıca tədqiqat obyekti 
olmamışdır [1]. 
Bir sıra elmi əsərlər məcmuəsində Azərbaycanda sovet dövlət 
quruculuğu, dövlətin siyasi əsasları, xarici siyasəti və  mədəni quruculuq 
sahəsində  fəaliyyəti kimi məsələlər nəzərdən keçirilsə  də, iqtisadi məsə-
lələrlə  məşğul olan və milli dövlət quruculuğunun mühüm qanadını  təşkil 
edən orqanların, o cümlədən maliyyə, xarici ticarət və gömrük orqanlarının 
fəaliyyəti araşdırıcıların diqqətindən kənarda qalmışdır. “Sovet dövründə bu 
qurum Azərbaycan xalqının maraqlarına xidmət etmirdi və ya birbaşa 
Moskvaya tabe edilmişdi” - deyərək gömrük tarixinin öyrənilməsi diqqətdən 
kənarda qalmışdı. Halbuki sovet dövlət quruculuğunun bütün mərhələ-
lərində Azərbaycan sərhədlərində aparılan gömrükxana fəaliyyəti sosial-
iqtisadi tariximizin mühüm bir səhifəsini təşkil edir. 
Azərbaycan SSR-in mövcud olduğu 70 ilə yaxın bir dövrdə xarici 
ticarət əlaqələri və gömrük idarəçilik tarixini təxmini olaraq dörd mərhələyə 
ayırmaq olar: birinci mərhələ - 1920-1922-ci illər; ikinci mərhələ - 1923-
1940-cı illər; üçüncü mərhələ - 1941-1945-ci illər; dördüncü mərhələ - 
1946-1991-ci illər.  
Ötən yüzilliyin 30-cu illərinin  əvvəllərində gömrük orqanlarının 
funksiyaları azaldıldı, gömrük məmurlarının sayı isə xeyli ixtisar edildi. 
Beləliklə, xarici ticarətin dövlət tərəfindən inhisara alınması haqqında 
leninizm ideyaları gömrük nəzarətinin xarici ticarətin tənzimlənməsində 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
11
formal alətə çevirdi. Bu vəziyyət, demək olar ki, 1990-cı ilə qədər, keçmiş 
SSRİ-də gömrük xidmətinin fəaliyyətinə də təsir edən demokratik dəyişik-
liklər qədər davam etdi. 1930-1990-cı illərdə ölkənin xarici iqtisadi fəaliy-
yəti əsasən gömrük metodları ilə deyil, siyasi və ideoloji faktorlarla tənzim-
lənirdi. 
SSRİ-də gömrük işinin təşəkkülü və inkişafı mürəkkəb və ziddiyyətli 
xarakter daşıyan mərhələlərdən keçmişdir. 70 illik tarixi bir dövr ərzində 
Azərbaycan SSR-in xarici iqtisadi-ticarət əlaqələri və ixrac potensialı sovet 
gömrük siyasətinin özünəməxsus xüsusiyyətlərinin təsiri ilə formalaşmışdır. 
Sovet gömrüyü daim iqtisadi və siyasi tələblərə uyğun olaraq təşkilati 
baxımdan daim dəyişikliklərə  məruz qalmışdır. 1930-cu illərin ortalarında 
formalaşan sovet gömrük orqanlarının strukturu 1964-cü il Gömrük 
Məcəlləsində hüquqi cəhətdən təsbit edildi və 80-ci illərin sonuna qədər cüzi 
dəyişikliklərlə saxlanıldı.  
SSRİ ərazisində gömrük işinin idarə edilməsi Xarici ticarət nazirliyi və 
onun tərkibinə daxil olan Baş gömrük idarəsi vasitəsilə  həyata keçirilirdi. 
Həmin dövrdə sovet gömrük müəssisələrinin  əsas funksiyası xarici ticarət 
üzərində dövlət inhisarının həyata keçirilməsinə  nəzarət edilməsi, gömrük 
əməliyyatları  və qaçaqmalçılıqla mübarizənin təşkili olmuşdur. Bu istiqa-
mətlər üzrə sonrakı illərdə gömrük müəssisələrinin fəaliyyətinin hüquqi-
normativ bazası inkişaf etdirildi. Məsələn, valyuta və valyuta sərvətlərinin 
qaçaqmalçılığına görə inzibati məsuliyyət gücləndirildi (1971-ci il), ölkədən 
mədəni sərvətlərin qanunsuz daşınmasına qarşı  tədbirlər görüldü (1976-cı 
il), SSRİ-nin dövlət sərhədini keçən şəxslərin yüklərinə gömrük nəzarətinin 
yeni qaydaları tətbiq edildi (1977-ci il). 20-ci illərdə SSRİ-nin fəal gömrük 
siyasətinin  əsas elementləri olan 1922, 1924 və 1927-ci il gömrük tarifləri 
sovet sənayesini xarici malların rəqabətindən qorumaqla yanaşı, ixrac 
mallarının  əsas hissəsinin gömrük rüsumunu azaltmaq və ya ləğv etməklə 
sovet ixracının inkişafını stimullaşdırırdı. 1930, 1961 və 1981-ci illərin 
gömrük tarifləri idarəetmənin inzibati-amirlik dövrünün “məhsulları” kimi 
xarici iqtisadi fəaliyyətin iqtisadi tənzimləmə metodlarına üstünlük verən 
hüquqi aktlar ola bilməzdi.  
Məlum olduğu kimi, Aprel çevrilişindən dərhal sonra Azərbaycan 
KP(b) MK-nın qərarı ilə Azərbaycan  İnqilab Komitəsi yaradıldı. Həmin 
orqanın qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. 
Aprelin 28-də Azərbaycan Müvəqqəti  İnqilab Komitəsinin iclasında 
N.Nərimanov başda olmaqla, Ç.İldırım, Ə.Qarayev, H.Sultanov, Q.Musabə-
yov, M.D.Hüseynov, D. Bünyadzadə, C.Vəzirov və  Ə.Əlimovdan ibarət 
Azərbaycan SSR Xalq Komissarları Soveti – Azərbaycan hökumətinin tər-
kibi təsdiq olundu [1, 71]. 
1920-ci il mayından 1921-ci ilin aprelinə  qədər dövrdə sovet 
Azərbaycanın gömrük xidməti qərarlar qəbul etməkdə  sərbəst idi və 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə