O dedi, bu dedi, biz bir əllə avtomatın darağını boşaldarıq. Yazıq oğlan
çıxılmaz vəziyyətə düşdü, dedi:
- Ay qardaşlar, mən elə demirəm. Mən demək istəyirəm ki, bir əllə
avtomatdan atəş açasan, ancaq əl-qol titrəməyə. Deyin görüm kim bunu bacarar?
Hamı bir-birinin üzünə baxdı. Heç kim dillənmək istəmədi.
Birdən Rəmzi ayağa durdu:
- Mən tək əllə atəş açaram. Nə əlim titrəyər, nə də qolum.
Oğlan irəli gəldi. Avtomatı Rəmziyə uzadıb eddi:
- buyur canım! Uzaqda deyil ki, işi görə bilməyək. Sən burada, avtomat da
burada.
Rəmzi dedi:
- Mənim silahıma nə olub ki, sənin silahınla atəş açım. Bax, bu mənim
avtomatım, bu onun dolu darağı. Ancaq mənim şərtim var. Əgər iş doğru olsa, yəni
mən güllələri boşaldanda əlim-qolum titrəməsə, sən onda mənə nə verəcəksən?
Oğlan bir az susdu. Hamı dilləndi:
- De görək nə verərsən?
Oğlan dedi:
- Mən bir qoyun verərəm.
Gülüşdülər.
- Ay yazıq, sənin qoyunun var ki, verəsən?
Oğlan dedi:
- Niyə yoxdu, atamın çoxlu qoyun-quzusu var.
Onda Rəmzi dilləndi:
- Bir yox, iki qoyun verəssən.
Oğlan başının işarəsiylə «oldu» dedi.
Birdən-birə Rəmzinin özündə belə cürət tapmasına hamı məətəl qaldı.
- Bəlkə heç mərcə gəlməyəsiniz. Çünki bu çətin bir işdir – dedilər.
Amma dəlidolu Rəmzi sözündən dönmədi.
- Kişi gərək tüpürdüyünü yalamasın. Söz ağzımızdan çxıb gərək yerinə də
yetirək.
Uzananlar da, ayaq üstə duranlar da düz Rəmzinin yanına gəldilər.
Rəmzinin ürəyi şiddətlə döyünməyə başladı. Fikirləşdi, birdən əlim, ya qolum
titrədi? Onda necə olacaq. Ancaq içərisindən bir səs gəldi: «Rəmzi, axı sən dəmir
kimi möhkəmsən, özün də möhkəm ol, sən bunu bacaracaqsan!»
Avtomatın darağı havaya boşaldı. Nə əl titrədi, nə qol tərpəndi. Hamı bir
ağızdan:
- Əhsən sənə, ay eloğlumuz – dedilər. Qoy bu qolların heç vaxt gücdən-
qüvvədən düşməsin – söylədilər.
Oğlan irəli yeridi. Rəmzini qucaqlayıb dedi:
- Mən təsəvvürümə hələ də gətirə bilmirəm ki, belə bir iş olar.Sən lap
nağıllardakı pəhlivanlara bənzədin. Mən qoyunları iki gündən sonra şəhərə, sizin
evə göndərərəm.
Rəmzi razılaşmadı. Qoyunlar bura gələcək dedi. Elə də oldu. Mərcdə udulan
qoyunlar onların bir-neçə günlük yeməyi oldu. Onda Rəmzi özündə rahatlıq duydu.
Kaş əlimdə imkan olaydı ki, bütün əsgərlərin yeməyini özüm verəydim – deyə
fikirləşdi.
1992-ci ilin qışı idi. Havada çox sərt şaxta duyulurdu Bu soyuğa, bu şaxtaya
baxmayaraq yurdumun mərd oğulları düşmən qarşısında çox qeyrətlə dayanırdılar.
Doğma vətənini canından çox sevən, yurduna, elinə möhkəm tellərlə bağlanan
Rəmzi hər an belə vətən yolunda ölümə getməyə hazır idi. Təki onun sevdiyi, əziz
tutduğu müqəddəs yer hesab etdiyi Laçınına heç nə olmasın.
Şə
falı dağlarda qalalar qurduq,
Sinəndə güc alıb vüqarla durduq,
Hanı Soltan bəyim? Dar gündər sorduq,
Baharım qış gəldi, üşüdü canım,
Niyə darda qaldı, niyə Laçınım?
Xəyallar aləmində gözləri yol çəkirdi. Bir az fikrini dağıtmaq üçün Rəmzi
çölə çıxdı. Həm vəziyyəti yoxlayım, həm də bir az gəzim deyə fikirləşdi.
Hər yan ağappaq idi. Şaxta yerdəki qarı dondurmuşdu. Ayaq atdıqca qar
yavaş-yavaş xışıldayır, elə bil ki, torpağı daha da möhkəmləndirirdi. Bir az
aralanmışdı ki, bir də gördü ki, ondan aralıda bir dovşan var. Dovşan elə bil yolu
azmışdı. O yana, bu yana çevrikirdi. Elə bildi ki, dovşan tələyə düşüb, qaça bilmir.
stədi ona yaxınlaşıb tutsun. Ancaq dovşan qaçdı. Nədənsə möhkəm qaça bilmirdi.
Ya şaxta ayaqlaırın dondurmuşdu, ya da acından bərk qaça bilmirdi. O, çiynindəki
avtomatı əlinə aldı. stədi dovşanı vursun. Amma birdən yadına düşdü ki, heç vaxt
özbaşına güllə atmaq olmaz. Həm postakılar elə bilərlə ki, hücum var, həm də qarşı
tərəf vəziyyəti çəntişdirər. Bəs nə etsin? Bu dovşanı necə tutum. Ya Allah deyib
dovşanın dalınca düşdü. Bir az yaxınlaşan kimi dovşan da götürüldü. Bu minval ilə
nə qədər qaçdı, hara qaçdı, özü də bilmədi. Dolayı yollarla gedib düz sərhəddən
Ermənistan tərəfdə yerləşən Dığ kəndinə çatdı. Bir də nə görsə yaxşıdır. Artıq
kəndin kənarındakı bir evin böyründədir. Bu nə işdir mən düşdüm – dedi. Yəqin
məni bura şeytan gətirib. ndi bəs mən nə edim? Ancaq gec idi. Dovşan da
yorulmuşdu. Onu tutub aparmalıyam. Vəssalam, axırım da bu.
Dovşan qaçıb həyətdəki ot tayasının altına girdi. Rəmzi baxdı. Heç kəs gözə
dəymirdi. Ancaq evlərin üstündən sobanın tüstüsü çıxırdı. Deməli, heç kim yoxdur.
Bu fürsəti əldən vermək olmaz, həyətə girdi. Dovşan gizləndiyi yerdən nəfəsi
kəsilmiş dovşanı tutdu. stəyirdi ki, həyətdən çıxsın. Elə bu vaxt inəyinə ot aparan
erməni ilə rastlaşdı. Erməni kişisi əvvəlcə heç nə başa düşmədi. Birdən gözləri
Rəmzinin əynindəki hərbi formanın üstündəki Azərbaycan bayrağına sataşdı.
Rəngi sapsarı saraldı. Qucağındakı ot yerə töküldü. Rəmzi bıçağa əl atdı. stədi ki,
onu öldürsün. Amma, yazığı gəldi: «Bu yazıq insanın nə günahı var» dedi. Bizim
işimiz ancaq torpağımıza göz dikən quldurlarladı Rəmzi dedi:
- Qorxma, mənim səninlə heç bir işim yoxdur, səni öldürmərəm. Ancaq o
quldurlara söylə ki, onların başını bu dovşanın başı kimi üzəcəyəm.
Erməni başa düşdü-düşmədi bilmədi.
Yeyin addımlarla oradan uzaqlaşdı. Posta çatanda artıq hava qaranlıqlaşmağa
başlayırdı .Bir də gördü ki, yoldaşları təlaş içərisində onu gəzirlər. Onun əlində
dovşanı görəndə işin nə yerdə olduğunu bildilər.
Yaxın dostu dedi: