Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə82/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   76   77   78   79   80   81   82   83   84

 
357 
aləmləri iman və  mərifət nuru ilə nurlandırandır. Dilədiyinə 
hidayət buyuraraq sıratı-müstəqimə və nicata çatdırandır. Nü-
munəsiz unikal ağıllara durğunluq verən, aləmləri icad edən-
dir. Varlığının sonu olmayandır. Dünya əhlinin fənasından 
sonra, yerlərin və göylərin varisidir. Hər cür işlərində yarat-
dıqlarına yol göstərərək irşad edəndir. Çox səbirli olandır.  
Allahu taalaya və müqəddəs Peyğəmbərinə, bütün 
Əsmau-Hüsnasi ilə dua və niyaz-eyləyirəm. Yaratdıqlarına 
qarşı comərdliyi ilə  Məruf, yaxşılıq və ehsanları ilə 
mərhəmətlidir. Elə bir bilinəndir ki, mərufluqda sonu yoxdur. 
Elə bir mərhəmətlidir ki, mərhəmətinin də  nəhayəti yoxdur. 
Sonsuzluğa qədər qaim olandır. Kərəmi, helmi, lütfü və 
fəziləti ilə günahkar qullarının günahlarını bağışlayandır. O 
Allah ki, doğulmamış və doğmamışdır. Heç bir həyat yoldaşı 
və bənzəri yoxdur. Heç bir şey onun misli və tayı deyil, o hər 
şeyi eşidir, hər şeyi görur. O, nə gözəl himayədar və nə gözəl 
köməkçidir. Ey Rəbbimiz! Bizə bağışlanma buyur, bizi 
bağışla, dönüşümüz ancaq Sənin hüzurunadır. Var və bir olan 
Allah bizə kafidir, O, nə gözəl Yardımçıdır Bizim, günah və 
qüsurlardan qaçmağa, ibadət və itaətə yönəlməyə gücümüz, 
qüdrətimiz yoxdur. Bilin ki, yaratmaq və hər işi yerli-yerində 
idarə etmək, xeyir və  bərəkəti çox və  hər  şeydən uca olan 
Allaha məxsusdur ki, o bütün aləmlərin Rəbbidir.  Şəhadət 
edirik ki, Allahdan qeyri haqq məbud yoxdur, yalnız o var, 
birdir, ortağı və bənzəri yoxdur. Uca Allahımız Adil, Cəbbar, 
bütün kainat, məxluqat və mövcudatın sahibi və malikidir, 
hər  şeyə gücü yetər, istədiyini qəhr edər, istədiyinin günah-
larını bağışlayar, ayıblarını  və günahlarını örtər.  Şəhadət 
edirik ki, Hz. Məhəmməd Mustafa salləllahu  əleyhi və 
səlləm, onun quludur, seçmə  və seçkin Rəsuludur. O sübh 
vaxtında doğan günəş, qaranlıqları  işiqlandıran parlaq aydır, 
bütün yaradılmışların nurudur, Meracın sahibidir, ins və 
cinnin Peyğəmbəridir, Məkkəi-mukərrəmə  və  Mədinəi-
 
358
münəvvərin, iki hərəmin nəbisidir, hər iki qiblənin imamıdır, 
İmam Həsən və  İmam Hüseyn kimi iki seçmə  nəvənin 
babasıdır, iki cahanın  şəfaətçısıdır, Məkkəi-mükərrəmədə 
doğulmuş, Mədinəi-münəvvər də yerləşmiş və vəfat etmişdir. 
Haşim oğullarından və Qureyş  qəbiləsindəndir. Allahu 
taalanın salat və salamı o Rəsulun üzərinə olsun ki, ulduzlar 
qədər yüksək və parlaq, incilər qədər saf və aydın, günəş kimi 
isidici, aləmlərə  işiq saçıcı, ay kimi nur saçan, nur kimi 
nurlandırıcı, müjdələyici və sevindirici bütün insanları pislik-
lərdən və günahlardan saxlamaq üçün öyüd-nəsihət verərək 
haqq və  həqiqətə  dəvət edici və sözinə uyğun gəlməyənləri 
cəza və  əzabla qorxudan, könülləri sürura, insanlığı  şüura 
yönəldən ilahı bir nur qaynağıdır. Allahu taalanın salat və 
salamı onun, övladlarının, səhabələrinin, əmvatının, özünə və 
sözünə tabe olanların hamısının üzərlərinə olsun. Allahu 
taalanın rəhmət və salamatlığı, ondan sonra gələn onun yolu-
nu tutan, onun izindən gedən və həqiqətdən əsla ayrılmayan, 
xalqı irşad və hidayətə çatdıran çox seçmə  bəndələrinin 
üzərinə olsun. Allahu taala razı olsun Məlikul-Vəli olan, 
Allahın salamı olsun, Vasiyyə olan o uca əmrin uzərinə ki, 
Nəbinin əmisi oğlu olub, qızı Fatimeyi-Zəhranın həyat yolda-
şı olub. Xeybər qalasının qapısını yıxan, Rəsulullah sallallahu 
əleyhi və səlləmin elminin varisi olan möminlərin əmiri Hz. 
Əliyə ki, Allah da ondan razı olmuşdur. O uca əmr, hökmü 
İlahiyyə razı olmuş, çox səxavətli və  vəfakar idi. Allahu 
taalanın salam və rəhməti o iki imamın üzərinə olsun ki, onlar 
qövmlərinin ulusu və gerçək hummət sahibi idilər. O iki 
müqəddəs və xoşbəxt  əmr, o iki möhtərəm  şəhid, o iki 
məzlum olan Rəsuli Həsən Müctəba və  İmam Hüseyni-
şühədadır. Bütün əhli-iman qatında çox məqbul olan iki 
şahzadə, iki günəş, iki bütöv ay, iki əsl nəcabətli  əsl insan, 
qəza-İlahiyyə can və könüldən razı olan və hər bəlaya səbrli 
olan, müqəddəs və xoşbəxt  əmr  Əbi-Məhəmmədil Həsən və 


 
359 
Əbi-Abdullahil-Hüseyndən Allah Özü də razı olmuşdur. 
Rəsuli-Əkrəm sallallahu əleyhi və səlləmin möhtərəm əmiləri 
ki, çox kərim, fövqəladə cəsur, seçkin və böyük bir insan olan 
Həmzə  və Abbas ilə birlikdə bütün mühacirlər,  ənsarlar, 
bunlara tabe olan seçmə  və yaxşı  kəslərə  də salam olsun , 
Allah onlardan və bizlərdən razı olsun və onlara Qiyamətə 
qədər əbədi və davamlı olaraq salamatlıq ehsan buyursun və 
şanlarını ucaltsın. Allahım! Zahirimizi Sənin xidmətinlə, 
batinimizi mərufətinlə, ürəklərimizə məhəbbətinlə, ruhlarımı-
zı  mərhəmətinlə gözəlləşdir. Allahım! Qəlblərimizə, gözləri-
mizə nur ver, sağımıza, solumuza, önümüzə, arxamıza nur 
ver, üstümüzə, yerimizə nur ver. Ey nurların nuru! Bizləri də 
nurunla nurlandır. Mərhəmət və mürüvvətinlə bizləri nurun-
dan məhrum etmə ya ərhamər-rahimin. Allahım! Dualarımızı 
qəbul buyur, xəstələrimizə  şəfa, ölülərimizə  rəhmət ehsan 
eylə. Lə ilahə illəllah Məhəmmədin Rəsulullah haqqdır, 
həqiqətdir. Bütün nəbilərə  və  mələklərə salat və salamlar 
edirik. Allahdan mağfirətini niyaz edirik. Allaha sözlə, 
hərəkətlə etdiklərimizdən ötrü əfv diləyir və tövbə edirik. 
Həmd-səna, ancaq Allahu məxsusdur. Allah böyükdür, çox 
böyükdür. Ona çoxlu həmd ki, həmd-səna ancaq ona 
məxsusdur. Bütün təşbih, tənzih, təhmit və  təkbirlərimiz o 
uca Allaha məxsusdur ki, o mülkində  ədalət və haqq üzrə 
hökm edəndir. Bütün qüdrət və qüvvət, ancaq o uca və ulu 
Allahımızdadır. Ey kərim Allah! Bizləri bağışla Ey rəhim 
olan Allah! Bizləri bağışla. Ey Rəhman və  Rəhim olan ulu 
Allahımız!Lütf və mərhəmətinlə bizlərin günahlarını bağışla. 
Ya Ərhəmər-Rahimin (əl-Fatihə) 
       
                
 
360
 
 
Son dua 
     
Bismilləhir Rahmənir rahim 
Həmd olsun O Allaha ki, hökmünü, qəzasını dəf edəcək, 
yerinə yetirməsinə mane olacaq və onun yaratdığı kimi bir 
şeyi yaradacaq kəs yoxdur. O, Cavad, rəhmi çox olandır. O, 
heç bir nümunəsi olmadan cinnləri yaratdı. O yaratdıqların-
dan, gələcəkdən, olacaqlardan xəbərdardır. Ondan heç bir şey 
gizli deyildir. Bütün əməllərimizdən xəbərdar və bütün 
niyyətlərimizə, əməllərimizə mütləq əvəz verəndir. O duaları 
eşidən, görən, lətif və hər bir şeyə qadirdir. Hər bir azanı islah 
edən, hər bir zəifə rəhm edəndir. Ondan başqa heç bir məbud 
yoxdur.  
Pərvərdigara, mən Sənə, Sənin yeganə  Rəbb olmağına 
şəhadət verirəm.  İqrar edirəm ki, Sən mənim Rəbbimsən və 
qayıdış yerim yalnız Sənədir. Məni yer əhli arasında yad edil-
məzdə, mövcud olmazdan qabaq mənim xilqətimi təqdir 
etdin, yəni məni xəlq etməyə başladın. Bundan qabaq da 
gözəl, bol-bol nemətlərin ilə  mənə mehriban idin. Sonra 
məndən əvvəl olmuş hidayət əsasında məni tam, normal dün-
yaya gətirdin, körpə  uşaq olduğum halda məni beşikdə hifz 
etdin, ləzzətli südlə məni qidalandırdın. tərbiyəçilərin qəlbinə 
mənim məhəbbətimi saldın. Ana-atamın nənə-babamın qəlbi-
nə böyük bir məhəbbət və  məni cinlərdən qorumaq üçün 
qüvvər, məni bəsləmək üçün səbr, həvəs və qüvvət verdin. 
Xilqətimi artıq-əksiklikdən salamat etdin. Mənə olan lütfün, 
ehsanın odur ki, məni küfr başçılarının dövlətində dünyaya 
gətirmədin. O kəslər ki, əhdini pozub, Peyğəmbərlərini təksib 
etdilər. Mənə lütf edərək, məndən qabaq hidayət nurunun 
gəldiyi bir vaxtda, artıq qurtuluş dininin nazil olub, yayıldığı, 
hidayət dovründə xəlq etdin.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə