252
180
Oyanıb qalxanda Günəş yuxudan,
Müşkə kafur səpdi sanki asiman.
Müşk - qara, kafur-ağ, yəni səhər Günəş doğanda müşkə kafür səpilən kimi
oldu hava işıqlandı.
181
Əsildir, yüksəkdir o da gövhərtək,
Özünü həmişə qorusun gərək.
Şah nəcabət əhlidir, onun vücudu gövhər kimi qiymətlidir, buna görə də
xətərə düşə bilər. Deməli, o özünü, əsil-nəsəbini həmişə mühafizə etməlidir.
182
Dünya tikanlıdır, kirpiyik biz də,
İynə var, tikan var xislətimizdə.
Dünyanı nahaq yerə pisləməliyik, çünki əgər dünyanın üstü zülm tikanları ilə
doludursa, bizim də təbiətimiz kirpi kimi tikanlıdır, demək, ikimiz də - dünya da,
biz də bir-birimizə bənzəyirik.
183
İki qarı qızın başladı bəhsi,
Dünyanı götürdü onların səsi.
Bizim dünyanı pisləməyimiz iki bədxasiyyət, qarımış qızın bir-birini
pisləməyinə bənzər.
184
Yeddi qat yanar od içrə, nəhayət,
Kabablıq ət üçün nədir bu zəhmət?
Yeddi qat yanar od - dünya deməkdir. Yəni bu kəşməkeşli, mərəkəli dünyada
bu qədər arzu və ehtirasa əsir olmaq nə üçündür?
185
Üç gün ötüb keçdi, yenə asiman,
Rum-zənci oyunu oynayan zaman.
İskəndər buyurdu qoca Sokrata
Vursun üzüyündən muma möhr o da.
Rum-zənci oyunu - burada rum (rumlu) - ağ, zənci isə - qara mənasında
işlənmişdir. Asimanın rum-zənci oyunu oynaması - səhərlə axşamın, gündüzlə
gecənin bir-birini izləməsini bildirir.
Mənası: üçüncü gün səhər olanda İskəndər əmr etdi ki, Sokrat öz bilik
üzüyünün möhrünü onun mum kimi hər naxışı qəbul edən istedadlı ağlına
vursun, onun üçün nəsihətnamə düzəltsin.
186
Dürlər çıxarmaqçün daldı ümmana.
Sokrat İskəndərə gözəl, mənalı nəsihətlər vermək üçün fikrə getdi.
187
Yeməyi heç yemə deniz kimi tək,
Yediyin olmasın acı, dəniztək.
Dəniz suyu acı olur. Güya acılıq ona görədir ki, dəniz hər şeyi özbaşına
təklikdə udur.
Beytin mənası: xudbin və xəsis olma, yeməyi tək yemə. Belə etsən, yediyin
nuş olmaz, ağzın daha gəlməz.
253
254
188
Vaxtında evindən çıxarsan əgər,
Qapına müşktək ətir səpilər.
Bundan əvvəlki beytdən də aydın olur ki, xəsislik edib yeməyi evində
saxlasan, onun üfunəti çox evlərə yayılacaq. Əliaçıq olub onu qonşulara versən,
onların məhəbbətini qazanarsan, haqqında yaxşı sözlər yayılar.
189
Tək bircə fətirə, gəl, qane ol sən,
Düşün, Günəşdən ki, artıq deyilsən.
Burada fətir yuvarlaq Günəş qürsü ilə müqayisə edilir. Yəni dünyada acgöz
olma, bir çörəklə kifayətlən, düşün ki, parlaq Günəş də bir qürs (dairə) ilə
kifayətlənir.
190
Quraqlıq olanda, bilmirsən bunu,
Zirəyə verərlər zirə suyunu?
Rəvayətə görə, guya zirə bitkisinə su verilmir. Quraqlıq vaxtı: zirə - sənə su
verəcəyəm, - deyən sahibinin vədilə, ümidlə yaşayır. Buna görə də zirə suyu
ifadəsi aldadıcı, yalançı vəd və ümid mənasını daşıyır.
191
EIə sür kəcavə çəkən dəvəni,
Filin ayağına salmasın səni.
Az qan tök, az zülm elə, işini elə ehtiyatla apar ki, şahlığın bərbad olmasın;
dəvə (ədalət, qanun) səni filin (xalqın, rəiyyətin) ayağı altına salıb pay-mal
etməsin.
192
Bu harın göy atdan daim et həzər,
O bir əjdahadır, gəlinə bənzər.
Burada harın göy at - fələk, asiman mənasındadır. Yəni bu dünyanın gərdişi
aldadıcıdır, əslində o, kinli bir əjdahadır, lakin zahirdən gozəl bir gəlinə bənzər.
193
Bağla torpaq kimi dinclik kəməri.
Sokratın dilindən deyilən bu sözlər yerin sabit, hərəkətsiz olması barədə
idealist fəlsəfi nəzəriyyəyə işarədir.
194
Mən “Xosrovnaməni” yazmaqçün rəvan...
"Xosrovnamə" - "İqbalnamə" (yaxud "Xirədnamə") deməkdir. Xosrov
- böyük Şah. Əsər İskəndərə həsr edildiyi üçün onu "Xosrovnamə" də
adlandırmaq olar.
195
Yuxudan məhrumdu o nərgiz gözlər,
Sərvimdə görmədim gənclikdən əsər.
Bənövşə üstünü basmış yasəmən,
Öz qızılgülümii solğun gördüm mən.
Şair öz bədəninin üzvlərini müxtəlif bitkilərə bənzədir: nərgiz - gözəl, sərv -
boy, qamət; bənövşə üstünü basmış yasəmən - yəni saçlar ağarmışdır.
Qızılgülün solğun gördüm - al yanaqlarımı, üzümü solub-saralmış gördüm.
Demək, daha qocalmışam.
255
256
196
Sikkəni bu qədər sürtülmüş görcək...
Sifətimi rövnəqdən düşmüş görəndə...
197
Dövlət divanından pozdu adım,
Zəhmət divanına yazdı adım.
Dövlət divanı - hakimiyyət mövqeyi, şahlıq; zəhmət divanı - peyğəmbərlik.
198
Bisrək - güclü dəvə, qıvraq və tez yeriyən olur.
199
Büxti - Xorasan dəvəsi.
200
Naqə - dişi dəvə.
201
Qaldırdı balıqdan Aya bayrağı.
İskəndər bayrağını qaldırıb yola düşdü.
202
Yunanlar Okyanos deyərdi ona.
Nizami Okyanos sözünü bilavasitə yunancadan götürmüşdür.
203
Müəyyəb - eybəcər. Müəlləq - asılı, asılmış.
204
Örtüyə bürünər bir az gedərək,
Çunki yer altından keçsin o gərək.
Guya Günəş əvvəl dənizdən keçdiyi üçün onun ipək sularına bürünər, sonra
da yerin altından keçdiyi üçün yerin örtüyünü örtər.
205
Alim cavab verdi: "Həmin İsti su
Çoxunun abrını tökmüş, doğrusu".
Bu sirri çox adamlar gəzib axtarmış, tapa bilmədikləri üçün biabır olmuşlar.
206
Qəssasə - bir cins mifik, dəhşətli dəniz nəhəngi.
207
O çıxsın, ətəkdə qoysun oğlanı,
Balası zəncirtək saxlar aslanı.
Aslan üçün balası zəncir kimidir: balası harada olsa, özü də orada olmalıdır.
Burada atanın öz övladına məhəbbətinin qüdrətindən söhbət gedir.
208
Ziyəhat - diri, yaşayan.
209
Ulduzlu gecənin od tutub canı,
Sanki əqrəb çalıb xallı ilanı
Nizami yay gecəsindəki səmanı xallı ilana, ulduzların sayrışmasını isə əqrəb
vurmuş ilanın hərarətdən çırpınmasına oxşadır.
210
Gecənin camına gün axıb doldu
Gün batıb axşam oldu.
211
Bu yeddi xalvarlıq təbli çaldıran
Xoruza əmr edib verdirəndə ban...
Yeddi xalvarlıq təbli çaldıran - yeddi təbəqəli göyləri işıqlandıran günəş
deməkdir.
Beytin mənası: səhər olub Günəş doğanda, xoruzlar banlayanda...
212
Tutiyə dönübsən, ey şad könül, sən,
Yadına Hindistan düşüb deyəsən...
Dostları ilə paylaş: |