Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə24/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

                                                                                                                                                    
93
Bəs bu kainatdan, de görüm, kənar 
Başqa bir aləmə gedən yolmu var? 
Var isə, nə üçün bilmir heç bir kəs? 
Yox isə yoxluğa heç bir yol getməz." 
Şah dedi: "Köhnədir bu məsələlər. 
Təzə bir söz söylə, varınsa əgər. 
Bu yerdən, bu göydən kənar çıxma sən, 
Yoxsa səriştəni lap itirərsən
138

Bizə yeddi hüdud çəkmişdir fələk, 
Onlardan kənara çıxmayaq gərək
139

Bundan çıxma kənar, həddini tanı, 
Qılınc, teşt gözləyir kənar çıxanı
140

Bu uca barigah - uca bir hasar, 
İçində əsirdir bütün xəyallar
141

Aşa bilməz ikən onu fikirlər, 
O yandan nə cürə gətirər xəbər? 
Bunu həll etməkçin var bircə düstur: 
Əqildə görünməz şeyə yer yoxdur! 
Görünməz bir şeyi düşünsən əgər. 
Hər səyin, zəhmətin gedəcək hədər. 
Bir çox adamları gözlə görmədən 
Təsəvvür elədim xəyalımda mən. 
Ancaq həqiqətdə rastlaşan zaman 
Gördüm ki, başqadır tamam o insan. 
Üstüörtülü bir başqa cahan var, 
Orda mümkün olar bu axtarışlar." 
Hindli yenə sordu o hökmdardan: 
"Nə üçün ikiyə bölünmüş cahan? 
Bu cürə bəzəkli bir dünya varkən, 
Bir də başqa dünya axtarmaq nədən? 
Yaşamaq olursa burada mümkün, 
Başqa bir dünyaya köçmək nə üçün? 
Əgər orda isə bizim yerimiz, 
Əvvəlcə bəs bura neçün gəldik biz?" 
Əqilli şah dedi: "Bil, ey sadədil, 
Öyrən, könlündəki o tozları sil! 
Düzdür, iki dünya yaratmış xuda. 
Xəzinə ordadır, açarı burda. 


                                                                                                                                                    
94
Çalışıb nə əksən bu dünyada sən, 
Onun məhsulunu orda biçərsən. 
Burda bütün şeylər dəyişir hər an. 
Orda əbədidir hər şey, hər zaman. 
Yaradan çəkmişdir iki cür pərgar: 
Burda zəhmət çəkən orda əcr alar. 
Bura bir körpüdür, keçmək gərəkdir, 
Sel axıb dənizə töküləcəkdir. 
Dağlardan süzülüb axan hər bulaq 
Dənizə qovuşar axırda ancaq." 
Qoca hindli yenə soruşdu ondan: 
"Nədir bu bədənə həyat verən can? 
Onu atəş kimi zənn edirəm mən, 
Oddan bir şərarə almış hər bədən. 
Can da ölüb gedir, sönür atəştək, 
Buna şəkk-şübhə olmaya gərək?" 
Bu sözdən od tutdu sanki İskəndər, 
Saldı o hindliyə odlu bir nəzər, 
Dedi: "Əhrimənlik sənin şanındır, 
Oddan törənən can sənin canındır. 
Yoxsa bilmirsənmi, can etsə səfər, 
O yenə gəldiyi məkana dönər? 
Atəşdən olsaydı insanın canı. 
Cəhənnəm olardı onun məkanı. 
Deyirsən: can dəxi çıraqtək sönər. 
Qələtdir tamamən dediyin sözlər. 
Uca bir aləmdən gəlmiş bizə can, 
Yenə ora dönər, ölməz heç zaman! 
Canını tapşıran adam üçün, bil, 
"Can verdi" deyərlər, "can öldü" deyil. 
Əlbəttə, bu sözdə vardır həqiqət, 
"Verməklə" "ölməyin" fərqi var, əlbət. 
Keç ondan, o qüdsi bir işıqdır, pak. 
Allahın nurudur, nə sudur, nə xak!" 
Hindli bir söz atdı yenə ortaya, 
Soruşdu ondan ki: "Bəs nədir röya? 
İnsan yatan zaman yuxu görərkən 


                                                                                                                                                    
95
Nədir xəyalına qol-qanad verən? 
Dağları, daşları gəzir röyada, 
Min cür sərgüzəştlər görür dünyada. 
Əgər orda isə röya görən kəs, 
Yerində sərilib yatan kimdir bəs?" 
Acıqla söylədi ona hökmüdar: 
"Röya bir xəyaldır, bədəndən doğar. 
Bütün röyaların kökü bədəndir, 
Yad deyil, hamısı bu bədəndəndir. 
Yuxuda gördüyün canlı, ya cansız, 
Sənin öz şamının odudur yalnız
142

Sənə öz düşüncən göstərir yuxu, 
Sənin öz arzundur onların çoxu. 
Bilmək istəsən ki, neçin arzular 
Yatmış bir adama görünür aşkar? 
Hər qeyddən asudə olanda xəyal, 
Ona gizlin qalmaz artıq heç bir hal. 
Riyazət çəkənlər, bilmirsən məgər, 
Ayıqkən ən gizlin sirləri bilər. 
O sirr ki, başqası görər röyada 
Onlar ayıq ikən görər dünyada." 
Hindli yenə şahdan sual elədi, 
Gövhəri almazla deşərək dedi:
143
"Pis gözdən sən uzaq olasan, ey şah, 
Gəl elə bir məni pis gözdən agah. 
Necə bir qüvvədir, söylə, bəd nəzər 
Ki, öz sevdiyini gözə gətirər? 
Təcrübə sahibi, müdrik bir insan 
Ondan daha pis şey görməyib, inan! 
Bəyənilən şeyi görsə xoşnəzər, 
Ona gözəl şeylər əlavə edər. 
Hər şeyi bəyənsə bədnəzər, ancaq 
Onu tələf edər, qoymaz qala sağ. 
Biz hansı peşəni etdiksə tədqiq. 
Görmədik bir sözü, əməli dəqiq. 
Bircə o bəd nəzər oxunu atan 
Dümdüz nişanəyə vurur hər zaman. 


                                                                                                                                                    
96
De görək bir, nədir ondakı qüvvət, 
Neçin üzərriklə dəf olur afət? 
Nə bilim, birinə rast gəlsəm əgər, 
O qəlbitəmizdir, yoxsa bədnəzər?" 
Şah dedi: "Düşünüb alimlər incə. 
Bundan çıxarıblar belə nəticə: 
Şübhəsiz, hər şeyə düşərsə nəzər, 
Havadan keçərək eləyər əsər. 
Bu zaman havayla birləşir, yəqin, 
Odur ki, təsiri artır nəzərin. 
Dəydiyi nöqtəyə göz salar bir iz, 
Hava da o yerə bir yol tapar tez. 
Əgər sağlam olsa hava bu zaman, 
Dəydiyi şeylərə yetirməz ziyan. 
Yox, əgər olarsa havada zəhər, 
Dəydiyi hər şeyi yəqin məhv edər. 
Göz, dəyən hər şeyə tək özü deyil, 
Havayla birlikdə zərər verir, bil. 
Zənnimcə, burda bir başqa sirr də var. 
O hələ bizlərə deyildir aşkar: 
Bədnəzər tək özü eləməz təsir, 
Səbəbkar - qarşıda cilvələnəndir. 
Bədnəzər, önündə gözəl şey görcək, 
Ona nəzər salıb cəza verəcək. 
Gözəl şey olmalı ondan uzaqda, 
Yolundan gözündən daim iraqda. 
Gözünə görünsə bir gözəl surət, 
Əz çirkin işinə başlar o əlbət. 
Hər kim xoş görünsə gözünə onun 
Tez tələf edər ki, olmasın məftun. 
Birinə bəd nəzər dəyərsə əgər, 
Dəyişər əhvalı, tez-tez əsnəyər. 
Bədnəzər olarsa əgər bir insan 
Alnı hərarətdən tərlər çox zaman. 
Bu iki əlamət aydın göstərər: 
Kimdir gözə gələn, kimdir bədnəzər. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə