Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

                                                                                                                                                    
73
Kimi riyaziyyat bəhsinə girmiş, 
Kimi həndəsəyə fikrini vermiş, 
Birisi namusdan, ədəb-ərkandan, 
Biri də hiylədən açmışdı dastan. 
Hərəsi bir fənlə edir iftixar, 
Hərənin özünün bir aləmi var... 
Şaha arxalanıb bircə Ərəstu 
Özünü hamıdan yuxarı tutdu: 
"Mənəm hər alimə çarə eyləyən, 
Yoxdur ehtiyacım heç bir alimdən. 
Hikmət xəzinəsi məndədir bütün, 
Mən oldum hikmətdə hamıdan üstün. 
Filan elmi təsis eləmişəm mən, 
Filankəs filan şey öyrənib məndən!" 
Yalandan öymürəm burda özümü, 
Sübutla deyirəm hər bir sözümü...” 
Şah ilə arası saz olduğundan. 
Hamı çəkinirdi, qorxurdu ondan. 
Xoşuna gəlmədi bu, Əflatunun, 
Hamıdan biliyi artıqdı onun. 
Nə qədər vardısa orada alim, 
Hamıya olmuşdu o ilk müəllim. 
Əflatun onlardan üz döndərərək 
Yox oldu saraydan Ənqa quşutək. 
Gecəli-gündüzlü düşündü ustad, 
Gizlində o, bir saz elədi icad. 
Bir küpün içində gizləndi bir gün. 
Axtardı səsini bu yeddi küpün
108
Yaxşı olmasa da birinin səsi, 
Küpdə xoş səslənər onun nəğməsi. 
Bu qanun üzrə də o sahibhünər 
Küpdə düzəldirdi , yeni nəğmələr. 
O, rəsəd sahibi küpə girərək 
Çərxi, ulduzları seyr etdi tək-tək. 
Eşidib burada o, nalə, fəryad, 
Etdi bu ahənglə bir nəğmə icad. 
Rudda bu ahəngi münasib yerdə 


                                                                                                                                                    
74
Quru bağırsaqdan bağladı pərdə, 
Içi boş qabağa çəkərək dəri, 
Düzəltdi, bağladı o, pərdələri. 
Ceyran dərisinə çəkdi qara rəng, 
Quru ud səslənib oldu xoşahəng. 
Bir xeyli cəhd edib fikrinə uyğun, 
Düzəltdi, nəhayət, o bir ərğənun. 
Telləri yaxşıca köklənmiş bu saz 
Başladı verməyə ahəngdar avaz. 
Zil və bəm nəğmələr hasil edərək, 
Mizrabı gah yavaş vururdu, gah bərk. 
Səslər çıxarırdı, bərkdən, yavaşdan, 
Sanki nərə çəkir öküz, ya aslan. 
Səslərdə o qədər məlahət vardı 
Ki, heyvan eşitcək donub qalardı. 
Insan səslərindən heyvana qədər - 
Sazdan çıxardırdı hər cürə səslər. 
Belə ki, çaldığı o havalardan 
Şadlanıb oynamaq istərdi insan. 
Bütün heyvanları yatırdıb sazla, 
Sonra ayıldardı xoş bir avazla. 
Hər bir səsə uyğun səslər çıxardan 
Bir saz düzəltdi ki, başqa bir insan 
Onun sirlərini əsla bilməzdi, 
O sazda bir hava çala bilməzdi. 
Ustad həmin sazı çaldığı zaman 
Edərdi xəstənin dərdinə dərman. 
Çalğıda elə bir cəhət də vardı 
Ki, həkim onunla dərdi tapardı. 
Həmin sazdan çıxan səs əsasında 
Təşxis olunardı illət bir anda. 
Ərğənun təkmilə yetdiyi zaman 
Süni ud çox yaxşı oldu xam uddan
109

Alim sazı alıb, səhraya getdi, 
Hər bir nisbət üçün onu kök etdi. 
Dördbucaq xətt çəkib öz dövrəsinə, 
Başladı çalmağa sazını yenə. 


                                                                                                                                                    
75
Çöldəki, dağdakı bütün heyvanlar - 
Yüyürdü yanına onun hər nə var. 
Yığılıb hamısı sazın səsinə, 
Düzüldülər onun dörd dövrəsinə. 
Hamısı bir anda huşdan gedərək 
Sərildi torpağa bir-bir ölütək. 
Nə bir qurd orda bir quzuya dəydi, 
Nə bir şir gur tutmaq həvəsindəydi. 
Sonra başqa cürə kökləyib yenə
Alim saz çalanda, onun səsinə, 
O yatmış heyvanlar, çəkmədi bir an, 
Ayıldı hamısı şirin yuxudan, 
Yayıldı hamısı çöllərə həmən... 
Heç belə sərgüzəşt varmı eşidən? 
Bu xəbər bürüdü bütün cahanı 
Ki, yaqut paylayır o yaqut kanı
110

Əflatun yaradıb bir elə pərdə 
Ki, onu bir bilən yoxdur heç yerdə. 
Onun qurduğu saz elə səslənir 
Ki, fələk o səsə yerlərə enir. 
Müəyyən pərdədə bir hava çalır 
Ki, bütün heyvanlar yuxuya dalır. 
Başqa bir pərdədə çaldığı zaman 
Yatanlar hamısı durur yuxudan. 
Şahın sarayına çatdı bu xəbər 
Ki, Zöhrə Harutla bəhsə giriblər
111

Ərəstu bildi ki, o böyük ustad 
Qəribə bir alət eləyib icad. 
Xəcalət çəkəntək düşməndən düşmən 
Utandı alimin bu hünərindən. 
Sarayda bir küncdə xəyala daldı, 
Onun dar qəlbini bərk həsəd aldı. 
O zərif sənətin, o xəzinənin 
Sirrini bilməkçin düşündü dərin. 
Xəyala gedərək bir xeyli müddət, 
Gecəli-gündüzlü çəkdi əziyyət. 
Axır, əzab çəkib aylar uzunu, 


                                                                                                                                                    
76
Bu sirli kələfin tapdı ucunu. 
Öz iti əqlinin köməyi ilə 
Bildi ki, saz necə gəlirmiş dilə. 
O səslər qulağa nə sayaq çatır 
Ki, bəzən yatırdır, bəzən oyadır. 
Bildi ki, o sazda necədir nisbət, 
Düzəltdi belə saz o da, nəhayət, 
Səhraya gedərək sazını aldı, 
Bihuşluq gətirən havanı çaldı, 
Heyvanlar eşidib, getdilər huşdan. 
O, başqa bir hava çaldı bu zaman, 
Bu dəfə olmadı ona bəxti yar, 
Huşsuzlar yuxudan oyanmadılar. 
Nə qədər çaldısa, bəlkə birtəhər 
Yatmışlar ayılıb huşa gəlsinlər, 
Olmadı...Köklədi sazı hər sayaq, 
Özü də bu işə mat qaldı ancaq.. 
Aciz qaldığını özü görəndə 
Axtardı əlacı müəllimində. 
Gedib özü oldu ustada təslim, 
Başladı almağa həvəslə təlim. 
Soruşdu: "Huşsuzu huşa gətirən 
O hansı havadır, bilməyirəm mən. 
Hansı pərdələrdən çıxır o avaz? 
Nə cürə köklənsin onda gərək saz?" 
Əflatun gördü ki, o böyük insan 
Yalvarıb öyrənmək istəyir ondan. 
Çöldə bir xətt çəkib, sazını aldı, 
Kökləyib, bildiyi havanı çaldı. 
Nə qədər şir və gur var biyabanda 
Yığılıb gəldilər səsə bir anda. 
Birinci havanı çalanda, yenə 
Baş qoyub yatdılar Məndəl xəttinə
112

Başqa bir hava da çaldı o ustad. 
Ərəstu özü də yatdı o saat. 
Əflatun bir hava çaldı bu zaman, 
Heyvanlar ayıldı yenə yuxudan. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə