Azərbaycan Respublikası Təhsil Nazirliyi
Qərb Universiteti
Q.Y.Əbdülsəlimzadə
İqtisadi nəzəriyyə – Economics
(Dərs vəsaiti)
Bakı – 2012
İqtisadi nəzəriyyə
ECONOMICS
2
Dərs vəsaiti iqtisad elmləri doktoru, professor Q.Y.Əbdülsəlimzadə tərəfindən
hazırlanmışdır
Redaktor:
«İqtisadiyyat, marketinq və menecment» kafedrasının müdiri, iqtisad
elmləri namizədi, dosent P.Ə.Qurbanov
Rəyçilər:
İqtisad elmləri doktoru, professor İ.V.Əlibəyov
İqtisad elmləri namizədi, dosent X.Ş.Kərimov
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 avqust 2006-cı il tarixli 639
saylı əmrinə əlavə kimi «Ali ixtisas təhsilinin Dövlət Standartı bakalavr hazırlığının
məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri»nə uyğun olaraq, «II 010000
– Ümumi iqtisadiyyat» istiqaməti üzrə ali baza təhsil proqramına daxil edilmiş «İqtisadi
nəzəriyyə» kursunun (kod İÜ HF B 04) tədrisinə dair tövsiyyələrinə, metodik göstərişlərinə
uyğun hazırlanmışdır.
Dərs vəsaitində tarixi və məntiqi ardıcıllıqla iqtisadi biliklərin formalaşmasının ilk
dövrlərindən başlayaraq, cəmiyyətin mürəkkəb sosial-iqtisadi problemləri – tələb-təklif,
istehsal-bölgü, mübadilə-istehlak, qiymət-rəqabət, pul-kredit, daxili-xarici bazar, ölkələrin
iqtisadi-ticarərət əlaqələri, milli iqtisadiyyatların təhlükəsizliyi, əhalinin həyat səviyyəsi,
müasir iqtisadi inteqrasiya və qloballaşma problemləri şəhr olunmuşdur.
Q.Y.Əbdülsəlimzadə
Qərb Universiteti
Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2012
İqtisadi nəzəriyyə
ECONOMICS
3
Ön söz
Müasir inteqrasiya, qloballaüma və vahid dünya təsərrüfat sisteminin aşkar
çətinliklərə tədricən formalaşdığı qeyri-sabit bir inkişaf mərhələsində, qədim yunan
müdriklərinin «hər şey axır hər şey dəyişir» fikri təsdiq edir ki, yaşadığımız cəmiyyət
həyatının ictimai-siyasi, mədəni-əxlaqi problemləri ilə yanaşı onun sosial-iqtisadi
sahələrində də baş verən ziddiyyətli mürəkkəb dəyişikliklər, həmin dinamik proseslərin
hərtərəfli dərk olunmasından daha surətlə gedir.
XXI əsr cəmiyyətinin çoxcəhətli qayğı və problemlərinin elmi-nəzəri tədqiqi, eyni
zamanda obyektiv mövqelərdən tədrisi, yetişməkdə olan yeni gənc nəsl mütəxəssislərindən
tələb edir ki, onlar «bugünü keçmişin işığında gələcək məqsədlər naminə öyrənməli,
kimlərinsə əhval-ruhiyyəsinə uyğun dəyişməməli, əsl peşəkar sənət sahibi kimi yüksəkdə
dayanmalı, saf-səmimi olmalı, real iqtisadi prosesləri təhlil etdikdə tədqiqatçı alim kimi
hərəkət etməli, həmin məqsədlərin həyata keçirilməsində isə siyasətçi mövqeyində
durmalıdırlar.» (C.Keyns)
Bu ciddi meyarlar baxımından konkret tarixi şəraitdə «cəmiyyətin iqtisadi
münasibətlərinin qanunauyğunluqlarını» (A.Smit); «maddi nemətlərin istehsal, bölgü,
mübadilə, istehlakını idarə edən qanunları» (K.Marks); «iqtisadi resursların məhdudluğu
və cəmiyyətin tələbatlarının sonsuzluğu» (D.Robinson) reallığında; «insan cəmiyyətinin
normal həyat fəaliyyətinin öyrənilməsi» (A.Marşall); «nə, necə və kim üçün istehsal
etməli» (P.Samuelson) prinsiplərinə uyğun istiqamətdə daha səmərəli son iqtisadi-sosial
nəticələrə nail olmağın sintetik elmi təhlili kimi müxtəlif məktəblər, istiqamətlər tərəfindən
səciyyələndirilən iqtisadi nəzəriyyə (siyasi iqtisad, ekonomiks, iqtisadiyyat) – ictimai
elmlərin mühüm tərkib hissələrindən birini təşkil edir.
Böyük Azərbaycan mütəfəkkiri Nəsrəddin Tusinin (XIII əsr) yazdığı kimi «bu elm
hamının xeyrinə olan birgə əməyin həqiqi və ümumi inkişaf qanunları haqqında
nəzəriyyədir».
Qərb Universitetinin hazırladığı «İqtisadi nəzəriyyə – Economics» adlı dərs
vəsaitinin – iqtisadiyyata giriş, mikroiqtisadiyyat, makroiqtisadiyyat və müasir beynəlxalq
iqtisadi problemlər kimi 4 ümumi bölməsi məntiqi bir ardıcıllıqla 32 mövzunu əhatə edir.
Dərs vəsaitinin fərqləndirici xüsusiyyətləri kimi – Azərbaycan Respublikası Təhsil
Nazirliyinin «İqtisadi nəzəriyyə» kursunun tədrisinə dair tövsiyyələrinə əsaslandığını,
müasir standartlara uyğun hazırlandığını; yeri gəldikcə iqtisadi təlimlər tarixi və iqtisadi
tarixlə əlaqələndirildiyini; müxtəlif dillərdə nəşr olunmuş dərslik, kitab, monoqrafiyalara
İqtisadi nəzəriyyə
ECONOMICS
4
istinadla yazıldığını; real həyat faktları, statistika materialları, bədii ədəbiyyat
nümunələrinə yer verildiyini; Qərb Universitetinin özəl tədris cəhətlərinin nəzərə
alındığını; bir sıra qrafik təsvir, sxem və cədvəllərdən istifadə olunduğunu; öyrənilən
mövzuların respublikanın iqtisadi – sosial problemləri ilə bağlı şərhi səylərini qeyd etmək
lazımdır.
Hər ümumi bölmə üçün test imtahan sualları, dərs saatları bölgüsü, axırda isə
ədəbiyyat siyahısı və iqtisadi terminlərin izahlı lüğətinin verilməsi, şübhəsiz tələbələrin bu
kursu müstəqil sürətdə öyrənməsinə kömək edəcəkdir.
Dərs vəsaitinin ayrı-ayri bölmələr üzrə nəşr olunmuş ilk variantı ilə tanış olaraq, öz
tənqidi qeydlərini bildirmiş, arzu və təkliflərini irəli sürmüş həmkarlarımıza, professor –
müəllim heyətinə, tələbələrə dərin təşəkkürümüzü bildirməklə yanaşı, gələcəkdə kitabın
daha da təkmilləşdirilməsi istiqamətindəki işgüzar məsləhətlər böyük razılıq, habelə
minnətdarlıqla nəzərə alınacaqdır.
Dostları ilə paylaş: |