qtisadiyyat Mikro fə
nnində
n imtahan suallarının cavabları
I kollokvium
MÖVZU 1.
qtisad elminin genezisi və
inkiş
af mə
rhə
lə
lə
ri
1. qtisad elmi və onun müasir dövrdə əhəmiyyəti
2. qtisad elminin bərqərar olması və onun inkişafının əsas mərhələləri
3. qtisad fikrin kökləri
4. Müasir iqtisad elminin əsas istiqamətləri
5. Azərbaycanda iqtisad fikir tarixi
1.1 qtisad elmi və
müasir dövrdə
onun ə
hə
miyyə
ti.
Cəmiyyətin iqtisadi həyatını tam əks etdirən iqtisadiyyat yaşayış vasitələrinin istehsalı
zərurətindən irəli gəlmişdir. qtisadiyyyatla bağlı olan və onu öyrənən iqtisad elmi geniş və cox
sahəli bir sistem olaraq bütün sahələrdə təsərrüfatcılıq qaydaları və təşkili formalarını özündə əks
etdirir. qtisad elmi ən qədim elmlərdən biri olub insanların təsərrüfat fəaliyyətində
davranışlarının, təsərrüfatcılıq qanunlarının dərk edilməsinin obyektiv zəruriliyi ilə əlaqədardır.
Görkəmli amerika alimi P. Samuelson bu elmi elmlərin şahı adlandırmışdır. qtisad elminin
dərinliyi ondan ibarətdirki, o mürəkkəb təsərrüfatcılıq aləmini əks etdirir. O insanlarda ictimai
inkişafın müsbət və mənfi meyllərini qiymətləndirməyi bacarmaq, işgüzar fəaliyyətə hazır olmaq
və müəyyən dünyagörüşünə malik olmaq qabiliyyətini aşılayır. qtisad elminin əhəmiyyəti
bilavasitə təsərrüfat fəaliyyətində, siyasətində düzgün qərar və nəticələrə gəlməyə kömək edir.
1.2 Iqtisad elminin bərqərar olması və onun inkişafının əsas mərhələləri.
Iqtisad elminin bərqərar olması kapitalizmin təşəkkül tapması, manifakturaların yaranması,
ictimai əmək bölgüsünün dərinləşməsi daxili və xarici bazarların genişlənməsi, pul dövriyyəsinin
intensivləşməsi dövrü idi. Bu dövrdə meydana gələn merkantilizim məktəbinin nümayəndələri
T.Man. A. Monkretyen, Q. Skarrufi və s. sərvətin mənbəyini mübadilədə görür, sərvətin özünü
isə pulla eyniləşdirirdilər. qtisad elminin inkişafında iri mülkədarların maraqlarını ifadə edən
fiziokratlar (T.Kene) sərvətin əkincilikdə kənd təsərrüfatında yaradılmasının və təkrar istehsalın
təhlilini tədqiq edmişlər. qtisad elminin inkişafında klassik siyasi iqtisad (XVII-XVIII)
məktəbinin rolu daha böyükdür. Bu məktəbin nümayəndələri U.Petti, P. Buaqilber, A.Smit, D.
Rikardo əmək dəyər nəzəriyyəsinin əsasını qoymuş liberializim azad qiymətlər, ictimai əmək
bölgüsü, əmək məhsuldarlığı, gəlirlər, diferensial renta və s. məsələlərə dair öz nəzəriyyələrini
yaratmışlar. qtisad elminin inkişafında marksizm məktəbinin özünə məxsus rolu olmuşdur.
K.Marks və T.Engels nəzəri iqtisadda kapitalizm cəmiyyətinin inkişaf qanunauyğunluqları təkrar
istehsal, iqtisadi böhranlar, kapitalist istismarının mahiyyəti və reallaşma nəzəriyyəsi və s.
məsələlərin tədqiqini aparmışlar. qtisad elminin inkişafında son hədd faydalılığı son hədd
məhsuldarlığı, son hədd xərcləri və nəzəriyyələrin yaradıcısı marqinalizm məktəbi XIX əsrin II
yarısında formalaşmışdır. Həmin nəzəriyyənin klassikləri Avstriya qtisadi məktəbinin
nümayəndələri K. Menğer, T. Virer, B.Baverk, U. Cevons ilk dəfə olaraq istehlakcının mövqeyi,
subyektiv qiymətləndirmə, kəmiyyət təhlili və s. işləyib hazırlamışlar.
1.3 qtisadi fikrin kökləri
qtisadi fikrin
köklərini Qədim Dünya, birinci növbədə dünya sivilizasiyasının beşiyi olan
Qədim Şərq ölkələri mütəfəkkirlərinin təlimlərində axtarmaq lazımdır. Qədim Hind “Manu
qanunlarında (e.ə. IV-III) ictimai əmək, hökmranlıq və asılılıq münasibətləri, qədim Çin
mütəfəkkirləri (Konfutski- e.ə.551-479)) zehni əməklə fiziki əmək, S.Tszinin (e.ə.III) sərvətdən
birgə istifadə, xüsusi mülkiyyət hüquqi məsələləri öz əksini tapmışdır. Qədim Yunan
mütəfəkkürləri Ksenofontun (430-355), Platonun (e.ə.427-348), Aristotelin (e.ə.384-322)
baxışları iqtisadi fikrin ilkin nəzəri müddəaları kimi səciyyələndirmək olar. Onlar qiymətin
yaranması və dəyişməsi, istehsal və istehlak fəaliyyətinin, faydalılıq, ekvivalent mübadilə və s.
məsələlərin izahını verməyə calışmışlar. Qədim Roma mütəfəkkirləri Varron Kolumella Qədim
Yunanıstanın iqtisadi fikrinin davamçıları olmuşlar və köləliyin zəruriliyini əsaslandırırdılar.
1.4 Müasir iqtisadi nəzəriyyənin əsas istiqamətləri.
Müasir iqtisadi fikrin əsas istiqamətlərinə aşağıdakılar aiddir: neoklassik,-keynsçilik,-
institutsional-sosioloji istiqamət. Neoklassik istiqamət XX-əsrin o illərinə qədər davam etmişdir
ki, onun əsas nümayəndəsi A.Marşall (1842-1924) bazar qiymətinin əmələ gəlmə mexanizmini,
Y. Şumpeter(1883-1950) kapitalizmin inkişafının dinamik modelini yaratmışdır. Keynsçilik XX
ə
srin 30-cu illərində böyük durğunluğun törətdiyi ziddiyyətlərin həlli zərurətindən irəli
gəlmişdir. Belə ki, Keyns sübut etdi ki, azad rəqabət cəmiyyətin bütün ictimai-iqtisadi
problemlərini həll etmək iqtidarında olmadığından dövlətin iqtisadiyyata ciddi müdaxiləsi
zəruridir. Onun tənzimlənməsi XX əsrin 70-ci illərində dövlətin iqtisadiyyata hədsiz müdaxiləsi
ictimai istehsalın inkişafını ləngidəndə monetarist nəzəriyyə meydana gəldi. Onun əsas
nümayəndəsi M.Fridmanın isə fikrincə dövlət bazar münasibətlərinə mümkün qədər az və
ehtiyatla müdaxilə etməli, ancaq pul kütləsi, pulun emissiyası üzərində nəzarəti həyata
kecirməlidir. Müasir iqtisad elminin III istiqaməti institutsionalizm (T.Zeblen, C. Kommons, U.
Mitcelly, C. Helbreyt) – iqtisadiyyatın kənar amillərin təsiri altında formalaşdığı ideyasını irəli
sürürlər. Xüsusilə texniki tərəqqinin təsiri altında cəmiyyətin dəyişdirilməsi transformasiyası
informasiya cəmiyyətinə doğru inkişafı və bunun şəxsiyyətin hər tərəfli inkişafına şərait
yaratması onların nəzəriyyəsinin əsas məğzini təşkil edir. nsanın layiq olduğu yeri tutmağa cəhd
edən qlobal iqtisadçılar isə iqtisadi təkamül prosesini tədqiq etmişlər.
1.5 Azə
rbaycanda iqtisad fikir tarixi
Azərbaycanda iqtisadi fikirlər e.ə. X-VII əsrlərdə meydana gəlmiş və bu öz əksini ilkin mənbə
kimi folklor və dastanlarda, fəlsəfı traktatlarda, müxtəlif cərəyan və hərəkatlarda tapmışdır.
Lakın Azərbaycanda iqtisadi fikir özünün ən yüksək səviyyəsinə orta əsrləıdə çatmışdır. XII əsr
Azərbaycan mühitinin görkəmli mütəfəkkiri N.Gəncəvinin (1141-1209) iqtisadi görüşləri öz
yetkinliyi və dərinliyi baxımından müxtəlif istiqamətlidir. I istiqamətdə N.Gəncəvi insan
həyatında əməyin rolu, II qrup görüşləri pul, mübadilə ticarət sahəsində, III qrup görüşləri
cəmiyyətin sosial - iqtisadi quruluşu haqqındadır, yaşadığı cəmiyyət və onun ictimai
ziddiyyətləri və s. məsələlər əsas yer tutur. XIX əsrin II yarısında Azərbaycanın iqtisadi
fikrinin formalaşmasında və inkişafında M.F.Axundov — tələbatlar, əmək, dövlətlər, gəlirlər və
onların bölüşdürülməsi, H.T.Zərdabi — siyasi iqtisadın predmeti, aqrar məsələlər, N.B. Vəzirov
-siyasi iqlisadın predmetinə dair fikirləri ilə tanınmışdır. XX əsrin 20-30-cu illərində həm də
Azərbaycanın iqtisadi fikrində marksist iqtisadi təlimi müstəsna rol oynamışdır. XX əsrin
50-60-cı illərində iqtisadi tədqiqatların miqyası genişlənmiş, Azərbaycanda da sahə və
sahələrarası iqtisadi eimləri yaranır və inkişaf edir. 70-80-cı illərdə iqtisadi inkişaf sürəti
sənayedə stuktur dəyişikliklər, iqtisadiyyatda əsaslı vəsait qoyuluşunun həcmi və istiqamətləri
tədqiq olunmuşdur. Azərbaycanda bazar iqtisadiyyatının formalaşması başa catdıqdan
sonra Respublikanın iqtisadi inkişaf strategiyasında ağırlıq mərkəzi ölkənin malik olduğu resurs,
elmj-texniki potensialdan daha səmərəli istifadə etmək, regionların iqtisadi inkişaf səviyyəsinin
artırılması, Azərbaycan iqtisadiyyatının transformasiyası, onun dünya iqtisadiyyatına fəal
inteqrasiyası, sürətlə qloballaşmaqda olan dünyada Azərbaycanın yeri və s. məsələlərin həllinə
verilmişdir.
MÖVZU 2
qtisad elminin predmeti və
metodu
1. qtisad elminin predmeti və ona dair nəzəriyyələr
2. qtisad elminin metodologiyası
3. qtisad elminin strukturu və öyrənilmə səviyyəsi
4. qtisad elminin digər iqtisadi elmlərlə qarşılıqlı əlaqəsi