Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə11/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   7   8   9   10   11   12   13   14   ...   244

 

21 


 

Beləliklə,  inzibati  hüququn  predmetini  müəyyən  edərkən  aşağıdakı  faktorları  nəzərə 

almaq lazımdır: 

  istənilən  dövlət  idarəetmə  fəaliyyətinin  meydana  gəlməsini  əhatə  edən  dövlət 

idarəetmə sahəsini; 

  fəaliyyət  göstərən  icra  hakimiyyəti  subyektinin  və  ya  digər  icra  orqanın 

mövcudluğunu; 

  dövlət  idarəetmə  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  onlara  mənsub  olan 

səlahiyyətlərin təcrübi cəhətdən həyata keçirilməsini. 

Ə

slində  bu  müddəalar  icra  hakimiyyətinin  vəzifə  və  funksiyalarının  praktiki  olaraq 



həyata  keçirilməsi  ilə  əlaqədar  yaranırlar.  Buna  əsasən  də  belə  bir  qanunauyğun  nəticəyə 

gəlmək  olar  ki,  dövlət  idarəetmə  sahəsində  yaranan  ictimai  münasibətlərin  hamısı  inzibati 

hüququn predmetini təşkil edən ictimai münasibətlərin dairəsinə daxil edilmirlər. 

                   nzibati  hüququn  predmeti  -  icra  hakimiyyətinin  təşkili  və  həyata  keçirilməsi 

prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərin məcmusundan ibarətdir. 

nzibati  hüquqla  nizama  salınan    idarəetmə  münasibətləri  müxtəlif  növlü  olurlar. 

Bununla da onların iştirakçılarının xüsusiyyətlərindən asılı olaraq, idarəetmə münasibətlərin 

daha geniş yayılmış aşağıdakı növləri mövcuddur: 

1.

  müxtəlif  təşkilati-hüquqi  səviyyədə  və  tabeçilik  münasibətlərində  olan  icra 



hakimiyyəti subyektləri arasında yaranan idarəetmə münasibətləri. Məsələn: yuxarı təbəqəli 

orqanla aşağı təbəqəli orqan arasında yaranan idarəçilik xarakterli ictimai münasibətlər; 

2.

  eyni  təşkilati-hüquqi  səviyyədə  və  tabeçilik  münasibətində  olmayan  icra 



hakimiyyəti  subyektləri  arasında  yaranan  ictimai  münasibətlər.  Məsələn:  iki  nazirliyinin 

arasında yaranan idarəetmə xarakterli ictimai münasibətlər. 

3.

  icra hakimiyyəti subyektləri və onların təşkilati tabeçiliyində olan dövlət birlikləri, 



idarələri və təşkilatları arasında yaranan idarəetmə xarakterli ictimai münasibətlər; 

4.

  icra  hakimiyyəti  subyektləri  və  onların  təşkilati  tabeçiliyində  olmayan  dövlət 



birlikləri,  müəssisələri  və  təşkilatları  arasında  yaranan  idarəetmə  xarakterli  ictimai 

münasibətlər (maliyyə nəzarəti, inzibati nəzarət       və s. məsələlər üzrə). 

5.

  icra hakimiyyəti subyektləri və qeyri-dövlət təsərrüfatı və sosial-mədəni birlikləri, 



müəssisələri  və  təşkilatları  (kommersiya  strukturları  və  s.)  arasında  yaranan  idarəetmə 

xarakterli ictimai münasibətlər; 

6.

  icra  hakimiyyəti  subyektləri  və  qeyri-hökumət  təşkilatları  arasında  yaranan 



idarəetmə xarakterli ictimai münasibətlər; 

7.

  icra hakimiyyəti subyektləri və vətəndaşlar arasında yaranan idarəetmə xarakterli 



münasibətlər. 

Yuxarıda  göstərilən  idarəetmə  xarakterli  ictimai  münasibətlərin  məzmu-nundan 

göründüyü  kimi  onların hamısında icra  hakimiyyətinin  subyekti  müt-ləq  iştirak  edir.  Digər 

tərəfdən  isə  yuxarıda  sadalanan  müddəalardan  belə  nəti-cəyə  gəlmək  olar  ki,  onlarsız 

idarəetmə münasibətləri inzibati hüquqi mənada meydana gələ bilməz. Belə ki, yalnız onlar 

dövlətin iradə və marağını hüquqi formada ifadə etmək, dövlət hakimiyyətini icra variantında 

praktiki olaraq həyata keçirmək iqtidarındadırlar. Ona görə də vətəndaşlar arasında, ictimai 

birliklər  arasında  və  ictimai  birliklərin  daxilində  belə  növ  münasibətlər  yarana  bilməz. 

Dövlət  müəssisələri,  həmçinin  kommersiya  strukturları  arasında  təsər-rüfat-müqavilələri 

ə

sasında yaranan münasibətlər inzibati hüquq normaları ilə yox, mülki hüquq normaları ilə 




 

22 


 

nizama salınır. Çünki bu münasibətlər idarəet-mə fəaliyyəti ilə bağlı deyil, təsərrüfat (əmlak) 

fəaliyyəti ilə əlaqədar yaranırlar. 

             darəetmə  münasibətlərinin  təsnifatını  onların  yaranmalarının  konkret  məqsədlərinə 

və müvafiq inzibati-hüquqi nizamlanmalarına görə də vermək olar. Belə təsnifat meyarlarına 

görə idarəetmə münasibətlərini iki qrupa bölmək olar: 

1.

  Daxili və ya təşkilatdaxili; sistemdaxili idarəetmə münasibətləri; 



2.

  Xarici idarəetmə münasibətləri. 

Daxili və ya təşkilatdaxili, sistemdaxili idarəetmə münasibətləri idarəçi-lik sisteminin 

təşkil  edilməsi,  onun  bölmələri  arasında  qarşılıqlı  əlaqələrin  əsa-sının  müəyyən  edilməsi, 

idarəetmə  orqanının  əməkdaşları  arasında  vəzifə,  hü-quq  və  məsuliyyətlərinin 

bölüşdürülməsi  ilə  əlaqədar  yaranan  münasibətlərdir.  Əslində  belə  növ  idarəetmə 

münasibətləri  icra  hakimiyyətinin  bütün  sisteminin  yuxarıdan  aşağıya  kimi,  həmçinin  də 

onun  hər  təbəqəsinin  ″özünütəşkiletmə″  marağını  ifadə  edir.  Belə  münasibətlərdə  tərəflər 

kimi  tabeçilik  münasibətində  olan  icra  orqanları,  onların  struktur  bölmələri,  həmçinin  də 

vəzifəli şəxslər çıxış edirlər. 

Xarici  idarəetmə  münasibətləri  icra  hakimiyyəti  sisteminə  (mexanizminə)  daxil 

olmayan  obyektlərə  bilavasitə  təsir  göstərməklə  yaranan  münasibətlərdir.  Məsələn: 

vətəndaşlara,  ictimai  birliklərə  və  kommersiya  strukturlarına  göstərilən  təsir  nəticəsində 

yaranan münasibətlər.  

Yuxarıda  göstərilənlərə  əsaslanaraq  inzibati  hüququn  predmetinin  ümumiləşdirilmiş 

xarakteristikasını  almaq  olar.  Çünki  inzibati  hüququn  predmetini  təşkil  edən  idarəetmə 

xarakterli  ictimai  münasibətlər  müxtəlifdir,  lakin  onun  predmetini  əhatə  edən  ictimai 

münasibətlər prinsipcə birtipli (eyni tipli) ictimai münasibətlərdir. 

Belə ictimai münasibətlər aşağıdakı hallarda yaranır: 

  icra  hakimiyyətinin  vəzifə,  funksiya  və  səlahiyyətlərinin  bilavasitə  həyata 

keçirildiyi zaman yaranan idarəetmə münasibətləri; 

  qanunvericilik  və  məhkəmə  hakimiyyətləri  subyektlərinin,  həmçinin  prokurorluq 

orqanlarının  fəaliyyəti  prosesində  yaranan  və  təşkilatdaxili  xarakter  daşıyan  idarəetmə 

münasibətləri; 

  yerli özünüidarəetmə subyektlərinin iştirakı ilə yaranan idarəetmə münasibətləri; 

  qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) daxilində, həmçinin 

də  bu  təşkilatların  xarici-hakimiyyət  funksiya  və  səlahiyyətlərinin  həyata  keçirilməsi  ilə 

ə

laqədar yaranan təşkilatçılıq xarakterli ayrı-ayrı idarəetmə münasibətləri. 



nzibati  hüquq  öz  predmeti  çərçivəsində  birinci  növbədə  icra  hakimiyyəti 

subyektlərinin konstitusiya təyinatlarına tam müvafiq olaraq təşkili və fəaliyyətinin müəyyən 

hüquqi  recimini,  həmçinin  də  nizamlanan  idarəetmə  münasibətlərinin  bütün  digər 

iştirakçılarının  davranışlarını  təşkil  edir.  Azərbaycan  Respublikasının  hüquq  sisteminin  bu 

sahəsinin xidməti rolunun, onun nizamlayıcı funksiyasının meydana çıxması əsasən bununla 

bağlıdır. Bununla yanaşı ona başqa bir funksiya da, yəni nizamlanan idarəetmə münasibətləri 

çərçivəsində müəyyən edilmiş hüquqi recimə riayət edilməsini təmin edən, həm də tərəflərin 

qanuni  hüquq  və  maraqlarını  müdafiə  edən  hüquqmühafizəedici  (yurisdiksiya)  funksiya  da 

xasdır. 

           Beləliklə, inzibati hüquq - icra hakimiyyətinin təcrübi cəhətdən həyata keçirilməsi və 

məqsədi ilə əlaqədar olaraq yaranan ictimai münasibətləri nizama salmaq üçün təyin edilmiş 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə