Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   49   50   51   52   53   54   55   56   57

Yeni 
istehsalın 
yaradılmasına 
investisiyalar 
stehsalın 
geniş-
ləndirilmsinə  in-
vestisiyalar. 
Səmərəliliy
in 
yüksəldilməsinə 
investisiyalar 
Dövlət  orqanlarının 
tələbatının 
ödənilməsinə 
investisiyalar. 
Riskin yüksək sviyyəsi 
Riskin aşağı səviyyəsi 
 
Qeyd etmək lazımdır ki, hər bir risk amilinin özünün xüsusi çəkisi var və bal hesabı 
ilə  qiymətləndirilir.  Buna  görə  də  istər  ayrı-ayrı  risk  amilləri,  istərsə  də  bütövlükdə 
investisiya mühiti miqdarca qiymətləndirilə bilər. Risklər müxtəlif formada təsnifləşdirilir. 
Belə  ki,  bir  çox  dünya  dövlətləri  üzrə  hər  il  amerikan  LOPS  firması  International 
Company  of  USA  tərəfindən  dərc  edilmiş  yeddi  cildlik                                «  Publicity  Rick 
Yearbook»  adlı  kitabında  aşağıdakı  risklər  qiymətləndirilir.  Bunlardan:  siyasi,  maliyyə 
köçürmələri,  ixracat  və  s.  birbaşa  investisiyaları  göstərmək  olar.  Burada  risklər  12  bal 
sistemi  üzrə  qiymətləndirilir.  Qeyd  etmək  lazımdır  ki,  Amerikan  firmaları  «Business 
Environment  Rick  Intelligence  International»  və  Alman  firması  «Beri»  riskləri  100  bal 
sistemi ilə qiymətləndirirlər. 
nvestisiya  qoyuluşunda  istifadə  olunan  risk  anlayışı  -  potensial  investor  tərəfindən 
qoyulmuş vəsaitin itirlməsi deməkdir. 
Dünya təcrübəsində risk etmənin ənənəvi təsnifatı aşağıdakı sxemdə verilir. 
qtisadi  inkişafın  səviyyəsindən  asılı  olmayaraq  milli  iqtisadiyyata  investisiya 
qoyuluşu problemi həmişə diqqət mərkəzində olan aktual problemlərdən biridir. Lakin bu 
aktuallıq müstəqillik əldə etmiş və bazar iqtisadiyyatı sisteminə keçən respublikamız üçün 
daha vacibdir. Bu onunla izah edilir ki, iqtisadiyyatın artım sürətinin təmin olunması onun 
sabit  səviyyəsinin  yaradılması  milli  iqtisadiyyatın  bütün  sahələrinin  müvazinətli 
inkişafının  qorunması,  əhalinin  mənafeyinə  cavab  verən bazar mühütünün  formalaşması, 
bilavasitə  daxili  və  xarici  investisiyanın  səfərbərliyə  alınmasından,  onun  düzgün 
istiqamətləndirilməsindən  bilavasitə  asılıdır.  nvestisiya    milli  iqtisadiyyatın  inkişafının 
mühüm  maliyyə  mənbəyidir.  Bu  mənbə  hesabına  nəinki,  ancaq  istehsal  inkişaf  etdirilir, 
eyni  zamanda  iqtisadiyyatın  strukturunda  ciddi  sosial  yönümlü  dəyişikliklərin  baş 
verməsinə səbəb olur. Nəzərə alsaq ki, ümumiyyətlə investisiya anlayışları, məna etibarilə 
mənfəət  almaq  məqsədilə  həm  ölkə  daxilində,  həm  də  xaricində  tətbiq  olunan  maliyyə 
resursudur,  onda,  istər-istəməz  onun  iqtisadiyyatın  bütün  sahələri  üzrə  tətbiq  olunması 
meyli  meydana  gəlir.  nvestisiya  milli  iqtisadiyyatın  demək  olar  ki,  bütün  sahələrinə, 
xüsusən  həm  hasil,  həm  emal  sahəsinə,  eləcə  də  xidmət  sferasına  tətbiqi  onun  uzun  və 
qısamüddətli  xarakter  daşımasına  səbəb  olur.  Bu  baxımdan  tətbiq  olunan  investisiya 
resursları  əgər  qiymətli  kağızların  alınmasına  yönəldilirsə,  o,  maliyyə  resursu  formasını 
alır.  Əgər sənayeyə,  kənd təsərrüfatına, tikintiyə,  təhsilə və s.  sahələrə  kapital   qoyuluşu 
kimi tətbiq edilirsə o, real investisiya formasını almış olur. Ona görə də milli iqtisadiyyata 
tətbiq olunan maliyyə və real investisiyaları bir-birindən fərqləndirmək lazımdır. Maliyyə 
investisiyaları səhmlərə, istiqrazlara və başqa qiymətli kağızlara kapital qoyuluşudur. Belə 
şə
raitdə  yalnız  transfert  əməliyyatları  baş  verir.  Real  investisiyalar  kapitalın  hər  hansı 
iqtisadi  sahəyə  və  ya  müəssisəyə  qoyuluşudur  ki,  bunun  nəticəsində  də  yeni  kapitalın 
yaranmasına,  yaxud  da  ki,  mövcud  kapitalın  artmasına  səbəb  olar.  Məsələn:  binalar, 
avadanlıqlar, istehsal vasitələri, əmtəə materialları artımı baş verir. 


nvestisiya resursları istehsal vasitələri istehsalını son istehlakçıya çatdırdıqda istifadə 
olunan  maşınları  və  avadanlıqları,  fabrik-zavod,  anbar,  nəqliyyat  vasitələrini  və  satış 
şə
bəkələrini  əhatə  edir.    Bu  istehsal  vasitələrinin  istehsalı  və  yığımı  prosesi  investisiya 
qoyuluşunu əks etdirir.  nvestisiya resursları istehlak olunan resurslardan onunla fərqlənir 
ki, əgər birinci şəraitdə istehlak mallarının istehsalına olan tələbat dolayı yolla ödənilirsə, 
ikinci    şəraitdə  bu  proses  birbaşa  həyata  keçirilir.  Belə  şəraitdə  həm  kapitalın,  həm  də 
sərvətin  artımı  prosesi  baş  verir.  nvestisiya  olunan  kapital  resursları  əgər  milli  gəlirin 
artırılmasına  səbəb  olursa,  digər  tərəfdən  gəlirlərin  artırılması  ilə  əhalinin  sərəncamına 
keçən gəlirlərin payı artmış olar ki, bu da sərvət formasında mövcud olur. Deməli, faktiki 
olaraq öz məzmununa görə investisiyaların maliyyə və real formasından asılı olmayaraq, 
onlar  birbaşa  milli  sərvətin  artırılmasına  kömək  edən  kapitalı  ifadə  edir.  Burada  kapital 
resursu  hərəkətdə  olan  və  daima  maşınların,  avadanlıqların,  digər  istehsal  vasitələrinin 
alınmasına  və  bütövlükdə  istehsal  və  xidmətlərin  görülməsinin  təşkili  ilə  bağlı  sərf 
olunmuş pul resursları nəzərdə tutulur. 
Yalnız  real  fəaliyyətdə  olan  pul  resursları  iqtisadi  resurs  formasını  almış  olur  və 
özlüyündə o, gələcəyə ayrılan perspektivdə daha çox istehlak etmək imkanı yaradan resurs 
kimi formalaşır. Göründüyü kimi investisiya tətbiq olunması formasından asılı olmayaraq 
cəmiyyətin real kapitalının artırılmasına, yəni istehsal vasitələrinin genişləndirilməsinə və 
onun infrastrukturunun möhkəmlənməsinə imkan yaradır. 
Milli  iqtisadiyyatın  formalaşmasında  və  inkişafında  daxili  və  xarici  investisiyalar 
mühüm  struktur  yaradan  funksiyalar  yerinə  yetirir.  Milli  iqtisadiyyatın  istər  sahə 
strukturunun,  istərsə  də  texnoloji  və  təkrar  istehsal  strukturunun  inkişafı  onun  hansı 
sahələrinə  vəsait  qoyuluşunun  tətbiqindən  asılıdır.  Bəlli  olduğu  kimi  xüsusi  təyinatlı 
investisiyalar  əsasən  gəlir  əldə  etmək  məqsədi  daşıyır.  Deməli  milli  iqtisadiyyatın  hər 
hansı  bir  sahəsinin  mənfəətlilik  səviyyəsilə  həmin  sahənin  və  ya  bölmənin  investisiya 
üstünlüyünün səviyyəsini müəyyənləşdirir. Bu baxımdan sahənin və ya hər hansı iqtisadi 
bölmənin  mənfəətlilik  səviyyəsi  tətbiq  olunacaq  investisiyaların  üstünlüyünü  müəyyən 
mühüm  strukturyaradıcı  meyarıdı.  Ona  görə  də  milli  iqtisadiyyatın  inkişafında  tətbiq 
olunan  investisiyaların  tə'yinatından  asılı  olaraq  onlar  müxtəlif  mənfəətlilik  səviyyəsinə 
malik  olurlar.  Belə  ki,  dövlət  və  qeyri-dövlət  mənbələrindən  tətbiq  olunan  investisiyalar 
hər şeydən əvvəl öz sürət dövriyyəsinə görə və mənfəətlilik səviyyəsinə görə fərqlənəcək-
dir. Ona görə də investisiyaların qeyri-dövlət mənbələri hər şeydən əvvəl kapitalın sürətli 
dövriyyəsilə  seçilən  yüksək  rentabelli  sahələrdir.  Məhz  bu  amil  daxili  və  xarici 
investisiyaların həcminə təsir göstərir.  qtisadiyyatın aşağı rentabelli sahələrinə bir qayda 
olaraq  investisiyalar  xüsusən  də  xarici  investisiyaların  tətbiq  olunması  həyata  keçirilmir. 
Lakin buna baxmayaraq investisiyaların tətbiqi və onların həddi milli mənafelərin reallaş-
ması  ilə  uzlaşmamalıdır.  Belə  ki,  həddindən  artıq  investisiyaların  qoyulaşu  inflyasiya 
prosesinin güclənməsinə və iqtisadiyyatın həddindən artıq gərginliyə düçar olmasına səbəb 
olur. Digər tərəfdən isə lazım olduğundan az investisiya qoyuluşu isə deflyasiyaya gətirib 
çıxarır. Bunu nəzərə alaraq milli iqtisadiyatın inkişafı və formalaşması ilə əlaqədar həyata 
keçirilən  iqtisadi  siyasət  tətbiq  olunacaq  investisiyaların  həm  xarici,  həm  də  daxili 
mənbələr hesabına optimal həcmini müəyyənləşdirməlidir. Belə şəraitdə dövlət tərəfindən 
tətbiq  olunan  vergi  dərəcələri,  dövlət  məsrəfləri,  pul-kredit  və  büdcə-vergi  sahəsində 
həyata  keçirilən  tədbirlərin  səmərəli  strategiyası  ilə  milli  iqtisadiyatın  miqyası 
tənzimlənməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə