Microsoft Word ico int Clin Azer doc



Yüklə 376,53 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix02.06.2018
ölçüsü376,53 Kb.
#47058
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

Beynəlxalq Oftalmologiya Şurası 

 

 

 

 

BEYNƏLXALQ KLİNİK TÖVSİYYƏLƏR 

 

 

 

 

 

 

 

 

 

Aprel  2010 

 


BOŞ-un Beynəlxalq Klinik Tövsiyyələri 

 

 



Bu  sənəd  Beynəlxalq  Oftalmologiya  Şurası  tərəfindən  qəbul  edilmiş  19  beynəlxalq 

klinik tövsiyyədən ibarətdir. 

 

Tövsiyyələr xəstəliklərin diaqnostikası və müalicəsi zamanı oftalmoloqların istinad edə 



biləcəkləri  mənbə  olub, 

oftalmoloji  cəmiyyətlər  tərəfindən  tərcumə  edilərək  uyğunlaşdırılması 

məqsədi ilə hazırlanmışdır. Əsas məqsəd oftalmoloji təhsilin artırılması və xəstələrə göstərilən 

oftalmoloji xidmətin səviyyəsinin yuksəldilməsidir. 

 

Tövsiyyələr aşağıdakılardan ibarətdir: 

 

 



Yaşla əlaqədar Makulyar Degenerasiya (İlkin və sonrakı müayinələr) 

 

Yaşla əlaqədar Makulyar Degenerasiya (Müalicəyə dair tövsiyyələr) 



 

Ambliopiya (İlkin və sonrakı müayinələr) 

 

Bakterial keratitlər (İlkin qiymətləndirmə) 



 

Bakterial keratitlər (Müalicəyə dair tövsiyyələr) 

 

Blefaritlər (İlkin və sonrakı müayinələr) 



 

Katarakta (İlkin müayinə) 

 

Konyunktivitlər (İlkin müayinə) 



 

Diabetik retinopatiya (İlkin və sonrakı müayinələr) 

 

Diabetik retinopatiya (Müalicəyə dair tövsiyyələr) 



 

Quru göz sindromu (İlkin müayinə) 

 

Ezotropiya-Daxili çəpgözlük (İlkin və sonrakı müayinələr) 



 

Cüzam zamanı görmə üzvünün xəstəlikləri(İlkin və sonrakı müayinələr) 

 

Şüşəvari cismin arxa qopması, tor qişanin cırıqları və «Lattis» degenerasiyası (İlkin və 



sonrakı müayinələr) 

 

Birincili açıq bucaqlı qlaukoma (İlkin müayinə) 



 

Birincili açıq bucaqlı qlaukoma (Sonrakı müayinələr) 

 

Birincili açıq bucaqlı qlaukomaya şübhə (İlkin və sonrakı müayinələr) 



 

Birincili qapalı bucaqlı qlaukoma (İlkin müayinə və müalicə) 

 

Traxoma 


 

Ön söz. 

 

 



Beynəlxalq  Klinik  Tövsiyyələr  Oftalmoloji  Təşkilatların  Beynəlxalq  Federasiyasının 

tələbi ilə Beynəlxalq Oftalmologiya Şurasi tərəfindən hazırlanıb. 

 

Tövsiyyələrin  əsas  məqsədi  oftalmoloqlara  dəstək  və  oftalmoloji  təhsilin  artırılması, 



həmçinin  xəstələrə  yüksək  keyfiyyətli  xidmətin  göstərilməsini  təmin  etməkdən  ibarətdir. 

Onlar  hazirlanarkən  Amerika  Oftalmologiya  Akademiyası  tərəfindən  tərtib  edilmiş  İstinad 

Olunan Praktik Nümunələrə əsaslanmışdır. 

 

Bu  cür  tövsiyyələrin  ümumi  standart  şəklində  təqdim  edilməsi  bəzi  çətinliklərlə 



müşahidə  edilir.  Beləki,    müxtəlif  coğrafi  şərait,  avadanlıq  potensialı,  xəstələrin  müxtəlifliyi 

və s. ümumi standartların hazırlanmasında çətinlik törədir. 

 

Tövsiyyələr müayinələr zamanı istifadə olunan avadanlıqların, dərman vasitələrinin və 



cərrahi müdaxilələrin istifadəsi üçün xüsusi göstərişlər toplusudur. 

 

Beləliklə,  əsas  gözlənilən  məqamlar  əldə  olunub  və  əgər  şərait  imkan  verirsə, 



diaqnozun qoyulması, müalicə və sonrakı müayinələr həyata keçirilə bilər. Hətta uyğun şərait 

olmasa belə yüksək səviyyəli xidmət göstərmək mümkündür. 




 

Qeyd  etmək  lazımdır  ki,  tövsiyyələrin  kor-koranə  yerinə  yetirilməsi  müvəffəgiyyətli 

nəticənin  əldə  olunmasına  təminat  vermir.  Burada  xəstələrin  fərdi  xüsusiyyətləri,  mövcud 

şərait,  həmçinin  həkimin  fərdi  bacarığı  nəzərə  alınmalı  və  vəziyyətdən  asılı  olaraq  müxtəlif 

dəyişikliklərin həyata keçirilməsinin mümkünlüyü nəzərdən qaçırılmamalıdır. 

 

Qeyd olunan tövsiyyələr tibbi təcrübəyə və ən son elmi məlumatlara əsaslanaraq tərtib 



olunmuşdur.  BOŞ  istifadə  olunan  məlumatları  mütəmadi  olaraq  (təqribən  hər  iki,  üç  ildən 

bir) təzələmək üçün öhdəlik götürmüşdür.  

 

Yaşla Əlaqədar Makulyar Degenerasiya (YƏMD) 

(İlkin və sonrakı müayinələr) 

 

(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil. 



Dəlilin qüvvəsi

: I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə 

razılaşma ) 

 

İlkin subyektiv müayinə  

 

Simptomlar (metamorfopsiya, gormənin zəifləməsi ) (A:II) 



 

Dərman və qida qəbulu (B:III) 

 

Okulyar anamnez (B:II) 



 

Sistem anamnez (hər hansı hiperhəssaslıq reaksiyası) (B:II) 

 

Ailə anamnezi, xüsusilə ailədə YƏMD əziyyət çəkənlərin mövcudluğu (B:II) 



 

Sosial anamnez, xüsusi ilə siqaret çəkmə (B:II) 

 

İlkin obyektiv müayinə 

 

 

Görmə itiliyi (A:III) 



 

Makulanın stereobiomikroskopik müayinəsi (A:I) 

 

Yardımçı müayinələr 

 

YƏMD zamanı göz dibinin flüoressein angioqrafiyası aşağıdakı klinik hallarda həyata 

keçirilməldir: (A:I) 

 

 



Xəstə yeni metamorfopsiyalardan şikayət etdikdə 

 

Xəstədə izah edilə bilməyən bulanıq görmə olduqda 



 

Klinik müayinələr tor qişanın və ya retinal piqment hüceyrələrin qabardığını, 

subretinal hemorragiyanı, sərt eksudatları və ya subretinal fibroz toxumanı 

aşkarladıqda 

 

Xoriovitreal neovaskulyarizasiyanı (XVN) aşkar etmək, onun ölçülərini, tipini, 



yerləşməsini müəyyənləşdirmək, həmçinin xoriodal neovaskulyarizasiya ilə (XNV) 

zədələmiş nahiyyəni dəqiqləşdirdikdə 

 

Müalicəyə tövsiyyə (laser fotokoaqulyasiya, cərrahiyyə və ya vertoporfin fotodinamik 



terapiya) 

 

Müalicədən sonra XNV-nin davamlığını və ya yenidən əmələ gəlməsini 



müəyyənləşdirmək lazım olduqda 

 

Görmənin itirilməsinin səbəbini klinik müayinələrlə izah etmək mümkün olmadıqda, 



onun təyin olunmasına yardım zamanı 

 



Yüklə 376,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə