Microsoft Word Glossary sd2 esia final az



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü207,22 Kb.
#19126


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Xüsusi terminlər lüğəti 



 

Ağır metallar 

Metal xüsusiyyətlərini nümayiş etdirən və 

keçid metallarının və bir sıra metalloidlərin, 

lantanidlərin və aktinidlərin daxil olduğu 

elementlərin yarımqrupu. Buna nümunə 

kimi civə, xrom, kadmium, zəy və 

qurğuşun aid edilir.  

 

Ani buxarlanma 

Temperatur və ya təzyiqin qəfildən aşağı 

düşməsi səbəbindən neftdən qazların 

və/və ya buxarların ani surətdə ayrılması  

 

Anodlar 

Müsbət yüklü elektrod  

(batareya/akkumulyator, elektron cihaz,  

yaxud elektrik avadanlığı ilə əlaqədar). 



 

Anormal yüksək lay və məsamə təzyiqi 

Müəyyən dərinlikdəki hidrostatik təzyiqdən 

artıq olan qeyri-normal dərəcədə yüksək 

quyu təzyiqi. 

 

Antiklinal 

Süxur laylarının yuxarı istiqamətdə 

qabardığı süxurda tağşəkilli bükük/əyilmə. 

 

Antropogen 

İnsan fəaliyyəti ilə əlaqədar olan. 

 

Aşınma 

Havanın, suyun və orqanizmlərin kimyəvi 

təsiri ilə bağlı proseslər. Aşınma yüngül 

karbohidrogenlərin buxarlanaraq itkisi ilə 

nəticələnir və bu, adətən, bioloji 

parçalanma və yuyulub aparılma ilə 

müşayiət olunur. 

 

Atmosferə nəzarətsiz atılan tullantılar 

Çənlərin doldurulması, boşaldılması  və 

çənlərin “nəfəs almasından itkilərin 

yaranması” zamanı  və tutub saxlanma 

sistemlərində faktiki olaraq bərpası 

mümkün ola bilməyən fitinqlərdə yaranan 

kiçik itkilər nəticəsində kiçik qaz 

həcmlərinin ayrılması. 

 

Atqı Əleyhinə Preventor (AƏP) 

Quyudan neftin, yaxud qazın nəzarətsiz 

sızmasının (çıxmasının) qarşısını almaq 

üçün istifadə olunan hidravlik mexanizmli 

qurğu. 


 

Avadanlıqların yığıldığı sahə 

Təchizat malları  və materiallar üçün 

müvəqqəti anbar sahəsi. 

 

 



 

Avrasiya 

Avropa və Asiyanın uzanmış quru sahəsi 

və xüsusən də iki kontinentin birləşdiyi iri 

qeyri-müəyyən region. 

 

Avropa üçün ətraf mühit 

BMT-nin Avropa üzrə  İqtisadi Komissiyası 

(UNECE) daxilində üzv dövlətlərin (o 

cümlədən Azərbaycanın) və digər 

təşkilatların tərəfdaşlığı. 

 

Avtosisternlər 

Yanacaq və  ya  su  daşımaq üçün çən 

quraşdırılmış nəqliyyat vasitəsi.  

 

Axın xətti 

Neftin/qazın quyudan dəniz platformasının 

texnoloji avadanlığına nəqlini təmin edən 

boru. 


 

Axıntı suyu 

İstismar, yaxud texnoloji proses 

nəticəsində maye halında axıdılan 

tullantılar. 

 

Azərbaycan manatı (AZN) 

Azərbaycan valyutası. 

 

Azqıllılar 

Azqıllılar sinfindən olan müxtəlif həlqəvi 

qurdların (o cümlədən yer soxulcanı  və 

şirin suda yaşayan bəzi kiçik növlər) hər 

hansı bir növü. 

 

Ballast 

Sabitliyi qoruyub saxlamaq və  ağırlığın 

paylanmasını  təmin etmək üçün gəmiyə 

yüklənmiş su.  

 

Barel 

Neftin həcminin ümumi qəbul edilmiş ölçü 

vahidi, 159 litrə (0,159 m

3

) və ya təxminən 



35 ingilis qallonuna (42 ABŞ qallonu) 

bərabərdir. 

 

Barit 

Qazma məhlullarının sıxlığını (qazma 

məhlulunun çəkisini) artırmaq məqsədilə 

qazma məhlulunun  əsas komponenti kimi 

istifadə olunan çox ağır maddə. Kimyəvi 

adı barium sulfat  birləşməsidir. 

 

Batimetriya 

Su sahələrinin dərinliyinin ölçülməsi. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Bazel Konvensiyası 



Təhlükəli tullantıların transsərhəd 

daşımaları  və digər təhlükəli tullantıların 

idarə olunması ilə bağlı  məsələləri ehtiva 

edən beynəlxalq hüquqi saziş. 

 

Bənd 

Zədələnmə  və ya material dağılması baş 

verdiyi təqdirdə mayelərin yığılması üçün 

saxlama çəninin 

ətrafına çəkilən 

lokallaşdırıcı sədd. 

 

Beynəlxalq Maliyyə Korporasiyası 

Dünya Bankının üzvü olan təşkilatdır və 

inkişaf etməkdə olan ölkələrdə özəl 

sektorun davamlı inkişafını təşviq edir.  

 

Biokütlə 

Nəzərdə tutulan miqdar daxilindəki canlı 

cisimlərin ümumi kütləsi. 

 

Bioloji cəhətdən parçalanan 

Torpaqdakı, sudakı  və atmosferdəki 

mikroorqanizmlər tərəfindən sadə 

birləşmələrə parçalanmağa həssas olan. 

Bioloji parçalanma əksər hallarda toksik 

üzvi birləşmələri qeyri-toksik, yaxud daha 

az toksikliyə malik üzvi birləşmələrə 

çevirir.  

 

Bioloji müxtəliflik 

Hər hansı  ərazidə bitki və heyvan 

növlərinin sayı. 

 

Biosidlər 

Bakteriyaların və digər orqanizmlərin 

artımının (seçim əsasında) qarşısını 

almaq, yaxud məhdudlaşdırmaq 

məqsədilə flüidlərə  əlavə edilən kimyəvi 

reagent. 

 

Boru kəmərinin sahilə çıxdığı yer 

Dənizdə  çəkilmiş boru kəmərinin sahilə 

çıxdığı ərazi. 

 

Boru stellajı 

Qazma buruğunda qazma borularının 

istifadəyə hazır dəstəsinin  şaquli  şəkildə 

yığıldığı yer. 

 

Borudüzmə barjı 

Boru kəmərlərini bir-birinə qaynaq etmək 

və onları  dəniz dibinə yerləşdirmək üçün 

dizayn edilmiş gəmi. 

 

Boruların arasındakı fəza 

Quyu lüləsi və qoruyucu kəmər və ya 

qoruyucu kəmər və nasos-kompressor 

borusu kimi iki konsentrik obyekt 

arasındakı boşluq. 



Borunu yağlamaq üçün qatı sürtkü yağı 

Yivin yeyilərək aşınmasının qarşısını 

almaq üçün boru birləşmələrinə  çəkilən 

sürtkü yağı. 



 

Bulanıqlıq 

Ayrı-ayrı hissəciklərin səbəb olduğu maye 

bulanıqlığı, yaxud tutqunluğu. Bu göstərici, 

suyun keyfiyyətinin yoxlanılması üçün 

istifadə olunur. 

 

Çirkab sular 

Məişət və istehsalat tullantıları ilə 

çirklənmiş su. 

 

Çirklənmə 

Canlı (bioloji) ehtiyatlara zərər yetirilməsi; 

insan sağlamlığına təhlükələr; dənizçilik 

fəaliyyətlərinə, o cümlədən balıqçılığa 

maneə törədilməsi; dəniz suyunun 

keyfiyyətinin pisləşməsi və 

dəniz 

mənzərəsinin korlanması kimi ziyanlı 



təsirlərlə  nəticələnən, insanlar tərəfindən 

birbaşa və ya dolayı yolla maddələrin, 

yaxud enerjinin ətraf mühitə yayılması. 

 

Çıxarılmış qrunt 

Təmizlik/qazıntı  işləri zamanı formalaşan 

material.  



 

Çöküntü 

Süxurun eroziyası nəticəsində yaranan və 

külək, su və ya buz vasitəsilə daşınan və 

ya toplanan qeyri-üzvi və ya üzvi 

maddələrin bərk hissəcikləri. 

 

Çoxqıllılar 

Çoxqıllılar sinfindən olan və bədəninin hər 

buğumunda qıllı uclara malik cüt ətli 

çıxıntıları ilə səciyyələnən müxtəlif həlqəvi 

qurdların (o cümlədən soxulcan kimi əksər 

dəniz qurdları) istənilən növü. 

 

Dağlıq Qarabağ 

Cənubi Qafqazda hər tərəfi quru ilə əhatə 

olunmuş,  əksər hissəsi dağlıq və meşə 

ərazilərindən ibarət olan region. Bu region 

Azərbaycanın dövlət sərhədləri 

daxilindədir, lakin hal-hazırda işğalçı 

Ermənistan Respublikası  tərəfindən işğal 

altında qalır və tanınmamış qondarma 

Dağlıq Qarabağ Respublikası  tərəfindən 

idarə olunur. 

 

Damba  

Əks axınlı suların qarşısını almaq və 

avtomobil yoluna yardım etmək üçün 

torpaq və ya daş kütləsindən inşa edilən 

dik.  


 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Davamlılıq 



Bioloji, ekoloji və ya insan reseptorlarının 

müəyyənləşdirilmiş stress amillərinin 

təsirinə necə  məruz qalmasının ölçü 

vahidi. 


 

Dayaq bloku 

Polad dayaqlar üzərində quraşdırılmış 

dəniz platformasının üst tikililəri saxlayan 

konstruksiyası 

 

Dehidrasiya (qurutma) 

Qaz axınından suyun xaric edilməsi. 

 

Dənizə yola salma 

Avadanlığın gəmi vasitəsilə sahildən yola 

salınması  və  dənizdəki yerinə  gətirilməsi 

prosesi. 

 

Deqazator 

Geri qayıdan qazma məhlulu axınındakı 

tutulmuş qazı xaric edən separator 

Həmçinin neft axınından müxtəlif növ 

qazları xaric edən hər hansı proses.  

 

Desibel (dB) 

Səs intensivliyi ilə bağlı iki güc 

səviyyəsinin müqayisəsi üçün istifadə 

olunan ölçü vahidi (“bel”in onda bir 

hissəsi). 

 

Dispersant  

Az toksikliyə malik həlledicilərdə  həll 

edilmiş  təmizləyici vasitələrə  bənzər səthi 

aktiv maddələrdən ibarət xüsusi neft 

dağılması 

əleyhinə 

məhsullar. 

Dispersantlar faktiki olaraq nefti sudan 

xaric etmir, lakin bunun əvəzində neft 

təbəqəsini kiçik hissəciklərə parçalayır ki, 

bu da sonra suda dispersiya olunur və 

daha sonra təbii proseslər nəticəsində 

parçalanır. 

 

Doğum Səviyyəsi 

İldə hər 1000 nəfərə düşən uşaq doğumu. 

 

Donma Temperaturu  

Mayenin donacağı yaxud 

müəyyənləşdirilmiş  şərtlər altında axacağı 

ən aşağı temperatur. 

 

Dövrə (sirkulyasiya) 

Flüidlərin (əsasən də qazma məhlulunun) 

qazma sütunu daxilinə endiyi və borular 

arasındakı  fəza vasitəsilə  səthə geri 

qayıtdığı yol. 

 

Drenaj suları üçün suyığıcı ərazilər 

Torpağın müxtəlif sahələrdə  təbii  şəkildə 

elə bir formada əmələ  gəlir ki, yağıntı 

şəklində yerə düşən suların  ərazinin  ən 

aşağı hissəsinə axmasına şərait yaradır. 

 

Duru sement məhlulu 

Sement və tullantı qarışığı. 

 

Duzluluq 

Sulu məhlulda həll olmuş duzun ümumi 

miqdarı. Adətən, mində bir hissəciklə ifadə 

olunur. 

 

Efemer 

Qısa müddət yaşayan, yaxud davam edən 

şey – məsələn: ilin bir sıra ayları  ərzində 

çayın axması. 

 

Ehtimal 

Fəaliyyətin və ya təsirin baş vermə 

mümkünlüyü. 

 

Ekoloji aspekt 

Təşkilatın fəaliyyətlərinin, məhsullarının, 

yaxud xidmətlərinin  ətraf mühitlə qarşılıqlı 

təsirə malik ola bilən və ona görə  də 

idarəetmə forması tələb edən elementi. 

 

Ekoloji reseptorlar 

Ətraf mühitə  təsirin birbaşa yaxud dolayı 

yolla təsir göstərdiyi hər hansı müxtəlif 

orqanizmlər. 

 

Ekosistem 

Müəyyən bir ərazidə mövcud olan bütün 

canlı orqanizmlərin bir-biri ilə qarşılıqlı 

əlaqəsi və onların qeyri-canlı materiallar ilə 

əlaqəsi.  

 

Elastik sualtı kabel 

Dənizaltı mühiti dənizin səthi ilə birləşdirən 

boru, yaxud xətt. 

 

Emulsiya  

İki və ya daha çox bir-biri ilə qarışmayan 

mayelərin qarışığı – birinin digərində 

dispersiya olunması. 

 

Espoo Konvensiyası 

ƏMSSTQ tətbiq etməklə ekoloji baxımdan 

zərərsiz və davamlı iqtisadi inkişafı  təşviq 

edən regional hüquqi saziş. 

 

Etnoqrafiya 

Ayrı-ayrı etnosların, insan qruplarının, 

tayfaların adət-ənənələrinin, mədəni 

irslərinin öyrənilməsi. 

 

Endemik 

Lokal  ərazi daxilində mövcud olan, yaxud 

bu cür ərazidəki orqanizmlərə xas olan. 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Ərp əleyhinə inhibitor 



Avadanlıqda, boru xətti sistemində, yaxud 

qoruyucu kəmərlərdə kalsium karbonatlar 

və sulfatlar kimi bərk hissəciklərin 

çökməsini minimuma endirmək üçün əlavə 

edilən maddələr.  

 

Ərsin (ərsin sistemi) 

Boru kəmərinə salınan və boru kəmərində 

maye ilə  hərəkət etdirilən silindrik, 

kürəşəkilli və ya güllə formasında kapsul. 

Ərsinin  əsas vəzifəsi boru kəmərini 

pasdan, parafindən və ya digər 

çöküntülərdən təmizləməkdir. Daha 

mürəkkəb  ərsinlərdə (avtomatik ərsinlər 

adlandırılır) boru kəmərinin texniki baxışını 

həyata keçirmək üçün nəzarət-ölçü 

cihazları mövcud olur. 

 

Ərsinləmə 

Boru kəmərinin daxilinin təmizlənməsi və 

ya ölçülməsi,  ərsinləmə zamanı boru 

kəmərinin içərisinin təmizlənməsi üçün 

xəttin içi ilə “ərsin” göndərilir. 

 

Əhatə dairəsi 

Qurğunun, binanın və yaxud təsirə  məruz 

qalmış sahənin torpağa məkan 

baxımından təsiri/təzyiqi. 

 

Əhatə dairəsinin müəyyənləşdirilməsi 



mərhələsi 

ƏMSSTQ prosesinin ilkin mərhələsi – bu 

mərhələdə  təfsilatlı qiymətləndirilmə  tələb 

edəcəyi güman edilən  əsas məsələlərin 

ilkin dəyərləndirilməsi aparılır. 

 

Əhəmiyyətli dalğa hündürlüyü 

1/3  ən hündür dalğaların orta dalğa 

hündürlüyü (dalğanın 

ətəyindən 

zirvəsinədək).  

 

Əsas kimi qəbul edilmiş layihə variantı 

Layihənin  ƏMSSTQ sənədi çərçivəsində 

təsvir olunmuş 

və qiymətləndirilmiş 

variantı. 

 

Ətraf Mühitə Təsir / Ekoloji təsir 

Qismən və ya bütövlüklə  təşkilatın 

fəaliyyətləri, məhsulları, yaxud xidmətləri 

nəticəsində  ətraf mühitə istər mənfi, 

istərsə də müsbət dəyişiklik. 

 

Ətraf Mühitə  Təsirin Idarə Olunmasi 

Prosesi 

Layihənin 

ətraf mühitə 

təsirlərini 

müəyyənləşdirməyə  və başa düşməyə, 

eləcə  də  təsirlərin qarşısını almağa, 

təsirləri minimuma endirməyə, təsirlərə 

qarşı  təsirazaltma tədbirləri görməyə  və 

təsirləri bərpa etməyə çalışan və layihənin 

bütöv qüvvədəolma müddətini əhatə edən 

proses. 

 

Ətraf Mühitin İdarə Olunması Sistemi 

Hər hansı təşkilatın fəaliyyətlərinin, 

proseslərinin və yekun ekoloji təsirlərinin 

planlaşdırılması, idarə olunması və 

sənədləşdirilməsi məqsədi ilə yaradılmış 

sistem. 

 

Ətraf mühitə  və Sosial-İqtisadi Sahəyə 



Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) 

Layihə və onun əlaqədar fəaliyyətləri ilə 

bağlı olan ətraf mühitə və sosial-iqtisadi 

sahəyə təsirlərin sistematik şəkildə 

müəyyənləşdirilməsi və qiymətləndirilməsi 

 

Ətraf Mühitin Mühafizəsi haqqında 



Qanun 

Təbii ehtiyatlardan istifadə, Dövlətin və 

onun vətəndaşlarının hüquq və  vəzifələri, 

iqtisadi fəaliyyətlərə dair ekoloji tələblər

ətraf mühitlə bağlı fövqəladə hallar və təbii 

fəlakət zonaları  və s. kimi məsələləri 

ehtiva edən Azərbaycan qanunvericiliyi. 

 

Fekal (qara) sular 

Tərkibində insanların formalaşdırdığı fekal 

maddələr və sidik olan çirkab suyu. 

 

Fitoplankton 

Dəniz və ya göl suları səthində üzən və ya 

dreyf edən mikroskopik fotosintetik 

orqanizmlər, məsələn: diatomlar, 

dinoflaqellatlar. 

 

Flora/fauna 

Müəyyənləşdirilmiş coğrafi  ərazidə rast 

gəlinən bitkilər/canlılar. 

 

Flüvial 

Çaylara yaxud su axınlarına aid olan və ya 

çayların yaxud su axınlarının yaratdığı. 

 

Formasiya 

Eyni mənşəli və görünüşlü süxur 

çöküntüləri və ya struktur. 

 

Fövqəladə / Nəzərdə Tutulmamış hallar 

Planlaşdırılmamış  fəaliyyət – məsələn: 

operatorun xətası  və ya layihələndirmə 

xətası  səbəbindən avadanlığın nasazlığı, 

tutumların (lokallaşdırma vasitələrinin) 

sıradan çıxması. 

 

Hasilat (istismar) quyusu 

Neft və qazın hasil olunduğu qazılmış 

quyu. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Hasilat 



Karbohidrogen ehtiyatlarının kollektordan 

çıxardılması. 



 

Hasilatın Pay Bölgüsü Haqqında Saziş 

(HPBS) 

Hökumət və hasilatçı  şirkət (yaxud 

şirkətlər qrupu) arasında imzalanmış 

müqavilə növü. 

 

Həlqəvi qurdlar 

Uzunsov, silindrik və buğumlu gövdəsi ilə 

fərqlənən həlqəvi qurdlar tipindən olan 

müxtəlif qurdlar və ya qurdabənzər 

orqanizmlər. 

 

Hidrat 

Bunlara təbii qaz molekulları, adətən, buz 

molekullarında tutulan metan qazı 

molekulları aid edilir. Hidratlar aşağı 

temperatur və yüksək təzyiq  şərtləri 

altında boru kəmərlərində  və qazın 

texnoloji emal edildiyi qurğularda  əmələ 

gələ bilir. Hidratlar boru kəmərlərini 

tıxaclaya və hasilat əməliyyatlarına 

əhəmiyyətli dərəcədə təsir göstərə bilir.  

 

Hidrologiya 

Su dövranını, paylanmasını 

və 


xüsusiyyətlərini öyrənən elm. 

 

Hidrosınaq 

Tutumun (məsələn: çən və ya boru) təzyiq 

altında su ilə doldurulması  və  hər hansı 

təzyiq itkisinin yoxlanılması vasitəsilə 

hermetikliyin sınaqdan keçirilməsi 

 

Hissəciklər 

Qazda, yaxud mayedə asılı  vəziyyətdə 

olan çox kiçik bərk, yaxud maye 

hissəciklər. 

 

Xam neft 

Müxtəlif sıxlıqlara və xüsusiyyətlərə malik 

təbii formada olan karbohidrogenlərin emal 

olunmamış qarışığı. 

 

İçməli su 

İnsan tərəfindən istehlak edilmək üçün 

yararlı su.  

 

İcmalar 

Spesifik  ərazidə 

məskunlaşan, eyni 

hökumət strukturuna aid olan və çox vaxt 

ümumi mədəni və tarixi irsə malik üzvləri 

olan ictimai qrup/konkret bir ərazidə 

məskunlaşan mikroorqanizmlərin, bitkilərin 

və heyvanların müxtəlif toplumlarından 

təşkil olunmuş ekoloji vahid. 

 

İctimaiyyətin iştirakı 

İctimaiyyətin planlaşdırılan fəaliyyətlər 

barədə məlumatlandırılması prosesi. 



 

İkitaylı molyusk 

Bədənlərinin nanları yastılanmış  və iki 

birləşmiş taydan ibarət olan qapaqlı  dəniz 

və şirin su molyuskları. 

 

İlkin Neft Layihəsi 

Xəzər dənizində ilk irimiqyaslı neft layihəsi. 

Bu layihəyə 1994-cü ildə başlanılıb və 

layihədə Azəri, Çıraq və Günəşli 

yataqlarından neftin hasilatına sərmayə 

qoymuş şirkətlər konsorsiumu iştirak edir. 

 

İlkin yoxlama mərhələsi 

Layihə üçün ƏMSSTQ-nin həyata 

keçirilməsinin tələb olunub-olunmadığına 

dair qərar verildiyi proses. 



 

İnfiltrasiya 

Yer səthindəki suyun torpağa keçməsi 

prosesi. 

 

İnformasiyanın ictimaiyyətə 



təqdim 

olunması/açıqlanması 

ƏMSSTQ üzrə  məlumatın ictimaiyyətə 

açıqlanması. 

 

İrs 

Keçmiş  nəsillərdən ötürülmüş  mədəni 

adətlər, yaşayış  əraziləri və tarixi binalar 

kimi dəyərli obyektlər və keyfiyyətlər. 

 

ISO 14001  

Beynəlxalq Standartlar Təşkilatı tərəfindən 

hazırlanmış inkişaf etməkdə olan bir sıra 

ümumi  ətraf mühitin idarə olunması 

sistemləri; bu, biznesin idarəetmə sahəsini 

ətraf mühitə  təsirlərin idarə olunması 

strukturu ilə təmin edir. 

 

İstiqamətləndirici Kəmər/Seksiyalar 

Quyu divarlarının quyu gövdəsinə 

çökməsinin qarşısını almaq üçün, adətən, 

dəniz dibində quyuya yeridilən qoruyucu 

kolon. 


 

İstiqamətləndirici lülə 

Nisbətən daha iri lülə qazılmamışdan 

əvvəl materiala doğru qazılmış kiçik lülə 

(sonra isə bu lülə genişləndirilərək arzu 

olunan diametrə çatdırılır).  

 

İstiqlal 

Qabaqlayıcı quyuların qazılması üçün 

istifadə olunan səyyar yarımdalma qazma 

qurğusu. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

İstismar sınağı / istismaravermə 



Tam hasilata başlamazdan  əvvəl texnoloji 

sistemlərinin sınağından ibarət hazırlıq 

işləri. 

 

İstismardan çıxarma 

Hər hansı qurğuların fəaliyyətinin 

dayandırılması və sökülməsi. 

 

İstixana Qazları (İXQ) 

İnfraqırmızı istilik diapazonu daxilində 

radiasiyanı udmaqla və  şüalandırmaqla 

Planetin istixana effektinə  şərait yaratdığı 

hesab edilən atmosfer qazları.  İXQ-ə 

əsasən karbon dioksidi və metan daxildir. 

 

İzopod 

Ali xərçəngkimilərin bir növü. 

 

Karbohidrogen 

Hidrogen və karbon atomlarından ibarət 

üzvi kimyəvi birləşmələr. Bu birləşmələr 

böyük miqdarda mövcuddur və onlar bütün 

neft məhsullarının əsasını təşkil edir. Onlar 

qaz, maye və ya bərk hallarda (məsələn: 

metan, heksan və parafin kimi) mövcud 

ola bilərlər. 

 

Karvansara 

Mərkəzi və 

Qərbi Asiyada ticarət 

marşrutları boyunca karvanların 

məskunlaşması üçün geniş meydançada 

tikilən mehmanxana. 

 

Katod mühafizəsi 

Suya dalmış polad konstruksiyanı 

korroziyaya uğradan statik elektrik 

yüklərinin neytrallaşdırılması üsulu. 

 

Keçiricilik qabiliyyəti 

Maddənin, bir vasitə ilə, həmin vasitənin 

özünün nəzərə çarpan hərəkəti olmadan 

istiliyi, elektriki və ya səsi ötürmə 

qabiliyyətinin ölçüsü. 

 

Kesson 

Qazma qurğusundan və ya platformadan 

uzanaraq tamamilə suya dalmış  və  dəniz 

suyunun götürülməsi, yaxud axıntı suların 

atqısı üçün istifadə oluna bilən silindrşəkilli 

polad kamera. 

 

Kəşfiyyat quyusu 

Kəşf olunmamış layların axtarışı zamanı 

və yaxud məlum layların hüdudlarını 

əhəmiyyətli dərəcədə genişləndirmək üçün 

qazılan quyu. 



Koaqulyator 

Materialı kimyəvi reaksiya vasitəsilə maye 

halından qatı hala çevirmək üçün istifadə 

olunan qurğu.  

 

Kol 

Alt hissəsində bir neçə budağı olan 

nisbətən alçaq ağacşəkilli bitki.  

 

Koliform bakteriyaları 

Adətən, insanların və digər onurğalıların 

bağırsaqlarında (xüsusilə, yoğun 

bağırsaqda) məskunlaşan bakteriyalar və 

ya bu bakteriyalara aid olanlar. 

 

Kompensasiya sistemi 

Platformada yanacaq qazı olmadığı 

zaman qaz ixracı  xəttindən qazın 

istifadəsinə imkan yaradan sistem.  

 

Kompressiya 

Maddənin daxilində təzyiqin artırılması. 

 

Kondensasiya temperaturu 

Su buxarının kondensasiya olunaraq suya 

çevrilməsi üçün müəyyən hava həcminin 

soyudulmalı olduğu (sabit təzyiqdə) 

temperatur. 

 

Kondensat (Qaz kondensatı) 

Səthdəki hasilat avadanlığı ilə bağlı olan 

normal temperaturlarda və  təzyiqlərdə 

mayeyə kondensasiya olan, təbii qazla 

birlikdə hasil olunmuş yüngül 

karbohidrogen fraksiyaları. 

 

Konsorsium 

Bir qayda olaraq, ümumi bir məqsədlə 

yaradılan müəssisələrin, işgüzar dairələrin 

və ya maliyyə  təşkilatlarının assosiasiyası 

və ya qruplaşması 

 

Kontinental şelf 

Yer kürəsindəki materiklərdən birinin bir 

hissəsini təşkil edən tektonik plitə. 

 

Kontinental yamac 

Kontinental  şelfi və okean qabığını  əhatə 

edir və kontinental şelfin sərhədinin bir 

hissəsini təşkil edir. 

 

Kopepodlar 

Buğumayaqlılar ailəsinin hər hansı üzvü, o 

cümlədən  şirin sularda və dəniz sularında 

yaşayan bir çox xərçəngkimilər. Bəzi 

kopepodlar parazit həyatı keçirir və 

digərləri isə sərbəst yaşayır 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Korroziya 



Metalın kimyəvi və ya elektrokimyəvi təsir 

nəticəsində pas tutaraq aşınması. Boru 

kəmərlərinin, polad çənlərin və digər metal 

konstruksiyaların paslanması 

və 

yeyilməsinə 



səbəb olan mürəkkəb 

elektrokimyəvi təsirlərdir. 

 

Ktenofor (daraqlılar) 

Daraqlılar tipinə aid olan və üzmək üçün 

istifadə etdiyi səkkizcərgəli daraqşəkilli 

kipriyə malik şəffaf, həlməşik bədənli 

müxtəlif dəniz orqanizmlərinin hər hansı 

növü. Həmçinin dəniz darağı kimi də 

tanınır. 

 

Kumulyativ təsir 

Özü-özlüyündə 

əhəmiyyətli təsir 

göstərməyən, lakin gələcəkdə  nəzərdə 

tutulan işlərin təsirləri ilə birlikdə daha 

böyük və daha əhəmiyyətli təsir(lər)ə 

səbəb ola bilən ekoloji və/və ya sosial-

iqtisadi aspektlər. 

 

Küləklər gülü/ küləklər diaqramı 

Konkret bir sahəyə  təsir göstərən hər bir 

tərəfdən  əsən küləklərin tezliyini və 

gücünü  əks etdirən  şüaşəkilli xətlərin 

diaqramı. 

 

Qabaqlayıcı qazma işləri 

Dəniz qurğuları quraşdırılan kimi ilkin 

hasilatı sürətləndirmək üçün öncədən 

həyata keçirilən qazma işləri. 

 

Qalıq təsirlər 

Qalıq təsirlər həm layihənin  əsas kimi 

qəbul edilmiş variantında nəzərdə 

tutulmuş, həm də  əsas varianta əlavə 

olaraq hazırlanmış  təsirazaltma tədbirləri 

görüldükdən sonra qalan təsirlərdir. 

 

Qamış-bataqlıq ərazi 

Yağıntılardan sonra səth sularının 

müvəqqəti toplanması ilə əlaqəli olan bitki 

toplumu, bu toplumda Tamarix meyeri 

kolları üstünlük təşkil edir və buna, adətən, 

çökəkliklərdə  və drenaj xətləri boyunca 

rast gəlinir. 

 

Qamışlıq 

Dayaz sulu yerlərdə və ya həmişə rütubətli 

və yumşaq olan torpaqda iri dəstələrlə 

bitən hündür bitkilər. 

 

Qarınayaqlılar 

İlbizlər kimi qarınayaqlılar sinfinə  mənsub 

olan müxtəlif molyusklardan hər hansı biri. 

 

Qazılmış şlamlar 

Qazma nəticəsində süxurlardan ayrılmış 

və dövr etdirilən qazma məhlulu axını 

vasitəsilə  səthə  çıxarılmış kiçik süxur 

hissəcikləri. 

 

Qazma baltası 

Süxurları deşmək üçün istifadə olunan 

qazma aləti. 

 

Qazma flüidləri 

Yataqdan neft quyusunun səthinə axan 

formasiya flüidinin tərkibindəki neft, qaz və 

su qatışığı (adətən, geoloji formasiyalarda 

yaranan mayelər və qazlar).  

 

Qazma kolonu 

Qazma baltasını qazma qurğusu ilə 

birləşdirən boru təşkil etmək üçün bir-

birinə 

bərkidilmiş polad boruların 



uzunluqları. Kolon lülənin qazılması üçün 

fırladılır və qazma flüidlərini baltanın 

qazma ucluğuna ötürür. 

 

Qazma məhlulu 

Qazma borusu (kolonu) və qazma baltası 

vasitəsilə quyunun dibinə vurulan su və ya 

neft ilə və kimyəvi aşqarlar ilə qarışdırılmış 

halda olan xüsusi gil. Qazma məhlulu 

qazma baltasını sürətlə soyudur, qazma 

borusu quyu lüləsində  fırlandığı zaman 

onu sürtkü vasitəsilə  təmin edir, süxur 

şlamlarını  səthə daşıyır və quyu lüləsinin 

divarlarının uçmasının qarşısını alan bir gil 

qabığı (örtük) rolunu oynayır. Həmçinin 

qazma flüidi də adlandırılır. 

 

Qazma qurğusu 

Quyunun qazılması üçün zəruri olan 

avadanlıqları təsvir edən ümumi termin. 

 

Qeyri-dağıdıcı sınaq (QDMS) 

Gəmilərin, yaxud avadanlığın keyfiyyətini 

və ya bütövlüyünü təftiş etmək və 

sınaqdan keçirmək üçün nümunəvi 

seksiyaların dağıdıcı  sınağını, yaxud 

ləğvini tələb etməyən təftiş  və  sınaq 

metodları. 

 

Qırmızı Siyahı/Qırmızı Kitab 

Nadir və  nəsli tükənmək təhlükəsi altında 

olan bitki və heyvan növlərinin siyahısı. 

 

Qoruyucu kəmər 

Quyu lüləsinin uçmasının və  ətraf 

formasiyalardan quyuya, yaxud əksinə 

arzuedilməz sızmaların baş verməsinin 

qarşısını almaq üçün quyu lüləsinin 

möhkəmləndirilməsindən ötrü istifadə 

olunan polad boru sistemi. 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Qoruyucu kimyəvi preparatlar 



Hidravlik sınaq zamanı  işlədilən dəniz 

suyunda korroziyanın qarşısının alınması 

və bakteriyaların çoxalmasının 

ləngidilməsi məqsədi ilə istifadə olunan 

kimyəvi preparatlar. 

 

Qrunt suları 

Yer səthinin altında toplanan və ya azan 

su, torpaqdakı, çöküntülərdəki və 

süxurlardakı  məsaməli yerlərə olan sular. 

Qrunt suları yağışdan, eləcə  də  əriyən 

qardan və buzdan yaranır, sulu laylar, 

bulaqlar və  kəhrizlər üçün mənbə  təşkil 

edir.  

 

Quyu  



Neft və ya qaz quyusunun qazılmış lüləsi 

daxilindəki sahə. 

 

Quyu lüləsi 

Qazma vasitəsilə torpaqda qazılmış quyu; 

səthdən (ən üst seksiyadan) quyunun 

dibinə  qədər qoruyucu kəməri olmayan 

qazılmış lülə. 

 

Quyuağzı zona/avadanlıq 

Qoruyucu kəmərin üst hissəsi və 

birləşdirilmiş  tənzimləyici axın klapanları. 

Quyuağzı zona tənzimləyici klapanların, 

sınaq avadanlıqlarının və yuxarı nəqletmə 

borularının yerləşdiyi yerdir. 

 

Quyudakı təzyiqin idarə olunması üçün 



flüid 

Hidravlik maye və ya mühit növü. Bu 

mayenin sayəsində enerji hidravlik 

qaydada işləyən sistemlərə ötürülür. ŞD2 

Layihəsində bu maye hidravlik qaydada 

işə salınan klapanların işlədilməsi üçün 

sualtı nəzarət sistemlərində enerji mənbəyi 

kimi istifadə edilən su əsaslı flüiddir.  

 

Quyudan atqı  

Quyu təzyiqinin nəzarətsiz  şəkildə  və ya 

nəzarət edilə bilməyən qaydada quyu 

lüləsi yaxud qoruyucu kəmər vasitəsilə 

yuxarıya doğru sızması. 

 

Quyunun əsaslı təmiri 

Hasilatın bərpa edilməsi və ya artırılması 

üçün hasilat quyusunda aparılan 

əməliyyat. Quyunun təmiri quyunun 

məhsuldarlığını artırmaq, quyu 

gövdəsindən qumu və ya parafini 

çıxarmaq, quyuya mexaniki qulluq 

göstərmək və ya digər səbəblərə görə 

həyata keçirilə bilər.  

 

Quyunun  əsaslı  təmiri üçün işlədilən 

maye 

Quyuya nəzarət etmək üçün maye, 

adətən,  əsaslı  təmir  əməliyyatları zamanı 

istifadə olunan duzlu su.  



 

Quyunun sınağı 

Karbohidrogenlərin kollektordan necə 

ötürüləcəyi, quyunun məhsuldarlığı  və 

kollektorun xüsusiyyətləri barədə 

informasiyanı  təmin etmək məqsədi ilə 

quyudakı flüidlərin axıdılması. 

 

Quyunun təmizlənilməsi 

Quyu lüləsinin istifadə olunmuş flüidlərdən 

azad edilməsi. Bu proses, quyunu ilkin 

vəziyyətinə qaytarır və quyu lüləsinə axır 

və oradan da nasosla, yaxud dövrə 

(sirkulyasiya) ilə vurulub geri çıxarılır və 

beləliklə, quyunu təmizləyir. 

 

Lay dəsti 

Ayrıca, adətən paralel süxur layları. 

 

Lay suyu 

Hasil olunmuş neftlə/kondensatla təbii 

şəkildə bir yerdə çıxan su. Həmçinin hasil 

lay suyu da adlandırılır. 

 

Lay təzyiqi 

Bağlı quyunun lay dərinliyindəki təzyiq. 

 

Ləğvetmə 

Quyuların son tıxaclanması  və/ və ya 

hasilat platformasının, yaxud digər 

qurğunun daimi olaraq sökülməsi 



 

Makrobentos və ya makrofauna 

Su sütununun dibindəki çöküntülərin 

üzərində/daxilində yaşayan orqanizmlər. 

Təxminən ölçü diapazonu 20sm – 0,5mm 

olan digər bentoslara nisbətən daha 

böyükdür. 

 

Manifold 

Birdən çox mənbədən gələn mayelərin bir 

yerə toplanılmasına imkan yaradan 

borular, siyirtmələr və birləşdiricilər dəsti. 



 

Maraqlı tərəf 

Layihədə marağı olan şəxs, qrup və/və ya 

təşkilat. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Materialın Texniki Təhlükəsizlik 



Pasportu (MTTP)  

Kimyəvi maddələrin təchizatçıları 

tərəfindən təchiz edilən məhsulların 

xüsusiyyətlərini, o cümlədən sağlamlıq, 

əməyin təhlükəsizliyi və  ətraf mühit üzrə 

aspektləri xülasə  şəklində  təsvir edən 

məlumat vərəqəsi. 

 

Mayekeçirməz 

Mayenin keçməsinə imkan verməyən. 



 

Məcburi köçkünlər 

Öz doğma yerlərini tərk etmək 

məcburiyyətində qalmış insanlar, lakin 

onlar qaçqınlardan fərqli olaraq öz 

ölkələrinin sərhədləri daxilində qalırlar. 

 

Məhsuldar zona 

Okeanın  ən çox məskunlaşmış zonası 

(əsasən, üst qatı). 



 

Məhsuldar lay/kollektor/rezervuar 

Hasil oluna bilən karbohidrogenlər üçün 

tutum  əmələ  gətirən məsaməli, çatlı, 

yaxud oyuqlu, geoloji baxımdan hermetik 

süxur formasiyası 

 

Məişət tullantıları 

Adətən yaşayış yerində / evlərdə  əmələ 

gələn, zibil və tör-töküntülərdən ibarət 

ziyanlı tullantılar.  



 

Məişət-çirkab (boz) suları 

Əlüzyuyanlardan, duşxanalardan və 

camaşırxanalardan gələn çirkab sular. 

 

Məməlilər 

İsti qan dövranına malik onurğalıların bir 

sinfi – bu sinfin dişiləri süd vəzilərinə 

malikdir. 



 

Məşəldə yandırma 

Yanabilən artıq karbohidrogen həcmlərinin 

buxarını yandırmaqla onların nəzarət 

altında utilizasiya edilməsi. 



 

Məsləhətləşmə 

Maraqlı  tərəflərin layihəyə dair fikir və 

rəylərini  əldə etmək məqsədilə keçirilən 

rəsmi proses. 



 

Mətbəx tullantıları 

Gəminin kambuzundan (və ya 

mətbəxindən) yaranan üzvi qida 

tullantıları. 



 

Meteoroloji Dinamikalar 

Atmosferdə hava və iqlim ilə bağlı 

hərəkətlərin tədqiqi. 

Mikro plitə 

Hər hansı kiçik litosfer (yer qabığı  və üst 

mantiya) tavası/plitəsi. 

 

Milli Məclis  

Azərbaycan Parlamenti. 



 

Miqrasiya 

İnsanların iş tapmaq və ya daha yaxşı 

yaşayış şərtləri əldə etmək məqsədilə yeni 

ərazilərə  və ya ölkələrə köçməsi/yaxşı 

müəyyənləşdirilmiş marşrutlar boyunca 

heyvanların (xüsusən də nəsilartırma üçün 

geri qayıdan heyvanlar) hər hansı 

müntəzəm səfərləri. 



 

Modul 

Platformanın göyərtəsində yerləşən, 

mümkün qədər avtonom olan və digər 

dəniz modullarına birləşdirilmək üçün 

layihələndirilmiş üst tikilinin ayrıca bir 

seksiyası, yaxud düzbucaqlı bölmə. 



 

Müdaxilə işləri 

Hər hansı neft və ya qaz quyusunda və ya 

sualtı hasilat sistemində onların istismar 

müddəti ərzində və ya istismar müddətinin 

sonunda həyata keçirilən hər hansı 

əməliyyat və ya iş (başqa sözlə, quyunun 

vəziyyətini və / və ya quyunun quruluşunu 

dəyişən komponentlərin dəyişdirilməsi). 



 

Müqavilə Sahəsi 

Karbohidrogenlərin kəşfiyyatı  və hasilatı 

məqsədilə  şirkət, yaxud şirkətlər qrupu 

üçün lisenziyalaşdırılmış/icarəyə verilmiş 

və hissələrə bölünmüş dəniz sahəsi. 

 

Müvəqqəti dayandırma zamanı istifadə 

olunan flüidlər 

Quyunun bütövlüyünü təmin etmək üçün 

quyunun qazılmasının müvəqqəti 

dayandırılması  ərzində quyuda istifadə 

olunan flüidlər.  

 

Nəsilvermə (fertillik) əmsalı 

Müəyyən bir ərazidə bir qadının yaşadığı 

müddət  ərzində doğa biləcəyi uşaqların 

orta sayı. 



 

Neytrallaşdırılmış dəniz suyu 

Qazma məhlulu üçün dəniz suyunun 

effektivliyini artırmaq məqsədilə  həmin 

suyun pH göstəriciləri üzrə daha da 

neytrallaşdırmaq üçün dəniz suyunu 

kimyəvi baxımdan dəyişdirən proses. 



 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Normativ-Hüquqi Aktlara dair Qanun 



Müstəqillik 

əldə olunmazdan əvvəl 

qüvvədə olan aktlar ləğv edilməmişdirsə, 

yaxud Konstitusiyaya ziddiyyət təşkil 

etmirsə, qüvvədə qalmaqda davam etdiyini 

müəyyənləşdirən Azərbaycan 

qanunvericiliyi. 

 

Okeanoqrafiya 

Okeanın, o cümlədən dəniz 

ekosistemlərinin, okean cərəyanlarının, 

dalğalarının, fiziki və kimyəvi 

dəyişikliklərinin tədqiqatı. 

 

Oksigenə Bioloji Tələbat (OBT) 

Su nümunəsindəki (məsələn, çirkab suyu 

ilə çirklənmiş) üzvi maddələri parçalamaq 

üçün aerob mikroorqanizmlər tərəfindən 

tələb olunan oksigen miqdarı. Bu, suyun 

çirklənmə  dərəcəsini ölçmək üçün istifadə 

olunur. 


 

Oksigenə Kimyəvi Tələbat (OKT) 

Su daxilində olan üzvi birləşmələr 

tərəfindən istehlak olunan oksigenin 

miqdarı. Suyun tərkinbindəki üzvi 

birləşmələrin miqdarını bilavasitə ölçmək 

üçün istifadə olunur 

 

Onurğasızlar 

Onurğa sütunu olmayan hər hansı heyvan, 

o cümlədən onurğalılara aid olunmayan 

bütün növlər. 

 

Operator (əməliyyatçı) şirkət 

Öz adından və digər konsessiya sazişi 

iştirakçılarının adından konsessiya 

əsasında 

əməliyyatlar aparmağa 

cavabdeh olan şirkət. 

 

Orhus Konvensiyası 

Ekoloji informasiyadan istifadə imkanı, 

ətraf mühit məsələləri barədə  qərarların 

verilməsində ictimaiyyətin iştirakını  və 

məhkəməyə müraciət etmək hüququnu 

təmin edən beynəlxalq hüquqi saziş. 

 

Özlülük 

Molekulların bir-birinə qarşılıqlı surətdə 

bağlanması  nəticəsində mayenin axına 

qarşı müqaviməti. 



 

Paker/Bərkidici 

Quyu lüləsini bərkitmək üçün qazılmış 

quyunun içərisində quraşdırıla bilən 

ləvazimat. 

 

Parafin 

Parafin neftin səthdə 

sərbəstliklə 

axmasına imkan yaratmaq üçün xüsusi 

təmizlənmə 

tələb edən xam neft 

komponentidir.  

 

pH 

Qələvilik və turşuluq həddi, 0-dan 14-ə 

qədərdir, 7 isə neytral göstəricini  əks 

etdirir, 0 maksimum turşuluğu və 14 

maksimum qələviliyi bildirir. 

 

Plankton 

Dənizlərin və göllərin səth sularında dreyf 

edən çox kiçik bitkilər (fitoplankton) və 

orqanizmlər (zooplankton). Onların böyük 

ekoloji  əhəmiyyəti vardır, çünki balıqlar 

kimi dənizdə yaşayan iri orqanizmlər üçün 

qida təmin edirlər.  

 

Platforma 

İri dəniz konstruksiyası, qazma, hasilat, 

texnoloji emal və karbohidrogenləri 

müvəqqəti saxlama qurğularına malikdir.  

 

Polimer 

Müxtəlif fiziki xüsusiyyətlərə malik birləşmə 

əmələ  gətirmək üçün birləşdirilmiş eyni 

növ iki və ya daha çox molekul. 

 

Polisiklik aromatik karbohidrogen 

(PAK) 

Tərkibindəki karbon atomlarının halqa, 

yaxud halqalar əmələ 

gətirdiyi 

karbohidrogenlər. 

 

Praktiki Cəhətdən  Ən Yaxşı Ekoloji 



Variant (PCƏYEV) 

Məqbul dəyəri olan və  ətraf mühitə  ən az 

ziyan yetirən variantın müəyyən 

edilməsindən ibarət olan prosedur.  

 

 

RAMSAR Konvensiyası 



Beynəlxalq əhəmiyyətli hesab edilən sulu-

bataqlıq sahələrin təyin olunmasını ehtiva 

edən hökumətlərarası hüquqi saziş. 

 

Rayzer borusu / dik boru 

Mayelərin yuxarıya doğru axdığı boru. 

 

Reseptor 

Ətraf mühitə  və ya sosial-iqtisadi sahəyə 

təsirlər nəticəsində 

təsirə 


məruz 

qalan/onlarla qarşılıqlı  təsirə malik olan 

ekoloji aspekt (hava, su, ekosistem, insan, 

fauna və s.). 



 

Risk 

Müəyyənləşdirilmiş arzuedilməz hadisənin 

baş verməsi və hadisənin nəticələrinin 

ciddiliyi ehtimalı. 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Rixter cədvəli 



Hər hansı  zəlzələnin dərəcəsini göstərən 

cədvəl. 


 

Sahildən dənizə müvəqqəti yol 

Çıxıntı formasında iki sahəni bir-birindən 

ayıran torpaqdan tökülmüş mühəndis 

qurğusu.  



 

Saxsı parçası 

Saxsı məmulatın hər hansı fraqmenti 



 

Sazlama 

Bu iş qurğunun quraşdırıldıqdan sonra 

həyata keçirilməyə başlanılır və sazlama 

zamanı bütün birləşmələr və 

kommunikasiya xətləri istismar sınağı  və 

işəsalma mərhələsi üçün işlək vəziyyətə 

gətirilir. 

 

Səhralaşma 

İqlim dəyişikliyi, yaxud torpaqdan 

destruktiv istifadə 

nəticəsində 

əkin 

yerlərinin və ya məskunlaşma üçün yararlı 



olan torpaqların səhraya çevrilməsi. 

 

Sement 

Su ilə qarışdırılarkən bərkiyən (quruyan) 

yapışdırıcı funksiyasına malik tozlu 

maddə. Sement çox vaxt beton 

hazırlamaq üçün doldurucu materialları 

(məsələn, qum və  çınqıl) bir yerdə 

bərkitmək (yapışdırmaq) üçün istifadə 

olunur. 


 

Sement məhlulu 

Boşluqların və ya birləşmə yerlərinin 

doldurulması üçün istifadə olunan 

material. 



 

Səmt qazı 

Xam neftin bir hissəsi kimi və ya onun 

digər tərkib hissələri ilə birlikdə  aşkar 

edilmiş  təbii qaz. Bu, xam neftdə  həll ola 

və ya neftdən yuxarı  sərbəst qaz papağı 

kimi aşkar edilə bilər. 

 

Separator 

Karbohidrogen axınındakı qazları  və 

mayeləri bir-birindən ayırmaq üçün istifadə 

olunan texnoloji kamera. 



Səthi aktiv maddə 

Səthi gərilməni azaldan əlavə maddə

məsələn: təmizləyici maddə, yaxud, 

emulqator. 



 

Seysmik 

Verilmiş rayonda seysmik fəallığın 

xüsusiyyətləri (məsələn: tezliyi və 

intensivliyi). 

 

Son orta əsrlər 

Azərbaycanda son orta əsrlər 15-ci əsrdən 

18-ci əsrədək olan dövrü əhatə edir 

 

Stinger 

Barjın arxa hissəsindən kənara uzanan və 

boruların düzülməsində istifadə olunan 

dayaq qolu.  

 

Stokholm Konvensiyası 

Hökumətlərdən dayanıqlı üzvi 

çirkləndiricilərin atqısının azaldılmasını 

tələb edən beynəlxalq hüquqi saziş. 

 

Su birəsi (dafniya) 

Uzunluğu 0.2-5mm arasında dəyişən kiçik 

plankton onurğasız, kladosera. 

 

Su əsaslı qazma məhlulları (SƏQM) 

Su 


əsasında bərk hissəciklərin 

suspenziyasından ibarət qazma məhlulu. 

 

Sulu-bataqlıq sahə 

Torpağı daimi, ya da mövsümi olaraq 

rütubətlə doymuş ərazi. 

 

Suötürücü boru 

Suyun ötürülməsi üçün istifadə olunan 

süni konstruksiya.  

 

Suvurma/Suyun Təkrar Laya Vurulması 

Suyun laya, yaxud quyuya vurulması. 

 

Sürfə 

Heyvanın/canlının metamorfoz yolu ilə 

digər bir formaya keçdiyi yetişməmiş 

sərbəst yaşayan inkişaf mərhələsi. 



 

Sülb Maddələrin Dövrəsi Sistemi 

Bir sıra vibroələklər, vakuumlu deqazator 

və sentrifuqalar vasitəsilə  şlamlardan 

SinƏQM/ATMNƏQM-i ayıran qurğu. 

 

Sütunvurma  

Hər hansı struktura təməl qoymaq və ya 

dəstək vermək məqsədilə torpağa 

yeridilmiş ağac, beton və ya polad paya.  

 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Süzgəcli Qidalananlar  



Süzgəcli qidalanma mexanizminə  və 

hissəcikləri öz süzgəcindən keçirmək üçün 

su axını yaradan vasitəyə malik olan və 

əsasən detritlə və ya planktonla qidalanan 

bir sıra orqanizmlər 

 

Şlamlar 

Qazma şlamlarına baxın. 

 

Tağ nöqtəsi/zirvə 

Geoloji strukturun ən yüksək nöqtəsi. 

 

Takson 

Cəmdə-Taksonlar. Orqanizmləri 

təsnifatlandırmaq üçün istifadə olunan 

taksonomik (sistematik) kateqoriya, yaxud 

qrup. 


 

Tamamlama 

Yenicə qazılmış quyunun hasilat üçün 

hazırlanması işləri. 

 

Tamamlama məhlulu/ flüidi



1

 

Nasos-kompressor borusunun 

yerləşdirilməsi və quyunun qazılması 

zamanı quyuda mövcud olan kimyəvi 

qarışıq. 

 

Təbii Fon Səviyyəsi 

Ətraf mühitə xarakteristik olan maddənin 

konsentrasiyası  və ya enerjinin intensivlik 

səviyyəsi (məsələn, səs-küy və ya işıq). 

 

Təbii Yaşayış Mühitləri 

Konkret heyvan və ya bitki növlərinin və 

onların cəminin mövcud olduğu sahə 

(ekoloji parametrlərlə müəyyənləşdirilmiş). 

 

Təhlükə 

Zərər vurmaq, o cümlədən xəstəliyə, 

yaxud xəsarətə  səbəb olmaq; əmlaka, 

bitkilərə, məhsullara və ya ətraf mühitə 

ziyan vurmaq; hasilat itkilərinə, yaxud 

maddi öhdəliklərin artmasına səbəb olmaq 

potensialı. 

 

Təkrar emal/bərpa 

Tullantıların istifadəyə yararlı materiallara 

çevrilməsi və/və ya tullantılardan enerjinin, 

yaxud materialların əldə edilməsi. 

 

                                                      



1

  Flüid – həm qazma məhlulu, həm tamamlama 

məhlulu (nasos-kompressor borusunun 

yerləşdirilməsi və quyunun qazılması zamanı quyuda 

mövcud olan kimyəvi qarışıq), həm də sadəcə 

kollektorda, laylarda olan və yaxud quyudan çıxan 

mayelərə də aid edilə bilər. 

 

Təkrar istifadə 

Öz ilkin formasında təkrar istifadə oluna 

bilən materialların, yaxud məhsulların 

istifadəsi. 

 

Təmizlənmiş dəniz suyu 

Potensial korroziyanın və bioloji 

orqanizmlərlə örtülmənin azaldılması 

üçün, qoruyucu kimyəvi preparatlar 

vasitəsilə təmizlənən dəniz suyu. 



 

Termal desorpsiya 

Neftli/yağlı tullantılardan nefti/yağı 

desorpsiya etmək üçün istilikdən istifadə 

edən qeyri-oksidləşdirici proses. 



 

Termoklin 

Suda temperatur fərqi. 



 

Təsadüfi Hallar 

Digər qaydada baş verməsi gözlənilməyən 

təsirlər yaratmaq potensialına malik olan 

hadisələr və ya qeyri-müntəzəm hallar. 



 

Təsirazaltma tədbirləri 

Ətraf mühitə  və ya sosial-iqtisadi sahəyə 

hər hansı  mənfi təsirlərin qarşısını almaq, 

azaltmaq və mümkün olduqda aradan 

qaldırmaq üçün tətbiq olunan tədbirlər. 

 

Təsirsiz qaz 

Yanğın və ya labüd yanğın təhlükəsi 

zamanı  gəmidə  və ya platformadakı 

bölmələrin doldurulması üçün istifadə 

olunan kimyəvi cəhətdən qeyri-fəal qazlar 

 

Təzyiqin qorunub saxlanılması 

Adətən, hasilat zamanı lay təzyiqinin 

optimal səviyyədə saxlanılması prosesi – 

bu proses, bir qayda olaraq, hasil olunmuş 

flüidləri  əvəz etmək üçün laylara qazın, 

yaxud suyun vurulması ilə təmin olunur. 



 

Tıxaclama 

Quyunu, yaxud quyunun bir hissəsini 

sementlə tıxaclamaq. 

 

Toksiklik 

Sınaq olunan maddənin canlı 

orqanizmlərə  mənfi təsir göstərmə (təbii 

surətdə) potensialı, yaxud imkanı. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi terminlər lüğəti 

 

 

Toksiklik sınağı 



Sınaq maddəsinin bir sıra 

konsentrasiyalarının təsirinə  məruz qalma 

nəticəsində meydana çıxan toksikliyin 

ölçülməsi prosedurları Su mühitindəki 

toksiklik sınağı zamanı, təsir adətən, ya 

təsirə 


məruz qalmış orqanizmlərin 

miqdarına, ya da orqanizmin nümayiş 

etdirdiyi təsirin dərəcəsinə 

əsasən 


müəyyən edilir. 

 

Toqquşan plitə sərhədi 

İki (və ya daha çox) tektonik plitənin, 

yaxud litosferin bölünmüş hissələrinin bir-

birinə doğru hərəkət etdiyi və toqquşduğu 

fəal surətdə deformasiyaya uğrayan 

region. 

 

Transsərhəd təsir 

İki geosiyasi bölgü sərhədi (yəni dövlət 

sərhədi) arasındakı  hər hansı hüdudları 

keçən təsir. 

 

Tufanın yaratdığı iri dalğalar 

Aşağı  təzyiqli meteoroloji şərtlər ilə 

əlaqədar dənizdə qalxma. Buna, adətən, 

su kütləsinin səthinə  təsir göstərən güclü 

küləklər səbəb olur. 

 

Tullantı poliqonu 

Tullantı materiallarının basdırılmaqla 

kənarlaşdırıldığı yer. 

 

Üst tikililər/ üst modullar 

Qazma qurğusunun bir hissəsi – buraya 

üst göyərtə, aralıq göyərtə, aşağı göyərtə 

və alt göyərtə daxildir. 

 

Üzmə qovuğu 

Əksər sümüklü balıqların malik olduğu 

üzmə qabiliyyətini təmin edən orqan. 

  

Vadi 

Qısamüddətli (efemer) xarakterə malik ola 

bilən və yalnız güclü yağıntıdan sonra və 

yaxud ilin müəyyən dövrlərində axına 

malik olan çay vadisi. 

 

Ventilyasiya 

İşlənməmiş qazların atmosferə atılması. 

 

Vibroələklər 

Dövr etdirilən qazma məhlulundan süxur 

şlamlarının xaric edilməsi üçün istifadə 

olunan ələk/süzgəc. 

 

Vyana Konvensiyası 

Ozon təbəqəsinin qorunması ilə bağlı 

beynəlxalq hüquqi saziş. 

 

Yağıntı 

Atmosferdəki su buxarının kondensasiyası 

nəticəsində yaranır və Yerin cazibə 

qüvvəsinin təsiri ilə Yer səthinə düşür 

Yağıntının  əsas növləri bunlardır: Çiskin, 

yağış, sulu qar, qar və dolu. 



 

Yanüzənlər 

Zirehi olmayan yanları yastılanmış 

gövdəyə malik yanüzənlər dəstəsinə aid 

kiçik xərçəngkimilər. 

 

Yarımdalma qazma qurğusu 

Qazma platformasının altında qısa 

ayaqların üzərində yerləşdirilmiş 

pontonlara, yaxud ballast çənlərinə malik 

üzən dəniz qazma qurğusunun bir növü. 

 

Yekun nəticə 

Fəaliyyətin hüquqi, təbii və sosial-iqtisadi 

mühitlərlə qarşılıqlı  əlaqəsinin nəticə 

etibarilə meydana çıxan təsiri (müsbət, 

yaxud mənfi). 

 

Yeyilmə eroziyası 

Eroziyanın forması; avtomobil yolları  və 

dəmir yolu xətləri kimi konstruksiyaların 

yaxınlığında dənəvər altlıq materialın 

hidrodinamik qüvvələr tərəfindən 

kənarlaşdırılması. 

 

Yükün gəmidən kransız götürülməsi 

Dayaq bloklarının və ya digər 

konstruksiyaların dənizdə quraşdırılmaq 

üçün daşıma barjı  və ya digər gəmilər 

üzərindən sürüşdürülməsi və ya dayaq 

üzərinə oturdulması. 

 

Zərərli maddələr 

Dənizdə  Təhlükəli Yüklərin Daşınması 

Barədə  Məcəllədə (IMDG Code) dəniz 

çirkləndiriciləri kimi müəyyənləşdirilmiş 

maddələr. 

 

Zooplankton 

Mərcanlar, meduzalar kimi canlılardan 

ibarət plankton – adətən, kiçik ölçüdə, 

əksər hallarda isə mikroskopik ölçüdə 

olurlar. 



 

Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə