ßËÈ ÙßÑßÍÎÂ
36
Müqaviləyənin maddələri sülh müqaviləsi imzalanana qə-
dər tərəflərin hər biri üçün məcburi xarakter daşıyırdı. Barışıq
müqaviləsində digər məsələlərlə yanaşı, qeyd olunurdu ki,
Rusiya Respublikası ilə Almaniya blokunun ölkələri arasında
ümumi barışıq sazişi imzalanacağı təqdirdə onun maddələri
Qafqaz cəbhəsi üçün məcburi olmalıdır. Beləliklə, barışıq şərt-
lərinə əsasən Cənubi Qafqaz Rusiyanın tərkib hissəsi kimi qə-
bul edilirdi. Atəşkəs haqqında sazişin imzalanması ilə barışıq
müqaviləsinə əlavə olaraq demarkasiya xətti haqqında akt da
daxil edilmişdi. Barışığın imzalanmasına azərbaycanlı, gürcü
və erməni siyasi partiyalarının münasibəti birmənalı deyildi.
Ərzincan barışığından sonra rusların Qafqaz cəbhəsi da-
ğıldı. Rusiyada və müharibə cəbhəsində yaranmış vəziyyətlə
əlaqədar rus ordusu öz mövqelərindən geri çəkildi. Onunla
birlikdə rus ordusu tərkibində fəaliyyət göstərən erməni silahlı
dəstələri də Anadoluda dinc türk əhaliyə qarşı törətdikləri küt-
ləvi qırğınlara görə məsuliyyətdən yaxa qurtara bilməyəcəklə-
rindən qorxaraq Cənubi Qafqaza (əsasən Bakıya və digər Azər-
baycan ərazilərinə) döğru hərəkət etdilər. Dağılmış rus ordu
hissələri öz silah və sursatını erməni silahlı dəstələrinə verir-
dilər.
Ərzincan barışığından sonra Osmanlı imperatopluğunun
Cənubi Qafqaz siyasətində yeni bir mərhələ başladı. Türk or-
dusunun bu ərazilərə daxil olması üçün əlverişli şərait yarandı.
Osmanlı komandanlığının Şərqə doğru hərəkət planlarını hə-
yata keçirmək üçün əlverişli keçid-tranzit rayon olan Cənubi
Qafqazdan istifadə etmək istəkləri ciddi nəticələrə gətirdi.
Qeyd edildiyi kimi, müharibənin son mərhələsində neftə
və digər yanacaq məhsullarına tələbatın artması Bakı neftinə
yiyələnmək uğrunda hərbi əməliyyatların aparılmasını şiddət-
ləndirdi. Antanta ölkələri Mesopotamiya cəbhəsində Türkiyə-
nin panislamçı siyasətinə qarşı etnik ərəb millətçiliyini qızış-
dırdı. Türkiyə üçün bu regionda artıq panislamizm şüarları ilə
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
37
hərəkət etmək, hərbi əməliyyatlarda uğur qazanmaq və Mosul
neftini əldə saxlamaq mümkün deyildi. Ona görə də Osmanlı
imperatoluğu və onların alman müttəfiqləri Cənubi Qafqaz
istiqamətində hərəkət etməyə qərar verirlər.
Osmanlı imperatoluğunun bu istiqamətdə hərəkəti bir sıra
amillərlə şərtlənmişdi. Hər şeydən əvvəl, Azərbaycan nefti
hərbi əməliyyatların aparılmasında əsaslı rol oynayırdı. Onun
Antanta ölkələri tərəfindən tutulması, Xəzər üzərində müttəfiq-
lərin nəzarət qazanması, Mərkəzi Asiyaya gedən yola sahib
olmaları Almaniya və Osmanlının məğlubiyyətini bilavasitə
sürətləndirirdi. Almaniya bloku ölkələrindən Cənubi Qafqaza
ən yaxın olanı və regionu daha mükəmməl tanıyanı türklər idi.
İkincisi, Cənubi Qafqaz istiqamətində Osmanlı ordu
hissələrinin hərəkəti üçün milli və sosial baza baxımından heç
bir ciddi problem yox idi. Regionun əhalisinin böyük əksəriy-
yətini azərbaycanlılar, digər türkdilli xalqlar və müsəman
əhalisi təşkil edirdi. Onlar uzun illər boyu çarizmin zülmündən
əziyyət çəkmişdilər və öz azadlıqları yolunda Türkiyəyə, türk-
lüyün və islamın mərkəzi olan Osmanlıya xilaskar kimi ya-
naşırdılar. Türklərin özü də bu faktordan xüsusi istifadə edərək
bu xalqların nümayəndələri hesabına özlərinin günü-gündən
zəifləyən və seyrələn Qafqaz İslam ordusunun sıralarını dol-
durdu. Belə bir şəraitdə, başda Şaumyan olmaqla bolşevik-daş-
nak ünsürləri türk ordusunun Qafqazda güclənən hücumlarının
qarşısını almaq, azərbaycanlıların istiqlala gedən yolunu bağla-
maq üçün Cənubi Qafqazın türk və müsəlman əhalisinə qarşı
ermənilərin vasitəsilə təzyiq və təqibləri artırır, dinc əhalini
qorxutmaq məqsədilə kütləvi qırğınlar təşkil edirdi. Bakıdakı
sovet hakimiyyətinin silahlı qüvvələri zəif olduğundan o, rus
cəbhəsindən tərxis olunmuş silahlı erməni-daşnak hissələrinin
gücündən istifadə edir və onlara arxalanırdı. Bolşeviklər başda
Lenin olmaqla formal olaraq “xalqların öz müqəddəratını təyin
etmə hüququnu” tanısalar da, hakimiyyətlərini keçmiş impera-
ßËÈ ÙßÑßÍÎÂ
38
torluğun bütün ərazilərində, xüsusən neftlə zəngin, geosiyasi
cəhətdən əhəmiyyətli məkanda yerləşmiş Azərbaycanda qoru-
yub saxlamaq üçün hər cürə rəzalətə, hətta yeri gəlsə yerli
azərbaycanlıları məhv etməyə belə hazır idi və buna ciddi cəhd
göstərirdi.
Daşnak silahlı dəstələri və bolşevik hakimiyyəti azərbay-
canlıları ilk növbədə Abşeron yarımadasından sıxışdırıb
çıxarmağa, Osmanlı ordularını Bakıya buraxmamağa və bu
şəhəri nəyin bahasına olursa-olsun öz nəzarətində saxlamağa
çalışırdı. Odur ki, buna qədər azərbaycanlı, türk və müsəlman-
lara qarşı Anadolu və Cənubi Azərbaycanda törədilmiş kütləvi
məhvetmə kompaniyası, həmin dövrdən başlayaraq daha
amansızlıqla Bakıda, Qubada, Zəngəzur və İrəvan quberniyala-
rında, Borçalı və Şimali Azərbaycanın digər müxtəlif bölgələ-
rində həyata keçirilməyə başlandı. Bu qırğınlar regionda gedən
geosiyasi proseslərə və əhalinin etnik tərkibinə ciddi təsir edən
mühüm amillərdən idi. Transqafqaz Komissarlığı bu qırğın-
ların qarşısını ala bilmədi və əslində almaq istəmədi. Milli si-
yasət nəinki bütün Qafqaz regionunda, həmçinin Komissarlığın
daxilində belə düzgün qoyulmur və millətlərarası münasibətlər
qızışdırılır, xüsusən də yerli müsəlman əhaliyə qarşı ayrıseç-
kilik aşkar şəkildə həyata keçirilirdi. Odur ki, belə şəraitdə
Osmanlı imperiyası həm də Cənubi Qafqazın türk və müsəl-
man əhalisini qorumaq baxımından xüsusi mənəvi məsuliyyət
daşıyırdı.
Türkiyə istisna olmaqla Birinci dünya müharibəsində işti-
rak edən tərəfləri, əlbəttə, yerli azərbaycanlıların taleyi deyil,
daha çox Bakı və onun nefti maraqlandırırdı. Odur ki, indiyə-
dək Yaxın və Orta Şərqdə - Mosul nefti uğrunda müharibədə
iştirak edən tərəflər arasında aparılan geostrateji döyüşlərə
1918-ci ilin ortalarından zəngin neft yataqları olan Bakı və
Cənubi Qafqazın digər müvafiq əraziləri (məsələn Bakı-Batum
Dostları ilə paylaş: |