Microsoft Word geologiya-1-2011. doc



Yüklə 99,59 Kb.
Pdf görüntüsü
tarix07.04.2018
ölçüsü99,59 Kb.
#36382


 

 

167



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1                                Təbiət elmləri seriyası                                 2011 

 

 

 

 

 

UOT 553.41 (479.24) 

QARABAĞ FİLİZ RAYONUNUN STRUKTUR XÜSUSİYYƏTLƏRİ 

VƏ FİLİZLƏŞMƏNİN LOKALLAŞMASINDA HƏLQƏVİ VƏ XƏTTİ 

STRUKTURLARIN ROLU  

 

V.M.BABAZADƏ, Z.İ.MƏMMƏDOV, M.N.MƏMMƏDOV, 

A.A.XƏLƏFLİ, D.M.ƏHMƏDOV, N.Ə.İMAMVERDİYEV, 

M.İ.MANSUROV, A.İ.HÜSEYNOV, T.Ə.MƏMMƏDOVA, 

K.A.DADAŞOVA, U.İ.KƏRİMLİ 

Bakı Dövlət Universiteti 

mamoy_mansurov@mail.ru 

 

Məqalədə kompleks faktorların o, cümlədən aero- və kosmik şəkillərin deşifrə olunması 

ilə Qarabağ filiz rayonunun strukturu və filiz cisimlərinin morfologiyası haqqında təsəvvürlər 

dəqiqləşdirilmişdir. Filizlərin lokallaşması üçün əlverişli hesab olunan dörd qrup struktur 

elementlər ayrılmışdır: blok və  qırışıqlıq, parçalanma, maqmatogen və morfostruktur. Filiz-

ləşmənin lokallaşması  və konsentrasiyası üçün əlverişli olan dərinlik təbiətə malik gizli və 

aydın ifadə olunmuş iri tektonik xətti və  həlqəvi strukturların kəsişmə düyünlərini ayırmaq 

mümkün olmuşdur ki, onlar da filizləşmənin proqnozlaşdırılması üçün elmi əsaslandırılmış 

meyarlardan biri hasab oluna bilər.  

 

Açar sözlər: Qarabağ filiz rayonu, həlqəvi və xətti strukturlar, filizləşmənin lokallaş-

ması, filiz düyünləri. 

 

Qızılbulaq filiz sahəsi Kizik Qafqazın Lök-Qarabağ struktur-formasiyası 



zonasının tərkibinə daxildir. Filiz sahəsinin struktur mövqeyi onun Qarabağ və 

Ağdam antiklinorilərinin Xocavənd sinklinorisi ilə qovuşma zonasının böyük 

olmayan kəsiminə uyğunlaşması ilə müəyyən edilir. Burada o, təxminən Qa-

rabağ filiz rayonunun mərkəzində yerləşmiş Xocavənd sinklinorisinin nisbətən 

qalxmış  şimal-qərb hissəsinə uyğunlaşmışdır (Allahverdiyev və b., 1975). 

Qovuşma zonası orta- və üst yura maqmatizminin intensiv təzahür etməsilə 

aktiv tektonik zona hesab olunaraq mis-kolçedan və mis-polimetal profilli 

filizləşmənin üstünlüyü ilə xarakterizə olunur. Filiz sahəsinin quruluşunda 

Drombon, Yayzı antiklinallarında və üçüncü dərəcəli Qazarohoq, Poqosoqo-

mer sinklinallarında yatmış üst və orta yuranın vulkanogen, vulkanogen-çök-

mə, çökmə, intruziv, subvulkanik və metomorfik əmələgəlmələr iştirak edir. 

Filizlilik cəhətdən özündə vulkano-tektonik qalxmanı  əks etdirən Drombon 




 

 

168



antiklinalı daha perspektivli hesab olunur. 

 Struktur cəhətcə filiz sahəsi Mehmana-Dəlidağ eninə qalxmasının mər-

kəzi kəsimi daxilində yerləşmiş Drombon-vulkan günbəz strukturuna uyğun-

laşmışdır (Babazadə, Məmmədov, 1998). Qırışıqlıq strukturları qərbə sərt (30-

50

0

) və şərqə maili (20-20



0

) qanadlı asimmetrik qurluşa malikdir və bat yaşlı 

andezitlərin və andezit-dasitlərin piroklastik əmələgəlmələri və lavalarından 

təşkil olunmuşdur. 

 Sahənin daxili quruluşu  əksər hallarda andezitlərin, andezit dasitlərin 

və dasitlərin subvulkanik kütlələri və ekstruziv günbəzlərin müxtəlif morfolo-

giyası üzrə yatmış parçalanma dislokasiyalarının geniş inkişafı ilə xarakterizə 

olunur. Filiz sahəsinin Qızılbulaq mis-qızıl filizi yatağı yerləşdiyi cənub-qərb 

hissəsini əhatə edən Drombon vulkan-günbəz strukturu daha mürəkkəb quru-

luşa malikdir. 

Vulkan qurğusu mürəkkəb daxili quruluşu, vulkanitlərin müxtəlif petro-

qrafik tərkibi və onların lateral üzrə fasial dəyişmələri ilə xarakterizə olunur. 

Qurğunun mərkəzi hissəsində kaldera pozulmasını əks etdirən böyük olmayan 

çökmə qeyd olunur. Kaldera qərbə və şərqə doğru mərkəzi blokun düşməsi ilə 

nəticələnən qırılma pozulmaları ilə  kəsilmişdir. Kaldera şimal-şərqdən qövs-

vari qırılmalarla sərhədlənmişdir. Qövsvari qırılma zonasına yarımhəlqəvi 

formaya malik diorit-porfirit və kvarslı diorit intruziv kütləsi uyğunlaşmışdır. 

Qızılbulaq yatağı rayonunda vulkan-günbəz strukturu daxilində, filiz 

əmələgəlmədə böyük rol oynayan, vulkanik aparatın qalıqlarını  əks etdirən 

riodasitlərin üç böyük olmayan ştokvari subvulkanik kütlələri ayrılır. Vulkan-

günbəz strukturun mərkəzi hissəsi dasit-riodasitlərin lava-piroklastik fasiyaları 

ilə dolmuşdur. Bu qırışıqlıq  əsas filizyerləşdirici struktur hesab olunur, so-

nuncu onun günbəzyanı hissəsində lokallaşmışdır və şimal-şərq qanadında şi-

mal-şərq istiqamətli (Şm-Şq-80

0

) filizləşmədən sonrakı  qırılmalarla kəsil-



mişdir, nəticədə filiz kütləsinin şimal-şərq hissəsi 12-15 m qalxmışdır. Biklinal 

struktur dörd tərəfdən qırılma pozulmaları ilə kəsilmişdir. Onlardan ən böyüyü 

meridional (qərbə) və  şimal-qərb (şimala) istiqamətli qırılıb-yerdəyişmə ilə 

təmsil olunmuşdur. Yatağın  şimalında sinklinal struktur, turş  tərkibli lava-

lardan ibarət layların mərkəzi qapanması ilə yoxa çıxır. Yatağın cənubunda, 

kəşfiyyat quyularının və yeraltı dağ qazmalarının olmadığına görə, burada 

sinklinalın quruluşu aydın deyildir. Filiz rayonu daxilində  xətti tektonik qı-

rılmalarla yanaşı, həmçinin həlqəvi strukturlarda geniş inkişaf etmişdir. Qı-

zılbulaq filiz sahəsinin və ona qonşu sahələrin struktur xüsusiyyətlərini müəy-

yən etmək məqsədilə, həmçinin faydalı qazıntı yataqlarının yerləşmə qanu-

nauyğunluğununu aşkar etmək üçün kosmiki və aerofoto şəkillərin deşifrə 

olunması  və alınmış  nəticələrin geoloji-geofiziki tədqiqatlarla tutuşdurulması 

ilə  nəticələnən digər kompleks tədqiqat üsullarından geniş istifadə olunmuş-

dur. 


Kosmiki  şəkillərdə deşifrə olunmuş  qırılma pozulmalarının təhlili və 


 

 

169



onların aerofoto şəkillərlə, topoqrafiq xəritələrlə, geoloji-geofiziki məlumat-

larla və çöl tədqiqatlarının nəticələri ilə müqayisəsi göstərir ki, qırılmalar adə-

tən relyefdə əks olunmuşdur. Filiz sahəsi və eyniadlı kaldera daxilində bizim 

tərəfimizdən ilk dəfə  əvvəllər məlum olmayan və  kəsişmə qovşağında  əksər 

filiz təzahürləri təmərküzləşmiş xətti, oval və qövsvari strukturlar ayrılmışdır. 

Bundan əlavə konsentrik formalı mini həlqəvi strukturlar daha iri və dəqiq əks 

olunmuş hesab olunurlar: Drambon və  Qızılbulaq yarımhəlqəvi strukturları 

(Babazadə, Məmmədov,1998) (şəkil 1). 

 

 

Şək. 1. Qarabağ filiz rayonunun mərkəzi və  şimali-qərb hissəsinin xətti və  həlqəvi struk-



turlarının yerləşmə sxemi (Z.İ.Məmmədova görə, 1998).  1.Drombon yarımhəlqəvi 

strukturu; 2.Qızılbulaq konsentrik strukturu; 3.İmarat-Qərvənd həlqəvi strukturu.  

 

Drambon yarımhəlqəvi strukturu eninə 2 km-ə yaxın diametrə malikdir. 

O, qırılma zonasının qövsvari zonasında təzahür etmiş diorit porfirit və kvars-

diorit intruziv kütlələrinin  ətrafında qövsvari forma əmələ  gətirir. Sonuncu 

Qzılbulaq çökmə kalderasının şimal-şimal-şərq qanadına uyğun gəlir. Həlqəvi 

struktur şimal-qərbdə Tərtər eninə dərinlik qırılması ilə kəsilmişdir. 

Məxsusi Qızılbulaq həlqəvi strukturu iki konsentrik yerləşmiş həlqədən 

ibarət olub Drombon həlqəvi strukturundan cənub-qərbdə qeyd olunur. Həl-

qənin xarici hissəsi ellipsoid formasına malik olub, 2,5-4 km uzunluğunda oxa 

malikdir. Burada deşifrə olunmuş konsentrik sərhədlərin interpretasiyası 

çətinlik törədir. Struktur orta və üst yuranın vulkanogen və vulkanogen-çökmə 

süxur komplekslərinin inkişaf etdiyi sahəyə uyğunlaşmışdır. Strukturun 

quruluşu müxtəlif maqmatik əmələgəlmələrin dəyişilməsi ilə  şərtlənən dəqiq 

əks olunmuş konsentrik zonallığa malikdir. Süxurlar kənarlardan mərkəzə 

doğru ardıcıl olaraq bat və bayos əmələgəlmələrilə  əvəz olunlar. Strukturun 

mərkəzində  və  cənub-şərq qurtaracağında, bütün üst bayos və bat süxur 




 

 

170



komplekslərini yaran, bayoz və bat yazlı orta-əsasi və truş  tərkibli izometrik 

formalı subvulkanik kütlələrin yeddi böyük olmayan çıxışı ayrılmışdır. 

Ayrılmış  həlqəvi struktur geofiziki sahədə lokal maqnit və  mənfi 

qrafitasiya anomaliyası ilə ifadə olunmuşdur. 

Drombon yarımhəlqəvi strukturunun mənşəyi ilk növbədə yüksək aero-

foto və kosmik şəkillərdə  aşkar olunmuş, dərinlik qövsvari qırılmaların ak-

tivliyi ilə şərtlənən, onun vulkan-plutonik genezisə malik olmasını təsdiq edən 

diorit-porfirit və kvarslı diorit porfirit tərkibli hipabissal intruziv kütlələrin 

həlqəvi sərhədinə uyğunlaşması ilə səciyələnən maqmatizmlə əlaqədar olması 

ilə izah olunur. Belə forma adətən vulkanizm və  mərkəzi tip plutonik diapi-

rizim ilə əlaqədar olan vulkano-plutonik mənşəli həlqəvi strukturlar üçün xa-

rakterikdir. Qızılbulaq həlqəvi strukturu vulkanik proseslər nəticəsində əmələ 

gəlmişdir. 

Filiz sahələrinin həlqəvi strukturunun yaşı geniş diapozonda dəyişir. 

Bunu onun orta yuradan neokoma qədər müxtəlif yaşlı maqmatik əmələ gəl-

mələrə uyğunlaşması təsdiq edir. Digər tərəfdən müxtəlif yaşlı maqmatitlərin 

bu və ya digər strukturda mövcudluğu ilkin yatmış həlqəvi qırılmaların dövrü 

aktivliyini göstərir. 

Filiz sahəsinin mərkəzi hissəsində konsentrik həlqəvi struktur daxilində, 

mis və kükürd kolçedanı filizləşməsini yerləşdirən və  nəzarət edən sub-

meridional və şimal-qərb istiqamətli filizli qırılmaların kəsişməsi və ya haça-

lanması müşahidə olunur. 

Bu struktur qovşaqların vəziyyətini radial pozulmaların istiqamətilə əla-

qələndirmək olar. Müəyyən edilmiş  həlqəvi strukturların metallogenik əhə-

miyyəti, onların qovşaqlarına endogen filiz konsentrasiyasının uyğunlaşması 

ilə  təyin olunur. Hər iki həlqəvi struktur daxilində yataqda təzahür edən mi-

nerallaşma mərhələsinə  və  səpinti oreollarına qədər bu və ya digər filiz tə-

zahürləri iştirak edir. 

Müxtəlif tip endogen filiz konsentrasiyası effuziv, piroklastik və  səthə 

yaxın intruziv maqmatizmin inkişaf zonasında lokallaşmışdır və məkanca həl-

qəvi vulkano-plutonik struktura ilə assosiya təşkil edir. Qızılbulaq yatağı 

Drombon və Qızılbulaq həlqəvi strukturun kəsişməsinə və Qızılbulaq submeri-

dional (315-15

0

) qırılmasının asılı zalbandına uyğunlaşmışdır. Drombon ya-



rımhəlqəvi strukturunun mərkəzində  və  şimal-şərq kənarında Qırmızı Qorka 

və  Şimali-Dombon filiz təzahürləri yerləşmişdir. Qızılbulaq həlqəvi struktu-

runun daxili həlqəsinin episentrində  Qərbi-Qızılbulaq filiz təzahürü yerləş-

mişdir. Bütün bu faktlar endogen filizəmələgəlmənin həlqəvi struktur ilə  sıx 

əlaqədar olmasını birmənalı şəkildə təsdiq edir. 

Filiz obyektləri arasında məkanca həlqəvi strukturlara uyğunlaşmış mis 

və kükürd kolçedanı filiz yatağı (Qızılbulaq) və təzahürləri daha geniş təmsil 

olunmuşdur. Həlqəvi struktur daxilində, həmçinin polimetal təzahürlərə  də 

geniş  təsadüf olunur. Beləliklə, Qızılbulaq filiz rayonunun həlqəvi strukturu 



 

 

171



uyğun filiz minerallaşması ilə ümumi «yoxlama» fonunda nəcib metal və poli-

metal yataqlarının aparıcı faydalı komponentlərinin konsentrasiyası üstünlük 

təşkil edir. 

Yuxarıda qeyd olunmuşdur ki, filiz sahəsində  əsas hesab olunan mis-

qızıl və polimetal filizləşmələri məkanca və genetik olaraq yura vulkanizmi ilə 

bağlıdır, eyni zamanda əksər filiz təzahürləri vulkan-tektonik strukturunun 

mərkəzi və  kənar hissələrinə meyillidir. Bu da yura vulkanitlərinin inkişafı 

daxilində  xətti və  həlqəvi parçalanma pozulmalarını öyrənməyin və  aşkar 

etməyin vacibliyinə əsas verir. 

Qızılbulaq qırılması Ağdam filiz nəzarətedici dərinlik qırılmasının ayrıl-

mış qolu hesab olunur və relyefdə təsbehvari yerləşmiş hidrotermal-dəyişilmiş 

süxur linzaları ilə  təmsil olunaraq yaxşı izlənilir. Qırılma Mehmana-Dəlidağ 

eninə qalxmasından kənara çıxaraq, kosmik şəkildə 20 km-dən artıq məsafədə 

izlənilir və bütün izlənilməsi boyunca kiçik uzununa və eninə  qırılıb-düş-

mələrlə müşayiət olunaraq, Qızılbulaq yatağının və Almalı  təzahürünün yer-

ləşməsinə nəzarət edir. Qırılma bütün uzanması boyu maqnit anomaliyasına və 

elektrik sahəsinə uyğun olaraq düşməsini  şərqə saxlayır. Qızılbulaq yatağı 

mürəkkəb daxili quruluşa malikdir, bu da tektonik hərəkətlərin intensivliyini 

və dəfələrlə təkralanmasını göstərir. Qırılma asılı təması və daxili tikiş zonası 

boyunca, onun dərinliyini, bir qayda olaraq müxtəlif tərkibli maqma və filiz 

məhlullarının çox mərhələli ayrılma mənbəyi olan maqmatik mənbə ilə dolayı 

əlaqəsini göstərən subvulkanı kütlələri ilə müşayiət olunur. 

Yataq sahəsində  qırılma, filizləşməni  şimaldan,  şimal-şərqdən və  cə-

nubdan məhdudlaşdıran şimal-qərb və enə yaxın istiqamətli qırılma pozulma-

ları ilə kəsilir – qərb istiqamətli (320-330

0

) qırılma pozulmaları yataq səthində 



25 m-ə qədər qalınlığında intensiv minerallaşmış, kaolinləşmiş, limonitləşmiş 

və şiştləşmiş süxur çıxışlarına nəzarət edir. Burada oksidləşmə zonasında ilkin 

sulfid mineralları tamamilə dəyişilmiş və hipergen limonit, malaxit, azurit və 

s. minerallara çevrilmişdir. 

Qızılbulaq yatağının formalaşmasında müxtəlif istiqamətlərlə maili 

düşən və üst bayos əmələgəlmələrin örtük hissəsindən keçən parçalanmalarda 

az rol oynamır. Bu parçalanmalar sərt düşən Qızılbulaq dərinlik qırılmasına 

rast gələrək qapalı sinklinal strukturun əmələ  gəlməsinə  səbəb olmuşdur. 

İntensiv tektonik deformasiyaların dəfələrlə təkrarlanması hesabına, filiz küt-

lələrinin  əmələ  gəlməsində ekran rolunu oynayan 0,5 m-dən 5-6 m-ə  qədər 

qalınlığında milonitləşmə zonası baş vermişdir. Deformasiya planının gec in-

kişaf mərhələsində bu sərt düşən struktur onun morfologiyasını mürəkkəb-

ləşdirən qırışıqlıq  əmələgəlmə prosesinə  cəlb olunmuşdur. Qırılmanın səthi 

çökəkliklə ayrılan oval qalxma, günbəzvari forma almışdır. 

Bu qalxmaların hər birindən sonra yatağın filiz kütlələrinin konsen-

trasiyası əmələ gəlmişdir. Maili qırılma səthindən aşağıda süxur kompleksləri 

filizli hidrotermlərin daxil olmasına qədər intensiv mexaniki dəyişilməyə 



 

 

172



məruz qalmışdır, bu zaman üst bayosun daha massiv riodasitləri güclü 

brekçiyalaşmış və sıx çat şəbəkəsinə bölünmüşdür, alt bayos yaşlı orta və əsasi 

tərkibli tuflar və effuzivlər isə  əksər hallarda şistləşmiş  və qismən 

brekçiyalaşmışdır (Babazadə, Məmmədov, 1998). Qızılbulaq qırılması 

boyunca tektonik hərəkətlərin davam etməsi onun tikiş zonasının açılmasına 

və yatağın geoloji quruluşunu əhəmiyyətli dərəcədə mürəkkəbləşdirən orta və 

orta-əsasi tərkibli filizləşmədən sonrakı dayka və subvulkan kütlələrinin 

təzahür etməsinə  səbəb olmuşdur. Subvulkanik kütlələr yalnız sərt düşən 

Qızılbulaq qırılması üzrə deyil, həmçinin maili qırılma tikişi və onun çat 

sistemi üzrə də təzahür etmişdir. Bu kütlələr uyğun yatıma malikdirlər və maili 

qırılma tikişi üzrə təzahür etmişlər, digər hallarda isə müxtəlif istiqamətlərdə 

filiz kütlələrini və zonaları kəsirlər. 

Yuxarıda qeyd olunmuşdur ki, yataq sahəsində müxtəlif istiqamətli qı-

rılma pozulmaları inkişaf etmişdir. Sonuncu dörd çat sistemi əmələ  gətirir: 

şimal-qərb;  şimal-şərq; meridionala yaxın və enə yaxın. Bu pozulma sistem-

lərindən hər biri iri qırılmalarla qanunauyğun  əlaqədardır və filiz əmələgəl-

mədə müəyyən rol oynayır. 

Yataqda filizləşmədən sonrakı tektonika tamamilə intensiv inkişaf 

etmişdir. Əvvəllər mövcud olan və sonradan əmələ gəlmiş qırılmalar boyunca 

filiz yerləşdirən süxurlar və filiz kütlələrinin özü hərəkət zamanı dəfələrlə in-

tensiv  əzilmiş  və  nəticədə bir-birindən tektonik pozulmalarla ayrılan üç əzil-

miş filiz kütləsi əmələ gəlmişdir. Yataqda həmçinin xırda çatlar intensiv inki-

şaf etmişdir. Əksər hallarda kvars və sulfid minerallaşması ilə dolmuş müxtəlif 

istiqamətli çat sistemləri ayrılır. Onları yaşa görə ayırmaq həmişə mümkün 

olmur. Qarşılıqlı  şəkildə onlar ştokverk tekstura əmələ  gətirirlər. Müəyyən 

olunmuşdur ki, Qızılbulaq mis-qızıl yatağının formalaşma prosesi həlqəvi 

strukturun filiz nəzaprətedici xətti qırılmalara sıx qarşılıqlı  fəaliyyəti ilə  nə-

zarət olunur. Metallogenik cəhətcə həlqəvi strukturların filiz nəzarətedici xətti 

qırılma zonaları ilə əlaqə zonası əlverişlidir. 

Yuxarıda qeyd olunmuşdur ki, yataq Qızılbulaq və Drombon həlqəvi 

strukturlarının əlaqə zonasına və Qızılbulaq qırılmasının asılı zalbandına, həm-

çinin həmin qırılmanın  şimal-qərb istiqamətli qırılmalarla kəsişmə qovşağına 

uyğunlaşmışdır. Qızılbulaq filiz sahəsi daxilində anoloji sahələrdə filiz yer-

ləşdirən strukturların və filizlərin çökməsi üçün əlverişli şərait yaranmışdır. 

Qızılbulaq filiz sahəsi daxilində endogen filizləşmə orta və üst yura 

dövründə Drombon həlqəvi strukturu və eyniadlı çökmə kalderasının (Qızıl-

bulaq həlqəvi strukturu) tektonik aktivləşmə fonunda optimal çat əmələgəlmə 

şəraitində inkişaf etmişdir. Filizli məhlulların daxil olması tamamilə çat tekto-

genezislə regenarsiya olunmuşdur. Görünür bu səbəbdən Qzılbulaq yatağında 

və filiz sahəsinin digər təzahürlərindən əsas filiz komponentlərinin miqdarı ilə 

qırılma pozulmalarının və lokal çatların inkişaf tezliyi arasında düzünə asılılıq 

müəyyən edilir. 




 

 

173



Qızılbulaq filiz sahəsinin və eyniadlı yatağın çat tektonikası, tektonik 

deformasiyalar nəticəsində bayosun bazalt-andezit-dasit-riolit formasiyası 

süxurlarında təzahür etmiş intensiv çatlıqla xarakterizə olunur. 

Yataq daxilində filizləşməyə  qədərki, intrafilizləşmə  və filizləşmədən 

sonrakı çat sistemləri ayrılır. Filizləşməyə  qədərki çatlar öz növbəsində pro-

tektonik və tektonik çatlara bölünür. Tektonik çatlar yaşına görə daha qədim 

(350-15



< 65-70



0

) və nisbətən cavan (45-65



< 35-45

0

) çatlara ayrılır. 



Qızılbulaq filiz sahəsinin yuxarıda baxılan struktur xüsusiyyətləri, onun 

mis-qızıl filizinə perspektivliyinin yüksək olmasını  təsdiq edir. Qızılbulaq 

yatağı xüsusən perspektivli hesab olunur. 

Qızılbulaq filiz sahəsi yataqlarının lokallaşmasının struktur şəraitinin 

öyrənilməsi, filiz əmələgəlmənin ümumi modelinin myəyyənləşdirilməsində 

və konkret sahələrdə axtarış  və axtarış-qiymətləndirmə  işlərinin  əsaslandırıl-

masında mühüm əhəmiyyət kəsb edir. Bu yataqlar tipik yataqlara aiddirsə və 

onlar etalon obyektlər kimi iştirak edirsə, onda onlar xüsusən lazımdır və Qı-

zılbulaq mis-qızıl-kolçedan yatağı belə yataqlardandır. Bu yataq mineroloji 

fərqə baxmayaraq Gədəbəy, Qoşa və s. qızıl kolçedan yataqları ilə ümumi xa-

rakterə malikdir. Bu ümumilik aşağıdakından ibarətdir; filiz kütlələrinin sub-

vulkanik əmələgəlmələrlə məkanca və genetik əlaqəsi, ətraf süxurların spesifik 

hidrotermal-metasomatik dəyişilməsi (metasomatitlərin müxtəlif fasiyalarının 

geniş inkişafı: - berezitləşmə, propillitləşmə, argillitləşmə törəmə kvarsitlər) 

həm yataq, həm də filiz sahəsi daxilində filiz kütlələrinin müxtəlifliyi, qızıl və 

gümüşün ayrılmasının dispers xarakteri və s. (Qavrilyuk və b., 1991). 

Məlumdur ki, yatağın daxili strukturu filizçökmə  şəraiti ilə müəyyən 

olunur. İlkin dəqiq kəşfiyyat dövründə Qızılbulaq yatağının struktur mövqeyi 

şimal-qərb istiqamətli Qzılbulaq qırılmasının  şimal-şərq istiqamətli qopma 

parçalanması  və düyümü ilə müəyyən olunmuşdur. Bu zaman yatağın ilkin 

forması  məhsuldar endogen minerallaşmasının ümumi sərhədi daxilində filiz 

zonasının sərhədi boyunca göstərilmişdir, onun struktur forması isə müxtəlif 

istiqamətli çatların çox poliqonal şəbəkəsi görünüşündə olmuşdur. Sonda yata-

ğın daxili quruluşu açılmamışdır. Sonralar kompleks faktorların o, cümlədən 

aero- və kosmik şəkillərin deşifrə olunmasının cəlb olunması ilə çöl işlərinin 

dəqiqləşdirilməsi nəticəsində Qızılbulaq yatağının strukturu və filiz laylarının 

morfologiyası haqqında təsəvvürlər kifayt qədər dəqiqləşdirilmişdir. Belə 

təsəvür yaranır ki, yatağın filiz lokallaşdıran zonasının forması planda iki və 

daha artıq çəp kəsişən istiqamətli tektonik struktura: şimal-qərb və şimal-şərq 

(meridionalayaxın) istiqamətli parçalanma pozulmalarının kəsişməsinə 

tabedir. 

Filiz sahəsi mürəkkəb qırışıq-blok struktura malikdir, burada bütün 

strukturlar məkan və zamanca qarşılıqlı əlaqədardır. Bununla, belə onların fi-

lizlərin lokallaşmasında rolu eyni deyildir və buna görə də bu strukturların sis-

temləşdirilməsi lazımdır. Bizim tədqiqatlar nəticəsində filizlərin lokallaşması 



 

 

174



üçün əlverişli hesab olunan dörd qrup struktur elementlər ayrılmışdır: blok və 

qırışıqlıq strukturları, parçalanma strukturları, maqmatogen strukturlar və mor-

fostruktur elementlər. 

Birinci qrupa Mehmana-Dəlidağ eninə qalxma bloku, Qarabağ  və  Ağ-

dam antiklinorilərinin  əlaqə zonası, Drombon vulkan-günbəz strukturu, an-

tiklinal (Drombon, Yayçı və s.) və biklinal qırışıqların tağ hissəsi aiddir. Bütün 

bu strukturlar öz aralarında sıx  əlaqəlidir və filizəmələgətirici məhlulların 

təzahürü üçün əlverişlidir (Məmmədov, 2000). 

Filizlərin lokallaşması qismində ikinci qrup strukturlar maraqlı hesab 

olunur. Burada qırılma pozulmaları və onların əlaqəsi xüsusi əhəmiyyət kəsb 

edir. Onlardan bəziləri regional miqyaslı struktur olub, Qarabağ filiz rayo-

nundan kənara çıxırlar. 

Üçüncü qrupa maqmatogen proseslərlə  sıx  əlaqədar olan strukturlar 

daxil edilmişdir. Bunların sırasına birinci növbədə  mərkəzi tip struktura uy-

ğunlaşmış orta, əsasi və turş tərkibli subvulkanik və dayka kütlələri aid edilir. 

Filizlilik cəhətdən maqmatik əmələgəlmələr filiz generasiya mənbələri və filiz-

yerləşdirici mühit kimi iştirak edirlər. Bu əmələgəlmələrin filizləşmədə rolunu 

ayırd etmək çətindir. Onlar filiz maddələrinin mənbəyi və filizçökdürücü mü-

hit qismində kompleks halda iştirak edə bilərlər. Müəlliflər tərəfindən aparıl-

mış  tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, filiz gətirən və filizyer-

ləşdirən mühit bazalt-riolit formasiyasını əmələgətirən bayos yaşlı vulkanogen 

və vulkanogen-çökmə süxurlardır və onlar bütün filiz sahəsində geniş inkişaf 

tapmışdır. 

Filizləşmənin lokallaşması üçün, həmçinin alt bayosun andezibazalt 

tuflarının, üst bayosun dasit və riodasitlərlə  təmasyanı zolağı da əlverişlidir. 

Burada təmasyanı zolağda süxur kompleksləri filizli hidrotermlərin təzahürünə 

qədər intensiv mexaniki dəyişmələrə məruz qalmışdır. 

Nəhayət, dördüncü qrupa müxtəlif miqyaslı həlqəvi strukturlar aid edil-

mişdir. Bu strukturların  əlaqə zonası  və  qırılma pozulmaları endogen filiz-

ləşmə düyünlərinə nəzarət edir. 

Qızılbulaq filiz sahəsində mis-qızıl filizləşməsinin lokallaşması üçün 

aparıcı struturlar aşağıdakılardır. 

Tərtər dərinklik qırılması. Bu qırılma laylanmış effuziv axımlara, həmçi-

nin tufogen və piroklastik vulkanogen-qırıntı süxurları ilə  təmsil olunmuş 

Dəlidağ eninə qalxmış blokun formalaşmasında mühüm rol oynayır. Qırılma 

üzrə  dəfələrlə tektonik yerdəyişmələr baş vermiş  və eninə fay və  əks faylara 

parçalanmışdır. 

Mehmana-Dəlidağ qalxmasının Qızılbulaq yatağı yerləşən mərkəzi, Xo-

cavənd sinklinorisinə keçid kəsimi, cənub-şərqdən Yayçı, şimal-şərqdən Meh-

mana, cənub-qərbdən Artyunoqomer və şimal-qərbdən Tərtər qırılması ilə hü-

dudlanmış dördbucaqlı blokun yüksək qalxmış formasına malikdir. Blokun 

daxili quruluşu orta və turş  tərkibli vulkanik kütlələrdə yatmış  qırılma dislo-




 

 

175



kasiyalarının geniş inkişafı ilə xarakterizə olunr. Bundan başqa verilmiş bloka 

diorit porfiritlərin bir sıra kiçik çıxışları uyğunlaşmışdır. Blokun subvulkanik 

və kiçik intruziv kütlələrlə zənginləşməsi onu göstərir ki, eninə qalxmanın kə-

simi yura dövründə Mehmana-Dəlidağ qalxması ilə eyni vaxtda intensiv vul-

kanik fəaliyyətə məruz qalmışdır (Allahverdiyev və b., 1975). 

Blok daxilində Qızılbulaq yatağı rayonunda, filiz əmələgəlmədə kifayət 

qədər müsbət rol oynayan, vulkan qurğüşunun qalınlığını əks etdirən riodasit-

lərin üç çox da böyük olmayan ştokvari vulkan kütlələrinə rast gəlinir. Bu sub-

vulkanlar bir-birilə turş tərkibli az qalınlıqlı subvulkanik daykalarla əlaqədar-

dır. 


Qeyd olunan blok daxilində iki eninə  qırışıq; Drombon antiklinalı  və 

Kazaraqoq sinklinalı ayrılır. Daha filizli Drombon antiklinalı hesab olunur və 

özündə vulkan-tektonik qalxmanı əks etdirir. Verilən struktura Şimali-Drom-

bon təzahürü və  Qızılbulaq yatağı uyğunlaşmışdır. Qırışıqlıq Drombon kən-

dində daha aydın əks olunmuşdur. Burada onun tağ hissəsi sərt düşən qırılma-

lar seriyası ilə kəsilmiş və intensiv hidrotermal prosesə məruz qalmış riolit tər-

kibli subvulkanik kütlələrlə yarılmışdır. Qırışıq şərt (30-50

0

) qərb və maili (10-



20

0

)  şərq qanadlı assimmetrik quruluşa malikdir. Qırışığın quruluşunda sub-



vulkan kütlələrindən başqa andezit və andezit-dasitlərin lava və piroklastik 

əmələ gəlmələri də asas rol oynayır. Drombon kəndinin şərq kənarında üzvü-

qırıntı  əhəngdaşlı linzalı tuf-çökmə qatın uzanması üzrə  qırışığın pereklinal 

qapanması baş verir. Əhəng daşları riolitlərin subvulkanları ilə kəsilmiş və mis 

minerallaşması ilə yoluxmuşdur. Qızılbulaq yatağının cənubunda qırışığın qu-

ruluşunda  əsasən tufkonqlomerat brekçiyaları  iştirak edir. Qırışığın qərb qa-

nadı riolit və riodasit subvulkanları ilə tamamlanmış qırılma pozulma seriyası 

ilə kəsilmişdir. 

Qızılbulaq filiz sahəsində iri qırılma tektonikası elementləri arasında, 

cənub-qərbə şərt bucaq (65-70

0

) altında yatmış şimal-qərb istiqamətli Ağdam 



(Mehmana) dərinlik qırılması xüsusi diqqət cəlb edir. Qırılma Xocavənd sin-

klinorisinin təmasını  Ağdam antiklinorsindən ayıraraq  əsas filiz nəzarətedici 

struktur hesab olunur və lokal filizli zonaların vəziyyətini müəyyən edir. 

Filiz-maqmatik sisteminin əsas elementləri sırasına minerallaşmış filiz 

zonaları və ya kütlələri də aiddir. Qeyd etmək lazımdır ki, apardığımız tədqi-

qatlar nəticəsində Qarabağ filiz sahəsində xeyli miqdar minerallaşma zonaları, 

məntəqələri, nöqtələri və xüsusən sənaye əhəmiyyəti kəsb edən orta və kiçik 

ölçülü filiz kütlələri aşkar edilmişdir. Özlüyündə, minerallaşmış sahələr axtarış 

əlamətləri kimi qiymətləndirməlidirlər. 

Filiz-maqmatik sisteminin əsas elementlərindən biri hesab edilən və por-

firlərin intruziyası zamanı özləri ilə  gətirdikləri dərində yerləşmiş süxurların 

ksenolitlərinə  və eksploziv brekçiyalar Qarabağ filiz sahəsində rast gəlinmir. 

Güman edilir ki, bunun əsas səbəbi yataq sahəsinin dərin eroziyaya uğra-

masıdır. 




 

 

176



Qızılbulaq filiz sahəsinin struktur mövqeyi onun Qarabağ  və  Ağdam 

antiklinorisi ilə qovuşma zonasının böyük olmayan kəsiminə uyğunlaşması ilə 

müəyyən edilir. Burada o, təxminən Qarabağ filiz rayonunun mərkəzində yer-

ləşmiş Xocavənd sinklinorisinin nisbətən qalxmış  şimal-qərb hissəsinə uy-

ğunlaşmışdır. 

Yatağın geoloji quruluşunda bayosun bazalt-riolit formasiyasının kon-

trast diferensiallaşmış vulkanogen-çökmə süxurları iştirak edirlər. Bu formasi-

ya bazalt (alt bayos) və riolit (üst bayos) komplekslərindən təşkil olunmuşdur. 

Qızılbulaq yatağı rayonunda vulkan-günbəz strukturu daxilində, 

filizəmələgəlmədə böyük rol oynayan, vulkanik qurğunun qalıqlarını  əks 

etdirən riodasitlərin ştokvari subvulkanik kütlələri ayrılır. 

Morfostruktur və geoloji məlumatların məcmusu belə bir nəticəyə 

gəlməyə  əsas verir ki, Qızılbulaq və Drombon həlqəvi morfostrukturları iri 

vulkanik qurğular olub, onun strukturunda hidrotermal dəyişmiş və brekçiya-

lanmış süxurlar iştirak edir. Morfostrukturların haşiyələrində müxtəlif fasiyalı 

vulkanogen süxurlar, o cümlədən ekstruziv və dayka süxurları  iştirak edir. 

Məhz bu hissələrdə filizləşmə müşahidə edilir. Bu cəhətdən morfostukturların 

periferik həssələri, xüsusilə də müxtəlif istiqamətli lineamentlərin kəsişmə dü-

yünləri və açılmamış ekstruziv cisimlərin sahələri ən perspektivli sayıla bilər.  

Aparılan tədqiqatları yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, Kiçik 

Qafqazda, o cümlədən Qarabağ filiz rayonunda filizləşmənin lokallaşmasında 

birbaşa pozulma zonaları eyni cür rol oynamamışdır. Ən dərin, çox yəqin ki, 

Moxo sərhədinə  qədər çatan eninə  qırılma olan Gədəbəy-Dəlidağ 

lineamentidir. Məhz bu lineament daha mobildir. Bu lineament Kiçik Qafqazın 

inkişaf tarixində bir neçə  dəfə  fəallaşmış  və bu lineament boyunca geofiziki 

sahələr müşahidə edilir və çox güman ki, özülün müxtəlif cinsli bloklarının 

sərhədini  əks etdirir (Süleymanov və b., 1983, Şıxəlibəyli və b, 1989;). Bu 

zonalar boyu uzununa şimal-qərb istiqamətli strukturların yerdəyişməsi qeyd 

edilir. Onların da filizləşmədə müəyyən rol oynaması yuxarıda qeyd 

edilmişdir. Lakin onlar ancaq yer qabığının yuxarı hissələrinə nüfuz edir, 

eninə zonalar isə maqmatik flüdlərin daha çox nüfuz etməsi üçün daha 

münasibdir və maqmatik ərintilərin-hidrotermlərin yaxşı daşıyıcıları olub 

filiztoplayıcı stukturlara aid edilə bilər.  Şimal-qərb istiqamətli zonalar da 

baxmayaraq ki, dərinlik maqmatizmin daşıyıcılarıdır, onlar az dərinliklidir. Bu 

tipli zonalar, ancaq yuxarı  mərtəbələrdə  təzahür etmişdir və filiz sahəsi 

hüdudlarında filiz damarlarının lokallaşmasına və istiqamətlənməsinə xidmət 

etmişdir və ona görə də onları filiz lokallaşdıran adlandırmaq olar.  

Hər iki zonalar Kiçik Qafqazın iri tektonik strukturları ilə  kəsişərək 

tektonik düyünlər  əmələ  gətirir və onlardan bir çoxu potensial filizlidir. Bu 

düyünlər tektonik elementlərin xüsusi bir elementi olub, xüsusi öyrənilmə 

obyektidir. Bu düyünlərin sahələri bir neçə istiqamətli dərinlik strukturların 

kəsişməsi ilə  səciyyələnir və ona görə  də yüksək dərəcədə doğranması, 




 

 

177



keçiriciliyi ilə  fərqlənir. Belə düyünləri tektonik sərhədləri olan həcmli 

dərinlik cisimləri kimi təsəvvür etmək olar. Qarabağ filiz rayonun timsalında 

müəyyən olunmuşdur ki, belə düyünlər avtonom blok və  həlqəvi 

morfostrukturlar olub, tektonik və maqmatik proseslərin uzun müddət və 

dəfələrlə inkişafı ilə xarakterizə olunur.  

Beləliklə, tədqiqat rayonunda filizləşmənin lokallaşması  və konsentra-

siyası üçün əlverişli olan dərinlik təbiətə malik gizli və aydın ifadə olunmuş iri 

tektonik xətti və  həlqəvi strukturların kəsişmə düyünlərini ayırmaq mümkün 

olmuşdur ki, onlar da filizləşmənin proqnozlaşdırılması üçün elmi əsaslan-

dırılmış meyarlardan biri hasab oluna bilər.  



 

ƏDƏBİYYAT 

1. Бабазадя В.М.,Ящмядов Д.М., Q

ələndərov B.H. və b. Murovdağ filiz rayonunda maq-

matik komplekslərin potensial filizləşməsində filiztoplayıcı strukturların rolu // Áàêû Óíè-

âåðñèòåòèíèí õÿáÿðëÿðè. Òÿáèÿò åëìëÿðè ñåðèéàñû, 2010, №3, s.84-89. 

2. Баба-заде В.М., Мамедов З.И. Особенности структуры Гызылбулагского рудного по-

ля // Вестник Бакинского Университета, серия естественных наук, 1998, №4, с. 107-

117. 


3. Баба-заде В.М., Рамазанов В.Г. и др. Минерально-сырьевые ресурсы Азерабайджана. 

Баку: Озан, 2005, 808 с. 

4.  Баба-заде  В.М.,  Мехтиев  А.Ш.,  Пашаев  А.М.  и  др.  Тектоническое  развитие,  геоди-

намическое формирование и закономерности размещения месторождений полезных 

ископаемых Кавказского сегмента Средиземноморского пояса (Азербайджан). Баку: 

Озан, 2009, 146 с. 

5. Гаврилюк П.С., Магриби А.А., Русинов В.Л., Носик Л.П. Условия формирования Кы-

зылбулагского  золотоносного  медноколчеданного  месторождения  (Малый  Кавказа) 

// Геология рудных месторождений, 1991, №1, с.56-58. 

6.  Мамедов  З.И.  Геолого-струкутрные  особенности  формирования  и  закономерности 

размещения медно-золотых руд Кызылбулагского месторождения. Автореф. дисс. на 

соиск. ученой степени канд. геол-минер. наук. Баку, 2005, 22 с. 

7.  Сулейманов  С.М.,  Баба-заде  В.М.,  Масимов  А.А.,  Рамазанов  В.Г.  Соотношение  ос-

новных  линейных  и  кольцевых  структур  как  фактор  прогноза  рудных  месторожде-

ний // ДАН Азерб.ССР, 1983, №7, с. 156-167. 

8.  Шихалибейли  Э.Ш.,  Магеррамова  Ф.С.,  Рустамов  М.И.  Зангезур-Далидаг-Самгори-

Казбек-Ставропольский  транскавказский  север-северо-западный  доальпийский  ли-

неамент и его роль в структуре Кавказа // Матер. юбил. сесс., посв. 50-летию Ин-та 

геологии АН Азерб. ССР, Баку: Элм, 1989, с.57-64.  

 



 

 

178



СТРУКТУРНЫЕ ОСОБЕННОСТИ КАРАБАХСКОГО РУДНОГО РАЙОНА И 

РОЛЬ КОЛЬЦЕВЫХ И ЛИНЕЙНЫХ СТРУКТУР В ЛОКАЛИЗАЦИИ  

ОРУДЕНЕНИЯ  

 

В.М.БАБА-ЗАДЕ, З.И.МАМЕДОВ, М.Н.МАМЕДОВ, А.А.ХАЛАФЛЫ, 

Д.М.АХМЕДОВ, Н.А.ИМАМВЕРДИЕВ, М.И.МАНСУРОВ, А.И.ГУСЕЙНОВ, 

Т.А.МАМЕДОВА, К.А.ДАДАШЕВА, У.И.КЕРИМЛИ 

 

РЕЗЮМЕ 

 

В  статье  на  основе  комплексных  исследований,  с  привлечением  результатов 

дешифрирование  аэро-  и  космических  снимков  уточнена  структура  и  представления  о 

морфологии  рудных  тел  Карабахского  рудного  района.  Выделены  четыре  группы 

структурных элементов, благоприятных для локализации оруденение: блочные и склад-

чатые, разрывные, магматогенные и морфоструктурные структуры. Выделены узлы пе-

ресечения  крупнейших  линейных  и  кольцевых  структур  скрытого  и  явного  типов, 

имеющих глубинное заложение, что дает возможность познать их роль в локализации и 

концентрации оруденения и дать научно-обоснованный прогноз оруденения.  

 

Ключевые слова: Карабахский рудный район, кольцевые и линейные структу-

ры, локализация оруденения, рудные узлы 

 

STRUCTURAL FEATURES OF THE KARABAKH ORE DISTRICT AND THE ROLE 



OF RING AND LINEAR STRUCTURES IN THE LOCALIZATION  

OF MINERALIZATION  

 

V.M.BABA-ZADEH, Z. I.MAMMADOV, M.N. MAMMADOV, A.A KHALAFLI, 

D.M.AHMADOV, N.A. IMAMVERDIYEV, M.I.MANSUROV, A.I.HUSEYNOV,  

T.A. MAMMADOVA, K.A. DADASHOVA, U.İ.KERİMLİ 

 

SUMMARY 

 

The structure and presentation of the morphology of ore bodies of Karabakh ore district 



are specified on the basis of comprehensive studies, involving the interpretation of the results 

of aerial and satellite imagery. The four groups of structural elements that are favorable for the 

localization of mineralization – block and folded, fault, magmatic and morphostructural 

structures are assigned. An isolated node of intersection of the largest linear and ring 

structures of latent and sensible types with depth is marked what, in turn, gives the opportunity 

to know their role in the localization and concentration of mineralization and provide science-

based prediction for the mineralization.  

 

Key words: Karabakh ore district, ring and linear structures, the localization of 

mineralization, ore nodes  

 

Redaksiyaya daxil oldu: 05.01.2011-ci il 

Çapa imzalandı: 27.05.2011-ci il. 

 

 



 

Yüklə 99,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə