imkanlar açan, praktik cəhətdən faydalı kulturoloji biliklərin istehsalı ilə
şərtlənir.
.. .Azərbaycanın ruhi mədəniyyətinin tarixi etapları və inkişaf qanuna-
uyğunluqları, insanın, dövlətin və cəmiyyətin həyat və fəaliyyəti haqqında,
tarixi proses olan mədəniyyət haqqında düzgün elmi təsəvvürlərin forma-
laşmasına imkan verən anlayışlar, formullar və konsepsiyalar ilk dəfə onun
tərəfindən işlənib hazırlanmış, mədəniyyəti fərdi, lokal və qlobal səviyyə-
lərdə tədqiq etməyə imkan verən yeni yanaşmalar təklif edilmişdir. ...Yu-
xarıda deyilənləri nəzərə alaraq, biz professor Fuad Teyyub oğlu Məmmə-
dovun “Tarix” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasına müx-
bir üzv seçilməsini tövsiyə etməyi zəruri hesab edirik.”
Fuad Məmmədov Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Cənubi Ko-
reya, Tayland, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Rumıniya,
Macarıstan və digər ölkələrdə beynəlxalq konfranslarda, cəmiyyətlərdə və
səfirliklərdə Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. 1991-ci ildə onun
Kosta-Rikadakı çıxışları nəticəsində bu Mərkəzi Amerika ölkəsi, ilk dövlət-
lərdən biri kimi, Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanımışdır.
Norveçdə (Berqen ş.) Beynəlxalq kulturoloji konfransda etdiyi “Mədəni si-
yasətin formalaşdırılmasına elmi yanaşma haqqında” məruzəsindən sonra,
2000-ci ildə F.T. Məmmədov mədəni siyasət üzrə Avropa Şurası ekspertlə-
rinin siyahısına daxil edilmişdir.
Professor Fuad Məmmədov “Politologiya”, “Beynəlxalq münasibətlər”,
“Hüquqşünaslıq”, “İnzibati-dövlət idarəçiliyi”, “Menecment”, “Kulturolo-
giya”, ”Sənətşünaslıq” ixtisasları üzrə yüksək ixtisaslı mütəxəssislərin ha-
zırlanmasında fəal iştirak edir. O, Azərbaycan İqtisad Universitetində
“Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və magistr diplomlannın
müdafiəsi üzrə Dövlət komissiyasının sədri, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Rəssam-
lıq Akademiyasının Dissertasiya şuralarının üzvüdür, elmi kulturoloq-kadr-
ların hazırlığına rəhbərlik edir, doktorluq və namizədlik dissertasiyalarının
müdafiəsi üzrə opponent qismində çıxış edir, respublika alimlərinin bir sıra
monoqrafiyalarınm redaktorudur. Onun təşəbbüsü ilə 1999-cu ildə respubli-
kada ilk dəfə olaraq, kulturologiya sahəsində namizədlik və doktorluq dis-
sertasiyalarının müdafiəsi üzrə Şura yaradılmışdır.
Professor Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında, Milli Ensiklopediyada, Aviasiya Akademiyasında, İqtisad
Universitetində, Qərb Universitetində, Texniki Universitetdə, Polis Akade-
miyasında, “Qafqaz” Universitetində, Sərhəd Qoşunları Akademiyasında,
Turizm İnstitutunda və respublikanın bir çox digər müəssisələrində intel-
Fuad Məmmədov
632
İdarəetmə mədəniyyəti
lektual mədəniyyət, innovativ inkişaf və milli insan kapitalı haqqında məru-
zələrlə müvəffəqiyyətlə çıxış edib və edir.
Professor Fuad Məmmədov ictimai xadim və maarifçi, elmin populyari-
zatoru kimi də tanınmışdır. O, 1990-cı ildə Azərbaycan Elmlər Akademiya-
sı tərəfindən təsis edilmiş “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyası-
nın prezidenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri, Azərbaycan
Respublikasi Prezidenti yanında AAK reyestrinə daxil edilmiş “Simurq”
(Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi) Beynəxalq
kulturoloji jurnalının təsisçisi və baş redaktoru, daimi fəaliyyət göstərən
“Mədəniyyət və cəmiyyət” kulturoloji seminarının elmi rəhbəri, “İdrak”
kulturoloji televiziya verilişinin müəllifi və aparıcısıdır. 22 ildən artıq fəa-
liyyət dövrü ərzində onun rəhbərliyi ilə milli və dünya mədəniyyəti və sivi-
lizasiyasının tarixi və nəzəriyyəsinin müxtəlif məsələlərinə həsr edilmiş
300-dən artıq kulturoloji seminarlar, konfranslar, treninqlər və dəyirmi ma-
salar keçirilmişdir.
Onun 60-dan yuxarı əsəri Azərbaycanda elmin inkişaf tarixinə həsr
edilmişdir. Onların arasında “Azərbaycan SSR Elmlər Akademiyası” kol-
lektiv işi, Bakı, 1976; SSRİ EA İctimai Elmlər üzrə Elmi İnformasiya İnsti-
tutu tərəfindən dərc edilən “Sosialist quruculuğu şəraitində sovet kimya el-
mi və istehsalının yaranması və inkişafı. 1920-1941” (Azərbaycan SSR-in
materialları əsasında), Bakı, 1984; “Böyük Vətən müharibəsi illərində xalq
təsərrüfatının inkişafına və SSRİ-nin müdafiə qabiliyyətinin möhkəmləndi-
rilməsinə kimyaçı-alimlərin töhfəsi. 1941-1945” (Azərbaycan SSR-in mate-
rialları əsasında) monoqrafiyalarını xüsusi qeyd etmək lazımdır. Hazırda o,
“Azərbaycanda elmin inkişafı” fundamental monoqrafiyası üzərində işini
yekunlaşdırmaq üzrədir.
Keçən əsrin 70-ci-80-ci illərində Fuad Məmmədovun elmi, elmi-təşki-
lati və ictimai fəaliyyəti gümüş və bürünc medallarla, SSRİ XTNS Baş ko-
mitəsinin diplomu ilə, təşəkkürnamələr və ümumittifaq və respublika “Bi-
lik” cəmiyyətlərinin döş nişanı ilə, Sovet İttifaqı Kommunist Partiyası MK-
si, SSRİ Nazirlər Şurası, ÜLKGİ və ÜMHİŞ-nın Fəxri fərmanları ilə qeyd
edilmişdir.
Dünya mədəniyyəti və sivilizasiyası tarixi və nəzəriyyəsinin inkişafına
verdiyi töhfəyə görə Fuad Məmmədov “İntellektual İnkişaf Problemləri”
Beynəlxalq Elmlər Akademiyasının (2002), Rusiya Pedaqoji və Sosial
Elmlər Akademiyasının akademiki seçilmiş (2004), ABŞ Bioqrafiya İnsti-
tutunun “Şərəf’ medalı (2004), “Humay”, “İntellekt”, “Qızıl qələm” milli
ictimai mükafatları, “Sülh səfiri” və “Mədəniyyət səfiri” beynəlxalq və mil-
li fəxri adları, Mədəniyyət və Turizm Nazirliyi və AR Təhsil Nazirliyinin
fəxri fərmanları, AR Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət komitə-
633